rü sözü azərbaycan dilində

Yazılış

  • rü • 94.2149%
  • Rü • 4.9587%
  • RÜ • 0.8264%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Epye-Rü
Epye-Rü (fr. Épiais-Rhus) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 3 636 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimal-qərbdə, Serji bələdiyyəsinin 9 km şimalında yerləşir.
Eldar Rüstəmov
Eldar Səid oğlu Rüstəmov — Azərbaycan bəstəkarı.[mənbə göstərin] == Həyatı == Eldar Rüstəmov 13 iyul 1946-cı ildə anadan olub. Skripka və piano üçün Sonata (1990), "Sən gedəndən" romansı (1991), solist, xor və simfonik orkestr üçün "Heyranam, Vətən" Odası (1992), Solo skripka üçün Sonata (1994), 2 akapella xoru – "Səadət nəğməsi", "Bahar" (1996), "Düşdü yada" romansı (1998), kiçik tərkibli simfonik orkestr üçün "Meşə nağılı" Süitası (1999), "Bir də baxsan mənə" akapella xoru (2001), Xor və simfonik orkestr üçün işləmələr (1990–2001), "Подземная история" (1993), "Haqqın səsi" (1994) sənədli filmlərinə musiqi və başqa bəstələrinin müəllifidir.
Eldəniz Rüstəmov
== Siyahı ==
Elman Rüstəmov
Elman Sirac oğlu Rüstəmov (29 iyun 1952, Cəbrayıl rayonu) — Azərbaycan Respublikasının baş nazirinin müşaviri, Azərbaycan Respublikası Mərkəzi Bankının sabiq sədri və Azərbaycan Şahmat Federasiyasının sabiq prezidenti. == Həyatı == Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1973-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır. 1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur. 1986-cı ildən iqtisad elmləri namizədidir. 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır. 1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi almışdır. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.
Elnur Rüstəmov
Elnur Rüstəmov (baş gizir)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Elnur Rüstəmov (gizir)
Elnur Rüstəmov (əsgər)
Elşən Rüstəmov
Elşən Mərdan oğlu Rüstəmov (22 yanvar 1971, Masallı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2012). == Həyatı == Elşən Mərdan oğlu Rüstəmov 22 yanvar 1971-ci ildə Masallı rayonunda müəllim ailəsində anadan olub. Orta məktəbi həmin rayonun Babaser kəndində oxumuşdur. 1988-ci ildə Moskvada Tikinti Məktəbinə daxil olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990–1995). Orada Rafiq Atakişiyev, Oqtay Salamov, Rafiq Əzimov, Lütfi Məmmədbəyli və Bəxtiyar Xanızadə kimi sənətkarlardan dərs almışdır. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb. Eyni zamanda digər teatrların da səhnələrində çıxış edib. Dublyaj işi ilə məşğuldur.
Emin Rüstəmov
Emin Rüstəmzadə
Fariz Rüstəmov
Fariz Rüstəmov — əməkdar jurnalist, "Qızıl qələm" və Həsənbəy Zərdabi mükafatları laureatı. == Həyatı == 1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra "Ağdaş" qəzetində işə dəvət edilib. Onun bu mətbu nəşrdə, eləcə də digər kütləvi informasiya vasitələrindəki yazılarında kənd həyatının real mənzərələri, uğurları, kəm-kəsirləri sənətkarlıqla, obyektiv surətdə əksini tapıb. Ədəbi işçi, məsul katib, rayon icra hakimiyyətində etimad göstərilən vəzifələr, nəhayət 2003-cü ildən ömrünün sonuna kimi yerli qəzetin redaktoru - onun əmək bioqrafiyası bu ardıcıllıqla davam edib. 2005-ci ildə əməkdar jurnalist adına layiq görülən Fariz Rüstəmovun yaradıcılığı Həsən bəy Zərdabi və "Qızıl qələm" və digər mükafatlarla qiymətləndirilib. 26 yanvar 2010-cu ildə 60 yaşında vəfat etmişdir. == Yaradıcılığı == Farizin ilk məqaləsi 14 yaşında "Azərbaycan pioneri" qəzetində işıq üzü görüb. Sonra bu sıraya "Kommunist" (indiki "Xalq qəzeti"), "Sovet kəndi", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "İnşaatçı" qəzetləri, "Kənd həyatı", "Müxbir", "Azərbaycan qadını" jurnalları və digər mətbu orqanlar əlavə olunub. Silsilə yazıları respublika radiosunun "Gənclik" və "Günün səsi" proqramlarında səslənib. == Mənbə == Xalq qəzeti, 2009.
Fira Rüstəmbəyova
Fira Rüstəmbəyova — Azərbaycanın Əməkdar memarı. == Əsərləri == Yasamal rayonu, C. Cabbarlı küçəsində yaşayış binası. 1974-cü il (Nazim Hacıbəyov və Vadim Şulgin ilə ortaqlı) == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Fira Rüstəmbəyovaya həsr edilmişdir.
Füzuli Rüstəmov
Füzuli Salah oğlu Rüstəmov (25 dekabr 1965, Hüsənli, Mirbəşir rayonu – 26 fevral 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır. == Döyüşlərdə iştirakı == Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
Fərid Rüstəmov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Fərrux Rüstəmov
Fərrux Abbas oğlu Rüstəmov (1 yanvar 1961, Cil, Krasnoselsk rayonu) — pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Fərrux Rüstəmov 1 yanvar 1961-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olmuşdur. 1978-ci ildə Cil kənd orta məktəbini əla qiymətlərlə başa vurmuş, həmin ildə V. İ. Lenin adına (indiki ADPU) APİ-nin pedaqoji fakültəsinə qəbul olunmuşdur. Tələbəlik illərində fakültə əlaçılar şurasının və tələbə elmi cəmiyyətinin sədri kimi fakültənin və institutun ictimai-pedaqoji həyatında fəal iştirak etmiş, "Əla təhsilə görə", "Əla təhsilə və ictimai işə görə" SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin, ÜİLKGİ-nin döş nişanları, Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyinin I–II dərəcəli diplomları (tələbə elmi tədqiqat işinə görə), ÜİLKGİ-nin və institut rektorluğunun Fəxri Fərmanları ilə təltif olunmuşdur. Təhsil əlaçısı, bacarıqlı tədqiqatçı və ictimaiyyətçi tələbə kimi təhsil illərində ən yüksək təqaüdə — Lenin təqaüdünə layiq bilinmiş, Lenin təqaüdü ilə oxuyan ali məktəb tələbələrinin 1982-ci ildə Bakıda keçirilən Ümumittifaq konfransında iştirak (həm də çıxış) etmişdir. 1982-ci ildə institutu fərqlənmə diplomu ilə başa vurmuş, təyinatla Quba rayonunun Rəngdar kəndindəki səkkizillik məktəbdə 1982–1985-ci illərdə müəllim və məktəb direktoru işləmişdir. 1985-ci ildə elmi işə maraq onu yenidən V. İ. Lenin adına APİ-yə gətirmiş, o, pedaqogikanın nəzəriyyəsi və tarixi üzrə əyani aspiranturaya qəbul olunmuşdur. 1985–1987-ci illərdə sovet ordusu sıralarında Qazaxıstanın Leninski şəhərində xidmət etmişdir. Hərbi xidmətdən sonra aspirantura təhsilini davam etdirmiş, akademik Hüseyn Əhmədovun elmi rəhbərliyi altında "Azərbaycan sovet pedaqoji elminin inkişafı (1961–1981-ci illər)" mövzusunda elmi axtarışlarını başa çatdırmış, vaxtından xeyli əvvəl, 1989-cu ildə müdafiə edərək pedaqoji elmlər namizədi, 2003-cü ildə "Azərbaycanda pedaqoji elmin inkişaf yolları (1920–1991-ci illər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır.
Fərşid Rüstəmi
Fərşid Rüstəmi (idmançı)
Fətulla bəy Rüstəmbəyov
Fətulla Əsəd bəy oğlu Rüstəmbəyov (1867-1946) — məşhur Azərbaycan neft sənayesi təşkilatçısı. == Həyatı == Fətulla Əsəd bəy oğlu 1867-ci ildə Cavad qəzasının Marışlı kəndində anadan olmuşdu. Sonra Salyan şəhərinə köçmüşdülər. Burda ibtidai məktəbdə, Bakıda gimnaziyada təhsil almışdı. 1893-cü ildə Sankt-Peterburq Dağ-Mədən İnstitutunu bitirmişdi. Bakıda neft mədənlərində mühəndislikdən başlayıb idarə rəisi vəzifəsinə qədər yüksəlmişdi. 1898-1920-ci illərdə isə Bakı milyonçusu Musa Nağıyevin neft müəssisələrini idarə etmişdir. O, Musa Nağıyevi həmişə şəhərdə uca, yaraşıqlı binalar tikdirməyə həvəsləndirmiş və binaların tikilməsində yaxından iştirak etmiĢdir. "İsmailiyyə" kimi əzəmətli binanın tikilişi Nağıyevin xəsisliyi ucbatından arada yarımçıq qalmışdı. Məsələ belə olmuşdu: "İsmailiyyə"nin tikilişi layihəsində M.Nağıyevi qorxuya salmamaq üçün smetada xərc az göstərilmişdi.
Hacı Rüfai bəy məscidi
Hacı Rüfai bəy məscidi — Naxçıvanda XVIII əsr tarix memarlıq abidəsi.
Hacı Rüstəmov
Hacı Rüstəmov – Azərbaycan futbolçusu. == Həyatı == Hacı Rüstəmov Rafiq oğlu 28 iyul 1998-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 18 nömrəli tam orta məktəbdə tamamlamışdır. Hələ uşaq vaxtlarından futbola maraq salmış və 2005-ci ildən başlayaraq müxtəlif klubların müxtəlif yaş qruplarında oynamışdır. Həmçinin həmin müddətlər ərzində digər idman növlərinə(Şahmat və basketbol) maraq göstərmişdir. 2014-cu ildə Bakı Humanitar Kollecinin "Turizm işinin təşkili" ixtisasına qəbul olub təhsilini 2017-ci ildə başa vurub. Daha sonra 2020-ci il Azərbaycan Kooperasiya Universitetinin "Turizm işinin təşkili" ixtisasına daxil olub. 2020- ci il 29 sentiyabrda 2-ci Qarabağ müharibəsinə yollanaraq futbol karyerasına bir müddətlik ara vermişdir. O, Füzuli, Xocavənd, Cəbrayıl, Şuşa və Laçın döyüşlərində iştirak edərək 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Laçının azad olunmasına görə" medalı və "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunmuşdur. 2021-2022-ci illərdə Şamaxı futbol klubunun əvəzedici heyətində öz karyerasını davam etdirdi.
II Rüstəm xan Sipəhsalar
Rüstəm xan (XVII əsrin ikinci yarısı) — Səfəvi hərbi komandiri, qulam və gürcü Saakadze nəslindən bir məmur. Baş komandan (sepahsalar), silahlı korpusun komandiri (tofanqçi ağası), kansler / baş ədliyyə (divanbəyi) və Şah Süleyman Səfəvi (1666-1694) hakimiyyəti zamanında Təbriz bəylərbəyliyinin bəylərbəyi vəzifələrini icra edib. Rüstəm xan Səfiqulu xanın oğlu və eyni zamanda baş komandan və Azərbaycanın bəylərbəyi vəzifəsini icra etmiş görkəmli babasının adını daşıyırdı. İtalyan səyyahı Qemelli Karerinin dediyinə görə Bican bəy Şeyxəli xan Zəngənənin vəzir olduğu zaman mərhəmətindən məhrum olduqda, qardaşı oğlu Rüstəm xanın müdaxiləsi ilə xilas oldu. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. səh. 19-22.
I Rüstəm
I Rüstəm — Kartli-Kaxetiya kralı. == Həyatı == 1565-ci ildə XI Davidin kiçik oğlu olaraq dünyaya gəlmişdi. 1618-ci ildə İsfahan darğası olaraq fəaliyyət göstərmişdi. Marabda döyüşündə Georgi Saakadzenin ordusunun sağ cinahını idarə edirdi. 1630-cu ildə Səfəvi ordusuna komandanlıq edərək Bağdadı ələ keçirmişdi. 1633-cü ildə Kartli kralı təyin olunmuşdu. 1648-ci ildə I Teymurazı ağır məğlubiyyətə uğradaraq həm də Kaxeti kralı olmuşdu. Övladı olmadığı üçün 1653-cü V Vaxtanqı vəliəhd təyin etmiş, özü isə 1658-ci ildə vəfat etmişdi.
Kamil Rüstəmbəyov
Kamil Aslan oğlu Rüstəmbəyov — Azərbaycan kinorejissoru, vaxtilə Azərbaycan Televiziyasının baş rejissoru, ssenari müəllifi. == Həyatı == 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmişdir. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, televiziyasının ilk yaradıcılarından biri olmuşdur. Sonradan böyük rejissor, baş rejissor işləmiş, bir sıra maraqlı verilişlər hazırlamışdır. 1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyni adlı tammetrajlı bədii filmə quruluş vermişdi. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmlərini, film-konsertlər çəkmişdir. 1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunmuş, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş vermişdir. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunmuşdur. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, aktyorlardan Adil İsgəndərov Kərbəlayi İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün ən yaxşı kişi rollarının ifasına görə mükafata layiq görülmüşlər. Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olmuşdur.
Kaymakam (rütbə)
Kaymakam (Osmanlı dili: قائم مقام) — Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən miralay və mayor rütbələri arasındakı hərbi rütbədir və müasir rütbələr arasında polkovnik-leytenant hərbi rütbəsinə bərabərdir. Bununla birlikdə Kaymakam rütbəsi də, 26 noyabr 1934-cü il tarixli 2590 saylı Ləqəb və Adların Ləğvi Haqqında Qanunun üçüncü maddəsinə uyğun olaraq ləğv edilmişdir.

"rü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rü nədir? #rü sözünün mənası #rü nə deməkdir? #rü sözünün izahı #rü sözünün yazılışı #rü necə yazılır? #rü sözünün düzgün yazılışı #rü leksik mənası #rü sözünün sinonimi #rü sözünün yaxın mənalı sözlər #rü sözünün əks mənası #rü sözünün etimologiyası #rü sözünün orfoqrafiyası #rü rusca #rü inglisça #rü fransızca #rü sözünün istifadəsi #sözlük