* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | •••••••••••••• | 0.67 |
2007 | ••••• | 0.21 |
2008 | ••••• | 0.24 |
2009 | •••••••••• | 0.48 |
2010 | •• | 0.09 |
2011 | •• | 0.09 |
2012 | •••• | 0.17 |
2013 | ••••••••• | 0.44 |
2014 | •••••••••••••••••••• | 1.03 |
2015 | •••• | 0.17 |
2018 | ••• | 0.15 |
2019 | ••• | 0.14 |
2020 | ••••••••••• | 0.53 |
1 f. 1. Üfüqi və hərəkətsiz bir vəziyyət almaq, uzanmış vəziyyət almaq (yatmaq, dincəlmək və ya başqa məqsədlə). Divanda uzanmaq. Otun üstündə uzanmaq. Üzüqoylu uzanmaq. Böyrü üstə uzanmaq. – Nahardan sonra uzandım, amma yuxum gəlmədi. C.Məmmədquluzadə. Qaraca qız da kölgədə uzandı və bir azdan sonra şirin yuxuya getdi. S.S.Axundov. // Bütün bədəni ilə yerə yıxılmaq, sərilmək. Tirtap yerə uzandı. 2. Əlini, başını, ya bütün bədənini bir şeyə və ya bir adama tərəf uzatmaq, özünü qabağa vermək. Uzanıb stolun üstündən kitabı götürdü. Uşaq oyuncağı görən kimi ona tərəf uzandı. 3. Uzanıb-gedən sahə haqqında (çox vaxt “uzanıb-getmək” şəklində işlənir). Dərəni aşdım. Meşənin içərisində cənuba doğru uzanan (f.sif.) daşlı-qayalı bir dağ ətəyi ilə gedirdim. A.Şaiq. Arxa tərəfdən ucsuz-bucaqsız geniş düzənlik uzanıb-gedirdi. İ.Əfəndiyev. // Uzun məsafədə sıra ilə, yaxud yan-yana düzülmək. 4. Boy atmaq, boya vermək, böyümək. Uşaq bir ildə çox uzanıb. // Uzunlaşmaq, çoxalmaq, artmaq; sallanmaq (saç, saqqal, dırnaq və s. haqqında). Müəllim [Tellinin] belindən aşağı uzanan (f.sif.) hörüklərinə diqqət etdi. S.Hüseyn. [Döyüşçünün] uzanmış (f.sif.) saqqalında qan laxtalanmışdı. Ə.Vəliyev. // Daha uzun olmaq, uzununa artmaq, daha uzun görünmək. Yollar boyunca hündür otların və ağacların kölgəsi uzanır, şərq üfüqlərindən enən xəfif qaranlıqla qovuşaraq qatılaşır. M.İbrahimov. Kölgələr uzanır, günəş çəkilib batmağa gedirdi. Mir Cəlal. 5. Bir şeyə tərəf yönəlmək. Qabarlı əllər uzanır “Zimni”yə; Köhnə dünyanı birdəfəlik boğmaq üçün. R.Rza. Bizim birliyimiz kəsəcək ancaq; Düyməyə uzanan o barmaqları. B.Vahabzadə. 6. Daha sürəkli, daha uzun olmaq, yaxud görünmək. Günlər getdikcə uzanır. – Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı. A.Səhhət. Ömründən pay verir gecə gündüzə; Günlər uzandıqca uzanır il də. S.Vurğun. // Bir vaxta qədər, bir müddətədək davam etmək; çox çəkmək, davam etmək. Mübahisə bir neçə saat uzandı. Ziyafət gecə yarısına qədər uzandı. – Bu hal ilə əsrə qədər müharibə uzandı; Nəticədə fədailər şanlı zəfər qazandı. A.Səhhət. Məclis uzandı. Hamı sevinirdi, hamı gülürdü. S.Rəhman. // məc. Ləngimək, yubanmaq, təxirə düşmək. Məsələnin həlli çox uzandı. İşin icrası bir qədər uzandı. 7. məc. İz buraxaraq uzaqlaşmaq, çəkilmək, getmək. Günəş qızıl saçlarını dərələrdən, meşələrdən yavaş-yavaş toplayaraq qərbə doğru uzanmağa başlamışdı. A.Şaiq.
Azərbaycan dilinin izahlı lüğəti / uzanmaq8 1. UZANMAQ Sonra Cavanşir otağa girib elə çəkməli, şalvarlı da çarpayıda uzandı (Elçin); BÖYRÜNÜ YERƏ VURMAQ (fr.v.) Böyrün yerə vurub çoban dağ üstə; Hərdən deyir bir yanıqlı şikəstə (A.Səhhət); DÖŞƏNMƏK Nizami ..ağacın kölgəsinə döşənib axşama kimi yazırdı (M.Hüseyn); SƏRƏLƏNMƏK [Mehriban] qapının ağzında yerə sərələndi (S.Hüseyn); SƏRİLMƏK ..Xasay arxası üstə göy çəmənin üzərində sərilmişdi (Ə.Vəliyev). 2. UZANMAQ [Çingiz:] Buna “boymadərən” deyirlər, onu kim qoxulasa boyu uzanır (B.Bayramov); BOY ATMAQ Burda, bu ağacda hər oğlan, hər qız; Bir zaman boy atıb bir nər olacaq (S.Vurğun); ÇAYDAQLAŞMAQ/CAYDAQLANMAQ.
Azərbaycan dilinin sinonimlər lüğəti / uzanmaq1 UZANMAQ – QALXMAQ Bir xəstə uzanmışdı yerdə üst-başı açıq (S.Rüstəm); Gülşən söz alıb ayağa qalxdı (Ə.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / uzanmaq1 UZANMAQ I f. İstirahət etmək, yatmaq. İşığı söndürüb yatağa uzandı, amma yata bilmədi (D.Dəmirli). UZANMAQ II f. Davam etmək. Uzanır məclisin, günəş doğana; Ellər aşiqinə “yenə çal!” – deyir (S.Vurğun). UZANMAQ III f. Boy atmaq, böyümək. Gözlərinin qabağında Hədəflər gah uzanır dönür qara lentaya, gah kiçilir, toz olur (R.Rza).
Azərbaycan dilinin omonimlər lüğəti / uzanmaq1 1. лежать, лечь, ложиться, полечь, прилечь; 2. протягиваться, простираться, тянуться; 3. затягивать, тянуть; 4. расти; 5. растягиваться, растянуться, длиться; 6. удлиняться;
Azərbaycanca-rusca lüğət / uzanmaq2 глаг. 1. ложиться, лечь. Yatağa uzanmaq лечь в постель, divana uzanmaq лечь на диван 2. лежать (находиться в горизонтальном положении). Kürəyi üstündə uzanmaq лежать на спине, yanı üstündə uzanmaq лежать на боку, çarpayıda uzanmaq лежать на кровати 3. вытягиваться, вытянуться: 1) стать длиннее, увеличиться в длину. Rezin uzandı резинка вытянулась 2) вырасти. Uşaq bu il uzanıb ребенок в этом году вытянулся 3) расположиться на большом протяжении по одной линии. Bulvar sahil boyu uzanır бульвар вытянулся вдоль берега 4. отрастать, отрасти (вырасти, достичь в росте каких-л. размеров). Saçlarım uzanıb волосы у меня отросли, dırnaqları uzanıb kimin ногти отросли у кого 5. тянуться, протягиваться, протянуться: 1) натянуться на какое-л. расстояние, в каком-л. направлении. Bu taydan o taya kanat uzanmışdır с этого берега на тот берег протянулся канат 2) выставиться в каком-л. направлении, с какой-л. целью. Ona tərəf çoxlu əllər uzanmışdır много рук протянулось к нему 3) продлеваться, продлиться. İş çox uzanır дело тянется долго, söhbət uzanır разговор тянется 6. удлиняться, удлиниться: 1) стать длиннее, увеличиться в длину. Axşamüstü kölgələr uzanır к вечеру тени удлиняются 2) сделаться более длительным, продолжительным. Günlər getdikcə uzanır дни постепенно удлиняются
Azərbaycanca-rusca lüğət / uzanmaq1 f. 1. to lie* (down); (adam haq.) to stretch oneself, (tirləşmək) to sprawl; böyrü üstə ~ to lie* on one’s side; yataqda ~ (xəstəliyə və s. görə) to lie* up; divanda ~ to lie* on the sofa; (bitki haq.; yerə yatmaq) to lie* flat; Meşə bir neçə mil uzanır The forest stretches / extends for miles; 2. (vaxt) to last, to linger, to draw* out, to crawl, to wear* on, to hang* heavy; to expand; yüz metrəcən ~ to stretch for a hundred metres; bir şeyin boyunca ~ to skirt smth, to lie* along smth.; (xəstəlik və s.) to drag on; (söhbət) to last; (müddət) to become* longer, to lengthen; to become* prolonged; Martda günlər uzanır The days lengthen in March
Azərbaycanca-ingiliscə lüğət / uzanmaq1 f. 1) coucher (se) ; allonger (s’) ; étendre (s’) ; böyrü üstə ~ fainéanter vi ; 2) prolonger (se) ; bir şeyin boyunca ~ longer vt qch, cotoyer vt ; durer vi
Azərbaycanca-fransızca lüğət / uzanmaq1 гл. 1. яргъи хьун, кьаткун, агалтун (мес. чилел, дивандал); yerdə uzanmaq чилел яргъи хьун; böyrü üstə uzanmaq са къвалахъ яргъи хьун; 2. ярх хьун, акьалдун, чиле акьун; 3. экӀя хьун (гзаф яргъи чкадин, рекьин, гзаф яргъи мензилда сад хьиз жергедавай гзаф дараматрин, ттарарин ва мс. гьакъинда); 4. яргъи хьун (мес. чӀарар, кикер, йифер ва мс.); gecələr uzanır йифер яргъи жезва; // геждалди фин, яргъал чӀугун, яргъалди фин; söhbət uzandı ихтилат яргъи хьана; 5. яргъи хьун, буй вегьин, буй акъатун, чӀехи хьун (мес. аял, ттар ва мс.); ağac xeyli uzanmışdır ттар азим яргъи хьанва.
Azərbaycanca-ləzgicə lüğəti / uzanmaq