* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] 1. sif. Hər kəslə mehriban olan; ünsiyyətli, mehriban; istiqanlı. Munis adam. – [Xədicə] olduqca xoşsöhbət, … genişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn. Könüllər yolçusu, o munis gözəl; Min ürək fəth edir hər keçən anda. S.Vurğun. 2. is. Yaxın adam, mehriban dost, sirdaş, ürək dostu. Dilbərim, yarım, əzizim, qəmküsarım, munisim; Can şikarım, sevgili yarım canımın cananıdır. Xətayi. [Pəri xanım:] Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox. Ə.Haqverdiyev. □ Munis olmaq – ürək dostu olmaq, ən yaxın yoldaş, sirdaş yerini tutmaq, mehriban olmaq. Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir; Didələr oldu həmin munisü qəmxar mənə. Q.Zakir. Bu gün gülən yarın ağlar, saqın, öyünmə, düşün! Düşün də, munis ol! İncitmə, qırma kimsəni sən!… H.Cavid. // Sevgili, istəkli, məhbubə. [Rəhim:] …Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma. N.Vəzirov. Deyəsən, Vahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdur. Mir Cəlal. 3. sif. məc. Xoş, fərəhverici, ürəyəyatan, ruhu oxşayan. Munis gecə. Munis mənzərə. – …Baharın həyatverici munis günəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir axşam qaranlığı sinməkdə idi. S.Hüseyn. [Nuriyyə:] Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / munis3 ə. 1) ünsiyyət edən, əlaqə saxlayan; 2) insandan qaçmayan; istiqanlı; 3) ələ öyrədilmiş; əhliləşdirilmiş (heyvan haqqında). Munisi-can can kimi yaxın olan, can qədər sevimli.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / munis1 поэт. I сущ. 1. друг, приятель 2. возлюбленный, возлюбленная, любимый, любимая II прил. любезный, обходительный, предупредительный, учтивый 2. приятный (доставляющий удовольствие). Munis gecə приятная ночь, munis mənzərə приятная картина, munis olmaq быть верным, близким другом
Azərbaycanca-rusca lüğət / munis1 [ər.] 1. прил. мегьрибан, акахьдай; рикӀиз чими; 2. сущ. мукьва кас, рикӀин дуст; munis olmaq рикӀин дуст хьун, мегьрибан хьун; // кӀаниди, яр, севдуьгуьм; 3. прил. пер. хуш, рикӀиз хуш, рикӀ шадардай, рикӀ аладардай (мес. йиф, акунар).
Azərbaycanca-ləzgicə lüğəti / munis