* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2007 | ••••• | 0.42 |
2008 | ••• | 0.24 |
2009 | •••••••••• | 0.80 |
2010 | •••••••••••••••••••• | 1.72 |
2011 | •••••••••••• | 1.03 |
2012 | ••••••••• | 0.77 |
2013 | ••••••••• | 0.73 |
2014 | •••••••••• | 0.86 |
2015 | •••• | 0.34 |
2017 | •• | 0.16 |
1 sif. və is. Çox utanan, alışmadığı mühitdə, şəraitdə adamların yanında sıxılan, üzü qızaran. Utancaq uşaq. O çox utancaqdır. – [Uğur:] Əmiqızı, mən gedəndə sən bir utancaq qız idin. İ.Əfəndiyev. // Zərf mənasında. Telli utancaq bir halda üzünü müəllimə tutub dedi: – Bağışlayın, sizə zəhmət verdim! S.Hüseyn. [Əjdər] sözünə davam edə bilmədi, utancaq bir halda susdu. S.Rəhman.
Azərbaycan dilinin izahlı lüğəti / utancaq2 UTANCAQ Kazım utancaq bir halda: – O nə sözdür ki, – dedi (Çəmənzəminli); ANA UŞAĞI (məc.) Dördillik məktəb həyatında özünü ana uşağı kimi aparan Səlim birdən-birə dəyişdi (M.Hüseyn); BAŞIAŞAĞI [Səfər] fəqir, başıaşağı oğlandı... (Ə.Haqverdiyev); HƏYALI Bir neçə müddət idi öz şəklini jurnalın arasında çəkirdin, həyalı cavanlar jurnalı qabaqlarına açan kimi gözləri sənə sataşanda həya təri basır, utanıb, büküb qoyurdular yerə (M.S.Ordubadi); MƏHCUB (kl.əd.) Nəsrulla Salam: Munis və məhcub xanımdır (M.S.Ordubadi); ŞƏRMƏNDƏ (kl.əd.) Mahü səyyarələr şərməndədir yüzümə baxmaqdan; Fələk övcində xurşidi həyada sərnigün görcək (Xətayi); ARLI.
Azərbaycan dilinin sinonimlər lüğəti / utancaq1 UTANCAQ – SIRTIQ Adilə bir qədər utancaqdır (C.Əmirov); Sırtıq uşaqdır, üz vermə (“Ulduz”).
Azərbaycan dilinin antonimlər lüğəti / utancaq1 1. прил. регъуь, гзаф регъуь жедай, регъуьвалдай (мес. аял); utancaq qız регъуь руш; 2. регъуьди, регъуь кас.
Azərbaycanca-ləzgicə lüğəti / utancaq