görün sözü azərbaycan dilində

görün

Yazılış

  • görün • 69.0265%
  • Görün • 30.9735%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
4K görüntü imkanı
4K — Kinematoqrafiya məqsədləri üçün bazara təqdim olunan ilk 4K kamera, 2003-cü ildə bazara buraxılan Dalsa Origin-di. 4K texnologiya, Kaliforniya Universiteti, San Diego, CALIT2, Keio Universiteti, Dəniz Yüksək Lisenziya Məktəbi və 2004-cü ildə IGrid və CineGrid kimi məkanlarda müxtəlif nümayişlər gerçəkləşdirən dünyadakı Universitetlərdəki müxtəlif araşdırma qrupları tərəfindən inkişaf etdirilmişdir. == Formatlar == === Rəqəmsal film === Rəqəmsal film ən-boy dərəcəsi piksel görüntü imkanı dərəcəsinə görə dəyişir. Rəqəmsal filmlərdəki ilk yüksək görüntü imkanı standartlarından biri 4K'dır. Xüsusilə komputer oyunlarının inkişafında 4K standartının böyük qatqısı olmuşdur. === PC formatları === ==== UHD ==== Ultra High Definition (UHD), 3840 x 2160 piksel və yuxarı görüntü imaknına verilən addır. Bir UHD monitor, bir Full-HD monitorun dört qatı görüntü imkanı təmin edir. Şaquli görüntü imkanı piksel sayısı (3840) səbəbi ilə kinematoqrafiya 4K standartı ilə qarşılaşdırılaraq "4K" ilə sinonim işlədilir. UHD'nin 4K, 5K, 8K və 10K törəmələri PC monitorlarında işlədilməkdədir. ==== YouTube formatı ==== iyul 2010'da YouTube 4K formatındakı videoların yüklənməsinə qismən olsa da icazə vermişdir.
Amerika etüdləri. Vaşinqtondan görünən Azərbaycan (film, 2012)
Bakı şəhərinin dənizdən görünüşü (şəkil)
Vereşagin tarixi şəhərlərin təsvirə böyük maraq göstərmişdir. 1951-ci ildə Moskvanın incəsənət fondunnan Azərbaycan Milli İncəsənət Muzeyinə təmənnasız şəkildə verilib. Şəhərin tarixi burda əksini tapıb, Bakı tədricən sənaye şəhəri olub və bu şəkildə qala divarlarının hüdudlarından kənarında yerləşən əlavə tikililəri görmək olar.
Cəngavərin görünüşü (Rafael)
Cəngavərin yuxusu (it. Sogno del cavaliere) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1503-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Bu əsər hal-hazırda Böyük Britaniyanın London şəhərində Milli sərgi muzeyində saxlanılır.
Görünmə böyüklüyü
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. == Tarixi == Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır. Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir.
Görünməz adam (roman)
Görünməz Adam (ing. The Invisible Man) — müəllifi Herbert Uels olan elmi fantastik novella. 1897-ci ildə Həftəlik Pirsonunda ardıcıllıq şəklinə salındı və həmin ildə roman kimi nəşr edildi. Əsərdə alim görünməz olmaq üçün öz üzərində təcrübə aparır və bu prosesi müvəffəqiyyətlə yerinə yetirir, ancaq hadisələrin gedişində müvəffəqiyyətsizliyə uğrayır. Bu roman insanı görünməz edən bir sıra cihazlar kəşf etmiş ingilis fiziki Qriffinin taleyindən bəhs edir. Özünü görünməz adama çevirən və Kemp adlı alimlə məqsədli əlaqə yaratmağa çalışan Qriffin insanları qorxuya salan terror kompaniyası yaratmağa səy göstərir, lakin Kemp onun bu təklifindən qəti imtina edərək polisə xəbər verir. Ələ keçən Qriffin qəzəblənmiş insanlar tərəfindən amansızcasına döyülərək öldürülür.
Görünməz oğlan (film, 2014)
Görünməz oğlan (it: Il ragazzo invisibile) — rejissor Qabriele Salvatoresin çəkdiyi 2014-cü ildə istehsal olunmuş fantastika-superqəhrəman filmidir. == Süjet xətti == Mişel Silenzi dul anası (yerli polis müfəttişi) ilə birlikdə yaşayan Triestdən olan utancaq on üç yaşlı uşaqdır. O, məktəbdə tez-tez diqqətdən kənarda qalır və məktəbin zorbaları tərəfindən müntəzəm olaraq incidilir. Arzularının hədəfi olan sinif yoldaşı Stella iştirak edəcəyi üçün o, dəbdəbəli paltar gecəsinə qatılmaq istəyir. Təəssüf ki, onun superqəhrəman kostyumu almaq üçün istifadə edəcəyi əlli avro əskinas zorbalar tərəfindən oğurlanır. Bunun əvəzinə o, mistik güclərə malik olan naməlum bir Çin superqəhrəmanına aid olduğu deyilən daha ucuz bir kostyumla kifayətlənməli olur. Zorbalar onu məclisdə utandıraraq Stellaya onu öz telefonunda gizli şəkildə çəkdiyini göstərirlər. Əsəbləşən Mişel bu kostyumun onu görünməz etməsini istəməzdən əvvəl gecənin içinə qaçır. Sonradan o, arzusunun reallaşdığını başa düşür. Əvvəlcə o, gücündən istifadə edərək məktəbdə ona qarşı haqsızlıqlar edən zorbaların payını verir, daha sonra isə paltardəyişmə otağında alt paltarında olan qadın sinif yoldaşlarına tamaşa edir.
Pəncərədə görünən kölgə
"Pəncərədə görünən kölgə" - Elxan Elatlı tərəfindən yazılmış detektiv roman. == Məzmun == «Pəncərədə görünən kölgə» sevilən yazıçı Elxan Elatlının detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra ilk romanıdır. Bu maraqlı və təsirli əsərdən başlayaraq, müəllif dünya detektivində heç kəsə bənzəməyən özü­nəməxsus üslubunu yaratmışdır. Romanda Azər­baycanın bir kənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin açılmasından söhbət getsə də, burada anaya və övlada mə­həbbətin, halallığın, mənəvi təmizliyin təbliği də xüsusi yer tutur. Bu baxımdan roman ye­niyetmə və gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir. == İstinadlar == "Alinino".
Pəncərədə görünən kölgə (kitab)
"Pəncərədə görünən kölgə" - Elxan Elatlı tərəfindən yazılmış detektiv roman. == Məzmun == «Pəncərədə görünən kölgə» sevilən yazıçı Elxan Elatlının detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra ilk romanıdır. Bu maraqlı və təsirli əsərdən başlayaraq, müəllif dünya detektivində heç kəsə bənzəməyən özü­nəməxsus üslubunu yaratmışdır. Romanda Azər­baycanın bir kənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin açılmasından söhbət getsə də, burada anaya və övlada mə­həbbətin, halallığın, mənəvi təmizliyin təbliği də xüsusi yer tutur. Bu baxımdan roman ye­niyetmə və gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir. == İstinadlar == "Alinino".
Radara Görünmə Sahəsi
Radara görünmə sahəsi (RCS) bir obyektin radarla nə qədər aşkar oluna biləcəyinin ölçüsüdür. Daha böyük bir RCS, bir obyektin daha asan aşkar edildiyini göstərir. Bir obyekt mənbəyə məhdud bir miqdarda radar enerjisi təqdim edir. Buna təsir edən amillər bunlardır: Hədəfin hazırlandığı material; Hədəfin hədəfi işıqlandıran radar siqnalının dalğa uzunluğuna nisbətən ölçüsü; Hədəfin mütləq ölçüsü; İnsident bucağı (hədəfin formasından və radar mənbəyinə istiqamətlənməsindən asılı olaraq radar şüasının hədəfin müəyyən bir hissəsini vurduğu bucaq); Əks olunan bucaq (əks olunan şüanın hədəfə dəydiyi hissədən ayrıldığı bucaq; insident bucağından asılıdır); Hədəfin istiqamətinə görə ötürülən və alınan radiasiyanın polirizasiyası. Hədəflərin aşkarlanmasında vacib olsa da, ötürücü gücü və məsafə RCS hesablamasına təsir edən amillər deyil, çünki RCS hədəfin əks-ediciliyinin bir xüsusiyyətidir. Radara görünmə sahəsi təyyarələrin geniş aralıqlarda aşkarlanması üçün istifadə olunur. Məsələn, bir stels təyyarədə (aşağı səviyyədə radarlar tərəfindən aşkarlanmağa imkan verən bir formada hazırlanmış təyyarə) aşağı səviyyədə radara görünmə sahəsi verəcək dizayn xüsusiyyətləri (radar əmici boya, düz səthlər, radarları xüsusilə mənbədən fərqli bir yerə əks etdirməsi üçün xüsusi maili səthlər) olacaqdır. Sərnişin təyyarəsinin radara görünmə sahəsi isə çılpaq metallar, mənbəyə ötürülən siqnal əksi, zəmanətli yuvarlaq səthlər, mühərriklər, antenalar və s. struktur xüsusiyyətlərinə görə daha böyük olacaqdır. Radara görünmə sahəsi, xüsusilə təyyarələr və ballistik raketlərlə əlaqəli tətbiqlərdə, radar stels təyyarə texnologiyasının ayrılmaz bir hissəsidir.
Timsah görünüşlü ət piroqu
Toledonun görünüşü
"Toledonun görünüşü" (isp. Vista de Toledo) — görkəmli İspan rəssamı El Qrekonun rəsm əsəri. Əsərin digər adı Toledoda tufandır (Toledo en una tormenta). Bu rəsm rəssamın qorunub saxlanılmış 2 mənzərə əsərindən biridir.
Toledonun görünüşü (El Qrekonun rəsmi)
"Toledonun görünüşü" (isp. Vista de Toledo) — görkəmli İspan rəssamı El Qrekonun rəsm əsəri. Əsərin digər adı Toledoda tufandır (Toledo en una tormenta). Bu rəsm rəssamın qorunub saxlanılmış 2 mənzərə əsərindən biridir.
Ultra yüksək görüntü imkanı TV
Ultra Yüksək Görüntü İmkanı TV (vəya UHDTV, Ultra HDTV) NHK Science & Technology Research Laboratories tərəfindən üzərində işlənilən bir rəqəmsal video formatıdır. HDTV'yə görə 16 qat daha yüksək görüntü imkanlı bir görüntüyə sahibtir. Geniş Dörtərəfli Yüksək Görüntü İmkanı (WQHD) (2560 × 1440) və Kvadrat Tam Yüksək Görüntü İmkanı (QFHD) (3840 × 2160) versiyaları ilə təkmilləşdirilən UHDTV, edilən qabaqcıl səviyyə çalışmalarından sonra 7680x4320 meqapiksel formatına çatmışdır. == Layihə mərhələsi == İlk mərhələ UHDTV təcrübə işi 2003-cü ildə edilmişdir. 30 dəqiqə davam edən test işlərində HD yayımın 16 qatı daha yüksək bir görüntü imkanına çatmışdır. == İrəliləyişlər == UHDTV üçün təkmilləşdirilən ilk kamera 2,5 inç (64 mm) ölçülərində CCD texnologiyası ilə dizayn edilmişdir. İlk UHD kamera 3840 × 2048 görüntü imkanı sahibdir. Sonrasında UHD kameralarının 7680×4320 meqapikselə yüksəldilməsi ilə əlaqəli işlər uğurla nəticələndi. Hal-hazırda Vestel, Sony, Samsung, LG Electronics, Panasonic kimi firmalar UHDTV ve UHD Monitor istehsalata başlamışdır. == Görüntü İmkanı == Ultra yüksək görüntü imkanı TV olaraq tanıdılabiləcək iki cür görüntü imkanı vardır: 4K UHDTV (2160p) 3840 × 2160 (8.3 meqapiksel) görüntü imkanına sahibdir.
Ürəkdən ürəyə yollar görünür (film, 1970)
== Məzmun == Kinolent Azərbaycanla Hindistanı bir-birinə bağlayan çoxəsrlik dostluqdan söhbət açır. Eyni zamanda biz ekranda hind rəssamlarının Bakıda açılmış sərgisi ilə tanış oluruq, məşhur hind kino ulduzları Rac Kapur və Nərgizlə kinoteatrda görüşürük, sevimli sənətkarımız Rəşid Behbudovun hind mahnısı oxuduğunu görürük. Kadrlarda 1969-cu ildə Azərbaycanda keçirilmiş Hindistan mədəniyyəti ongünlüyünün tədbirləri də əks etdirilmişdir. == Film haqqında == Film Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nina Mustafayeva Ssenari müəllifi: Aqşin Babayev, Nina Mustafayeva Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
İnkişaf etmiş görüntü imkanı televiziyası
İnkişaf etmiş görüntü imkanlı televiziya ya da genişlədilmiş görüntü imkanı televiziya (EDTV) (ing. Enhanced-definition television) — Amerikan Elektronik İstifadəçilər Birliyi (CEA) tərəfindən təsdiq edilmiş bir rəqəmsal televiziya (DTV) format və bu formatı dəstəkləyən televiziya növüdür. ETV SDTV'dən daha çox inkişaf etmiş bir sistem olmasına baxmayaraq HDTV qədər uğurlu bir sistem deyildir. Xüsusilə dünyada VCD cihazlarının inkişafı və buna bağlı olaraq sinema filmlərinin CD mühitində daha çox yayılması sonrası seçim edilən bir texnologiya olan ETV, DVD inkişafından sonra köhnə populyarlığını itirmişdir. ETV 480p vəya 576p siqnal görüntüləmə qabiliyyətinə sahibdir. Çox vaxt 480p (NTSC) və 576p (PAL)siqnal axtarışı edən ETV'nin bəzi standartları ölkədən ölkəyə dəyişiklik göstərməktədir. Görüntüləmə texnologiyasında yaşanan texnolojik inkişaflar və buna bağlı olaraq köhnə texnologiyaların populyarlığını itirməsi sonucu ETV günümüzdə sadəcə oyun formatlarında işlədilir hala gəlmişdir.
İzometrik görünüş
İzometrik görünüş (ing. isometric view, rus. изометрическое представление, türk. izometrik görünüm) – kompüter qrafikasında: fəza fiqurlarını və ya obyektlərini üç ölçüdə – hündürlük və enlə, ancaq dərinliklə verilə bilən perspektivi dəyişmədən göstərən təqdimolunma üsulu. Məsələn, kubun izometrik görünüşünü yaradan rəsm proqramı onun tərəfini dərinlik fərqi olmaqla hündürlüyünə və eninə birin-birə nisbətində göstərir; yəni uzun tərəflər perspektivdə olan görüntü kimi məsafə artdıqca qısalmır. İzometrik görünüşün üstünlüyü ondadır ki, görüntünün hər bir tərəfinin uzunluğu şəklin miqyasına nisbətdə həmişə "düzgün", dəqiq olur. Tut: PERSPECTIVE VIEW. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Görünməz qonaq
Görünməz qonaq (isp. Contratiempo) — 2016-cı ildə buraxılmış ispan detektiv triller filmi. Bu Bədən filmindən sonra rejissor Oriol Paulonun ikinci triller filmidir. Film 6 yanvar 2017-ci ildə İspaniyada yayımlandı. Bu, 4 milyon avroluq büdcəsinə qarşı 30,5 milyon dollar həcmində gəlir əldə etmişdir. Film rəsmi olaraq iki dəfə yenidən hazırlanmışdır: 2018-ci ildə nümayiş etdirilən italyan Görünməz şahid filmi və Red Chillies Entertainment tərəfindən 8 mart 2019-da yayımlanan hind filmi Badla.
Ekran görüntüsü
Skrinşot (ing. screenshot) ya da ekran görüntüsü – ayrıca anda kompüterin ekranında olan görüntünü, yaxud onun bir hissəsini köçürməklə (kopyalmaqla) yaradılan şəkil. Adətən, bu rəqəmli görüntü istifadəçinin komandası əsasında əməliyyat sistemi, yaxud başqa proqram vasitəsilə alınır. Ekran görüntüsü nadir hallarda foto-/videokamera kimi xarici qurğunun köməyilə, yaxud kompüterdən monitora gedən siqnalı "yaxalamaq" yoluyla əldə edilir. Microsoft Windows əməliyyat sistemində ekran görüntüsü almağın ən sadə üsulu klaviaturada PrtScr klavişindən (bütün ekran üçün), yaxud Alt + PrtScr (aktiv pəncərə üçün) klavişlər kombinasiyasından istifadə etməkdir. Bu zaman görüntü əməliyyat sisteminin mübadilə buferinə köçürülür və sonradan istənilən qrafik redaktora qoyula, zərurət olarsa, redaktə oluna bilər. Bundan başqa, əksər hallarda görüntü mətn redaktorunda (məsələn, Microsoft Word və ya OpenOffice.org Writer) sənədə qoyula bilər. Ekran görüntüsü almaq üçün Vista versiyasından başlayaraq Windows əməliyyat sistemində xüsusi proqram – Snipping Tool proqramı nəzərdə tutulub. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Görüntülər (kitab)
Görüntülər — Rövşən Abdullaoğlunun İbn Sinanın “İşarat və tənbihat” (Göstəriş və təlimatlar) kitabının X fəslinə yazdığı tərcümə və şərhi. == Məzmun == “Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır. == Nəşr == Kitab 2014-cü ildə Rövşən Abdullaoğlu tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında "İrfani kitablar" silsiləsindən 216 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ariflərin irfani məqamları == İstinadlar == == Xarici keçidlər == "Görüntülər" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-24.
Fuci dağının 100 görünüşü (hekayə)
Fuci dağının 100 görünüşü (富嶽百景, Fuqaku Hyakkey) – Yaponiya yazıçısı Osamu Dazai tərəfindən yazılmış, 1939-cu ildə nəşr olunmuş avtobioqrafik hekayə. == Məzmun == Hekayə protaqonistin (yazıçının özünə əsaslanıb) 1938-ci ilin payızında yaşadığı təcrübələri təsvir edir. Onun Fuci dağı barədə təəssüratları mənfidir və gözəlliyinin şişirdilmiş olduğunu düşünür, hətta Fuci dağının Tokiodan olan mənzərəsinin çirkin olduğunu bildirir və Utaqava Hiroşiqenin Fuci təsvirlərinin yanlış olduğunu hesab edir. Yazıçı bu zehniyyətdən qurtulmaq üçün Fuci dağının gözəl mənzərəsi ilə tanınan Misaka keçidinə səyahət edir və burada dostu Masuci İbuse ilə görüşür. İbuse burada yeni əsərlər yazmaqla məşğuldur. Ailəsi yazıçı üçün evlilik təşkil etdiyi üçün Masuci onu Kofuya apararaq qızla tanış edir. Fuci dağının Kofudakı mənzərəsindən təsirlənən yazıçı qızla evlənməyə razı olur, daha sonra Misakaya qayıdır. Yazıçı vaxtının çoxunu Misaka yerləşən çay evində keçirir, Fuci dağını seyr etməyə gələn turistlərə kinayə ilə yanaşır. Onun Fuci dağı haqqında fikirləri mənfi olsa da, burada vaxt keçirdikcə və Fuci dağının mənzərəsini seyr etdikcə fikri dəyişməyə başlayır. O, Misakadan Kofuya yolda düşməyə hazırlaşarkən yolda iki gənc qızla rastlaşır.
Görünməz şəhər
Görünməz şəhər (port. Cidade Invisível) — Braziliya fantastik televiziya serialıdır. Karlos Saldanha tərəfindən yaradılıb və ekran yazıçıları, həmçinin bestseller müəllifləri Rafael Drakkon və Karolina Munhoz ilə birlikdə işlənib hazırlanmışdır. Baş rolda Marko Piqossi, ətraf mühit mühafizəsi polisi olan Erik obrazını canlandırır. Erik, həyat yoldaşının ölümünün arxasında duran sirri araşdırarkən, Rio-de-Janeyroda bir çimərlikdə tapılan ölmüş çəhrayı çay delfininin sirri ilə əlaqə tapmağa çalışır. Bu yolda, Braziliya folklorundan olan əfsanəvi varlıqların gizli dünyası ilə tanış olur. Serialın premyerası 5 fevral 2021-ci ildə Netflix-də baş tutdu. 2 mart 2021-ci ildə, ilk mövsümün yayımlanmasından təxminən bir ay sonra Netflix serialı ikinci mövsüm üçün yenilədi və 22 mart 2023-cü ildə yayımlandı. Serial Netflix tərəfindən ləğv edildi və üçüncü mövsümün baş tutmayacağı bildirildi. == Məzmun == Ətraf Mühit Polis detektivi Erik (Marko Piqossi) Rio-de-Janeyroda çimərlikdə ölü şirin su çəhrayı delfin tapdıqdan sonra təhqiqata başlayırvə və insanların məlum olmayan mifik varlıqların yaşadığı dünyanı kəşf edir.
Kompüter görünüşü
Kompüter görünüşü kompüterlərin dünyanı insanlar kimi "görmək" və şərh etmək üçün görüntüləri necə "anlaya" biləcəyini araşdıran kompüter elminin bir sahəsidir. Bu sahə, kompüterlərə kameralar və sensorlar vasitəsilə əldə edilən görüntüləri təhlil etmək, anlamaq və onlardan məlumat çıxarmaq imkanı verən alqoritmlər, metodlar və sistemlər inkişaf etdirir. == Kompüter görünüşünün əsas tapşırıqları == Təsvir əldə etmə: Görüntüləri kameralar və sensorlar vasitəsilə rəqəmsal formatda əldə etmək. Ön işləmə: Görüntülərdəki səs-küyü azaltmaq, kontrastı artırmaq və digər təkmilləşdirmələr etmək. Xüsusiyyət çıxarılması: Görüntülərdən obyektləri, kənarları, rəngləri və teksturaları təsvir edən xüsusiyyətləri çıxarmaq. Seqmentasiya: Görüntüyü fərqli obyektlərə və ya bölgələrə ayırmaq. Obyekt aşkarlanması və tanıması: Görüntülərdə müəyyən obyektlərin mövcudluğunu və yerini müəyyən etmək. İzləmə: Görüntü ardıcıllığında obyektlərin hərəkətini izləmək. 3D rekonstruksiya: 2D görüntülərdən 3D modellər yaratmaq. == Kompüter görünüşünün tətbiq sahələri == Kompüter görünüşü müxtəlif sahələrdə geniş tətbiq olunur: Səhiyyə: Tibbi görüntülərin təhlili, xəstəliklərin diaqnozu və cərrahi əməliyyatların dəstəklənməsi.
Görünüş (SQL)
SQL-də Görünüş (ing. view) — verilənlər bazasında saxlanılan virtual bir cədvəldir. Görünüş bir və ya bir neçə cədvəldən seçilmiş sütunlar və sətirlər əsasında yaradılır və istifadəçilərə məlumatlara asan giriş imkanı verir. Görünüşlər məlumatların təkrarını azaltmaq, mürəkkəb sorğuları sadələşdirmək və məlumat təhlükəsizliyini təmin etmək üçün istifadə olunur. Görünüş statik deyil və orijinal cədvəllərdəki məlumatlar dəyişdikdə avtomatik olaraq yenilənir. Görünüş SQL-də CREATE VIEW ifadəsi ilə yaradılır. Görünüşlər cədvəllər üzərində üstünlüklər təmin edə bilər: Görünüşlər cədvəldə olan məlumatların bir hissəsini təmsil edə bilər. Nəticə etibarilə, görünüş əsas cədvəllərin xarici aləmə məruz qalma dərəcəsini məhdudlaşdıra bilər: xüsusi istifadəçinin görünüşü sorğulamaq icazəsi ola bilər, lakin əsas cədvəlin qalan hissəsinə giriş qadağan edilə bilər. Görünüşlər birdən çox cədvəli bir virtual cədvəldə birləşdirə və sadələşdirə bilər. Görünüşlər məcmu cədvəllər kimi çıxış edə bilər, burada verilənlər bazası mühərriki məlumatları (cəm, orta və s.) cəmləşdirir və hesablanmış nəticələri verilənlərin bir hissəsi kimi təqdim edir.
Radara görünmə sahəsi
Radara görünmə sahəsi (RCS) bir obyektin radarla nə qədər aşkar oluna biləcəyinin ölçüsüdür. Daha böyük bir RCS, bir obyektin daha asan aşkar edildiyini göstərir. Bir obyekt mənbəyə məhdud bir miqdarda radar enerjisi təqdim edir. Buna təsir edən amillər bunlardır: Hədəfin hazırlandığı material; Hədəfin hədəfi işıqlandıran radar siqnalının dalğa uzunluğuna nisbətən ölçüsü; Hədəfin mütləq ölçüsü; İnsident bucağı (hədəfin formasından və radar mənbəyinə istiqamətlənməsindən asılı olaraq radar şüasının hədəfin müəyyən bir hissəsini vurduğu bucaq); Əks olunan bucaq (əks olunan şüanın hədəfə dəydiyi hissədən ayrıldığı bucaq; insident bucağından asılıdır); Hədəfin istiqamətinə görə ötürülən və alınan radiasiyanın polirizasiyası. Hədəflərin aşkarlanmasında vacib olsa da, ötürücü gücü və məsafə RCS hesablamasına təsir edən amillər deyil, çünki RCS hədəfin əks-ediciliyinin bir xüsusiyyətidir. Radara görünmə sahəsi təyyarələrin geniş aralıqlarda aşkarlanması üçün istifadə olunur. Məsələn, bir stels təyyarədə (aşağı səviyyədə radarlar tərəfindən aşkarlanmağa imkan verən bir formada hazırlanmış təyyarə) aşağı səviyyədə radara görünmə sahəsi verəcək dizayn xüsusiyyətləri (radar əmici boya, düz səthlər, radarları xüsusilə mənbədən fərqli bir yerə əks etdirməsi üçün xüsusi maili səthlər) olacaqdır. Sərnişin təyyarəsinin radara görünmə sahəsi isə çılpaq metallar, mənbəyə ötürülən siqnal əksi, zəmanətli yuvarlaq səthlər, mühərriklər, antenalar və s. struktur xüsusiyyətlərinə görə daha böyük olacaqdır. Radara görünmə sahəsi, xüsusilə təyyarələr və ballistik raketlərlə əlaqəli tətbiqlərdə, radar stels təyyarə texnologiyasının ayrılmaz bir hissəsidir.

"görün" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#görün nədir? #görün sözünün mənası #görün nə deməkdir? #görün sözünün izahı #görün sözünün yazılışı #görün necə yazılır? #görün sözünün düzgün yazılışı #görün leksik mənası #görün sözünün sinonimi #görün sözünün yaxın mənalı sözlər #görün sözünün əks mənası #görün sözünün etimologiyası #görün sözünün orfoqrafiyası #görün rusca #görün inglisça #görün fransızca #görün sözünün istifadəsi #sözlük