ucalmaq sözü azərbaycan dilində

ucalmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ucalmaq • 90.2174%
  • Ucalmaq • 6.5217%
  • UCALMAQ • 3.2609%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.15 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2006 •• 0.23
2009 •• 0.32
2010 ••• 0.36
2012 •• 0.26
2013 0.15
2014 ••• 0.34
2018 0.15
2019 0.14

ucalmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Daha da yüksəlmək, qalxmaq, yuxarıya doğru artmaq. Suyun səviyyəsi xeyli ucalmışdır. Binanın divarları gündəngünə ucalır. // Uzaqdan görünmək (uca şeylər haqqında). Artıq Şuşa şəhəri görünür, Xanqızının ağ imarəti ucalır. S.Rəhimov. Torpaq yoldan bir az kənarda, yastı yamacda bir fin evi, ağ çadır və buruq vışkası ucalırdı. M.Süleymanov. // Boy atmaq, qalxmaq. [Cavan qızın] boyu ucalıb, köksü dolğunub, simasında da ayrı məlahət görünürdü. Çəmənzəminli. Daşlıq yolun kənarlarında ot-ələf elə ucalmışdı ki, deyərdin, buralar xüsusi biçənək yeridir. Mir Cəlal. 2. Qalxmaq, qopmaq, yüksəlmək, güclənmək, ucadan eşidilmək (səs haqqında). Nagəhan küçədə ucaldı səda; Vurharay düşdü, qopdu bir qovğa. M.Ə.Sabir. Heyfa ki çıxmadı tarın sədası; Ucalmadı kamançanın nəvası. A.Səhhət. 3. məc. Hörməti, nüfuzu artmaq, yüksəlmək, hörmətə minmək. Camaat arasında ucalmaq. – Aşıq qocalar, gəzər; Eldə ucalar, gəzər; Sonsuz öləndən sonra; Ruhu bacalar gəzər. (Bayatı). Şəmşir kimi sən də doğru, düz dolan; Çox olub tarixdə enən, ucalan. Aşıq Şəmşir. // Yüksəklərə qalxmaq, göyə qalxmaq. …Qırmızı bayraqlar ucalmış göyə; Hazırlıq görürlər, qovğa var deyə. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / ucalmaq

ucalmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 yüksəlmək — qalxmaq — artmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / ucalmaq
  • 2 UCALMAQ (müxtəlif mənalarda) Neçə-neçə yeni bağ; Neçə misli olmayan; Aləmə işıq yayan; HES-lər ucalacaqdır (M.Rahim); QƏLBİLƏNMƏK Ay getdikcə qəlbilənir, elə bil görünməz bir nərdivanla yuxarılara qalxır (Ə.Vəliyev); YÜKSƏLMƏK, QALXMAQ Doğrusu arxanca azı yüz kərə; Mən də yüksəlirəm, mən də qalxıram (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ucalmaq

ucalmaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 UCALMAQ – ENMƏK Arzu göylərində qoşa ucalmaq; Durubsan ulduzlar sırasında sən (S.Tahir); Ağılların uçurumuna ütü çəkməli; Ürəklərin zülmətinə enmək istədi (M.Araz).

    Azərbaycan dilinin antonimlər lüğəti / ucalmaq

ucalmaq sözünün rus dilinə tərcüməsi

  • 1 повышаться, возвышаться, подниматься, взвиться

    Azərbaycanca-rusca lüğət / ucalmaq
  • 2 глаг. 1. возвышаться (выделяться своей высотой). Yolun hər iki kənarında daş evlər ucalır по обе стороны дороги возвышаются каменные дома 2. возвышаться, возвыситься, подниматься, подняться: 1) перен. стать более значительным, получить более высокую оценку в чьём-л. мнении. Nəzərində ucalmaq kimin подняться в чьём мнении; gözündə ucalmaq kimin подняться в чьих глазах 2) усиливаться, усилиться, делаться, сделаться более громким (о голосе)

    Azərbaycanca-rusca lüğət / ucalmaq

ucalmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to rise; to raise; (vəzifədə) to advance; (səs) to soar; gah ~, gah enmək (səs) to soar up and down; (həm də məc.) to tower (above); (bayraq) to go* up, to be* raised; məc. to rear oneself; to rise high, to fly* high; O, dünyada ucaldı He’s risen high in the world; Oucalır, lakin tezliklə enəcək He’s flying, but he’ll fall soon

    Azərbaycanca-ingiliscə lüğət / ucalmaq

ucalmaq sözünün fransız dilinə tərcüməsi

ucalmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кьакьан хьун, (винелди) хкаж хьун, къвердавай виниз акъатун (мес. кӀвалин цлар); // яргъай акун (кьакьан затӀунин гьакъинда); 2. (цавуз) акъатун, гужлу хьун, гьатун (мес. кӀеви ван); 3. пер. хкаж хьун, гьуьрмет артух хьун, гьуьрметлу хьун; // цавуз хкаж хьун (мес. пайдах).

    Azərbaycanca-ləzgicə lüğəti / ucalmaq

ucalmaq sözünün türk dilinə tərcüməsi

"ucalmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ucalmaq nədir? #ucalmaq sözünün mənası #ucalmaq nə deməkdir? #ucalmaq sözünün izahı #ucalmaq sözünün yazılışı #ucalmaq necə yazılır? #ucalmaq sözünün düzgün yazılışı #ucalmaq leksik mənası #ucalmaq sözünün sinonimi #ucalmaq sözünün yaxın mənalı sözlər #ucalmaq sözünün əks mənası #ucalmaq sözünün etimologiyası #ucalmaq sözünün orfoqrafiyası #ucalmaq rusca #ucalmaq inglisça #ucalmaq fransızca #ucalmaq sözünün istifadəsi #sözlük