* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Həcmcə, en etibarilə böyük, geniş olan; qalın. Yoğun ağac. Yoğun ip. // Kök, dolğun, ətli-canlı. Yoğun adam. – Bir kişi küçədə getdiyi yerdə görür ki, filan övrətin topuqları ağdır və yoğundur. C.Məmmədquluzadə. Qarnı yoğun, boynu da dam tiridir; Ruhu ölüb, nəfsi hələ diridir… M.Ə.Sabir. 2. Qalın. Yoğun səs. [Cahandar ağanın] yoğun, zəhmli səsi eşidildi. İ.Şıxlı. 3. məc. Qaba, kobud, yontalanmamış, tərbiyəsiz; qanmaz, kütbeyin.
Azərbaycan dilinin izahlı lüğəti / yoğun1 Etimoloji cəhətdən düzəltmə sözdür. Kökü yoğfeildir, yoğmaq “dolmaq” anlamında işlədilib. Yoğun sifətdir “üstün” “yaxın”, “sərin” sözlərinin qəlibi üzrə yaranıb və “dolu”, “kök”, “diametri böyük” deməkdir. İndi yoğun və qalın sözlərinin hər ikisinin antonimi kimi nazik sözündən istifadə edir və səhvə yol veririk. Nazik kəlməsi yoğun sözünün antonimidir, qalın sözününkü isə yuxa sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yoğun1 YOĞUN – ARIQ Arabaçı yoğun bir kişi idi (Ə.Əbülhəsən); Onun o mehriban kənd qızının arıq, düz, millər kimi cəlb edən barmaqlarını aşkar görürdü (Mir Cəlal). YOĞUN – NAZİK Baldır, deyərmiş, nə çox yoğun, nə də nazik ola, ayaqları elə tən gərək ki, sağ ilə sol seçilməsin (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / yoğun2 прил. 1. толстый: 1) имеющий большой диаметр. Yoğın borular толстые трубы, yoğun hörüklər толстые косы, yoğun kəndir толстая верёвка, yoğun tir толстое бревно, yoğun məftil толстая проволока, yoğun sap толстая нитка, yoğun bağırsaq мед. толстая кишка 2) полный, тучный (о человеке). Yoğun adam толстый человек 3) мясистый, округлый, жирный. Yoğun boyun толстая шея, yoğun barmaqlar толстые пальцы 2. разг. грубый. Yoğun səs: 1. грубый голос; 2. бас; yoğun ip морск. чалка (причальный канат для речного судна, лодки) ◊ səsinin yoğun yerinə salmaq орать, кричать во всё горло
Azərbaycanca-rusca lüğət / yoğun1 s. thick, stout; ~ əl ağacı thick / stout stick; ~ xətt a thick line; ~ barmaqlar thick fingers; ~ adam (kök) a thick / a stout man*; ~ kəndir stout rope; ~ səs thick voice; səsinin ~ yerinə salmaq to yell / to shout at the top of one’s voice
Azərbaycanca-ingiliscə lüğət / yoğun1 sif. gros, -se ; fort, -e, corpulent, -e ; dodu, -e ; enflé, -e ; épais, -se ; ~ xətt trait m gras ; ~ kəndir corde f
Azərbaycanca-fransızca lüğət / yoğun1 прил. 1. яцӀу; къалин; yoğun ağac яцӀу ттар; yoğun ip яцӀу еб; yoğun səs яцӀу ван; 2. яцӀу, куьк, ацӀай, як-ччан алай; yoğun adam яцӀу кас; 3. пер. кубут, векъи, тербиясуз; кьиле затӀ авачир, къанмаз.
Azərbaycanca-ləzgicə lüğəti / yoğun