susmaq sözü azərbaycan dilində

susmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • susmaq • 84.9593%
  • Susmaq • 10.9756%
  • SUSMAQ • 4.0650%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.70 dəfə / 1 mln.
2003 ••••• 0.39
2005 ••••••••• 0.67
2007 •••••••• 0.63
2009 •••••••••••••••• 1.28
2010 •••••••••••• 0.91
2011 ••••••• 0.51
2012 ••••••••••••• 1.03
2013 •••••••••••••••••••• 1.60
2014 ••••••••••••• 1.03
2015 ••••••• 0.51
2016 ••••••••• 0.69
2017 ••••• 0.33
2018 •••• 0.30
2019 ••••••••• 0.70
2020 ••••••••• 0.66

susmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Dinməmək, danışmamaq, dinməz oturmaq, ağzını açıb bir söz deməmək. Qaragün, xanın sarsıldığını, susduğunu görüb ürəkləndi. M.Rzaquluzadə. Bütün bu söhbət vaxtı Teymur bərk həyəcan keçirməsinə baxmayaraq susurdu. H.Seyidbəyli. // Kəsmək, dayanmaq, daha səsi eşidilməmək, gəlməmək, kəsilmək (səs). Quşlar susdu. Musiqi səsi bir anlıq susdu. – Çalğı susduqdan sonra Səlim öz badəsini qaldırdı. M.İbrahimov. // Eyni mənada top, tüfəng və s. səsi haqqında. Cəbhə susdu. Top səsləri susdu. Minaatanlar susdu. // Məc. mənada. …Ucalır bağçadan bülbülün səsi; Çay susur, əsməyir çəməndə yel də. N.Xəzri. Susurdu əsən külək, susurdu axan bulaq; Qəlbinin səslərini eşidirdi o ancaq. B.Vahabzadə. // Cavab verməmək, səs verməmək. Nə üçün susmusan, cavab vermirsən? Susub, özündən heç bir xəbər bildirmir. 2. məc. Öz duyğusunu, hissini büruzə verməmək. Zəhra susub dolduqca Həsənin şübhələri dərinləşirdi. M.İbrahimov. Məsum kişi bütün bu gözlənilməz şeylərə susur, səbir edirdi. Mir Cəlal. 3. Əmr şəklində: sus! – danışma, dinmə, səsini kəs. [Hüseynqulu ağa Pəricahan xanıma:] Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / susmaq

susmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 SUSMAQ Qızdırma zamanı sayıqlayan adam qızdırması kəsəndə necə yorğun, əzgin, lal-dinməz düşürsə, Həmzə də bir müddət sonra susdu, saatlarla danışmadı, key kimi olub qaldı (M.İbrahimov); AĞZINA SU ALMAQ (fr.v.) [Veysəl Ziynətə:] Anan mənə qapını göstərir, sən də ağzına su alırsan (B.Bayramov); AĞZINI AÇMAMAQ Nailə ilə Kamil əmi də, demək olar ki, ağızlarını açmırdılar (M.İbrahimov); DİNMƏMƏK Lakin Gülcamal bir daha dinmədi (M.Hüseyn); KİRİMƏK (dan.) Vahid. Buna görə də sualı təkrar eləmədi, kiridi (B.Bayramov); QIFILLAMAQ (dan.) Rüstəm bəy: Ay qız, sən qıfılla, sən danışma (Ü.Hacıbəyov); LAL OLMAQ Ləğv olma, ədəb gözlə bu məvadə, əkinçi; Lal ol, a balam, başlama fəryada, əkinçi! (M.Ə.Sabir); MUMLAMAQ (məc.) Talıbov arvadına: Sən mumla (Y.Şirvan); SƏSİNİ KƏSMƏK Biz qorxumuzdan səsimizi kəsdik (H.Abbaszadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / susmaq

susmaq sözünün antonimləri (əks mənalı sözlər)

susmaq sözünün rus dilinə tərcüməsi

  • 1 молчать, замолчать, утихнуть

    Azərbaycanca-rusca lüğət / susmaq
  • 2 глаг. 1. молчать: 1) ничего не говорить, не издавать звуков голосом. Qoca susurdu старик молчал, həmsöhbətim susurdu мой собеседник молчал, niyə susursunuz? почему молчите? yol boyu susmaq молчать всю дорогу 2) не высказывать жалоб, не протестовать; молча сносить что-л. Gəlin hər təhqirə dözüb susurdu невеста молча сносила все оскорбления 3) не нарушать тишины, не производить звуков, безмолвствовать. Dəniz susub море молчит 4) не действовать, не работать (о приборах, подающих звуковые сигналы). Telefon susub телефон молчит, radio susub радио молчит 5) не стрелять (об огнестрельном оружии). Pulemyotlar susub пулёметы молчат 6) не рассказывать, не говорить о ком-, чём-л., хранить в тайне что-л. Əsir susurdu пленный молчал 7) не высказывать открыто своего мнения, обходить молчанием что-л. İclasda hamı susurdu на собрании все молчали, çatışmazlıqlar haqqında susmaq молчать о недостатках, qorxudan susmaq молчать от страха 8) не писать писем, не отвечать. Uzun müddət susmaq долго молчать, bir ildir ki susur год как молчит 9) перен. не проявляться, не давать о себе знать (о чувствах, переживаниях и т.п.). Ürək susur сердце молчит, vicdan susur совесть молчит 2. замолчать, замолкать, замолкнуть, умолкать, умолкнуть: 1) перестать издавать звуки, прекратить говорить, петь, кричать и т.п.; смолкать, смолкнуть. Qəfil susmaq внезапно замолчать, natiq bir anlığa susdu оратор замолчал на минуту 2) прекратить стрелять (об огнестрельном оружии). Toplar susdu пушки замолкли (отгремели), pulemyot susdu пулемёт замолк; sus! молчи! замолчи!

    Azərbaycanca-rusca lüğət / susmaq

susmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to keep* silence / silent; inadla ~ to refuse to utter a word, to refuse to open one’s mouth; Susmaq razılıq əlamətidir at. söz. ≅ Silence gives consent; Sus! Silence! Be silent! d.d. Shut up!

    Azərbaycanca-ingiliscə lüğət / susmaq

susmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кисун; рахун (луькӀуьн) тавун, чуькь тавун, куьтӀ тавун; // ван атӀун, акъвазун; секин хьун; quşlar susdu къушар кисна; // жаваб тагун; 2. пер. кисун, гьиссер винел акъуд тавун, чир тавун; 3. sus! буйругъ. ф. кис(а)! ван атӀут!, ван (ял, мез, чӀал) яхъ! рахамир!

    Azərbaycanca-ləzgicə lüğəti / susmaq

susmaq sözünün türk dilinə tərcüməsi

"susmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#susmaq nədir? #susmaq sözünün mənası #susmaq nə deməkdir? #susmaq sözünün izahı #susmaq sözünün yazılışı #susmaq necə yazılır? #susmaq sözünün düzgün yazılışı #susmaq leksik mənası #susmaq sözünün sinonimi #susmaq sözünün yaxın mənalı sözlər #susmaq sözünün əks mənası #susmaq sözünün etimologiyası #susmaq sözünün orfoqrafiyası #susmaq rusca #susmaq inglisça #susmaq fransızca #susmaq sözünün istifadəsi #sözlük