Yorubalar
Yoruba ('Yorùbá') — Afrika ölkəsi olan Nigeriyadaki ən böyük (etnik) topluluqdur. Sayları 44 milyon olan bu xalq Nigeriyadan başqa ölkələrədə yayılmışlar. Yaşadıqları ölkələrdə əsas iki Yoruba diasporu mövcuddur. Bunlardan biri 1960–80-ci illərdə olan iqtisadi və siyasi səbəblərdən ABŞ-yə və İngiltərəyə köçən yeni köçkünlər, digəri isə Kölə ticarəti zamanı Kuba,Puerto-Riko,Dominikan Respublikası və s. ölkələrə gətirilən insanlar idi.
Nigeriyada yaşayanların 26 %-ni təşkil etmələrindən başqa sayları Qərbi Afrika bölgəsindəki digər ölkələrdəkilərlə birlikdə 50 milyona yaxındır.
Yorubaların çoxluğu Nigeriyanın cənub-qərbindən yaşasalar da, Benin, Toqo, Sierra Leone, Kuba kimi ölkələrdə önəmli Yoruba cəmiyyəti yaşayır. Yorubaların ənənələri Amerika dövlətlərininde Yoruba dini görüşlərinə zemin oldu, örnək olaraq Voodoo (Vodoun), Santeria, Umbanda,
Candomble, Macumba.
Yoruba sözü Oyo imperiyası sözündən törədiyi güman olunur. İlk vaxtlar Oyo imperiyasındakı xalq Hausa adlanırdı sonralar Nigeriyadakı ilk anqlikan yepiskop Crowther öz kitabında xalqı Yoruba adlandırdı.