uzatmaq sözü azərbaycan dilində

uzatmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • uzatmaq • 99.4891%
  • Uzatmaq • 0.4380%
  • UZATMAQ • 0.0730%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.66 dəfə / 1 mln.
2002 •••••••• 3.43
2003 ••••••• 3.15
2004 ••••• 2.36
2005 ••• 1.35
2006 ••••••••••• 5.18
2007 ••••••••• 4.02
2008 •••••• 2.44
2009 ••••••••••• 4.96
2010 ••••••••••••• 5.99
2011 •••••••••••••• 6.26
2012 ••••••• 3.27
2013 ••••••••• 4.23
2014 ••••••••••• 5.15
2015 •••••••••••• 5.27
2016 •••••••••• 4.34
2017 ••••••••• 4.23
2018 •••••• 2.55
2019 •••••• 2.64
2020 •••••••••••••••••••• 9.55

uzatmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Daha uzun etmək; uzunluğunu, boyunu artırmaq. Paltarın ətəyini uzatmaq. İpi bir qədər uzatmaq. 2. Bir şeyi irəliyə doğru hərəkət etdirmək, irəli vermək, bir şeyə, ya bir adama tərəf yaxınlaşdırmaq, yönəltmək. …Yavıqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və içdilər. C.Məmmədquluzadə. Ballı xala qabı eşib, bir qızarmış iri kələmdolması tapıb, oğlu Qulunun ağzına uzatdı. Çəmənzəminli. // Əlini uzadaraq bir şeyi vermək, təqdim, ya təklif etmək. Bir papiros çıxarıb yoldaşına uzatdı. – Zabit … ayaqlarını qoşalaşdırıb, məktubu mənə uzatdı… M.S.Ordubadi. Eldarın göyərçin hinini gördükdə mən yaralı göyərçini tordan çıxarıb ona uzatdım. M.Rzaquluzadə. Kənd poçtalyonu Ayaza bir dəstə qəzet uzatdı. Ə.Məmmədxanlı. 3. Çıxmasına, uzanmasına mane olmamaq; vurdurmamaq, qırxdırmamaq, kəsdirməmək. Saqqalını (saçını) uzatmaq. Dırnaqlarını uzatmaq. – Arabir də papaq qoyub bığlarını uzadar; O bilir ki, bu dünyada Koroğlunun adı var. S.Vurğun. Gənc, gözəl bir oğlanın başının tükünü çiyninədək uzadardılar. H.Sarabski. 4. Uzandırmaq, yatırtmaq. Bir az sonra dizinin üstündə huşa getdiyini gördükdə Zeynəb [Mayanı] ehmalca yerinə uzatdı. M.İbrahimov. Kərimin ayağına yağlı xəmir salıb yerə uzadardılar. H.Sarabski. 5. Vaxtını, müddətini artırmaq, bir işin davam müddətini artırmaq. Qəbul saatlarını uzatmaq. Məşğələni yarım saat uzatdılar. 6. Ləngitmək, təxirə salmaq, bir məsələnin, işin həllini, icrasını geriyə atmaq, gecikdirmək, daha gec vaxta keçirmək. [Nazlı:] Fərhad qardaşın stolu üstündə şəklini görmüşəm. Niyə uzadırsan, a-az? Niyə Fərhada getmirsən? Ə.Məmmədxanlı. // Lüzumundan artıq davam etdirmək, gecikdirmək. Oyunu uzatmaq. İşi uzatmaq. – [Şirin:] Ay Çingiz, sənin bir müsbət tərəfin varsa, o da iclası uzatmamağındır. Çəmənzəminli. Söylədi: – Məclisi gəlin uzadaq. H.K.Sanılı. 7. Artırmaq, yaşatmaq, davam etdirmək. Təmiz hava insanın ömrünü uzadar. – Ömrü uzatdıqca dillənir varlıq; Bizə nələr deyir bu bəxtiyarlıq? S.Vurğun. Saf su ömür-gün uzadar; Bulanıq su verər azar. M.Dilbazi. 8. Uzun danışmaq, uzunçuluq eləmək, danışarkən lazım olmayan təfərrüata yol vermək. Sözü uzatmaq. Mətləbi uzatmaq. – Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməhəmməd sözü uzatsın. C.Məmmədquluzadə. Əmrah öz nəsihətlərini çox uzatmadı. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / uzatmaq

uzatmaq sözünün etimologiyası

  • 1 Dialektlərdə qonağı yola salarkən müşayiət etməyə uzatmaq deyirlər: “Dostumu Gəncəyə qədər uzatdım, Bakıya getdi”. Uzatmaq, bir növ yola salmaq deməkdir. Mənbələrdə “iraq” anlamı ilə bağlı ırat feili var və “удалить” mənasını əks etdirir. Uzat, uzaq və iraq tarixən eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / uzatmaq

uzatmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. длить, удлинять, растягивать, натягивать; 2. протягивать, вытягивать, высовывать; 3. затягивать, откладывать; 4. перен. много говорить, распространяться; 5. отпускать (бороду), отращивать (ногти);

    Azərbaycanca-rusca lüğət / uzatmaq
  • 2 глаг. 1. удлинять, удлинить: 1) сделать длиннее, увеличивать, увеличить в длину. Paltarın ətəyini uzatmaq удлинить платье, kəndiri bir qədər uzatmaq несколько удлинить верёвку 2) сделать более длительным, продолжительным. Səyahəti bir ay uzatmaq удлинить путешествие на месяц 2. продлевать, продлить (сделать более длительным, увеличить срок чего-л.). Ezamiyyəti uzatmaq продлить командировку, məzuniyyəti uzatmaq продлить отпуск, ömrünü uzatmaq kimin продлевать жизнь к ому; vaxtını (müddətini) uzatmaq nəyin продлить срок чего 3. тянуть, протягивать, протянуть: 1) вытягивая, выставить, выдвинуть в каком-л. направлении. Əlini uzatmaq протянуть руку 2) подать, поднести вытянутой рукой. Pul uzatmaq kimə протянуть деньги кому, qaşığı uzatmaq kimə протянуть ложку кому 3) заставить длительно звучать. Səsini uzatmaq протянуть голос, ноту 4) проговорить медленно, протяжно. Sözü uzatmaq протягивать (протянуть) слово 5) промедлить с чем-л. Cavabı uzatmaq тянуть с ответом, işi uzatmaq протягивать дело, nahara qədər vaxtı uzatmaq протягивать время до завтрака 4. укладывать, уложить кого-л. (придать кому-л. лежачее положение). Uşağı yerinə (yatağına) uzatmaq уложить ребенка в постель, xəstəni çarpayıya uzatmaq укладывать больного на кровать 5. отращивать, отрастить (дать возможность вырасти, достичь в росте каких-л. размеров, какой-л. величины). Saqqalını uzatmaq отрастить бороду, saçını uzatmaq отрастить волосы, dırnaqlarını uzatmaq отрастить ногти 6. оттягивать, оттянуть (перенести осуществление чего-л. на более поздний срок). Səfərə çıxmağı uzatmaq оттягивать отъезд; döyüb uzatmaq оттянуть (удлинить путём ковки). Boltu döyüb uzatmaq оттянуть болт ◊ mətləbi uzatmaq тянуть душу; sözü uzatmaq тянуть разговор; vaxtı uzatmaq тянуть время (медлить с осуществлением чего-л.)

    Azərbaycanca-rusca lüğət / uzatmaq

uzatmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to lengthen (d.), to make* longer (d.); to stretch (d.); xətti / yol ~ to lengthen / to prolong / to extend a line / a road; tumanı ~ to lengthen a skirt; ömrü ~ to lengthen life; to prolong one’s life; boğazını ~ to stretch one’s neck; 2. (dartıb uzatmaq) to elongate (d.); 3. (əli) to reach / to hold* / to stretch out, to extend (d.); bir şey üçün əlini ~ to hold* / to stretch / to reach out one’s hand for smth.; (əllə görüşmək üçün) to reach out / to extend one’s hand; kömək əlini ~ to give* / to lend* a hand; ayaqlarını ~ d.d. to turn up one’s toes; Ayağını yorğanına görə uzat at. söz. ≅ Cut the coat according to the cloth, Put your hand no further than your sleeve will reach; 4. (səs) to draw* (d.); (çıxış, söhbət və s.) to drawl (d.), to drag out (d.); hekayəni ~ to lengthen out a story; (uzunçuluq etmək) to dwadle, to waste one’s time, to mess about; d.d. (ətraflı danışmaq) to enlarge (on), to expatiate (on), to dilate (d. on); sözü ~ to drawl; Uzatma! Quick! Hurry up!; 5. (ləngitmək) to drag out (d.), to protract (d.); (müddət) to postpone (d.); to prolong (d.); müddəti ~ to prolong / to extend a term; 6. (saqqal, saç) to grow* (d.); saçını ~ to grow* one’s hair long; saqqal ~ to grow* a beard

    Azərbaycanca-ingiliscə lüğət / uzatmaq

uzatmaq sözünün fransız dilinə tərcüməsi

  • 1 f. 1) allonger vt, rallonger vt, pro-longer vt ; avancer vt, tendre vt ; parler à tort et à travers ; sözü ~ traîner la parole ; Uzatma! Vite! Presse-toi! saç ~ laisser (se) pousser les cheveux, saqqal ~ laisser (se) pousser la barbe

    Azərbaycanca-fransızca lüğət / uzatmaq

uzatmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. яргъи авун (мес. чӀарар, вахт); saqqalını uzatmaq ччуру яргъи авун; dırnaqlarını uzatmaq кикер яргъи авун; // яргъивал артухарун; // гежарун; вахт артухарун; 2. гъил яргъи авуна са затӀ гун, теклиф авун, куьсун; 3. яргъи авун, къаткурун, агалтарун (мес. чилел, дивандал); 4. яргъалди рахун, яргъи авун (мес. гаф. ихтилат); mətləbi uzatmaq метлеб яргъи авун.

    Azərbaycanca-ləzgicə lüğəti / uzatmaq

uzatmaq sözünün türk dilinə tərcüməsi

"uzatmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#uzatmaq nədir? #uzatmaq sözünün mənası #uzatmaq nə deməkdir? #uzatmaq sözünün izahı #uzatmaq sözünün yazılışı #uzatmaq necə yazılır? #uzatmaq sözünün düzgün yazılışı #uzatmaq leksik mənası #uzatmaq sözünün sinonimi #uzatmaq sözünün yaxın mənalı sözlər #uzatmaq sözünün əks mənası #uzatmaq sözünün etimologiyası #uzatmaq sözünün orfoqrafiyası #uzatmaq rusca #uzatmaq inglisça #uzatmaq fransızca #uzatmaq sözünün istifadəsi #sözlük