Yunis sözü azərbaycan dilində

Yunis

Yazılış

  • Yunis • 98.4691%
  • YUNİS • 1.2028%
  • yunis • 0.3280%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşıq Yunis
Aşıq Yunis (Yunis Məmməd oğlu İbrahimov; d. 1888, Göyçə mahalı, Cil – ö. 1974, Ermənistan SSR, Cil) — Azərbaycanlı aşıq. == Həyatı == Aşıq Yunis 1888-ci ildə Göyçə mahalının Cil kəndində anadan olmuşdur. Körpə ikən atasını itirən Yunis ailənin ağırlığını öz çiyninə götürmüş, körpə qardaş və bacılarını böyütmüşdür.Yunis Aşıq Zaman, Aşıq Mehdi və Aşıq Qasım (cilli) qardaşlarına şəyird olmuşdur. Az vaxt içərisində püxtələşərək bir aşıq kimi yetişmiş, Göyçə hüdudlarından kənarda da Əli Mazanoğlu ilə birgə gəlinlər gətirmiş, qızlar köçürmüşdür. 1918-ci ildə amansız daşnak gülləsi onun sol biləyini dağıtmışdır. Bu hadisə qaçqınlıq illərinə təsadüf edir. Tovuzun Qovlar kəndindən olan Yadigar oğlu İsmayıl onun qolunu müalicə etmişdir. 1935-ci ildə Basarkeçər, 1937-1938-ci illərdə İrəvanda, 1938-ci ilin yayında Krasnoselonun rayon təşkil edilməsi münasibətilə olan toplantıda, 1944-cü ildə faşizm üzərində qələbənin yaxınlaşması ilə olan toplantıda ölçüyə gəlməz yüksək sənətkarlıq nümayiş etdirmişdir.
Elxan Yunis
Abbasov Elxan Yunis oğlu — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2014). == Həyatı == Elxan Abbasov 1971-ci il 6 dekabrda Gəncə şəhərində anadan olub. 1988–1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Fuad Poladovun kursunun yetirməsidir. 1992-ci ildə Gəncə Dövlət Nizami Poeziya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Qısa müddət üçün kinostudiyada kaskadyor kimi də çalışıb. 13 fevral 2014-cü ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. Elxan Abbasov həmçinin 2017-ci ildə Türkiyənin Ankara şəhərində baş tutan Hak-iş Beynəlxalq Qısa Film festivalında " Qarabağ " qısa filmində canlandırdığı Elxan obrazı ilə "Ən yaxşı kişi aktyoru" nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailəlidir. 3 övladı var.
Kamran Yunis
Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı. == Həyatı == Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb.
Xan-Yunis
Xan-Yunis (ərəb. خان يونس‎) — Fələstin milli administrasiyası tərkibində yerləşən, Qəzzə zolağına daxil olan şəhərdir. Eyni adlı əyalətin inzibati mərkəzidir. == Tarixi == Şəhərin adı gələcəkdə əmir olan, 1389-cu ild şəhərdə xan karvansarasının və məscidin əsasını qoymuş ən-Nurizi Yunisin adıyla bağlıdır. Sonra onun inşa etdirdikləri qəsəbə şəklində yaradıldı.1516-cı ildə Osmanlı-Məmlük müharibəsinin gedişatında Xan-Yunisin ətraflarında döyüş baş verdi. Hadim Sinan Paşanın başçılıq etdiyi Osmanlı qoşunu bu şəhər üzərinə hücuma keçdi. Nəticədə Osmanlı ordusu və gücü hesabına Misir məmlüklərinə qalib gəldi. == Coğrafi mövqeyi == Şəhər sektorun cənub hissəsindədir. Aralıq dənizinin sahilinə yaxın, Qəzzə zolağından isə təxminən 20 kilometr cənub-qərbdə yerləşmişdir. Ən yüksək yeri dəniz səviyyəsindən 73 m hündürlükdədir.
Yunis (peyğəmbər)
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Yunis Cabbarov
Cabbarov Yunis Hüseyn oğlu (1916, Şərur rayonu – 1953, Moskva) — Sosialist Əməyi Qəhrəmanı (10.03.1948) == Həyatı == Yunis Cabbarov 1916-ci ildə Naxçıvan Muxtar Respublikasının (keçmiş Naxçıvan MSSR) Şərur rayonunun Dərvişlər kəndində anadan olmuşdur. Orta təhsilini Dərvişlər kənd orta məktəbində bitirdikdən sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş və 1940-cı ildə İnstitutu fərqlənmə ilə başa vurmuşdur. 1943–1952-ci illərdə Ağsu ZDS İcrayyə Komitəsində şöbə müdiri və daha sonra Naxçıvan MSSR Kənd Təsərrüfatı Naziri vəzifəsində işləmişdir. Nazir vəzifəsində işlədiyi illərdə taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuş və taxılçılığın inkişafına öz töhfələrini vermişdir. 1953-cü ildə Moskva şəhərində vəfat etmiş və Naxçıvan Muxtar Respublikasına gətirilərək Naxçıvan şəhərində dəfn edilmişdir. == Mükafatları == Taxılçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olduğu üçün 10 mart 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Eləcə də Böyük Vətən Müharibəsində iştrakı ilə bağlı müxtəlif orden və medallarla təltif edilmişdir. == Xatirəsi == Naxçıvan Muxtar Respublikası Babək rayonunda Yunis Cabbarovun adına sovxoz fəaliyyət göstərmişdir. Bununla yanaşı adının əbədiləşdirilməsi məqsədi ilə Naxçıvan şəhərində Yunis Cabbarov adına küçə verilmişdir.
Yunis Hüseynov
Yunis Hüseynov — azərbaycanlı futbol mütəxəssisi. == Həyatı == Yunis Hüseynov 1965-ci ildə Gəncə şəhərində anadan olub. O, futbolçu karyerasına da elə Gəncədə - “Kəpəz” klubunda başlayıb. Daha sonra, 1984-cü ildən Bakının “Neftçi” klubunda oynamağa başlayıb. O zaman “Neftçi” keçmiş SSRİ çempionatının güclülər dəstəsində çıxış edirdi. Y.Hüseynov iki dəfə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.1992-93-cü illərdə karyerasını İranda davam etdirən Hüseynov sonra yenidən “Neftçi”yə qayıdıb.O, 1993-1998-ci illərdə Azərbaycan milli komandasında çıxış edib. 2001-ci ildə Yunis Hüseynov böyük futbolda karyerasını başa vururb və məşqçi kimi fəaliyyət göstərməyə başlayıb. 2004-2005-ci illərdə Yevlaxın Karvan futbol klubunun baş məşqçisi olub. Məhz onun rəhbərliyi altında “Karvan” milli çempionatda bürünc medal qazanıb.Y.Hüseynov 2012-ci ildə "Xəzər-Lənkəran" 2019-cu ildə "Kəpəz" 2020-ci ildə isə "Keşlə " klubunun baş məşqçisi işləyib. Aynur Sofiyevanın həyat yoldaşıdır.
Yunis Kazembe
Yunis Kazembe (ing. dilində: Eunice Kazembe; 1952 — 28 oktyabr 2013, Yoxanesburq) — Malavi siyasətçisi, sənaye və ticarət naziri (2009—2012), təhsil naziri (2012—2013). Demokratik Tərəqqi Partiyasının üzvü.. == Tərcümeyi-halı == Yunis Kazembe 1952-ci ildə anadan olmuşdur. O, Ottavada, Karlton universitetini bitirərək ticarət sahəsi üzrə bakalavr dərəcəsini, İndiana universitetində təhsil alaraq magistr dərəcəsini almışdır.. 1986—1999-cu illərdə Kazembe kənd təsərrüfatının inkişafı və marketinq Korporasiyasının baş direktoru, 1999—2004-cü illərdə — Çin Respublikasında səfir vəzifəsində çalışmışdır.. 2005—2009-cu illərdə o şəhər quruculuğunun inkişafı məsələləri üzrə prezidentin müşaviri, həmçinin şaxta, energetika və təbii resurslar naziri olmuşdur.. 2009-cu ilin mayında Kazembe Çiradzulu şəhərindən Malavi parlamentinə seçilmişdir.. 15 iyun 2009-cu ildə formalaşdırılan hökumətdə sənaye və ticarət naziri vəzifəsinə təyin edilmişdir.. 26 aprel 2012-ci ildə prezident Coys Bandanın elan etdiyi yeni hökumətin tərkibində Kazembe təhsil naziri vəzifəsini tuturdu..
Yunis Kazımov
Yunis Qasım oğlu Kazımov (24 sentyabr 1993; Qazax rayonu, Azərbaycan — 13 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi veteranı. == Həyatı == Yunis Kazımov 1993-cü il sentyabrın 24-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra, hərbi xidmətə yollanıb. Quba rayonunda "N" saylı hərbi xidmətdə xid zamanı Xüsusi Təyinatlı Qüvvələrin ordusuna daxil olmuş və orada Azərbaycan Ordusuna xidmətini davam etmişdir. 2-ci Qarabağ müharibəsi (44 günlük) bitdikdən sonra 2021-ci ildə ailə həyatı quran Yunis Kazımovun şəhid dostunun adını verdiyi Əli adında bir oğluda var. == Hərbi xidməti == Yunis Kazımov 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl,Qubadlı, Hadrut,Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Hadrutun azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Yunis Kazımov 2022-ci il sentyabrın 13-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Yunis Munyos
Yunis Munyos (30 iyul 1928, Amareleja[d] – 15 aprel 2022, Lissabon) ― portuqal teatr, kino və serial aktyorudur.
Yunis Nuri
Yunis Nuri və ya Yunus Nuri (tam adı: Yunis Hacı Süleyman oğlu Süleymanov; 23 yanvar 1878, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 5 yanvar 1950, İrəvan, Ermənistan SSR, SSRİ) — Azərbaycan aktyoru, Ermənistan SSR əməkdar artisti (1935). İrəvanda Azərbaycan teatrının yaradıcılarındandır. == Həyatı == Yunis Nuri 1878-ci il yanvarın 23-də İrəvanın Şəhər məhəlləsində, Hacı Novruzəli məscidinin yanındakı ata-baba evində şəhərin mötəbər şəxslərindən olan Hacı Süleymanın ailəsində anadan olmuşdur. Y. Nurinin ulu babaları Ağrı vadisində yerləşən Qəmərli rayonunun (indiki Artaşat) Sabunçu kəndindən imişlər. İstər əcdadı, istərsə özləri, bu kəndlə bağlı olan qohumlar ya qohum olmayan azərbaycanlıların hamısı orada yaşayıb-yaşamalarından asılı olmayaraq özlərini sabunçulu adlandırmışlar. Hacı Süleyman da, Y. Nuri də İrəvanda doğulub böyümələrinə baxmayaraq özlərini daima iftixarla sabunçulu hesab edərmişlər.Yunis Nuri hələ beş yaşında ikən atası vəfat etdi. Yunisin təlim-tərbiyəsi ilə anası Leyla xanım məşğul oldu. Maddi çətinlik içərisində yaşasa da oğlunu molla məktəbinə qoydu. Yunis burada cəmi altı il oxudu, öz fitri istedadı, səyi və çalışqanlığı sayəsində Azərbaycan dili ilə yanaşı fars və ərəb dillərini də öyrəndi. Şərq ədəbiyyatı ilə tanış oldu.
Yunis Nəcəfov
Yunis Nəcəfov (31 avqust 1967, Kəlbəcər – 24 avqust 1992, Kəlbəcər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Yunis Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başladı. == Döyüşlərdə iştirakı == 1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis "N" saylı bölüyə komandir təyin edildi. Yunis bir neçə şəhər və rayonlarda şərəfli döyüş yolu keçmişdir.
Yunis Nərimanov
Nərimanov Yunis Əkbər oğlu (1895–1964) — Azərbaycan aktyoru, Azərbaycan SSR-nin Əməkdar artisti (1959). == Həyatı == Yunis Nərimanov 1895-ci ildə anadan olmuşdur. 1905-ci ildən Mirzağa Əliyevin truppasında çıxış etmiş, Leylinin anası ("Leyli və Məcnun") və Sənəm ("O olmasın, bu olsun) rollarını oynamışdır. 1917-ci ildə "Arşın mal alan" filmində çəkilmişdir. Ü. Hacıbəyovun məsləhəti ilə 1920–1922-ci illərdə balet studiyasında oxumuş, onun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarının rəqslərinə quruluş vermişdir. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Cahan xala == Mənbə == Üzeyir Hacıbəyov Ensiklopediyası. Bakı, 2007. səh.
Yunis Nəsibli
Yunis Nəsibli (tam adı: Yunis Məsməli oğlu Nəsibli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsrlər tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Yunis Məsməli oğlu Nəsibli 1953-cü il fevralın 23-də Gürcüstanın Tiflis şəhərində anadan olmuşdur. 1970-ci ildə Tiflis şəhər 63 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1970–1975: Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1975-ci ilin sentyabrından Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunda laborant vəzifəsində elmi fəaliyyətə başlamışdır. 1976–1978-ci illərdə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Leninqrad bölməsində stajor-tədqiqatçı hazırlığı keçmişdir, 1979–1983-cü illərdə AMEA Tarix İnstitutunun qiyabi aspirantura, 1985-ci ildə "Azərbaycanın V–XII əsrlər tarixi qədim gürcü mənbələrində" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1984-cü ilin martında AMEA Tarix İnstitutunda kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. 1989-cu ilin fevralında AMEA Tarix İnstitutunda elmi işçi vəzifəsinə təyin edilmişdir. 1992-ci ilin avqustunda Bakı Dövlət Universitetinin Tarix fakültəsində baş müəllim vəzifəsinə təyin edilmişdir. 1998-ci ilin sentyabrında Bakı Dövlət Universiteti Tarix fakültəsinin "Azərbaycan tarixi" kafedrasının dosenti vəzifəsini tutmuşdur.
Yunis Orucov
Yunis Qurbanəli oğlu Orucov (21 dekabr 1977, Zəngibasar rayonu) — Azərbaycan əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Yunis Orucov 1977-ci il dekabrın 21-də Ermənistan SSR-nin Masis rayonunda (keç. Zəngibasar, daha əvvəl isə Uluxanlı) anadan olub. 1984-cü ildə ailəsi ilə Azərbaycana köçüb, əvvəlcə Şirvan, daha sonra Bakı şəhərində məskunlaşıblar. Yunis Orucov Şirvan şəhərindəki 13 saylı orta məktəbin məzunudur. 1994-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olan Yunis Orucov 1998-ci ildə bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. "Türk xalqlarının mədəniyyəti XI–XV əsrlərdə" mövzusunda magistr dissertasiyası müdafiə edib. 2001–2002-ci illərdə Azərbaycan silahlı qüvvələrində hərbi xidmət keçib. == Əmək fəaliyyəti == Yunis Orucov tələbəlik illərindən mətbuata gəlib. Onun ilk iş yeri "Yeni Azərbaycan" qəzeti olub.
Yunis Paşa
Yunis Paşa (ö. 1517) — Yavuz Sultan Səlim dönəmində 23 yanvar 1517 - 13 sentyabr 1517 tarixlərində ümumilikdə 7 ay 20 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı, Osmanlıların Misirdəki ilk bəylərbəyi. == Həyatı == Dövrün mənbələrində həyatının ilk illəri haqqında və saraya necə alınması barədə məlumat yoxdur. Buna baxmayaraq bəzi araşdırmalarda alban əsili olduğu və dəvşirilərək saraya alındığı bilinir. II Bəyazid dönəminə aid xəzinə dəftərlərində qapıçıbaşı olaraq qeyd olunur. 1501-1505 tarixlərində qapıçıbaşı olmuş, ardından 10 sentyabr tarixində yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. Ehtimal olunur ki, hələ qapıçıbaşı ikən II Bəyazidin qızı Səlcuq Sultanın Mustafa Paşaoğlu Mehmed bəylə olan evliliyindən doğulan Aslıhan xanım Sultanla evləndirilmişdir. Bu evlilik haqqında ilk yazılı mənbə isə 19 fevral 1502 tarixli xəzinə dəftərləridir. 5 il davam edən yeniçəri ağalığı dövründə 1509 tarixli İstanbul zəlzələsinə şahid oldu və İstanbulun yenidən bərpasında vəzifələndirildi. Şahqulu ağa Təkəli üsyanı əsnasında üsyanı yatırmaqla vəzifələndirilən Sədrəzəm Əli Paşanın rəhbərlik etdiyi yeniçərilərlə getməyərək paytaxtda qaldı.
Yunis Qəmbərov
Qəmbərov Yunus Heydər oğlu (1926-1991) — azərbaycanlı kimyaçı, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == Yunus Qəmbərov 5 mart 1926-cı il Füzuli rayonunun Kürdlər kəndində kəndli ailəsində anadan olub. 1933-1943-cü illərdə orta məktəbdə təhsil alıb. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (ADU) Kimya fakültəsinə qəbul olunub. 1949-cu ildə ADU-nu fərqlənmə diplomu ilə bitirib. 1950-1952-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunun aspiranturasında oxuyub. 1952-1956-cı illərdə "Azxəzərneft" Birliyinin Antikorroziya xidməti kontorunda istehsalat şöbəsinin rəisi vəzifəsində işləyib. 1956-1958-ci illərdə Azərbaycan SSR EA Neft İnstitutunda aspirantura təhsilini başa vurub. 1959-1962-ci illərdə Dövlət Kimya Komitəsinin Bakı Təcrübə Zavodunun mərkəzi laboratoriyasının müdiri olub. 1962-ci ildə həmin zavod əsasında Ümumittifaq Elmi-Tədqiqat Olefinlər İnstitutu (VNİİOlefin) yarandıqdan sonra "Piroliz" laboratoriyasına müdir, 1973-cü ildə Olefinlər İnstitutunda "Karbohidrogen monomerləri" şöbəsinə rəhbər, 1976-cı ildə isə elmi işlər üzrə direktor müavini təyin edilib.
Yunis Rzayev
Yunis Qəhrəman oğlu Rzayev (2 may 1924, Şişqaya, Yeni Bəyazid qəzası – 24 yanvar 1985, Bakı) — Azərbaycan sovet ictimai və dövlət xadimi. == Həyatı == Yunis Rzayev 2 may 1924-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 1943–1946-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur. 1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir. O, sonralar, 1960–1962-ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdirmişdir. Ermənistan KP Basarkeçər rayon komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildən İcraiyyə Komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. Yunis Rzayev 1962–1963-cü illərdə Martuni Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963-cü ildən 1965-ci ilə qədər Basarkeçər Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1965–1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir. Yunis Rzayev 1954–1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə üzvü olmuş, Sov.İKP XXIII–XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir. 1970–1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir.
Yunis Surxayev
Yunis Rafik oğlu Surxayev (20 yanvar 2002; Şıxlar, Qobustan rayonu, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yunis Surxayev 2002-ci il yanvarın 20-də Qobustan Qəsəbəsi Şıxlar Kəndində anadan olub. 223 saylı Qobustan tam orta məktəbində təhsil almışdır. 28 mart 2020-ci ildə hərbi xidmətə çağırılıb. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Yunis Surxayev Goranboy, Tərtər, Ağdərə və Suqovuşan istiqamətlərində döyüşüb. döyüslərində savaşıb. O, oktyabrın 13-də Talış Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Surxayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yunis Surxayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yunis Surxayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Yunis Səfərov
Səfərov Yunis Baxşəli oğlu (15 may 1926, Şərur rayonu, Naxçıvan MSSR – 27 mart 1994, Naxçıvan) – həkim-baytar, pedaqoq, baytarlıq elmləri doktoru (1964), professor (1964). == Həyatı == 1926-cı ildə Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. 1950-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) baytarlıq fakültəsini, 1953-cü ildə isə keçmiş Ümumittifaq Eksperimental Baytarlıq İnstitutunun (Moskva) aspiranturasını bitirmişdir. == Elmi-təşkilati fəaliyyəti == 1964-1971-ci illərdə Kənd Təsərrüfatı İnstitutunda baytarlıq fakültəsinin dekanı olub. 1971-1977-ci illərdə Epizootologiya və Mikrobiologiya kafedrasının müdiri olub. 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetində Zoologiya kafedrasının müdiri işləmişdir. Elmi tədqiqatlarının əsasını heyvanlarda, xüsusilə qoyunlarda, habelə xəzdərili heyvanlarda (qunduzlar) və quşlarda yoluxucu xəstəliklərin(enterotoksemiya, bruselyoz) öyrənilməsi, onlara qarşı müalicə-profilaktika və peyvənd materiallarının (vaksinlər) hazırlanması təşkil edir. Yunanıstanda keçirilən Beynəlxalq mikrobiologiya konqresinin vitse-prezidenti seçilmişdir. Elmi kadrlar hazırlanmasında xidməti var. == Elmi əsərləri == 200-dən çox elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 14 dərslik və tədris-metodiki vəsaitin müəllifidir.
Yunis Vəlibəyov
Yunis bəy İldırım bəy oğlu Vəlibəyov (d. 1923, Ağdam- ö. 2000, Sumqayıt) — İkinci Dünya müharibəsinin veteranı. == Həyatı == Yunis İldırım bəy oğlu Vəlibəyov 23 avqust 1923-cu ildə Ağdam şəhərində anadan olub. Orta təhsilini 1930-1941-ci illərdə Ağdam 6 saylı orta məktəbdə alıb. 1941-ci ildə Ağdam Pedaqoji Texnikomunda katib vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1943-cü ildə həmin texnikomda işləyərkən Sovet Ordusunda hərbi xidmətə çağırılıb və Şimali Qafqaz uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş xidmətlərinə görə ,,Vətən müharibəsi,, ordeni, ,,Almaniya üzərində qələbə,, medalı ilə və yubiley medalları ilə təltif edilmişdir. 1945-ci ildə Qələbədən sonra ordudan tərxis olunmuşdur. 1946-cı ildə SSRİ Dövlət Bankının Ağdam şöbəsində əməliyatçı vəzifəsinə qəbul edilmişdir. 1947-ci ildə ali təhsil almaq üçün Bakı şəhərinə gəlmiş və Xalq Təsərrüfatı İnsitutu]]nun Ticarət-İqtisadiyat fakultəsinə daxil olmuşdur.
Yunis Zərgərli
Yunis Zərgərli (1908-) — Azərbaycanlı Pedaqoq == Həyatı == Yunis Zərgərli 1908-ci ildə Salyan şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1916-cı ildə Salyan rus ibtidai məktəbinin birinci sinfinə getmişdir. 1921-ci ildə atası vəfat etsə də, anası Seyidtamam oğlunun təhsilinə xüsusi diqqət göstərmişdir. 1922-ci ildən Yunis Zərgərli Bakı şəhərindəki pedaqoji təmayüllü nümunəvi orta məktəbdə oxumuşdur. Həmin təhsil ocağında Abdulla Şaiq, Hüseyn Sadiq, Ağa bəy İsrafilbəyli, Qafur Rəşad kimi nüfuzlu müəllimlərdən dərs almışdır. Məktəbin riyaziyyat müəllimi Ağaəli Qasımov yeniyetmə Yunisin qeyri-adi istedada malik olduğunu görüb onunla daha ciddi məşğul olmuşdur. 1927-ci ildə Bakı pedaqoji təmayüllü nümunəvi orta məktəbi fərqlənmə attestatı ilə bitirən 19 yaşlı Yunis Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Ailələrinə ağırlıq düşməsin deyə, axşamlar fəhlə fakültələrində dərs deyən gənc həm də ilkin peşə vərdişlərinə yiyələnmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra o, Bakı şəhərində inspektor-metodist vəzifəsində işləyir. 1933-cü ildə Salyana qayıdır və bütün fəaliyyətini məktəb işinə istiqamətləndirir.
Yunis peyğəmbər
Yunus Peyğəmbər – Allahın elçisi. Quranda adı müstəqil bir surəyə verilən 6 peyğəmbərdən (Nuh, İbrahim, Yusif, Hud, Məhəmməd və Yunus) biridir. Bundan başqa, müqəddəs Kitabımızda bir neçə surədə onun adı anılır. Müqəddəs Kitaba (Tövrat, Zəbura, İncilə) əsasən, Assuriyanın paytaxtı Ninəva şəhərində (bu şəhər indiki İraq ərazisində, Mosul yaxınlığında olub) doğulan Yunus peyğəmbər ömrünün otuz üç ilini Allaha iman etməyə çağırıb. Amma cəmi iki-üç adam ona inanıb. == Bibliyada == Bibliyada Yunus İona kimi verilir. Əhdi-ətiqdə deyilir ki, Assuriyanın paytaxtı Ninəvada əhali çox varlı həyat sürürmüş. Bu, onların dini və mənəvi cəhətdən çökməsinə gətirib çıxarır. Bu zaman Allah peyğəmbər Yunusu onlara göndərir ki, yollarına düzəlib tövbə etməsələr, onları gözləyən fəlakət barədə xəbərdarlıq etsin: "Allah dedi: "Dur get Ninəvaya – o böyük şəhərə, bildir ki, yaramazlıqlarından xəbərdaram" (Peyğəmbər İonanın kitabı, 1:2). Amma Yunus peyğəmbər Allahın sözünə qulaq asmayıb və gəmiyə oturub başqa ölkəyə gedib.
Yunis Özyavuz
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.
Yunis İmrə
Yunus Əmrə (güm. 1240, Kiçik Asiya[d] – güm. 1321, Kiçik Asiya) — Anadoluda türkcə şeirin banilərindən biri; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur. == Həyatı == === Tapdıq Əmrə ilə tanış olması === Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarından Osmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir. Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur. === Digər mütəfəkkirlərlə tanış olması === Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s.
Elşən Yunisli
Elşən Fazil oğlu Yunisli (22 oktyabr 1995; Təzəkənd, Şəmkir rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elşən Yunisli 1995-ci il oktyabrın 22-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elşən Yunisli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Elşən Yunisli Murovdağ döyüşləri zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Onun nəşi 26 iyun 2020-ci ildə tapılıb və ailəsinə təhvil verilib. 27 iyun tarixində Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Yunisli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Yunisli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Yunisli ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Kamran M. Yunis
Kamran Yunis (5 dekabr 1974, Bakı) — Azərbaycan teatr və kino aktyoru, rejissor, bədii qiraət ustası, "ARRI", "Altın Şafran", "Vaqif Səmədoğlu" mükafatları laureatı. == Həyatı == Kamran Yunis 5 dekabr 1974-cü ildə, əslən Balakənli olsa da, Bakıda anadan olub. 1991–96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Ustad rejissor Vaqif İbrahimoğlu, Həsənağa Turabovun tələbəsi olub. 1993-cü ildən 2011-ci ilə kimi "YUG" teatrının sənətçisi olub. Rusiya, İran, Amerika, Misir, Türkiyə, İtaliya, Hindistanın beynəlxalq film festivallarının iştirakçısı olub. Odlar Yurdu Azərbaycan filmi "ARRİ" mükafatına layiq görülüb. 2015-ci ildə Türkiyədə Xəlvətdə qalmış müdrik filmi "Altun şafran" mükafatına layiq görülüb. Sənətçinin çəkildiyi Rami filmi 2007-ci ildə Hinistanın New Delhi şəhərində keçirilən Asian film festivalında "opening film" (açılış filmi) olub. Rami filminə görə 2007-ci ildə dünyanın bir çox dövlətlərində, ən məşhur qəzetlər (The New York Times, New Delhi Times) məhz ondan yazıb.
Ramil Yunisov
Ramil Qardaşxan oğlu Yunisov (26 may 1977; Yeni Mil, Beyləqan rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yunisov 26 may 1977-ci ildə Beyləqan rayonunun Yeni Mil kəndində Qardaşxan Yunisovun ailəsində anadan olmuşdur. 1983-1994-cü illərdə orta təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Ramil Yunisov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra artilleriya divizionunun tibb məntəqəsi sürücüsü vəzifəsində müddətdən artıq hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramil Yunisov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sürücü olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yunisov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ruslan Yunisli
Ruslan Elçin oğlu Yunisli (10 oktyabr 1996; Təzəkənd, Beyləqan rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Yunisli 10 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. == Hərbi xidməti == Ruslan Yunisli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Yunisli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan Yunisli 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Yunisli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Saşa Yunisoğlu
Saşa Yunisoğlu (d. 18 dekabr 1985, Nikolayev, Ukrayna SSR, SSRİ) — Azərbaycan futbolçusu. Müdafiəçi mövqeyində çıxış edir. == Həyatı == Saşa Yunisoğlu 18 dekabr 1985-ci ildə Ukrayna SSR-in Nikolayev şəhərində anadan olmuşdur. == Karyerası == Saşa Yunisoğlu ölkəsində dövrünün ən istedadlı müdafiəçilərindən biri hesab edilir. === Klub karyerası === O, peşəkar futbola 2000-ci ildə "Şərur"da başlamışdır. Karyerası ərzində Azərbaycan, Polşa və Türkiyə klublarının heyətində çıxış etmişdir. === Milli komanda karyerası === 2007-ci ildə Azərbaycan milli futbol komandasına dəvət olunmuş və indiyə kimi 28 oyunda meydana çıxmışdır. İlk oyununu 2007-ci ildə Portuqaliya yığmasına qarşı keçirmişdir. == Karyera statistikası == === Millidə === 7 oktyabr 2011 tarixinə aid bu statistik məlumatlar dəqiqdir.
Xan Yunis qətliamı
1956-cı il noyabrın 12-də Xan Yunis qətliamı İsrail ordusu tərəfindən həyata keçirilən qırğın idi Qəzza zolağının cənubundakı Xan Yunis düşərgəsində fələstinli qaçqınlara qarşı 250-dən çox fələstinli həlak olub. İlk qırğından 9 gün sonra, 12 noyabr 1956-cı ildə İsrail ordusunun bir bölməsi eyni düşərgədə 275-ə yaxın dinc sakinin həyatına son qoyaraq növbəti vəhşi qətliam həyata keçirdi. Rəfah qaçqın düşərgəsinin daha yüzdən çox fələstinli sakini də həmin gün öldürülüb. Bu qırğın Bəni-Suheylə şəhərinin sərhədlərinə qədər uzanırdı. == Qətliamın səbəbləri == 1956-cı ildə Misir prezidenti Camal Abdel Nasser Qırmızı dəniz vasitəsilə Aralıq dənizinə və Hind okeanına ticarətə imkan verən mühüm su yolu olan Süveyş kanalını milliləşdirməyə qərar verdi.[3] Oktyabrın 24-də Sevrdə keçirilən gizli görüşdə İngiltərə, Fransa və İsrail üç tərəfdən Misirə qarşı hücuma keçmək barədə razılığa gəldilər və hücum oktyabrın 29-da İsrailin Sinay yarımadasındakı Misir mövqelərinə zərbə endirməsi ilə başladı. Bir gün sonra İngiltərə və Fransa həm İsrailə, həm də Misirə ultimatum verdi və bu, hər iki dövlətin Süveyş kanalına müdaxilə etmək və onu qorumaq üçün sonrakı əməliyyatı üçün bəhanə oldu. Oktyabrın 30-da ABŞ və Sovet İttifaqı hərbi əməliyyatların dayandırılmasını və İsrailin öz qüvvələrini atəşkəs xəttinə çəkməsini tələb etdi. Ertəsi gün Fransa Hərbi Dəniz Qüvvələri Rəfahı bombaladı, RAF isə Misir aerodromlarına bombalı reydlər həyata keçirdi və İsrail noyabrın 1-dək Rəfahı fəth etdiyini iddia etdi və Qəzza zolağının özünü bombalamağa başladı. İsrail şəhəri artilleriya bombardmanı ilə cavablandırdı, nəticədə ağır mülki insan tələfatı oldu və qoşunları noyabrın 3-də götürdü. Silah daşımaqda şübhəli bilinən kişilər dərhal evlərində və ya iş yerlərində edam edildi, yaşlarından tutmuş bütün kişilər izdihamdan 15 ilə 60 il arasında, daha sonra dinc əhaliyə qarşı qırğınlar baş verdi və birincisi, vətəndaşlar şəhərin mərkəzi meydanında köhnə Osmanlı karvanının divarına dayanmağa məcbur edildikdən sonra güllələndilər və yerli sakinlər iddia edirlər.
YUNİSEF
UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond; azərb. BMT-nin Uşaq Fondu‎) — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat. == Haqqında == BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi. Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır: -Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi; -bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi; -İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımı vəsait və kadrların ayrılması.1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.
Yunis Orucov (əsgər)
Yunis Şaiq oğlu Orucov (1 may 2001, Aşağı Qaramanlı, Neftçala rayonu, Azərbaycan – 14 oktyabr 2020, Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Yunis Orucov 2001-ci il mayın 1-i Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmub. Ailənin ikinci övladı olmuşdur. 2007-ci ildə Neftçala rayonu Aşağı Qaramanlı kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olub. 2016-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Həmin ildə Neftçala şəhər Uşaq İncəsənət məktəbinin tar alətlərinin ifası bölməsinə daxil olmuşdur. Musiqi məktəbini başa çatdıran Yunis, təhsilini Salyan peşə liseyində davam etdirmişdir. Həmin liseyin kənd təsərrüfatı fermerlik peşəsin diplom və attestatla bitirmişdir. == Hərbi xidməti == Salyan peşə liseyində təhsilini başa çatdırdıqdan sonra 2019-cu ilin iyunun 22-si hərbi xidmətə yollanıb. Mingəçevir şəhərində N saylı hərbi hissədə vətənə xidmət edirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.68 dəfə / 1 mln.
2002 ••••••••••••• 6.85
2003 ••••••••••••••••••• 9.84
2004 ••••••••• 4.38
2005 •••••••••••• 6.07
2006 •••••••••• 5.18
2007 •••••••• 4.02
2008 ••••••••••••••••••• 9.99
2009 •••••••••••• 6.40
2010 •••••••••••••••• 8.35
2011 ••••••••••••• 6.78
2012 •••••••••••••••• 8.52
2013 •••••••••••••• 7.15
2014 ••••••••• 4.81
2015 ••••••••• 4.59
2016 ••••• 2.43
2017 •••••••• 4.06
2018 ••••••••••••••••••• 9.89
2019 •••••••••••••••••••• 10.71
2020 ••••••• 3.58

yunis sözünün etimologiyası

yunis sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. naqqa balığı tərəfindən udularaq dənizləri gəzən peyğəmbərin adı (müxtəlif birləşmələrin tərkibində ümumiləşmiş isim kimi işlədilir).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

göyərçin (qədim y. "İones" adının ə. forması).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"yunis" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yunis nədir? #yunis sözünün mənası #yunis nə deməkdir? #yunis sözünün izahı #yunis sözünün yazılışı #yunis necə yazılır? #yunis sözünün düzgün yazılışı #yunis leksik mənası #yunis sözünün sinonimi #yunis sözünün yaxın mənalı sözlər #yunis sözünün əks mənası #yunis sözünün etimologiyası #yunis sözünün orfoqrafiyası #yunis rusca #yunis inglisça #yunis fransızca #yunis sözünün istifadəsi #sözlük