utanc sözü azərbaycan dilində

utanc

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • utanc • 95.4802%
  • Utanc • 4.5198%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qara utanc
Die schwarze Schande və ya Die schwarze Schmach ("Qara utanc" və ya "Qara ləkə") — Birinci Dünya müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra Reynlandın işğalında Afrika qoşunlarının istifadəsinə etiraz edən alman sağçı mətbuatının istifadə etdiyi terminlər. Kampaniya 1920–1923-cü illər arasında fəaliyyətinin ən yüksək nöqtəsinə çatdı, lakin 1930-cu ilə qədər dayandı. "Qara bəlalar" və "qara dəhşət" kimi ifadələr də daxil olmaqla bu terminlər Almaniya, ABŞ və Kanada kimi müxtəlif ölkələrdə fəallar tərəfindən istifadə olunmuşdur. Edmund Dene Morel Birləşmiş Krallığın Qara utancın əsas təşəbbüskarlarından biri idi.
Utanc (film, 2011)
«Utanc» (ing. Shame) — Rejissor Stiv Makkuinin 2011-ci ildə dram janrında çəkdiyi film. Baş rollarda Maykl Fassbender və Keri Melliqan oynamışlar. Film, Film4 və See-Saw Films şirkətlərinin birgə istehsalı ilə ekranlaşdırılmışdı. Çoxlu sayda erotik səhnələrin olmasına görə ABŞ-də filmə NC-17 kinoreytinqi verilərək, 2011-ci ildə məhdud sayda satışa buraxılmışdı . Böyük Britaniyada Utanc 13 yanvar 2012-ci ildə satışa buraxılmışdı. “Utanc” filmi 17 milyon dollar büdcəyə malik olmaqla, həmçinin əlavə 4 milyon dollar reklam büdcəsinə malik olmuşdur. Brendon (Maykl Fassbender) müvəffəqiyyətli, yaraşıqlı reklam icraçısıdır və hiperseksual həyata malik bu şəxs Nyu-York şəhərində yaşayır. Uğursuz ailə həyatına və zahirən heç bir yaxın dostunun olmadığına görə, Brendon özünün artan gizli seksual fantaziyalarından asılı vəziyyətə düşür. Onun çalışdığı şirkətin kompüter sistemi virus təhlükəsi altına düşür; Brendonun kompüterinin sərt diskini təmizləyərkən, onun yükləmə tarixçəsində çoxlu sayda pornoqrafik saytların olduğu məlum olur, məhz bu pornoqrafik saytların birində də virus aşkar edilir.
Utanc (teleserial, 2015)
Skam ( ing. ShameShame, az. Utanc) Froqner və Vest End Osloda gimnaziya kimi fəaliyyət göstərən Hartviq Nissen Məktəbində oxuyan yeniyetmələrin həyatından bəhs edən dram janrında Norveç istehsalı tele-serialdır. NRK qrupunun bir hissəsi olan NRK P3 tərəfindən istehal olunur. Serial onlayn xaratkter daşıyır və birbaşa NRK-nın vebsaytında yayımlanır.
Sevgi utancaqlığı
Sevgi utancaqlığı (ing. Love shyness). Bu termin ilk dəfə psixoloq Brian G. Gilmartin tərəfindən xroniki utancaqlığın müəyyən bir növünü təsvir etmək üçün istifadə edilmişdir. 1979-cu ildə bu tezis üzərində işləmək üçün Obern Universitetindən maliyyə dəstəyi aldı. Shyness & Love: Causes, Consequences, and Treatments - Sevgi və utancaqlıq: səbəbləri, nəticələri və müalicə formaları adlı kitabında verdiyi izahata görə sevgidən xəcalət çəkən insanlar, potensial romantik və ya cinsi tərəfdaşlarla gündəlik münasibətlərdə özlərini iddialı hiss etməkdə çətinlik çəkirlər. Məsələn, eşqdən utanan bir heteroseksual kişi narahatlıqlarına görə qadınlarla dostluq etməkdə çətinlik çəkə bilər. Dr. Gilmartin bu fenomeni yalnız heteroseksual kişilərdə tədqiq etmişdir. Gilmartinin kitabı 1987-ci ildə University Books (Universitet Kitabları) tərəfindən nəşr edilmişdir. Gilmartin müəyyənləşdirdiyi 7 meyara görə sevgidən utanan insanları aşağıdakı kimi təsvir edir; O bir kişidir; Subaydır.
Utancaq Mimoza
Utancaq Mimoza –noxud/paxlalılar fəsiləsinin Fabaceae cinsinə aid sürünən birillik və ya çoxillik çiçəkli bitkidir. O, tez-tez maraq dəyərinə görə yetişdirilir: mürəkkəb yarpaqlar toxunduqda və ya silkələdikdə içəriyə qatlanır və aşağı düşür, özlərini zərərdən qoruyur və bir neçə dəqiqədən sonra yenidən açılır. Böyük Britaniyada o, Kral Bağçılıq Cəmiyyətinin Bağçada Fəaliyyət Mükafatına layiq görülüb. == Haqqında == Bu bitkinin başqa bir adı "Küstüm" bitkisi adlanır. Bu çoxillik ot həssas bitki kimi də tanınır və ya yarpaqları çox həssas olduğu üçün mənə toxunmayın. Yarpaqlar toxunma, istilik, zərbə və hətta sarsıntı kimi müxtəlif stimullara bağlanaraq və ya içəriyə qatlanaraq cavab verir. Bir neçə dəqiqədən sonra yenidən açılır. Bu cür hərəkətlərə suyun hücrədən daxil və xaricə hərəkəti nəticəsində yaranan seysmonastik hərəkətlər deyilir. Vətəni Cənubi və Mərkəzi Amerika olsa da, indi pantropikdir.
Utancaqlıq
Utancaqlıq, həyalılıq, ürkəklik və ya çəkingənlik, bəzi insanların başqaları ilə danışarkən, bir yerdə olarkən, söhbət edərkən və ya kömək istəyərkən qarşılaşdıqları inamsızlıqdır. Zoologiyada isə utancaqlığ, ümumiyyətlə insanlardan yayınmaq meyli deməkdir. Utancaqlıq qeyri-adi hallarda olur. Bir çox utancaq insan narahat edici və lazımsız hiss edilməkdən qaçmaq məqsədi ilə utancaq və vəziyyətə özünü alışdıra bilməməkdə qalmağa davam edirlər. Ancaq utancaqlığın başlanmasının səbəbi müxtəlif ola bilər. Bəzən fiziki bir narahatlıq reaksiyası olan məsələlərdən meydana gəldiyi görünür. Bəzən utancaqlığın əvvəlcədən əldə edildiyi və sonra fiziki narahatlıq tapıntılarına səbəb olduğu görünür. Elm adamları, utancaqlığın ən azı qismən irsi olduğunu bildirən fərziyyəni dəstəkləyən bəzi genetik məlumatları təyin etmişdirlər. Bununla yanaşı, introversiya və ekstroversiyanın yalnız uşağın genetik eigen quruluşu ilə deyil, eyni zamanda uşağın böyüdüyü mühitlə də əlaqəli olduğu sübut olunmuşdur. Məsələn, xaricilərə qarşı ürkək olan bir uşaq, yaşlandığında gec-tez bu şəxsi xüsusiyyətini itirə bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.63 dəfə / 1 mln.
2010 •••••• 0.45
2011 •••• 0.26
2012 •••••••••••• 0.95
2013 •••••••••••••••••••• 1.60
2014 •••••••••••••••••• 1.37
2015 ••••••••••••••••• 1.36
2016 ••••••••• 0.69
2017 ••• 0.16
2018 •••••••••• 0.75
2019 ••••••••• 0.70
2020 ••••••••••••••••• 1.33

"utanc" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#utanc nədir? #utanc sözünün mənası #utanc nə deməkdir? #utanc sözünün izahı #utanc sözünün yazılışı #utanc necə yazılır? #utanc sözünün düzgün yazılışı #utanc leksik mənası #utanc sözünün sinonimi #utanc sözünün yaxın mənalı sözlər #utanc sözünün əks mənası #utanc sözünün etimologiyası #utanc sözünün orfoqrafiyası #utanc rusca #utanc inglisça #utanc fransızca #utanc sözünün istifadəsi #sözlük