unutmaq sözü azərbaycan dilində

unutmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • unutmaq • 75.9553%
  • Unutmaq • 23.8683%
  • UNUTMAQ • 0.1764%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.83 dəfə / 1 mln.
2002 ••••••••••••• 6.85
2003 •••••••••••••• 7.48
2004 •••••••••• 5.39
2005 •• 0.67
2006 •••••• 3.15
2007 •••••••• 4.23
2008 •••••••• 3.90
2009 ••••••••• 4.48
2010 •••••••••••• 6.26
2011 ••••••••• 4.46
2012 ••••••••••••• 6.63
2013 •••••••••••••••••• 9.63
2014 ••••••••••••• 7.04
2015 •••••••••••••••••••• 10.89
2016 ••••••••••• 5.90
2017 •••••••• 4.23
2018 •••••••• 3.90
2019 ••••••• 3.34
2020 •••••••••••••••• 8.49

unutmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yaddan çıxarmaq, yadından çıxmaq, xatirindən çıxmaq (çıxarmaq). Nə oldu bülbülə kim, qıldı gülüstan tərkin? Unutdu güllərini, etdi aşiyan tərkin. X.Natəvan. // Lazımi anda, yeri gələndə yada salmamaq, nəzərindən qaçırmaq. Yoldan keçərkən bizə baş çəkməyi unutdu. Gedəndə qapını bağlamağı unutma! – [Süleyman:] Amma bax unutma sən, unutma sən, bizləri sən; Görəndə qaşıqara, gözüqara qızları sən! Ü.Hacıbəyov. // Nəzərdən (nəzərindən) qaçırmaq. Unutma ki, sabah iclas günüdür. Az qala unutmuşdum. – Ancaq unutma ki, sənin uşaqların var. M.Hüseyn. [Muxtar Firəngizə:] Sən böyük bir rayonun rəhbəri olduğunu, təəssüf ki, unudursan. B.Bayramov. 2. Saymamaq, hesablaşmamaq, riayət etməmək. Ədəb qaydalarını unutmaq. Heysiyyətini unutmaq. 3. Təsadüfən yadından çıxararaq bir yerdə qoymaq, özü ilə götürməmək. Stolun açarını unutdum, evdə qoydum. ◊ Duz-çörək unutmaq – nankorluq etmək, nankor olmaq, edilən yaxşılığı yadından çıxarmaq. Özünü unutmamaq – özünü yaddan çıxarmamaq, öz xeyrini əldən buraxmamaq.

    Azərbaycan dilinin izahlı lüğəti / unutmaq

unutmaq sözünün etimologiyası

  • 1 Mənbələrdə unamaq feili “bilmək” mənasında açıqlanıb (indi də dialektlərdə bu mənada işlədilir); unumaq (indi müstəqil işlədilmir) feili isə “bildiyini itirmək” kimi şərh edilib. Unutmaq həmin unumaq təsirsiz feilindən -t şəkilçisi (unut) vasitəsilə düzəldilmiş təsirli feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / unutmaq

unutmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

unutmaq sözünün antonimləri (əks mənalı sözlər)

unutmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. забывать; 2. разучиться;

    Azərbaycanca-rusca lüğət / unutmaq
  • 2 глаг. kimi, nəyi забывать, забыть: 1. перестать помнить. Mən onu çoxdan unutmuşam я давно забыл его, heç bir şeyi unuda bilmirəm ничего не могу забыть 2. упустить из виду; не вспомнить в нужный момент. Bəzən unudurlar ki … иногда забывают, что …, pəncərəni bağlamağı unutma не забудь закрыть окно 3. не посчитаться с чем-л., пренебречь ч ем-л. Vicdanı unutmaq забыть совесть, namusu unutmaq забыть честь, qanun-qaydanı unutmaq забыть правила и порядок 4. оставить что-л. где-л., не захватить с собой обычно по рассеянности, невниманию. Kitabı işdə unutmaq забыть книгу на работе, eynəyini unutmaq забыть очки 5. оставить в пренебрежении, без надзора. Balideynlərini unutmaq забыть своих родителей, dostlarını unutmaq забыть своих друзей ◊ duz-çörəyi unutmaq забыть хлеб-соль; özünü unutmaq забываться, забыться (позабыть об окружающем, погружаясь в какое-л. занятие); özünü unutmamaq не забывать, не забыть своих корыстных интересов; жить своими корыстными интересами и себя не забывать

    Azərbaycanca-rusca lüğət / unutmaq

unutmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to forget* (d.); (laqeydlik göstərmək) to neglect (d.); (yaddan çıxarmaq) to leave* behind (d.); bir işi görməyi ~ to neglect to do / doing smth.; özünü ~ to forget* oneself; vəzifəsini ~ to forget* one’s duties; Unutma ki,... Don’t forget that..., Anana məktub yazmağı unutma Don’t neglect writing a letter to your mother, Don’t forget to write a letter to your mother; Bu barədə tamamilə unutmuşam I have forgotten all about it, It went clean out of my mind; 2. to forget (how+to inf.); O, almanca danışmağı unudubdur He / She has forgotten how to speak German

    Azərbaycanca-ingiliscə lüğət / unutmaq

unutmaq sözünün fransız dilinə tərcüməsi

unutmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. рикӀелай алатун, рикӀелай фин; 2. рикӀелай алудун, рикӀелай ракъурун; 3. рикӀелай алудун; // гьисаба такьун, кваз такьун, амал тавун; // рикӀелай алатна са чкадал тун, жувахъ галаз кьун тавун (мес. кӀвалин куьлег); ** duz-çörək unutmaq кьелни-фу рикӀелай алудун, кьелни-фу квадарун, нанкорвал авун, авур хъсанвал рикӀелай ракъурун; özünü unutmamaq вич рикӀелай алуд тавун, вичин хийир гъиляй ахъай тавун.

    Azərbaycanca-ləzgicə lüğəti / unutmaq

unutmaq sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#unutmaq nədir? #unutmaq sözünün mənası #unutmaq nə deməkdir? #unutmaq sözünün izahı #unutmaq sözünün yazılışı #unutmaq necə yazılır? #unutmaq sözünün düzgün yazılışı #unutmaq leksik mənası #unutmaq sözünün sinonimi #unutmaq sözünün yaxın mənalı sözlər #unutmaq sözünün əks mənası #unutmaq sözünün etimologiyası #unutmaq sözünün orfoqrafiyası #unutmaq rusca #unutmaq inglisça #unutmaq fransızca #unutmaq sözünün istifadəsi #sözlük