yumşaq sözü azərbaycan dilində

yumşaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yumşaq • 93.4311%
  • Yumşaq • 6.1687%
  • YUMŞAQ • 0.3334%
  • yumŞaq • 0.0667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yumşaq buğda
Yumşaq buğda (lat. Triticum aestivum) - buğda cinsinə aid bitki növü. == SInonim == Frumentum triticum E.H.L.Krause Triticum aestivum subsp. aestivum aestivum Triticum aestivum var. albinflatocapitatum Udachin Triticum aestivum var. australianum Udachin & Schachm. Triticum aestivum var. brezhnevii Udachin & Shakhm. Triticum aestivum var. dorofeevii Udachin & Shakhm.
Yumşaq deysiya
Yumşaq deysiya (lat. Deutzia mollis) — hortenziyakimilər fəsiləsinin deysiya cinsinə aid bitki növü. == Təbii yayılması == Çində geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m olan koldur. Cavan zoğları ulduz formalı olub, tüklü, qırmızımtıl-qonur rəngli qabıqla örtülmüşdür. Yarpaqları yumurtavari və ya uzunsov – yumurtavari, uzunluğu 4-8 sm-dir. Uc hissəsi sivri, qaidəsi enli, pazvari və ya zəif ürəkvaridir. Kənarları xırda mişardişli, üstdən tünd yaşıl, alt tərəfdən açıq yaşıl olub, yumşaq tüklüdür. Saplaqları 3-6 mm uzunluqdadır. Çiçək qrupu 6-8 sm diametrində, sıx, qalxanvaridir.
Yumşaq güc
Yumşaq güc (ing. soft power) — siyasi hakimiyyət forması. Yumşaq gücə apellyasiya və cazibə yolu ilə başqalarının üstünlüklərini formalaşdırmaq qabiliyyəti daxildir. Yumşaq gücün əsas xüsusiyyəti qeyri-zorakılıqdır; yumşaq gücün valyutası isə mədəniyyət, siyasi dəyərlər və xarici siyasətdir. == Nümunələr == === Fransa === Fransa uzun zaman böyük miqdarda yumşaq güc tətbiq etmişdir. Fransa və onun mədəniyyətinin əsrlər boyu dünyanın bir çox yerlərində heyranı olmuşdur; Tomas Cefferson "Hər bir insanın iki ölkəsi, özü və Fransası var" ifadəsi buna nümunədir. 2017-ci ildə Fransada dünyanın ən böyük diplomatik şəbəkəsi sırasında üçüncü idi.
Yumşaq itburnu
Yumşaq itburnu (lat. Rosa mollis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Albaniya, Belgiya, İngiltərə, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İsveçrə, İspaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Serbiya, Portuqaliya, Norvegiya, Polşa, Estoniya, Latviya və Litva, Rusiya, Belorusiya, Almaniya, Ukrayna, Gürcüstan, Ermənistan, Türkiyədə yayılmışdır. İlk dəfə Britaniya botaniki Ceyms Edvard Smit tərəfindən 1813-cü ildə təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 0,5-1,5 m olan, gövdəsi iynələrlə örtülmüş, yarpağı tökülən koldur. Yarpaqları mürəkkəb, oval və ya ellipsvari formalı, yumşaq, cüt dişli, boz-yaşıl rənglidir, alt tərəfi vəzicikli tükcüklərlə örtülmüşdür, növbəli yerləşir. Yarpaqların ətri qatranlıdır. İyun-iyulda çiçəkləyir. Çiçəkləri iri, tək və ya 2-3 ədəd çiçək qrupuna yığılmış, ləçəkləri dişli, rəngi çəhrayı və ya açıq bənövşəyidir. Meyvəsi vəzicikli-tükcüklü, şarşəkilli, qırmızı rəngli qozadır.
Yumşaq pornoqrafiya
Yumşaq pornoqrafiya — mövzusu cinsilik ehtiva edən vizuallar (film və fotoşəkillər) olan bir pornografi növü. Hardcore pornografiyə görə daha az cinsilik ehtiva etdiyindən "yüngül" olaraq xarakterizə edilməkdədir. Yumşaq pornoqrafiya bu xüsusiyyətiylə "Harcore" pornosunun erotik forması olaraq da bilinər. Yüngül pornografiya: çılpaq, yarı-çılpaq təsvirlər və nümayişləri, keçici ictimai çılpaqlıq və ya çılpaqlıq olmayan cazibədar cinsi əlaqə formalarını istifadə edə bilər. Bu cür pornoqrafiyaya: vaginal, anal və açıq boşalma tipi cinsəlliyin açıq nümayişləri göstərilmir. Tam çılpaqlıq isə son zamanlarda bəzi yüngül pornolarda da iştirak etməkdədir. Ümumiyyətlə, tam çılpaq olsa belə pornoçuların cinsi orqanları bölgələri kamuflyaj edilməkdədir. Son vaxtlarda pornoqrafinin daha senzurasız yayınlana bilməsiylə, bəzi televiziyalarda günün müəyyən saatlarında yüngül porno nəşrinə icazə verilir. Ayrıca bu cür səhnələr təması cinsəllik olmayan gedərək daha çox filmdə iştirak etməkdədir. Cinsilik mövzulu olmayan filmlərdə yüngül porno, ümumiyyətlə, saçlarla və ya qaranlığı istifadə edərək genital bölgələrin görülməsini maneə törətmə texnikalarıyla istifadə edilər.
Yumşaq şinus
Yumşaq şinus (lat. Schinus molle) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin şinus cinsinə aid bitki növü. == Sinonimləri == Schinus angustifolia Sessé & Moc. Schinus bituminosus Salisb. Schinus huigan Molina Schinus molle var. argentifolius Marchand Schinus molle var. huigan (Molina) Marchand Schinus molle var. huyngan (Molina) March. Schinus molle var. molle Schinus occidentalis Sessé & Moc.
Yumşaq qargiləmeyvə
Yumşaq qargiləmeyvə (lat. Symphoricarpos mollis) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü.
Softstarter (yumşaq başlanğıc)
Yumşaq işəsalma cihazı (ing. softstarter) — işləyən maşının kiçik bir başlanğıc anı olan elektrik mühərriklərinin yumşaq işə salınması (dayanması) üçün istifadə olunan mexaniki, elektrik (elektron) və ya elektromexaniki cihazdır.
Yumşaq tüklü qızıl (film, 1969)
== Məzmun == Elmi-kütləvi film Argentinadan Azərbaycana gətirilmiş qəribə qonağın — qunduzun Azərbaycanda artırılmasından bəhs edir.
Yalanqamış yumşaqsüpürgə
Yalanqamış yumşaqsüpürgə – hündürlüyü 50-100 sm olan, möhkəm gövdəli, kökümsovu sürünən bitki. == Yarpaq == Yarpaqları xətvaridir, eni 3-8 mmdir, bəzən bir yerə cəmlənmiş, göyümtül-yaşıl rəngdədir, kənarları kələ-kötürdür; dilcik 8 mm uzunluqdadır, küt və ya hissələrə ayrılmışdır. == Çiçək == Süpürgə 10-20 (25) sm uzunluqdadır, sıxılmış, sivri-nahamar budaqlıdır. Sünbüllü pulcuqları neştəvari-bizşəkillidir, uzun-dartılı sivriləşmişdir, qonurtəhər-bənövşəyi rənglidir, yuxarıdakı pulcuqlar aşağıdakından qısadır. Aşağı çiçək pulcuqları uc hissədə bir neçə dişciklədir və onlardan ortada olanı uzunluğu 2 mm-ə qədər olan oxla qurtarır. Sünbülün oxu üzərindəki tükcüklər çiçək pulcuğundan 1,5-2 dəfə uzundur. Çoxillikdir. == Çiçəkləməsi == İyun-İyul == Azərbaycanda yayılması == BQ (Quba), Abşeron, Qobustan, BQ şərq. Aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi. == Yaşayış mühiti == Çay sahilində və rütubətli çəmənlərdə rast gəlinir.
Yumşaqiynəyarpaqlı şam
Pinus muricata (lat. Pinus muricata) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Kaliforniya və Sakit okean sahillərində, qumluqlarda, bataqlıq yerlərdə, dağ ətəyində dəniz səviyyəsindən 600–900 m hündürlükdə, seyrək ağacları olan kiçik qruplar əmələ gətirir. Hündürlüyü 12–25 m, gövdəsinin diametri 40-90 sm, qabığının qalınlığı 15 sm-ə qədər olur. Gövdənin bünövrəsində qeyri-bərabər dərin şırımlar vardır, məhkəm qabıqlı, qırmızı-qonur rənglidir. Budaqları qalın, şaxələnmiş, enli, hamar-yumru çətir əmələ gətirir. Zoğları narıncı-yaşıl, çılpaq, bir neçə buğumarası, xırda yarpaqları vardır. Tumurcuqları silindrik, tündqonurdur. İynəyarpaqları möhkəm, cod, tünd-yaşıl, uzunluğu 10-15 sm-dir. Alt tərəfi hamardır, nazik dişli, ucu biz şəkilli, dəstədə 2 ədəd olub, budaqların uclarında yığılmışdır.
Yumşaqtüklü qızılağac
Yumşaqtüklü qızılağac (lat. Alnus hirsuta) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin qızılağac cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 9.21 dəfə / 1 mln.
2002 •••••••••••••• 10.28
2003 •••••••••• 7.09
2004 •••••••••• 7.07
2005 •••••••• 5.40
2006 •••• 2.48
2007 ••••••••••• 8.03
2008 ••••••••• 6.33
2009 ••••••••••••• 9.44
2010 ••••••••••••••• 11.17
2011 ••••••••••••• 9.52
2012 •••••••••• 7.40
2013 ••••••••••••••• 11.23
2014 •••••••••••••••••••• 15.10
2015 •••••••••••••• 10.04
2016 •••••••••••••• 10.24
2017 •••••••••• 7.32
2018 ••••••••••• 7.94
2019 ••••••••••••• 9.60
2020 •••••••••••••••• 11.54

yumşaq sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Basdıqda, toxunduqda müqavimət etməyən və batıb qalmayan; qatı, sərt olmayan. Yumşaq döşək. Yumşaq yastıq. – Bayram yumşaq kresloda oturub papağını çıxartdı, yaylıqla alnının tərini sildi. M.Hüseyn. Sadıq kişi ayağındakı yumşaq məs, şalvarı dolaqla qıvraq bağlanmış halda oğlunun dalınca gedirdi. Mir Cəlal. // Sümüksüz. Yumşaq ət. □ Yumşaq vaqon – oturmaq və yatmaq üçün yumşaq yerləri olan sərnişin vaqonu. Biletlər yumşaq vaqona alınmışdı. M.S.Ordubadi. Qarı daima beş nömrəli yumşaq vaqona minərdi. Ə.Əbülhəsən. // Zərif, sərt olmayan, toxunduqda xoş hiss oyadan. İpək kimi yumşaq. Yumşaq əl. Yumşaq parça. Yumşaq saç. // Hələ quruyub sərtləşməmiş. Mağaranın içi yumşaq ağac qabıqları ilə döşənmişdi. A.Şaiq. Kəhər hələ kifayət qədər qurumamış yumşaq otu böyründən söküb yeyirdi. M.İbrahimov. 2. Bayat olmayan, təzə. Yumşaq çörək. Yumşaq qoğal. 3. Sıxanda asanlıqla yığıla bilən, basıla bilən, formasını dəyişə bilən, bərk olmayan. Yumşaq mum. Yumşaq palçıq. Yumşaq xəmir. // Asanlıqla işlənilə bilən, istənilən şəklə salına bilən. Yumşaq materiallar. Yumşaq ağac. Bakı daşı çox yumşaq daşdır. 4. Gözü, qulağı oxşayan, ruhu oxşayan, xoşagələn; kəskin olmayan, məlahətli. Yumşaq səs. Musiqinin yumşaq ahəngi. Yumşaq tonlar. – Onun çox yumşaq və mülayim səsi vardı. Ə.Vəliyev. // Mülayim, xoş; nə isti, nə soyuq. Yumşaq hava. Yumşaq iqlim. Yumşaq yel. 5. Xasiyyətcə həlim, mülayim. Yumşaq xasiyyət. Təbiətcə yumşaq adamdır. – [Mustafa bəy:] Nə qədər ki sən bu kəndə gəlməmişdin, camaat bundan yumşaq idi. Ə.Haqverdiyev. [Əsmərin] Təbiəti olduqca yumşaq idi. S.Hüseyn. Ancaq hər ikisinin yumşaq təbiəti onları sabahı günü rast gəldikləri zaman dayanıb söhbət etməyə məcbur etmişdi. S.Rəhman. □ Yumşaq danışmaq – mülayim danışmaq, mülayim rəftar etmək, sərtlik göstərməmək. [İbrahim bəy:] A kişi, çəkil kənara, görüm a! Səninlə yumşaq danışdıqca azırsan. Ə.Haqverdiyev. 6. məc. Yüngül, zəif, sərt olmayan. Yumşaq hökm. Yumşaq rəftar. Yumşaq cəza. // məc. Kəskin olmayan; nəzakətli, xoş. Yumşaq ifadə. Yumşaq ton. Yumşaq söz. ◊ Yumşaq su – tərkibində kirəc duzları az olan və sabunu asanlıqla əridən su.

    Azərbaycan dilinin izahlı lüğəti / yumşaq

yumşaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

yumşaq sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 YUMŞAQ – BƏRK Arabanın içi geniş və yumşaq idi (İ.Şıxlı); İnsan daşdan bərk, güldən nazikdir (Ata. sözü). YUMŞAQ – COD Yumşaq dağotu; Gör nə rahatdır (İ.Tapdıq); Başının tükü coddur, zil qaradır, arxaya darayır (G.Hüseynoğlu). YUMŞAQ – SƏRT Piri kişi yetmiş yaşında yumşaqtəbiətli bir qoca idi (S.S.Axundov); Dadaş çox sərt adamdır (İ.Məlikzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / yumşaq

yumşaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. мягкий; 2. незлобивый, кроткий; 3. мягко;

    Azərbaycanca-rusca lüğət / yumşaq
  • 2 I прил. 1. мягкий: 1) легко поддающийся давлению. Yumşaq yorğandöşək мягкая постель, yumşaq balış мягкая подушка, yumşaq kreslo мягкое кресло, yumşaq ayaqqabı мягкие туфли 2) нежный, негрубый, пухлый (о теле, частях человеческого тела). Yumşaq əllər мягкие руки, yumşaq dəri мягкая кожа 3) тонкий, шелковистый (о волосах, шерсти). Yumşaq saçlar мягкие волосы, yumşaq yun мягкая шерсть 4) свежий, нечёрствый (о хлебных изделиях). Yumşaq çörək мягкий хлеб 5) перен. вызывающий приятные ощущения, не раздражающий, не резкий. Yumşaq hava мягкая погода, yumşaq səs мягкий голос, yumşaq iqlim мягкий климат 6) легко поддающийся уговорам, влиянию, кроткий, уступчивый. Yumşaq xasiyyət мягкий характер, yumşaqtəbiətli мягкий по натуре 7) не очень строгий, снисходительный. Yumşaq cəza мягкое наказание, yumşaq rəftar мягкое обращение; yumşaq cisim физ. мягкое тело, анат. yumşaq toxuma мягкая ткань, yumşaq damaq мягкое нёбо; yumşaq nəbz мед. мягкий пульс; yumşaq qanadlar зоол. мягкие крылья; yumşaq əhəngdaşı мягкий известняк, геол., тех. yumşaq rezin мягкая резина, yumşaq polad мягкая сталь, yumşaq metal мягкий металл, yumşaq vaqon ж.-д. мягкий вагон; yumşaq gil мягкая глина 2. перен. добрый, вежливый 3. рыхлый. Yumşaq süxurlar рыхлые породы, yumşaq qum рыхлый песок 4. гибкий. Yumşaq cild гибкий переплёт II нареч. мягко. Yumşaq demək мягко сказать, yumşaq cavab vermək мягко ответить; yumşaq damaq səsi лингв. мягконёбный звук, yumşaq damaq samitləri лингв. мягконёбные согласные; yumşaq ət мякоть ◊ daşdan yumşaq nə olsa (yemək) быть не капризным в еде, есть всё, что дают; yumşaq damarını tapmaq kimin найти слабую струнку чью; yumşalıb ipəyə dönmək стать шёлковым; yumşalıb muma dönmək стать мягким, как воск

    Azərbaycanca-rusca lüğət / yumşaq

yumşaq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. soft; mild; friable ~ çarpayı soft bed; ~ ürək soft heart; ~ hava soft / mild weather; ~ səs soft sound; ~ çörək fresh bread; ~ vaqon soft-seated carriage, sleeping car; ~ xasiyyət mild / gentle disposition; 2. (torpaq və s.) loose, light, mellow; ~ torpaq mellow / light / loose soil; ~ meyvə mellow fruit; ◊ ~ damarını tapmaq to find* weak point / spot II. z. softly; məc. mildly, gently

    Azərbaycanca-ingiliscə lüğət / yumşaq

yumşaq sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. mou (sait və ya lal h qarşısında mol, f molle) ; tendre, dou//x, - ce ; moelleu//x \mwa-\], -se ; ~ ürək coeur m sensible ; ~ hava climat m doux ; ~ səs voix f douce ◊ ~ damarını tapmaq trouver le faible de qn

    Azərbaycanca-fransızca lüğət / yumşaq

yumşaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. хъуьтуьл; кӀеви тушир; yumşaq döşək хъуьтуьл мес; // кӀараб квачир; yumşaq ət хъуьтуьл як; // векъи тушир, зериф (мес. гъилер, чӀарар, парча); // пурпу; yumşaq torpaq хъуьтуьл накьв; yumşaq vaqon хъуьтуьл вагон (ацукьун ва я ксун патал хъуьтуьл чкаяр авай вагон); 2. баят тушир, таза, хъуьтуьл (мес. фу, тӀунутӀ); 3. хъуьтуьл; хуш къведай, рикӀиз хуш, мили, хуш (мес. ван, хесет); хци тушир; я мекьи, я чими тушир, милайим (мес. гьава); yumşaq danışmaq хъуьтуьлдиз рахун, милиз рахун, милайим рафтар авун; 4. пер. хъуьтуьл; кьезил, зайиф, кӀеви тушир (мес. жаза); // хци тушир, векъи тушир, хуш (мес. гаф); ** yumşaq su хъуьтуьл яд (киреждин кьелер тӀимил квай, запун хъсандиз акахьдай яд).

    Azərbaycanca-ləzgicə lüğəti / yumşaq

yumşaq sözünün türk dilinə tərcüməsi

"yumşaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yumşaq nədir? #yumşaq sözünün mənası #yumşaq nə deməkdir? #yumşaq sözünün izahı #yumşaq sözünün yazılışı #yumşaq necə yazılır? #yumşaq sözünün düzgün yazılışı #yumşaq leksik mənası #yumşaq sözünün sinonimi #yumşaq sözünün yaxın mənalı sözlər #yumşaq sözünün əks mənası #yumşaq sözünün etimologiyası #yumşaq sözünün orfoqrafiyası #yumşaq rusca #yumşaq inglisça #yumşaq fransızca #yumşaq sözünün istifadəsi #sözlük