* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir işdən, hərəkət və sözdən, ya da başqa bir səbəbdən xəcalət çəkmək, mənəvi üzüntü duymaq. Bolqar öz dilini bilmədiyindən xəcalət çəkəndə bizlər də öz dilimizdə danışmaqdan utanırıq. C.Məmmədquluzadə. Qərənfil utanıb başını aşağı saldı. S.Rəhman. 2. Utandığından, xəcalətindən bir şeyə cəsarət etməmək. Ondan xahiş etməyə utanıram. – Nə üçünsə kişilərin palatasına girib, onu soruşmağa və hətta Səidə xanıma bu barədə sual verməyə də utanırdım. M.Hüseyn. Gəlməyə utanan (f.sif.) qız indi cəsarətlə qapını döydü. S.Vəliyev. // Çəkinmək (bu mənada bəzən “utanıb-çəkinmək” şəklində işlənir). Nə var qızım, nə oldu sana? Utanma, dərdini aç, söylə mana. S.Vurğun. Ümid yazdığı məktubun cavabını soruşmaqdan utanıbçəkinirdi. B.Bayramov.
Azərbaycan dilinin izahlı lüğəti / utanmaq1 1. Yuva yerinə bir vaxtlar uya işlətmişik. Uyad sözü utanmaq demək olub. Mənası: “yuvaya çəkil” (gizlən...) deməkdir (Rus dilindəki “скромный” sözü də “рамка” kəlməsi ilə qohumdur). Başqa yozum: söz utanmaq formasında da qeydə alınıb, kökü uy (стыд) ismidir. Həmin isimdən uyluq (eyibli yer, cinsi orqan) sözü də əmələ gəlib (indi işlədilmir). Görünür, uy ismindən uya feili yaranıb, onun da zəminində uyatan (uytan, utan) sözləri meydana çıxıb. Deməli, utanmaq və yuva tarixən qohum sözlərdir, utanan adamların üzünü örtməsi (gizlətməsi) indi də özünü göstərir. 2. Mənbələrdə ud sözü abır-həya kimi açıqlanıb. Deyim də var: Abırlının udu çatladı, abırsızın ödü. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / utanmaq1 qızarmaq — həyalanmaq — arlanmaq — sıxılmaq — pərtləşmək — xəcalətlənmək — tutulmaq — çaşmaq — karıxmaq
Azərbaycan dilinin sinonimlər lüğəti / utanmaq2 UTANMAQ, HƏYA ETMƏK/ELƏMƏK (müxtəlif mənalarda) Baxır, sanki söyləyir həya et, utan barı; Dünya alçalan görüb hər zaman saxtakarı (M.Rahim); BAŞI AŞAĞI OLMAQ [Pirverdi bəy.] Və bir dəfə olmayıb ki, mən dövlət yanında başı aşağı olum (C.Məmmədquluzadə); ÇƏKİNMƏK (məc.) Qəndab: Mən həm tutulduğumdan, həm də əmimdən çəkindiyimə görə şoferdən Məzahirin niyə qayıtmadığının səbəbini soruşa bilmirdim (B.Bayramov); HƏYA ETMƏK Bir-iki küçə dolandısa da Nurəddin həya edib bir kəsə əl uzada dilənə bilmədi (S.S.Axundov); QIZARMAQ (məc.) Leyla: Heç gözləməzdim, Şəkər, eyib olsun! – Leyla qızardı (B.Bayramov); XƏCALƏT ÇƏKMƏK Şəkər: Düzü budur ki, sizə verdiyim əziyyət üçün də sıxılıram, xəcalət çəkirəm (B.Bayramov); UTANIB-QIZARMAQ Məmməd qalxdı, utanıb-qızararaq səs gələn tərəfə getdi (Çəmənzəminli); ARLANMAQ, XƏCALƏTLƏNMƏK, QISQINMAQ (dan.), SIXILMAQ (məc.).
Azərbaycan dilinin sinonimlər lüğəti / utanmaq1 UTANMAQ – SIRTIQLAŞMAQ Xan məndən utanır, çəkinir bir az; Mən getsəm, qırğının hesabı olmaz (S.Vurğun); Sırtıqlaşıb, özünüzü biabır etməyin.
Azərbaycan dilinin antonimlər lüğəti / utanmaq2 глаг. 1. стесняться (испытывать чувство неловкости, застенчивости, смущения); постесняться. İlk günlər o az yeyirdi, görünür, utanırmış первые дни она ела мало, видимо, стеснялась; kənar adamlardan utanmaq стесняться посторонних 2. стыдиться: 1) испытывать чувство стыда; постыдиться; безл. становиться, стать стыдно к ому. Hərəkətlərindən utanmaq стыдиться своих поступков. Sənin yerinə mən utandım мне стало стыдно за тебя; utanmırsan? не стыдно тебе? как тебе не стыдно! 2) не решаться на что-л. из чувства стыда; стесняться. Utanma, oxu! пой, не стыдись! (не стесняйся) 3. смущаться, смутиться (прийти в смущение, замешательство); конфузиться, сконфузиться
Azərbaycanca-rusca lüğət / utanmaq1 f. to be* ashamed (of), to be* ashamed (+to inf.), to be* confused, to be* embarrassed, to be* put out of countenance, (sıxılmaq) to feel* shy, to be* shy; bir kəsin qarşısında ~ to feel* shy before smb. Utan(ın)!You ought to be ashamed!, For shame! Özüm-özümdən utanıram I am ashamed of myself; Adamların üzünə baxmağa utanıram I am ashamed to look people in the face
Azərbaycanca-ingiliscə lüğət / utanmaq1 гл. 1. регъуь хьун; dəli utanmaz, yiyəsi utanar. Ata. sözü дилидаз регъуь жедач, регъуь адан иесидиз жеда; 2. регъуьвал авун, регъуьвалун, чугварвалун.
Azərbaycanca-ləzgicə lüğəti / utanmaq