Ustac sözü azərbaycan dilində

Ustac

Yazılış

  • Ustac • 61.5385%
  • ustac • 23.0769%
  • USTAC • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zaur Ustac
Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən). == Həyatı == Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.Zaur Ustac "Yazarlar" jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır. == Yaradıcılığı == Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qrumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır. == Əsərləri == === Kitabları === === Tərcümələri === Stiven Reblinin "Mavi Ay Vadisi" (Stephen Rabley "Blue Moon Valley") Stiven Rebli."Troya Daşı" (Stephen Rabley “The Troy Stone”) === Tədris vəsaitləri === "Güllünün şeirləri" Məktəbəhazırlıq qrupları üçün vəsait. "39 Həftə" (İngilis dili üçün xüsusi proqram) "39 Weeks" (Special program for English) === Məqalələri === Zaur Ustac "Dağlar" haqqında Su — dünyaya açılan bir pəncərədir "Hərb mövzulu yazılar" I və II Nəzmi şah və ya Kəmaləddin Qədim == Layihələri == "Dağlar - 200" (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə).
Abdulla xan Ustaclı
Abdulla xan Qara xan oğlu Ustaclı (digər Azərbaycandilli mənbələrdə Abdullaxan Ustaclı deyə qeyd olunur; 1515, Diyarbəkir – 2 oktyabr 1567, Şirvan) — Qızılbaş sərkərdəsi, Şirvan bəylərbəyi, I Şah İsmayıl Səfəvinin bacısı oğlu. == Həyatı == Abdulla xan Qara xan oğlu Diyarbəkirdə anadan olmuşdu. Ustaclı elinin Təmişli oymağındandır. Savaş sənətinə yiyələnmişdi. I Şah Təhmasibin əmirülümərası vəzifəsində bütün qızılbaş əmirlərinə başçılıq etmişdi. 1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu.
Allahqulu sultan Ustaclı
Allahqulu sultan Eycəkoğlu Kərəmpa-Ustaclı (?-may, 1576) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə vali. == Həyatı == Kərəmpa oymağının tanınmış simalarından biri Allahqulu bəy Eycəkoğlu idi. I Şah Təhmasibə xidmət etmişdi. Şahdan sultan ünvanı almışdı. Dərəbcurd hakimi idi. 1552-ci ilin yayında I Şah Təhmasibin əmri ilə qoşunların toplanmasına başlandı. Onlar 4 hissəyə bölündülər və dörd istiqamətə göndərildilər. Ərciş istiqamətinə gedən qoşunun sərkərdələrindən biri Allahqulu sultan Eycəkoğlu idi. Allahqulu sultan Lahican hakimi Xanəhməd xanın tutulmasına təhkim edilmişdi. İskəndər bəy Münşi Türkman yazır: " Xan Əhməd qalın cəngəlli dağlarda üç-dörd ay sərgərdan oldu, qazilərin qorxusundan hər gələn gecə-gündüzünü narahatlıqla keçirdi.
Bədr xan Ustaclı
Bədr xan Şərəfli-Ustaclı (?-1558) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin dövründə sərkərdə. == Həyatı == Şərəfli oymağından çıxan adlı əmirlərdən biri Bədr bəydir. Bədr bəy Mustafa bəy Təmişli-Ustaclıya (Köpək sultana) xidmət edirdi. I Şah Təhmasibdən öncə sultan, sonra xan ünvanı aldı. Mustafa bəyin ölümündən sonra şahzadə Əlqasib (Alxaz) mirzənin lələsi oldu. Əlqas mirzə 1532-ci ildə Bədr xan Ustaclının qəyyumluğu altında Astarabad hakimliyini almışdı. 1534-1535-ci illər ərzində Səfəvi ordusunun bir sərkərdəsi kimi Osmanlıya qarşı müdafiəsində başçılıq etmişdir. İskəndər bəy Münşi Türkman yazır: "Xülasə, həzrət cənnətməkan şah Xorasana yola düşdükdə Əlqas mirzəni Bədr xan Ustaclı ilə Astrabada tərəf yolladı. Onlar Bəstama çatdıqda, Bədr xan yoldaşlarıyla canəqi edərək, belə qərara gəldilər ki, Astrabada hücuma keçib qəfildən Qamış Oğlana hücum etsinlər. [Elə də oldu].
Maqsud sultan Kəngərli-Ustaclı
Maqsud sultan Kəngərli (Tam adı: Maqsud sultan Kəngərli-Ustaclı; 1533, Əhər, Şərqi Azərbaycan ostanı – XVII əsr, Naxçıvan) — Kəngərli nəslinin başçısı və Naxçıvanın hakimi (XVI əsrin sonu - XVII əsrin əvvəlləri). == Həyatı == Maqsud bəy Məhəmməd bəy oğlu 1533-cü ildə Qaradağ vilayətinin paytaxtı Əhər şəhərində anadan olmuşdu. Bütün kəngərlilər kimi döyüşçü olmağı üstün tutmuşdu. O Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamışdır. I Şah Abbasın fərmanı ilə sultan ünvanı alıb 1589-cu ildə Qaradağa hakim təyin edilmişdi. I Şah Abbas Vedi çayı kənarında düşərgə salarkən Səfəvi-Osmanlı vuruşmalarında Naxçıvan əhalisinin zərər çəkməməsi üçün Maqsud sultan Kəngərliyə Naxçıvan əhalisini Dizmara və Qaracadağa (indiki Cənubi Azərbaycan) köcürmək barədə əmr etmişdir. Əmri yerinə yetirən Maqsud sultan Kəngərli divan hesabına köçürülmüş əhalini ərzaq və s. zəruri mallarla təmin etmişdi. Maqsud sultan Kəngərlinin xələfləri uzun müddət Naxçıvanda hakim olmuşlar. 1604-cü ildə Naxçıvan vilayətinə dəyişilmişdi.
Mürşüdqulu xan Ustaclı
Mürşüdqulu xan Şahqulu sultan oğlu Çavuşlu-Ustaclı (?-1587) — qızılbaş əmiri, I Şah Abbas Səfəvinin lələsi, dövlət vəkili. == Həyatı == Mürşüdqulu xan Ustaclı elinin Xorasan qrupundandır. O, Herat hakimi Əliqulu xan Şamlı ilə əlaqəyə girərək Məşhəd hakimi Murtuzaqulu xan Pörnək-Türkmana qarşı savaş açdılar. Səs-səda saraya çatdı. Türkman əmirləri şahın hüzuruna gedərək Şamlı və Ustaclı əmirlərini qiyamda suçladılar. Şamlı əmirlərinə nifrət bəsləyən, daim qızılbaşlar arasında təfriqənin olmasını arzulayan vəzir Mirzə Salman da türkmanların tərəfini saxladı. Əliqulu xan Şamlıdan sonra I Şah Abbas Səfəvinin lələsi olmuşdu. Şah Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Əliqulu xan Mürşüdqulu xan Ustaclı ilə ittifaqa girərək, Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir.
Məhəmməd xan Ustaclı
Məhəmməd xan Şahqulu sultan oğlu Ustaclı və ya Toxmaq xan Ustaclı (fars. محمد خان تخماق استاجلو‎; XVI əsr, İrəvan – 1585, İrəvan) — XVI əsrdə yaşamış türkmən Ustaclı tayfasından olan Səfəvi məmuru, diplomatı və hərbi rəhbəri. O, 1568-ci ildən 1575-ci ilə qədər İrəvan və ya digər adı ilə Çuxursəəd bəylərbəyliyinin hakimi kimi xidmət etmişdir. Daha sonra, o, Osmanlı imperiyasına göndərilən nümayəndə heyətinə rəhbərlik etmişdir. Geri qayıtdıqdan sonra, o, bəzi hüquqi proseslərdə iştirak etmiş və 1578-ci ildə yenidən Çuxursəəd əyalətinə bəylərbəyi təyin edilmişdir. Səfəvi-Osmanlı müharibəsi (1578-1590) zamanı baş vermiş Çıldır döyüşündə o, əsas komandan kimi çıxış etmiş və məğlub olmuşdur. Bir neçə il sonra - 1583-cü ildə Məhəmməd xan Toxmağın bəylərbəyliyi əyalətin Osmanlı dövləti tərəfindən işğal edildiyinə görə sona çatmışdır. Bu əyalət 1604-cü ilə qədər Osmanlı dövlətinin tabeliyində qalmışdır. Boyu balaca olduğuna görə "Toxmaq" ayaması ilə tanınmışdır. == Həyatı == === Osmanlı dövlətində səfirliyi === Məhəmməd xan Ustaclı Çuxursəəd bəylərbəyliyinin özündən əvvəlki hakimi olan Şahqulu Sultan Ustaclının oğludur və onlar türkmən Ustaclı tayfasına mənsubdurlar.
Məntəşa sultan Ustaclı
Məntəşa sultan Məhəmməd xan oğlu Şeyxlər-Ustaclı (?-1547) — Ustaclı elinin Şeyxlər oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. == Həyatı == Məntəşa bəy Məhəmməd xan oğlu I Şah Təhmasibin sevimli əmirlərindən sayılırdı. Bəzi qaynaqlara görə qorçubaşı Sarı Piri bəyin qardaşıdır. Şah ona "lələ" deyə müraciət edirdi. Sultan ünvanı almışdı. Çaldıran savaşına qədər Azərbaycan bəylərbəyi olmuşdu. Bir ara da Çuxur Səəd əyalətinə başçılıq etmişdi. Məntəşa sultan 1547-ci ildə vəfat etdi. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ.
Pirə Məhəmməd xan Ustaclı
Pirə Məhəmməd xan Ustaclı (?-1581) — qızılbaş sərkərdəsi, Ərdəbil hakimi. == Həyatı == Pirə Məhəmməd bəy şahın oğlu İmamqulu mirzənin lələsi idi. Xalxal vilayətinin Tarum mahalı Səfəvilər dövlətinin ilk illərində ustaclılar tərəfindən məskunlaşdırılmışdı. Sonralar bu mahalı Ustaclı elinin nümayəndələri tərəfindən idarə olunurdu. İskəndər bəy Münşi yazır: "Tarum, Xalxal və bəzi [digər] mahallar Pirə Məhəmməd xana tapşırıldı". Pirə Məhəmməd bəy I Şah Təhmasibin fərmanı ilə 1571-ci ildə Gilan əyalətinin Biyəpiş vilayətinin hakimi təyin olunmuşdu. İskəndər bəy Münşi yazır: "Əzəmətli əmirlər [isə belə özbaşına hərəkətə yol verdiklərinə görə] ittiham edildilər. Allahqulu sultan Gilan əyalətindən kənar olundu, o vilayətin var-yoxu cavan şahzadə İmamqulu mirzənin lələsi Pirə Məhəmməd xan Ustaclıya verildi". II Şah İsmayıl ilk növbədə yerinə keçə biləcək şahzadələri məhv etməyi qərara aldı. O, bu məqsədlə Mustafa mirzəni «himayə etməyi» adlı-sanlı ustaclı əmirlərindən olan Pirə Məhəmməd xana tapşırdı.
Qara xan Ustaclı
Qara xan Mirzə bəy oğlu Ustaclı (?-1517) — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. == Həyatı == Mirzə bəyin ikinci oğlu Qara bəy Ustaclı elinin Təmişli oymağındandır. O, öncə 600 atlının çarxçısı idi. Qardaşı Xanməhəmməd bəy Ustaclı ölümündən sonra xan ünvanı ilə Diyarbəkrə bəylərbəyi təyin olundu. Qara xan 1517-ci ildə Mardin civarında Osmanlı sərkərdəsi "Bığlı Çavuş" ayamalı Mustafa paşaya qarşı döyüşdə öldürüldü. == Ailəsi == Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Abdulla xan adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
Qeyb xan Ustaclı
Qeyb xan Ustaclı — Səfəvi imperiyasında fəaliyyət göstərmiş Qızılbaş hərbi dövlət xadimlərindən və sərkərdələrindən biri. Ustaclı tayfasına mənsub olmuşdur. == Həyatı == Qeyb xan Ustaclının fəaliyyəti barədə o qədər də məlumat yoxdur. Onun haqqında bəlli olan məlumatlar onun Səfəvi imperiyasının iki vilayətində hakimlik etməsi ilə bağlıdır. Beləki o, Səfəvi imperiyasının indiki İran ərazisinin qərbində yerləşən iki vilayətdə - Kürdüstan və Luristan vilayətlərində hakimlik etmişdir. Bu iki bölgədə əsasən Səfəvi şahlarına tabe olan yerli sülaləyə mənsub olan şəxslər hakimlik etdiyinə görə, Qeyb xan Ustaclının hakimliyi diqqət çəkən məqamdır. O, 1568-ci ildə Luristan vilayəti ilə birlikdə, Kürdüstan vilayətinin də hakimi təyin edilmişdir. Bir digər diqqət çəkən məqam isə Qeyb xan Ustaclının eyni zaman hər iki vilayətin hakimi təyin edilməsidir. Hər iki vilayətdə də onun hakimliyindən sonra yerli sülalədən olan şəxslər hakim təyin edilmişdirlər.Qeyb xan Ustaclı Səfəvi imperiyasını formalaşdıran və Qızılbaş tayfalarından olan Ustaclı tayfasına mənsub olmuşdur. == İstinadlar == == Mənbə == Willem Floor.
Salman xan Ustaclı
Salman xan Şahəli mirzə oğlu Təmişli-Ustaclı (XVI əsr, Məşhəd – 1624) — Qızılbaş əmiri, I Şah Təhmasib Səfəvinin nəvəsi, vali. == Həyatı == Salman mirzə Şahəli mirzə oğlu Təmişli-Ustaclı Təbriz şəhərində dünyaya gəlmişdi. 1580-ci ildə Şirvan bəylərbəyi təyin olunmuşdu. Az sonra Gilana hakim göndərilmişdi. Şahəli mirzə Təmişli-Ustaclı1585-ci ildə sarayda divanbaşı olmuşdu. Şahəli mirzə Təmişli-Ustaclı 1587-ci ildə Murtuzaqulu xan Pörnək-Türkmandan sonra Məşhəd şəhərinə hakimlik etmişdi. 1612-ci ildə Qəzvinin valisi idi. Şahəli mirzə Təmişli-Ustaclı 1624-cü ildə vəfat edib. == Ailəsi == Salman mirzə Şəhribanu xanım I Təhmasib şah qızı Səfəvi (?-1583) və Gövhər Sultan xanım II İsmayıl şah qızı Səfəvi (1577-1618) ilə dünya evinə girmişdi. Abdulla xan Ustaclının nəvəsidir.
Ustaclı
Ustaclı eli — Oğuzların Əfşar boyuna bağlı el. == Tarixi == Öncə Güney Azərbaycanın Muğan və Qaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol işğalı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə əlaqədar orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular. Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər. Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü.
Ustaclı eli
Ustaclı eli — Oğuzların Əfşar boyuna bağlı el. == Tarixi == Öncə Güney Azərbaycanın Muğan və Qaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol işğalı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə əlaqədar orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular. Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər. Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü.
Ustacəlilli
Ustacəlilli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Xanməhəmməd bəy Ustaclı
Xanməhəmməd bəy Mirzə bəy oğlu Ustaclı — qızılbaş sərkərdəsi, Diyarbəkir bəylərbəyi. == Həyatı == Xanməhəmməd bəy Mirzə bəy oğlu Ustaclı elinin Təmişli oymağındandır. O, I Şah İsmayıl Səfəvinin yaxın adamlarından sayılırdı. Qızılbaşlar məmləkətinin adlı-sanlı sərkərdələrindən idi. Şahın Şirvan yürüşündə iştirak etmişdi. Səliqə-səhmanı, ədəb-ərkanı, qəyyur-qoçaqlığı ilə şahın diqqətini cəlb etmiş, vəzifədə irəli çəkilmişdi. Şahın bacılarından birinə evlənəndən sonra, 1507-ci ildə Diyarbəkr bəylərbəyi təyin olunmuşdu. Xanməhəmməd bəy Diyarbəkrə gələndən sonra yerli ağalara qarşı savaşa başladı. Tarixçi Həsən bəy Rumlu yazır: "Həmin müharibədə Qasım bəyin 10 min nəfərlik qoşununa qarşı, Xanməhəmməd bəy Ustaclının 2 min nəfər qoşunu vuruşdu və qalib gəldi"."Cahanarayi-Şah İsmayıl Səfəvi" adlı tarixi əsərdə yazılır: "Xanməhəmməd bəy Ustaclı Diyarbəkri başdan başa tutaraq, böyük qələbələr qazanmışdı... Bütün vuruşmalarda qalib gəlirdi.
Yusif bəy Ustaclu
Çavuşlu Yusif bəy Baba Süleyman bəy oğlu — XVI yüzil Azərbaycan şairi, dövlət xadimi. == Həyatı == Yusif bəy Baba Süleyman bəy oğlu Ustaclı elinin Çavuşlu oymağında dünyaya gəlmişdi. Təbriz şəhərinin darğası olmuşdu. Şair olmasına baxmayaraq təbiətcə sərt idi. 1573-cü ildə ona qarşı Təbrizdə üsyan baş verdi. İskəndər bəy Münşi Türkman Yusif bəyi "ağıl və fərasətdə öz müasirlərindən seçilən", Fəzli Isfəhani isə "qabiliyətli şair, zalım zabit" kimi dəyərləndirirdi. Sadıq bəy Avşar “Məcməül-xəvvas” adlı əsərindəki üçüncü məcmə səltənətin sütunu olan, yəni dövlətdə yüksək mövqeyə malik türklər haqqındadır. On bir nəfəri əhatə edən bu fəsildə məşhur Azərbaycan türklərindən Məhəmməd Əmani, Yusif bəy Cavaşlu və başqalarından söz açılır. XVI-XVII əsrlərdə yaşamış Məhəmməd bəy Əmanini şəxsən görən Sadiq bəy onun haqqında maraqlı məlumat verir: "Bayburtludur. Özü türk, əməli saleh, işi ibadət, pisliklərdən uzaq bir insandır.
İbrahim xan Ustaclı
İbrahim xan Ustaclı (?-1587) — Qızılbaş əmiri, I Şah Abbas Səfəvinin sərkərdəsi, Sərəxsin hakimi. == Həyatı == Şahqulu sultanın ikinci oglu İbrahim bəy də I Şah Təhmasib Səfəvidən sultan ünvanı almışdı. Qardaşı Mürşüdqulu xan ilə bərabər Xorasanda yaşayırdı. Sərəxsin hakimi idi. I Şah Abbasın hakimiyyətinin ilk çağlarından, 1587-ci ildən xan ünvanı ilə Xorasanı idarə edirdi. İbrahim xan I Şah Abbasın əmri ilə öldürüldü. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar.
Şahqulu sultan Ustaclı
Həmzə sultan Qazaq oğlu Şahqulu sultan Ustaclı (?-1568) — qızılbaş sərkərdəsi, əmir əl-üməra, Çuxur Səəd əyalətinin bəylərbəyi (1551-1568). == Həyatı == Şahqulu Sultan Ustaclı Çuxur-Səd bəylərbəyi və hakimi təyin edilir. Əbdi bəy Şiraziyə görə isə Həmzə sultan Qazağın oğlu Şahqulu sultan Ustaclı 1551-ci ildə Məşhəd hakimi vəzifəsindən azad olunub, Çuxursəədə bəylərbəyi təyin edilmişdi (28,99; 108, 76). H.974-cü (1567) ildə Sultan Süleymanın vəfatı ilə əlaqədar Şah Təhmasibin başsağlığı vermək, Sultan Səlimin hakimiyyətə keçməsini təbrik etmək üçün vəzir Murad bəy İsfahani və 500 nəfər gənc ilə Çuxur-Səd hakimi Şahqulu sultanı da Osmanlı dövlətinə elçi göndərməsi onun Səfəvilər sarayında yüksək nüfuz sahibi olduğunu göstərir. O, Ədirnədə Sultan Səlimlə görüşmüş və Şahın göndərdiyi məktubu, hədiyyələri ona vermişdir (121, Bn.v.237a, 240b; 118, Bn.v.249a). Şahqulu sultandan sonra oğlu Toxmaq xan ləqəbi ilə məşhur olan Məhəmməd xan Ustaclı İrəvan hakimi olmuşdu. == Mənbə == Qaradağlılar (2008) Müəllif: Ənvər Çingizoğlu Bakı, "Şuşa" nəşriyyatı, 2008, 160 səh.
Əliqulu xan Ustaclı
Əliqulu xan Fəthoğlu-Ustaclı (?-?) — Ustaclı elinin Fəthoğlu oymağından qızılbaş sərkərdəsi, Cənubi Azərbaycanın, Təbriz bəylərbəyliyinin bəylərbəyi. == Həyatı == 1885-ci ilin yazında şahzadənin həmpiyaləsi Əliqulu bəy Fəthoğlu Əmir xanın dövlət üçün təhlükəli olduğu fikrini irəli sürdü. Şamlı əmirləri də onu dəstəklədilər. Şahzadə Əmir xanın tutulub, Qaradağa, Qəhqəhə qalasına salınmasına əmr verdi. Əliqulu bəy xan ünvanı ilə Azərbaycan bəylərbəyi təyin edildi. Ustaclı və Şamlı elinin nümayəndələri şahzadənin köməyi ilə Türkman, Təkəli ellərinin əmirlərini vəzifədən uzaqlaşdıraraq, özləri yiyələndilər. Əmir xan Türkman zindanda öldürüldü. Şahzadə Həmzə mirzə həmpiyaləsi Əliqulu xanı özündən aralamadığından bəylərbəyilikdən çıxarıb, saraya gətirdi. Hüseynqulu sultan Fəthoğlunu Güney Azərbaycana bəylərbəyi təyin etdi. Təbriz şəhərinin müdafiəsini möhkəmləndirmək işini Pir Qeyb xan Ustaclıya tapşırdı.
Əvəz bəy Ustaclı
Əvəz bəy Ustaclı — Qızılbaş tayfalarından biri olan Ustaclıların Təmişli boyundan olan və XVI əsrin əvvəllərində fəaliyyət göstərmiş hərbi xadimlərindən biri. == Həyatı == Əvəz bəy Ustaclı XVI əsrin əvvəllərində Səfəvi imperiyasının yaranmasında və yayılmasında rol oynamış qızılbaş sərkərdələrindən biridir. O, 1514-cü ildə qısa müddət Bitlisin hakimi kimi çalışmışdır. O, Mirzə bəy Ustaclının oğlu idi və üç qardaşı var idi: Məhəmməd xan Ustaclı, Ovlaş bəy Ustaclı və Qara xan Ustaclı. Məhəmməd xan və Qara xan I İsmayılın ən vacib sərkərdələrindən biri olmuş və ona Şərqi Anadolunu ələ keçirməkdə yaxından yardım etmişdirlər. Məhəmməd xan Çaldıran döyüşündə, Qara xan isə döyüşdən sonra 1517-ci ildə Osmanlı ordusu ilə döyüşdə öldürülmüşdü. Qara xan Şeyx Heydər Səfəvinin qızı Fatma Sultan bəyim ilə evlənmişdi. Bu evlilikdən Abdulla xan Ustaclı dünyaya gəlmişdir. == İstinadlar == == Mənbə == Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2012 •••••••••••• 0.09
2018 •••••••••••••••••••• 0.15

ustac sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

sənətkar, öz peşəsinin mahir bilicisi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ustac" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ustac nədir? #ustac sözünün mənası #ustac nə deməkdir? #ustac sözünün izahı #ustac sözünün yazılışı #ustac necə yazılır? #ustac sözünün düzgün yazılışı #ustac leksik mənası #ustac sözünün sinonimi #ustac sözünün yaxın mənalı sözlər #ustac sözünün əks mənası #ustac sözünün etimologiyası #ustac sözünün orfoqrafiyası #ustac rusca #ustac inglisça #ustac fransızca #ustac sözünün istifadəsi #sözlük