nü sözü azərbaycan dilində

Yazılış

  • nü • 99.6293%
  • Nü • 0.3707%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nü (janr)
Nü (fr. nudite - çılpaqlıq) - bu incəsənət janrı insanın çılpaq bədəninin gözəlliyini göstərir.
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı
Ermənistanın diplomatik nümayəndəliklərinin siyahısı (erm. Հայաստանի դիվանագիտական ներկայացուցչությունների ցանկ[խմբագրել) Ermənistan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinin siyahısını özündə birləşdirir. Rusiya, Fransa, İran, ABŞ, Livan, Argentina və Ukrayna kimi erməni diasporunun aktiv olduğu ölkələrdə Ermənistanın səfirlikləri mövcuddur. Ümumilikdə ölkənin 4 qitədə, 42 səfirliyi və 8 konsulluğu mövcuddur. Dağlıq Qarabağın işğal edilməsinə görə Ermənistan Pakistan tərəfindən müstəqil dövlət kimi tanınmır.
Firuz mirzə Nüsrətəddövlə
Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Nüsrətəddövlə Qovanlı-Qacar (1889–1937) — İranın xarici işlər naziri. == Həyatı == II Firuz mirzə Əbdülhüseyn mirzə oğlu Qovanlı-Qacar 1889-cu ildə Tehran şəhərində anadan olmuşdur. Orta təhsilini bitirəndən sonra ali savad almaq üçün 1897-ci ildə Beyrut şəhərinə yollanmışdı. Təhsilini tamamlayandan sonra, 1905-ci ilin yanvarında Tehrana qayıtmışdı. Fransız dilini mükəmməl bilirdi. Həmin ildə atası tərəfindən Kerman əyalətinin vali naibliyinə təyin edilmişdi. Nüsrətüddövlə ləqəbini daşıyırdı. Nüsrətüddövlə Qacar səltənətinin yıxılmasında yaxından iştirak etmişdi. O, respublika tərəfdarı idi. Nüsrətüddövlə 1920-ci ilin payız və qışını İngiltərədə olmuşdu.
Fəal nüvəli qalaktikalar
Qravitasiyanın təsiri altında olan sistemlər üçün maddənin cazibə mərkəzinə doğru konsentrasiyası xarakteriktdir. Ulduz sistemlərinin –qalaktikalarin mərkəzi oblastlarında bir qayda olaraq nüvə yerləşir. Nüvə ulduzlardan, qazdan və tozdan ibarətdir. Spiral quruluşa malik qalaktikalarda nüvə daha aydın seçilir. Bizim Qalaktikanın nüvəsinin kütləsi bir neçə milyon M ⊙ {\displaystyle M_{\odot }} (Günəş) kütləsi tərtibindədir və o qaz-toz buludu ilə əhatə olunmuşdur. Bu qaz-toz buludu mərkəzdən 150 pk məsafəyə qədər yayılmışdır. Fəal nüvənin özünün ölçüsü 10 pk-dən kiçikdir. Nüvəciyin ölçüsü isə təxminən ~ 10−4 parsekdir. Fəal nüvənin mərkəzi hissəsini "nüvəcik" adlandırırlar. Bəzi qalaktikalar ümumiyyətlə nüvəyə malik deyillər.
Gürcüstanda nümayişlər (1978)
Gürcüstanda nümayişlər (1978) (gürc. თბილისის დემონსტრაციები) — 14 aprel 1978-ci ildə gürcü ziyalılarının və digər fəalların Gürcüstan SSR-də, ilk növbədə respublikanın paytaxtı Tbilisidə keçirdikləri kütləvi mitinqlər. Mitinqlərin səbəbi 1977-ci ildə qəbul edilmiş yeni SSRİ konstitusiyasında gürcü dilinin dövlət dili olması maddəsinin daxil edilməməsi idi. == Tarixi == 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən SSRİ-nin yeni əsas qanunu Konstitusiya qəbul edildi. Bununla da 1936-cı il SSRİ Konstitusiyası qüvvədən düşmüş oldu. SSRİ-nin yeni konstitusiyasını qəbul edilməsi ilə respublikalar yeni konstitusiya layihələrini hazırlamağa başladılar. 1978-ci ildə rus dilində nəşr olunan Gürcüstanın "Zarya Vostoka" qəzeti Gürcüstan SSR konstitusiya layihəsinin 75-ci maddəsini aşağıdakı məzmunla dərc etdi: Lakdin həmin dövrdə qüvvədə olan 1937-ci il konstitusiyasında dil haqqında maddə belə yazılmışdı: Beləliklə, əgər yuxarıdakı ifadə qəbul edilsəydi, gürcü dili Gürcüstan SSR-in dövlət dili statusunu itirərdi. Tələbə və tədris mühiti arasında, yeni Gürcüstan konstitusiyasına görə, gürcü dilinin artıq dövlət dili olmayacağı barədə şayiələr dolaşmağa başladı. Mitinqlər özbaşına başlamadı. "Gürcü-Film" in direktoru Rezo Çxeidzenin qızı, Tbilisi Dövlət Universitetinin tələbəsi Tamriko Çxeidze nümayişə çağırış vərəqələri paylayırdı.
Hibrid nüvə
Hibrid-nüvə (ing. Hybrid kernel) — modifikasiya olunmuş mikro-nüvələr (kompyuterin əməliyyat sisteminin əsas minimal funksiyalarının toplusu) əməliyyatın sürətləndirilməsi üçün nüvənin sahəsində “nəzərə çarpılmayacaq” hissəsini işlətmək üçün imkan yaradır. == “Hibrid” nüvələrin üstünlükləri və çatışmazlıqları == Nəzərdən keçirilmiş bütün əməliyyat sistemlərinin hazırlanması yanaşmalarının öz üstün və əskik cəhətləri var. Bir çox halda müasir ƏS-ləri bu yanaşmaların ayrı-ayrı kombinasiyalarından istifadə edir. Misal üçün, hal-hazırda, "Linux"un nüvəsi monolit sistem olmaqla ayrı-ayrı nüvə modullarından ibarətdir. Nüvənin kompilyasiyası zamanı bir çox modul adlandırılan komponentilərinin dinamik yüklənməsi və dayandırılmasına icazə vermək olar. Modulun yüklənməsi zamanı onun kodu sistem səviyyəsində yüklənir və nüvənin digər hissələri ilə əlaqəyə keçir. Modulun daxilində nüvənin ixrac etdiyi istənilən funkaiyalarından istifadə etmək mümkündür. GNU ƏS-nin (Debian/GNU Hurd) bir neçə variantında monolit nüvə yerinə Mach nüvəsindən istifadə olunur ("Hurd"dakı kimi) və onun üzərində – istifadəçi məkanında "Linux"un istifadəsi zamanı nüvənin bir hissəsi ola biləcək prosseslər işləyir. Qarışıq yanaşmanın başqa bir nümunəsi də monolit nüvəli ƏS-nin mikro-nüvə vasitəsilə yüklənməsi olardı.
Hüceyrə nüvəsi
Nüvə, hüceyrə nüvəsi — ibtidailərdə, çoxhüceyrəli heyvan və bitkilərdə tərkibində xromosomlar və onun həyat fəaliyyəti məhsulları olan hüceyrənin sitoplazma ilə yanaşı zəruri tərkib hissəsi. Hüceyrələrdə nüvənin olması və ya olmamasına görə bütün orqanizmlər (viruslar istisna) eukariotlara va prokariotlara bölünür. Hüceyrənin irsi informasiyasının əsas hissəsi nüvədədir. Xromosomlardakı genlər bir çox hüceyrə və orqanizmlərlə irsi informasiyaların keçirilməsində başlıça rol oynayır. Nüvə sitoplazma ilə daim və sıx qarşılıqlı əlaqədədir. Genetik informasiyaları zülal sintezi mərkəzlərinə keçirən vasitəçi molekullar burada sintez olunur. Beləliklə, nüvə bütün zülalların sintezini və bunların vasitəsilə hüceyrədəki bütün fizioloji prosesləri idarə edir. Buna görə də eksperiment yolu ilə alınan nüvəsiz hüceyrələr və fraqmentlər həmişə məhv olur; belə hüceyrələrə nüvə köçürdükdə onların həyat fəaliyyəti bərpa olunur. Nüvəni ilk dəfə çex alimi Y. Purkine (1825) toyuğun yumurta hüceyrəsində, bitki hüceyrələrində nüvəni ingilis alimi R. Braun (1831–1833), heyvan hüceyrələrində isə alman alimi T. Şvann (1838–39) təsvir etmişlər. Hüceyrədə nüvə tək olub, onun mərkəzinə yaxın yerləşir, sferik, yaxud ellipsşəkilli qovuqcuğa bənzəyir.
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi
Hərtərəfli Nüvə Sınağına Qadağa Müqaviləsi (ing. : Comprehensive Nuclear-Test-Ban Treaty – CTBT), bütün nüvə sınaqlarını, istər hərbi, istərsə də, mülki məqsədlər üçün olsun hər bir halda qadağan edən çoxtərəfli müqavilədir. Müqavilə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 10 sentyabr 1996-cı ildə qəbul edilmişdir, ancaq səkkiz dövlət müqaviləni təsdiqləmədiyi üçün qanuni qüvvəyə minməmişdir.
Linux (nüvə)
Linux – (/ˈlɪnəks/ LIN-uks və ya /ˈlaɪnəks/ LYN-uks kimi də tələffüz oluna bilər, azərb. Linuks‎) açıq kodlu, sərbəst paylanan, Unix bənzəri bir əməliyyat sistemidir. GNU GPL lisenziyası ilə əməliyyat sistemi pulsuz paylanıla, dəyişdirilə və istifadə oluna bilər. Linux sözünü ilk dəfə 5 oktyabr 1991-də internetdə yayıımladığı bir mesajda Linus Torvalds tərəfindən işlədilib. Linux Unix bənzəri bir əməliyyat sistemi olmasına baxmayaraq Unix ilə heç bir ortaq kodu yoxdur. Yəni, Linux sıfırdan yaradılıb. Əslində Linux əməliyyat sistemi nüvəsidir. Linux-un əsl adı GNU/Linux-dur. Deyilməsi rahat olduğu üçün hamı GNU/Linux yox, məhz Linux kimi təfəffüz edir. Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s.
Linux nüvəsi
Linux nüvəsi- Linux əməliyyat sistemləri ailəsinin istifadə etdiyi əməliyyat sistemi nüvəsidir. Linux nüvəsi azad proqram təminatının ən məşhur və geniş yayılmış nümunələrindədir. Linux nüvəsi GNU General Public License ikinci versiyası (GPLv2) əsasında istifadəyə buraxılır. Linux nüvəsinin ilk versiyası Finlandiyalı kompüter elmləri tələbəsi Linus Torvalds tərəfindən 1991-ci ildə yaradılmışdır. Tezliklə digər azad proqram təminatı proqramçılarının marağını özünə cəlb etmişdir. Hal-hazırda bütün dünyadan minlərlə proqramçı linux nüvəsinin inkişaf etdirilməsində fəaliyyət göstərirlər. Linux nüvəsi C və assembler dillərində yazılıb. Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Mahmudabad Nümunə
Mahmudabad Nümunə - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,669 nəfər və 4,842 ailədən ibarət idi. Əhalinin əsasını yerli Azərbaycanlılar təşkil edir.
Meydan məscidi (Nüsnüs)
Meydan məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində indiyədək salamat vəziyyətdə gəlib çatan məscidlərdən biri. Məscid kənd mərkəzində yerləşir. Kəndin mərkəzi meydanında yerləşməsi səbəbindən kənd əhalisi tərəfindən "Meydan məscidi" adlandırılan məscidin girişi cənub tərəfdəndir. Məscidin cənub divarı bişmiş kərpiclə üzlənmişdir. İri həcmdə (uzunluğu 16 metr, eni 10,5 metr=168m2) inşa edilmiş məscidin daxildən hündürlüyü 5 metrə yaxındır. Məscidin tavanı hər cərgədə 6 ədəd olmaqla 12 ağac sütunun üstündə oturmuşdur (2x6). Giriş qapısından sağ tərəfdə qoyulan 4 ədəd pəncərə məscidin daxilini yaxşı işıqlandırır. "Meydan məscidi"nin giriş qapısının baş tərəfində yaşılımtıl rəngli daş lövhə üzərində fars dilində beş sətirdə oyma üsulu ilə həkk edilmiş kitabə vardır. Kitabənin mətninin tərcüməsi belədir: "Nüsnüs camaatı və başqaları …adət üzrə… məscid şəban ayı, 1335-ci il tarixində, rus müharibəsi zamanı bərpa olundu… etdi" Şəban ayı, 1335 h.i.=21.06.-21.07.1917-ci il. Məscidin cənuba baxan pəncərələrindən birinin baş tərəfində, bişmiş kərpic üzərində oyma üsulu ilə beş sətirdə yazılmış başqa bir kitabə də vardır.
Mikelancelonun David heykəlinin nüsxələri
Mikelancelonun David heykəlinin replikaları — müxtəlif vaxtlarda və müxtəlif ölkələrdə plastmas, mərmər, şüşə və sair materiallardan hazırlanan heykəllər. Dünyanın müxtəlif ölkələrində, “David”in çoxlu sayda orijinal ölçülü nüsxələri yayılmışdır ki, onlardan da ən məşhuru orijinal hehkəlin yerində, Florensiyadakı Palaçço Vekko sarayının qarşısında 1910-cu ildə ucaldılmış nüsxədir. Heykəlin orijinalı 1873-cü ildə yerindən götürülmüş və bu günə kimi minlərlə turistin ziyarət etdiyi Florensiya Təsviri sənətlər akademiyasına yerləşdirilmişdir. Digər nüsxələr isə XIX əsrdən başlayaraq müxtəlif sənətkarlar tərəfindən işlənmişdir. Heykəlin kiçik nüsxələri isə əsasən kitç xarakteri daşıyır. Heykəlin tuncdan hazırlanmış kopyalarından biri Florensiyanın Mikelancelo meydanında ucaldılmışdır. Gipsdən hazırlanmış bir nüsxəsi, Viktoriya və Albert Muzeyində saxlanılır. Bu nüsxə əncir ağacı yarpağı ilə digərlərindən fərqlənir. Əncir ağacı Kraliça Viktoriyanın heykəli birinci dəfə görərkən çılpaqlığından şoka düşməsindən sonra hazırlanmış və kraliçanın, eləcə də digər vacib şəxslərin muzeyi ziyarət etməsi zamanı “David”in penisini örtmək üçün istifadə edilir. Antverpdəki açıq səma altında Midlhem Heykəl Muzeyində heykəlin bir nüsxəsi saxlanılır.
Mikelancelonun Pyeta heykəlinin nüsxələri
Aşağıdakı siyahıda Mikelancelonun "Pyeta" heykələrinin replikalarının siyahısı verilmişdir. Koepelkerk — Horn, Niderland H. H. Simon en Judaskerk — Lattrop, Niderland Tanrı anası kilsəsi – Poznan, Polşa Müqəddəs Məryəm kafedralı- Tokio, Yaponiya Müqəddəs İosif katolik kilsəsi — Kerala, Hindistan Müqəddəs İohann kafedralı — Bundanq, Cənubi Koreya Manila kafedralı, Manila, Filippin Malate kilsəsi Malate, Manila, Filippin Baguio kafedralı, Baguio, Filippin Loyola Memorial Parkı Paranak, Filippin Müqəddəs Tanrı Anası kilsəsi, Pasay, Filippin La Verna, Bandar Lampunq, İndoneziya Müqəddəs Məryəm kafedralı — Sidney, Avstraliya Sent Pol kafedralı, Sent Pol, ABŞ Müq. Anna Katolik kafedralı, Bomont, ABŞ İşıq İsa kafedralı, Oklend, ABŞ Müqəddəs İosif kilsəsi, Cim Trope Müqəddəs Tanrı Anası bazilikası, Çikaqo, ABŞ. Müqəddəs Məryəm kilsəsi, Sprinq Leyk, MI Müqəddəs Ailə katolik kilsəsi — Saginau, MI Müqəddəs Məryəm kilsəsi, Leykvud, WI Sent Luis bazilika kafedralı, MO Müqəddəs Patrik kafedralı, Nyu-York Kuins Sənət Muzeyi, Kuins, Nyu-York Müqəddəs Patrik katolik kilsəsi, İmocin, IA Müqəddəs İuda katolik kilsəsi, Mensfild, TX Sent-Ann-de-Bopre bazilikası — Kvebek, Kanada Sumaya muzeyi, — Mexika şəhəri, Meksika Müqəddəs Məryəm Sığınacağı kafedralı, Matamoros, Mexiko Hamilton Memorial Bağları, Sədaqət kapellası, Hikson, ABŞ Məsihin Anası katolik kilsəsi, Mayami, FL, ABŞ Müqəddəs Akvinalı Foma kafedralı, Reno, NV ABŞ (Bu nüsxə kilsə bülleteni ilə Vatikan tərəfindən təsdiqlənmişdir) Müqəddəs Məryəm qəbirsanlığı, Reno NV. Bu nüsxə qəbirsanlığın əsas girişində yerləşir. Braziliya Metropolitan kafedralı, Brazil, Braziliya. São Peleqrino kilsəsi, Kaksias do Sul, Braziliya San Pablo Apostol Lampa kilsəsi, Puno Peru Uan qəbirsanlığının girişi, Valparaiso, Çili Vikianbarda Mikelancelonun Pyeta heykəlinin replikaları ilə əlaqəli mediafayllar var.
Mixail Nüaymə
Mixail Nüeymə (ərəb. ميخائيل نعيمة‎; 1889[…], Bəskinta[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 24 fevral 1988[…], Beyrut) — Livan yazıçısı, tənqidçi. Mixail Nüeymə 1889-cu ildə Livanda anadan olmuş, 11 yaşında təhsilini davam etdirmək üçün Rusiyaya getmiş, gənclik dövründə rus ədəbi mühiti ilə sıx surətdə bağlı olmuş, daha sonra Amerikaya köçərək uzun müddət orada yazıb yaratmış və zəngin bir həyat təcrübəsi topladıqdan sonra 1932-ci ildə yenidən vətənə qayıtmışdır. Onun həyatı da, yaradıcılıq fəaliyyəti də Şərq ilə Qərb arasında cərəyan etmişdir. M.Nüeyməni Azərbaycan oxucularına ilk dəfə təqdim edən professor Aida İmanquliyeva onu sadəcə bir ölkənin və müəyyən bir dövrün yazıçısı kimi deyil, bütövlükdə ərəb dünyasına, həm də Qərb mədəniyyətinə mənsub olan hərtərəfli bir şəxsiyyət kimi səciyyələndirir: «Nüeymə özünü yalnız ərəb yazıçısı hesab etmirdi. O, özü deyirdi ki, bütün bəşəriyyət üçün yazır». M. Nüeymənin yaradıcılığı ilə tanışlıq onun fikir məkanı və maraq dairəsinin həqiqətən çox geniş olduğunu göstərir. M.Nüeymə ərəb məhcər ədəbiyyatının digər əsas nümayəndələri kimi, milliyyətcə ərəb, dini mənsubiyyətinə görə xristiandır. Bir Şərq ölkəsində doğulmuş və ömrünün çox hissəsini Qərb ölkələrində keçirmişdir. Bu cəhətlər ona Şərq və Qərb sivilizasiyalarını eyni dərəcədə mənimsəməyə və öz daxili aləmində bu müxtəlif düşüncə tərzlərini birləşdirməyə imkan vermişdir.
Mixail Nüeymə
Mixail Nüeymə (ərəb. ميخائيل نعيمة‎; 1889[…], Bəskinta[d], Cəbəl Lübnan mühafəzəsi[d] – 24 fevral 1988[…], Beyrut) — Livan yazıçısı, tənqidçi. Mixail Nüeymə 1889-cu ildə Livanda anadan olmuş, 11 yaşında təhsilini davam etdirmək üçün Rusiyaya getmiş, gənclik dövründə rus ədəbi mühiti ilə sıx surətdə bağlı olmuş, daha sonra Amerikaya köçərək uzun müddət orada yazıb yaratmış və zəngin bir həyat təcrübəsi topladıqdan sonra 1932-ci ildə yenidən vətənə qayıtmışdır. Onun həyatı da, yaradıcılıq fəaliyyəti də Şərq ilə Qərb arasında cərəyan etmişdir. M.Nüeyməni Azərbaycan oxucularına ilk dəfə təqdim edən professor Aida İmanquliyeva onu sadəcə bir ölkənin və müəyyən bir dövrün yazıçısı kimi deyil, bütövlükdə ərəb dünyasına, həm də Qərb mədəniyyətinə mənsub olan hərtərəfli bir şəxsiyyət kimi səciyyələndirir: «Nüeymə özünü yalnız ərəb yazıçısı hesab etmirdi. O, özü deyirdi ki, bütün bəşəriyyət üçün yazır». M. Nüeymənin yaradıcılığı ilə tanışlıq onun fikir məkanı və maraq dairəsinin həqiqətən çox geniş olduğunu göstərir. M.Nüeymə ərəb məhcər ədəbiyyatının digər əsas nümayəndələri kimi, milliyyətcə ərəb, dini mənsubiyyətinə görə xristiandır. Bir Şərq ölkəsində doğulmuş və ömrünün çox hissəsini Qərb ölkələrində keçirmişdir. Bu cəhətlər ona Şərq və Qərb sivilizasiyalarını eyni dərəcədə mənimsəməyə və öz daxili aləmində bu müxtəlif düşüncə tərzlərini birləşdirməyə imkan vermişdir.
Monolit nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Monolitik nüvə
Monolit nüvə — tək fayldan ibarət olan əməliyyat sistemi nüvəsidir.
Müəllif:Oqtay Nüsrətov
Oqtay Qüdrət oğlu Nüsrətov (26 iyul 1941, Bakı – 10 sentyabr 2021, Bakı) — texnika elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri (2020-ci ilədək), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini (2020-ci ilədək). Oqtay Nüsrətov 1941-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetini bitirmişdir. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 1203.01 – "Hesablama texnikası", "Azdebitli neft quyularının informasiyasının avtomatlaşdırılmış emalı üçün xüsusiləşdirilmiş rəqəmli hesablayıcı qurguların tədqiqi və işlənilməsi". Doktorluq dissertasiyasının mövzusu: 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", "Tsiklik siqnalların analizi və tanınması üçün mövqeli-binar informasiya texnologiyası, nəzarət və diaqnostika alqoritmləri və vasitələri". AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) elmi işlər üzrə direktor müavini olmuşdur. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədr müavinidir və Şuranın Elmi seminarının sədri olmuşdur. 2021-ci il sentyabrın 10-da Bakı şəhərində vəfat etmişdir. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 105 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 24 Respublikada çıxmış elmi əsərlərinin sayı: 45 Konfrans məruzələri və tezislər sayı: 33 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 29 Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı: 5 elmlər doktorlarının sayı: 1 Tsiklik siqnalların analizi və identifikasiyası üçün yüksək həssaslığı və tanıma etibarlığını təmin edən mövqeli-binar informasiya texnologiyası işlənilmişdir. Təklif edilən texnologiya əsasında neftmədən avadanlıqları və qurğuları üçün, monitoring, diagnostika və idarəetmə üsulları və alqoritmləri işlənmiş və institutda yaradılan və bir sıra neft mədənlərində tədbiq edilmiş yeni nəsil nəzarət diaqnostika və idarəetmə komplekslərinin tərkibində istifadəyə verilmişdir.
Naxçıvan MR-in Bakı şəhərində daimi nümayəndəliyi
Bakı şəhərində Naxçıvan MR-ın Daimi Nümayəndəliyi — diplomatik missiya. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan MR-ın Ali Məclisinin 24 fevral 1992-ci il tarixli Qərarı ilə təsis edilmişdir. Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Azərbaycan Respublikasının Prezident Administrasiyası,AR Nazirlər Kabineti və digər dövlət və hökumət orqanları arasında gündəlik hərtərəfli operativ əlaqələri, Naxçıvan MR-in iqtisadi-sosial inkişaf proqramları və birgə ümumdövlət kompleks proqramları həyata keçirilərkən Azərbaycan Respublikası hökuməti, nazirlik, dövlət komitələri və baş idarələri ilə Naxçıvan MR-in müvafiq səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqələri təmin edir. Naxçıvan MR Ali Məclisi,hökuməti və digər orqanları tərəfindən irəli sürülmüş məsələlərə Azərbaycan Respublikasının Nazirlər Kabinetində, nazirlik, dövlət komitələri və baş idarələrində baxılmasında, muxtar respublikaya aid qərar və sərəncamların layihələrinin hazırlanmasında və qəbul olunmasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaratdığı komissiyaların Naxçıvan MR-ə aid iqtisadi və sosial inkişaf, material-texniki təchizat planlarının, dövlət büdcəsi, digər mədəni, tikinti və təsərrüfat məsələləri layihənin hazırlanmasında və baxılmasında iştirak edir. Naxçıvan MR Ali Məclisinin,Nazirlər Kabinetinin və digər orqanların irəli sürdüyü məsələlər üzrə Azərbaycan Respublikasının Prezident Administrasiyasına,Nazirlər Kabinetinə,digər hökumət orqanlarına tələb olunan müvafiq arayışların, hesabatların, əlavə əsasnamələrin təqdim olunmasını təşkil edir, habelə Azərbaycan Respublikası nazirlik, dövlət komitələri və baş idarələrinin muxtar respublikaya aid məsələlərin həlli üçün lazımi materialları Naxçıvan MR-in müvafiq orqanlarından alınmasına köməklik göstərir. Bundan əlavə, Daimi Nümayəndəlik Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici səfirliklər, nümayəndəliklər, elm, mədəniyyət, humanitar və digər sahələrdə çalışan beynəlxalq təşkilatlarla sıx əlaqə yaradaraq, Naxçıvan MR-ə aid məsələlərin həll olunmasında, habelə BMT-nin İnkişaf Proqramının Naxçıvan MR-də həyata keçirilməsində yaxından iştirak edir. Nümayəndəlik Naxçıvan MR sakinlərinin qəbulunu və problemlərinin vaxtında həll olunmasını təmin edir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası.
Nübar Həkimova
Nübar Muxtarova
Nübar Muxtar qızı Muxtarova (30 avqust 1948) — Azərbaycan pedaqoqu, pedaqoji elmlər doktoru (1996), professor (1997). "Tərəqqi" medalı ilə təltif olunmuşdur (2009). Nübar Muxtarova 30 avqust 1948-ci ildə Litva SSR-in Şaulyay şəhərində anadan olmuşdur. Sonra Şamaxı rayonuna köçmüşlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. 10 elmi-praktik konfransın, o cümlədən, 4 beynəlxalq elmi-praktik konfransın təşkilatçısı və rəhbəri olmuşdur. Rusiya, Türkiyə, Çin, Malayziyada keçirilən beynəlxalq konfranslarda çıxış etmişdir. BDU-nun Böyük Elmi Şurasının qərarı ilə nəşr olunan "Pedaqoji aləm" adlı jurnalın təsisçisi və baş redaktorudur (1999-cu ildən). Bakı şəhər YAP Səbail rayon Qadınlar Məclisinin sədridir.
Nübar Novruzova
Nübar Novruzova (tam adı: Nübar Qulu qızı Novruzova; 8 mart 1958, Naxçıvan) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də (sənədlə 1 martdır) Naxçıvanda anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil almışdır. 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilmişdir. Daim axtarışlar aparan, yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olub, baş rollarda müvəffəqiyyətlə çıxış etmişdir. Aktrisanın əsas rolları bunlardır: "Qonşu qonşu olsa" Ağca — ("Qara qız" S. S. Axundov, A. Şaiq) Xumar — ("Qızaran üfüqlər") Leyla — ("Sən nə üçün yaşayırsan?", İmran Qasımov, Həsən Seyidbəyli) Qumru — ("Sabah çoxdan başlanır", Rəhman Əlizadə) Nazlı — ("Ərizə", Əli Əmirli) Bala Dovşan — ("Çal oyna", İskəndər Coşğun) Bahar — ("Ana laylası", İskəndər Coşğun) Qadın — ("Unutmağa kimsə yox", Kamal Abdulla) Naza — ("Məhəbbət, şeytan və lambada", Marat Haqverdiyev) Yetər — ("Hacı Qəmbər", Nəcəf Bəy Vəzirov) Şeytan — ("Toxmaq Əhməd", Rauf İçərişəhərli) Naza — ("Ləyaqət", Marat Haqverdiyev) Nargilə — ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev) Jannina — ("Məzəli hadisə", Karlo Qoldoni) Sona xanım — ("Hacı Qara", Mirzə Fətəli Axundov) Böyükxanım — ("Aydın" C. Cabbarlı) Zalxa — ("Hekayəti-xırs quldurbasan" M. F. Axundov) Ana — ("Ələddinin sehrli çırağı" N. Kazımov) Tənbəl qız — ("Göyçək Fatma" Azərbaycan xalq nağılı) Missis Sauberi — ("Oliver Tvistin macəraları" Çarlz Dikkens) Qonşu — ("Viktoriya" Knut Hamsun) Sədəf qarı — ("Əcəl atı" Vaqif Əlixanoğlu) Səkinə — ("Mən səni sevirəm" Əli Əmirli) Dayə — ("Romeo və Cülyetta" U. Şekspir) Xeyransa — ("Buzovna kəndinin əhvalatları" Elçin) Yelena xala– ("Dörd əkizin nağılı" P. Pançev) Markolfa — ("İtalyansayağı xoşbəxtlik" D. Fo, P. Filippo) Ana — ("Ağ ölüm" V. Siqarev) Teatr sənətinin inkişafındakı xidmətlərinə görə o, 1991-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Nübl
Nübl (ərəb. نبل‎) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 3.817 ailədə 10.836 nəfəri kişi və 10.203 nəfəri qadın olmaqla 21.039 nəfərdir.
Nübuvvət
Nübuvvət — Müsəlmanlığın əsas şərtlərindən biri də peyğəmbərlərə inamdır. Müsəlman adlanan kəs Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, onları öz xüsusiyyət və möcüzələri ilə qəbul etməli, ən əsası isə Həzrət Məhəmmədin (s) sayca sonuncu, şərafətcə ilkin peyğəmbər olduğuna iman bəsləməlidir. Müsəlmanların əqidəsincə, Həzrət Məhəmməd (s) "peyğəmbərlərin möhrüdür", yəni sonuncu peyğəmbərdir. Allah-təala Həzrət Məhəmməddən (s) sonra Yer üzünə peyğəmbər göndərməmişdir və qiyamət gününədək göndərməyəcəkdir. Peyğəmbərlərə inam Allaha inamla əkizdir. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyildir. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir. Fars dilindən Türk dilinə keçmiş bir ad olan peyğəmbər kəlməsi "xəbərçi, xəbər gətirən, elçi" mənalarına gəlməkdədi. Dini bir termin olaraq, "Allah-Təala"nın, qullarına əmr və qadağalarını bildirmək və dinini öyrətmək üzrə insanların arasından seçdiyi və vəzifələndirdiyi "kişi" deməkdir. Quranda peyğəmbər anlayışı qarşılığında "nəbi" və "rəsul" kəlmələri keçməkdədir.

"nü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nü nədir? #nü sözünün mənası #nü nə deməkdir? #nü sözünün izahı #nü sözünün yazılışı #nü necə yazılır? #nü sözünün düzgün yazılışı #nü leksik mənası #nü sözünün sinonimi #nü sözünün yaxın mənalı sözlər #nü sözünün əks mənası #nü sözünün etimologiyası #nü sözünün orfoqrafiyası #nü rusca #nü inglisça #nü fransızca #nü sözünün istifadəsi #sözlük