* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••••••••••• | 10.28 |
2003 | •••• | 3.15 |
2004 | •••• | 3.03 |
2005 | •••••••• | 6.07 |
2006 | ••• | 1.80 |
2007 | ••••• | 4.02 |
2008 | ••••• | 3.65 |
2009 | •••••••••• | 8.00 |
2010 | ••••••••••••••••• | 13.80 |
2011 | ••••••••••••• | 10.55 |
2012 | •••••••• | 6.54 |
2013 | •••••••••••••••••••• | 16.92 |
2014 | ••••••••••••••••• | 13.56 |
2015 | •••• | 2.89 |
2016 | ••• | 1.91 |
2017 | •••••••• | 6.50 |
2018 | ••••• | 3.75 |
2019 | •••••••••••••••• | 13.21 |
2020 | ••••••••••• | 8.75 |
1 is. 1. Dövraşırı yatmaq şəklində davam edən fizioloji hal (bu zaman beyin – şüur tamamilə, ya da qismən fəaliyyətdən qalır, bir sıra fizioloji proseslər zəifləyir və bədən dincəlir). Yuxudan ayılmaq. Yuxu zamanı. Yuxuda və ayıqlıqda. Uşağa yuxu lazımdır. – Bəs ki verməz yuxu göz açmağa fürsət kimsəyə; Sübh gün şəmilə hər gün çeşmi-bidar axtarır. Qövsi. Bunlar yuxudan ayılır, dava başlanır. Ü.Hacıbəyov. □ Yuxun(uz) şirin olsun! – yatmağa gedənlərə rahat yuxu arzusu. Yuxusu gəlmək – yuxulamaq, yatmaq ehtiyacı hiss etmək. Yuxun gəlməmiş yerini sal. (Ata. sözü). Yuxusu qaçmaq – hər hansı bir səbəb üzündən, yaxud səbəbsiz yuxusu pozulmaq, daha yatmaq istəməmək. Şairin gözündən yuxusu qaçmış; Hərbin əjdahası, qorxunc, dəhşətli; Cəhənnəm sayağı ağzını açmış. Şəhriyar. Yuxusuna haram qatmaq – 1) bax yuxu qaçırtmaq; 2) vaxtından tez ayılmaq. Yuxusunu almaq – yatıb dincəlmək, doyunca yatmaq. Yuxusunu qaçırtmaq – yuxusunun pozulmasına səbəb olmaq. Yuxuya batmaq – bərk yuxulamaq, yatmaq. Yuxuya getmək – mürgüləyərək yatmaq, yuxulamaq. Paşa göy otun üstündə uzandı, gün kürəyinin arasını qızdıranda şirin yuxuya getdi. “Aşıq Ələsgər”. Yuxuya qalmaq – yatıb qalmaq, vaxtında oyana bilməmək. Həmişə dan yerinə səda düşəndə ayaq üstündə olub qapı-bacada hərlənən qız [Salatın], yatıb yuxuya qaldı. İ.Şıxlı. Yuxuya vermək – 1) yuxulatmağa çalışmaq, gözü yuxuya gedincə gözləmək. [Şahqulu:] Meyitini görüm, mən heç sarsaq deyiləm… Bircə de görüm, gecələr bizi yuxuya verib bəyimin otağında nə qayırırsan? N.Vəzirov; 2) məc. yuxulatmaq, iğfal etmək, aldatmaq. Gözlərindən yuxu tökülmək – bərk yatmaq istəmək. Gözünə yuxu getmək – yuxulamaq. Gözümə necə yuxu getdiyini xatırlamıram. M.Hüseyn. Gözünə yuxu getməmək – yuxulaya bilməmək, yata bilməmək, yuxusu qaçmaq. [Çərkəz] yorğana bürünən kimi xoruldadı. Şamxalın isə gözünə yuxu getmədi, arxası üstə uzanaraq əllərini başının altında daraqladı. İ.Şıxlı. Qəflət yuxusu – bax qəflət. Qış yuxusu, yay yuxusu – qışda və ya yayda bəzi heyvanlarda əmələ gələn yuxululuq (uyuşuqluq) halı. Ölü kimi yatmaq – çox bərk və rahat yatmaq. 2. bax yuxugörmə. Dəhşətli yuxu. Yuxuya inanmaq. Yuxusunu yozmaq. – Yuxunun yanlışı olar, yalanı olmaz! (Ata. sözü). [Mərcan bəy:] Görəsən, bu yuxudur, yoxsa gerçəkdir? Ü.Hacıbəyov. □ Yuxu görmək – yuxuda ikən cürbəcür şeylər (hadisələr, surətlər və s.) görmək. Bu gecə pis yuxu gördüm. – [Mərcan bəy:] Yox-yox, bu, yuxudur… Mən yuxu görürəm. Ü.Hacıbəyov. Yuxusu çin olmaq – yuxuda gördüyü şey həyata keçmək. Yuxusuna da gəlməmək (girməmək) – heç xəyalında da olmamaq, heç düşünməmək, ağlına belə gətirməmək. Yuxusuna girmək (gəlmək) – bir şeyi yuxuda görmək. Bakıdan beş gün ayrılanda yuxuma Xəzər girir. N.Rəfibəyli. // Qeyri-real, xəyali, gerçək olmayan şey haqqında. Bunların hamısı bir yuxu imiş. □ Yuxusunda da görməmək – heç ağla gəlməyən, mümkün hesab edilməyən şey haqqında. Utanmaq bilməzlər, həya etməzlər, insaf, vicdan, mürüvvət heç yuxularına da girməz. N.Vəzirov. ◊ Yuxu kimi (gəlmək) – tamamilə unudulmuş bir şey, hadisə haqqında. Bu əhvalat adama yuxu kimi gəlir.
Azərbaycan dilinin izahlı lüğəti / yuxu1 Sözün kökü “u”dur, ondan uyumaq (udımaq forması da mövcud olub) feili əmələ gəlib. Söz uyxu kimi olub, sonra yuxu şəklini alıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yuxu3 1. YUXU [Mərdan:] Düz deyirsiniz Yunis müəllim, yayda yuxum elə bil ərşə çəkilir (X.Hasilova); ÇİMİR (dan., az müddətli yatmaq) Səmədağa: Dəymə, hələ vaxta var. Qoy bir çimir də yatsın (Ə.Mustafayev); XAB (kl.əd.) Batmışdı tərə o xab içində; Birdən durub iztirab içində (A.Şaiq); RÖYA Röyadə mən keçən gecə eylərkən ahu-zar (H.Cavid); UYQU (köhn.) Yanaşar bəstəri-ətfala ana; Uyqudan yavrusu istər oyana (A.Səhhət). 2. yuxu bax yuxugörmə
Azərbaycan dilinin sinonimlər lüğəti / yuxu2 I сущ. 1. сон: 1) периодически наступающее физиологическое состояние покоя организма. Yuxu vaxtı время сна, səhər yuxusu утренний сон, gecə yuxusu ночной сон, şirin yuxu сладкий сон, sağlam yuxu здоровый сон, dərin yuxu глубокий (беспробудный) сон, xəstənin yuxusu сон больного, uşağın yuxusu сон ребёнка, yuxudan qabaq перед сном, yuxuya getmək погружаться в сон, yuxuda görmək видеть во сне, yuxuda danışmaq говорить во сне 2) то, что снится (сновидение). Pis yuxu плохой сон, qorxulu yuxu страшный сон 2. зоол. спячка (состояние резко пониженной жизнедеятельности у некоторых млекопитающих). Qış yuxusu зимняя спячка II прил. мед. 1. сонный. Yuxu arteriyası сонная артерия, yuxu xəstəliyi сонная болезнь 2. снотворное. Yuxu dərmanı снотворный препарат (снотворное), сонные капли; yuxusunu almaq выспаться, yuxuya qalmaq проспать, yuxudan oyanmaq проснуться, yuxusu dağıldı kimin сон пропал у кого, yuxuya getmək заснуть, уснуть, yuxudan kal durmaq недоспать; gözünə yuxu getməmək не спать, страдать бессонницей, yuxuya vermək kimi: 1. ждать наступления сна чьего; 2. усыпить бдительность чью; yuxu apardı kimi заснул, уснул кто; yuxu basıb kimi сон одолевает кого; yuxusu qaçdı kimin сон пропал у кого; yuxuda ikən пока спал; yuxudan qalmaq не заснуть вовремя; yuxusunu dağıtmaq kimin разогнать сон чей, к ому; yuxudan ayıltmaq kimi: 1. разбудить кого; 2. перен. раскрыть глаза к ому на что; yuxudan ayılmaq: 1. проснуться; 2. перен. открыть глаза ◊ yuxusunda ilan-qurbağa görmək видеть кошмарные сны; yuxun(-uz) şirin olsun приятного сна; yuxusu ərşə (göyə) çəkilmək лишиться сна; yuxusu gözlərindən tökülür хочет спать; yuxusu gəlir kimin клонит ко сну кого; yuxum gözümdən tökülür у меня глаза смыкаются (слипаются); yuxu çin çıxdı сон в руку; heç yuxusuna da gəlməz kimin nə и во сне не может присниться кому что; yatıb yuxusunda da görməz nəyi и во сне не приснится кому что; yuxu kimi, yuxuda olan kimi как во сне; quş yuxusu чуткий сон; yuxu kimi gəlmək представляться как во сне; yuxusuna haram qatmaq kimin не давать спать к ому; yuxusuna haram qatmaz раньше времени не проснётся, не встанет; yuxudan eləmək kimi не дать выспаться к ому
Azərbaycanca-rusca lüğət / yuxu1 I. i. 1. sleep; (həm də məc.) slumber; ~da in one’s sleep / slumber; bərk ~ sound sleep; narahat ~ troubled sleep; ~dan ayılmaq to wake* up, to awake*; ~dan ayıltmaq to wake* up (d.), to awaken (d.); ~dan etmək to prevent from sleeping; 2. (röya) dream; qorxulu ~ nightmare; ~ görmək to dream*, to have* a dream; ~da görmək to dream* (about); Bunu o heç yuxusunda da görməyib He / She never dreamed it II. s. sleeping; ~ dərmanı sleeping draught; ~ xəstəliyi sleeping-sickness; ~ arteriyası anat. carotid (artery)
Azərbaycanca-ingiliscə lüğət / yuxu1 is. 1) sommeil m ; ~su gəlmək avoir sommeil ; ~ya getmək endormir (s’) ; ~ görmək rêver vi, faire des rêves ; ~da görmək voir en rêve qn ; ~dan ayılmaq réveiller (se) ; ~dan ayıltmaq réveiller vt ; ~ dərmanı somnifère m ; ~ xəstəliyi léthargie f ; ~ arteriyası anat. carotide f ; artère f carotide
Azərbaycanca-fransızca lüğət / yuxu1 сущ. 1. ахвар; yuxudan ayılmaq ахварай аватун; // ахварин; yuxu zamanı ахварин вахт; yuxun(uz) şirin olsun! (ваз, квез) ахварар верцӀи (ширин) хьурай!; yuxusu gəlmək ахвар атун, ахвар агалтун, ксуз кӀан хьун; yuxusu qaçmaq ахвар атӀун, ахварал тефин, ксуз тахьун; yuxusunu almaq ахвар авун, тухдалди ксун, ксана ял ягъун; yuxuya getmək ахварал (ахвариз) фин, ксун; yuxuya qalmaq ксана амукьун, вахтунда къарагъиз тахьун; yuxuya vermək ахварал ракъурун а) ксуриз алахъун, ксудалди гуьзлемишун; б) пер. ксурун, алцурарун; gözünə yuxu getmək вил ахварал фин, ксун; gözünə yuxu getməmək вил ахварал тефин, ксуз тахьун, ахвар атӀун; qəflət yuxusu кил. qəflət; qış yuxusu, yay yuxusu хъуьтӀуьн (гатун) ахвар (бязи гьайванар хъуьтӀуьз ва я гатуз ксанвай гьалда хьун); ölü kimi yatmaq кьейиди хьиз ксун, ччан аламачирди хьиз ксун, гзаф кӀевиз ва регьятдиз ксун; 2. кил. yuxugörmə; yuxu görmək ахвар акун, ахварай жуьреба-жуьре затӀар (вакъиаяр ва мс.) акун; ac toyuq yuxusunda darı görər. Ata. sözü гишин вечрез ахварай цуькӀ аквада; yuxusu çin olmaq ахвар дуьз хьун, ахварай акур кар кьилел атун; yuxusuna da gəlməmək (girməmək) ахварикни татун, гьич хиялдани тахьун, гьич фагьум тавун, акьулдиз татун; yuxusuna girmək (gəlmək) ахварай акун, ахварик (ахвариз) атун; // герчек тушир, гьакъикъи тушир, гьакӀ хиялдай тир затӀунин гьакъинда; yuxusunda da görməmək ахварайни такун (гьич хиялдизни текъвер, акьулдиз текъвер, мумкин хьун гьисабиз тежер затӀуникай рахадамаз); ** yuxu kimi (gəlmək) ахвар хьиз (атун, хьун), тамам рикӀел аламачир са затӀунин, кардин гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / yuxu