nümayiş sözü azərbaycan dilində

nümayiş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nümayiş • 99.3362%
  • Nümayiş • 0.6597%
  • NÜMAYİŞ • 0.0042%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
1 May nümayişi (1919)
Bir May Nümayişi (1919) — Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin iştirakı ilə 1 May bayramının Bakıda qeyd olunması. == Haqqında == "Müsavat" partiyasının 1919 il aprelin 29-da təşkil etdiyi fəhlə konfransında 1 May nümayişinə "Yaşasın müstəqil Azərbaycan!" şüarı ilə çıxmaq qərara alındı. Konfrans nümayəndələri dünya demokratik qüvvələrinin səsinə səs vermək əzmi göstərdilər. Azərbaycanın siyasi xadimlərinin 1 May bayramında iştirak etmək arzusu, bu münasibətlə azərbaycanlı fəhlələrə müraciəti bolşeviklər üçün gözlənilməz oldu. Azərbaycanlı fəhlələr mütəşəkkil surətdə nümayişə çıxdılar. Bolşeviklərin "Yaşasın Sovet Rusiyası" şüarına qarşı azərbaycanlı fəhlələrin "Yaşasın istiqlalı qoruyan millət və partiya" şüarı nümayişdə alqışlarla qarşılandı. 1 May bayramının təntənəli qeyd olunması rəsmi dövlət qəzeti olan "Azərbaycan"da da işıqlandırıldı. Mayın 1-də səhər tezdən küçələrdə əmək təşkilatlarının qırmızı bayraqları ilə yanaşı, müsəlman təşkilatlarının üçrəngli bayraqları da dalğalanırdı. Şəhərin müsəlman fəhlələrinin nümayəndələri zurna sədaları altında rəqs edir, müsəlman natiqlərin çıxışları sürəkli alqışlarla qarşılanırdı. Dövlət opera teatrının xoru orkestrin müşayiəti ilə inqilabi mahnılar ifa edərək, bayram şənliyini daha da rövnəqləndirirdi.
Dövlət nümayişləri
Dövlət nümayişləri — Nümayişlərin keçirildiyi ölkənin hökuməti tərəfindən təşkil olunan və əsasən iqtidaryönlü olan nüməyişlər. İran İslam Respublikası, Çin Xalq Respublikası, Kuba Respublikası, kirçenerist Argentina, Sovet Sosialist Respublikaları İttifaqı, İtaliya Krallığı, faşist Almaniya və başqa ölkələr dövlət nümayişləri keçiriblər. İranda İslam İnqilabının ildönümü kimi nümayişlər hökumət tərəfindən təşkil edilmişdir. Əvvəllər bu nümayişlərdə "Rədd olsun İsrail!" və "Amerikaya ölüm!" şüarları səslənirdi.Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) belə nümayişləri ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı tez-tez keçirir. 16 noyabr 2013-cü il tarixində Bolqarıstanın Oreşarski hökuməti və hakimiyyətdə olan Bolqarıstan Sosialist Partiyası (keçmişdə kommunist) iqtidaryönlü nümayişlər keçirmişdir. Buna oxşar bir nümunə 13 dekabr 2015-ci il tarixində Polşada baş vermişdir. Həmin tarixdə, Polşa prezidenti Yaroslav Kaçinskinin partiyası Hüquq və ədalət hərbi vəziyyətin təqdim edilməsinin ildönümünü qeyd edən qeyri-rəsmi bayramı iqtidaryönlü mitinqlərə çevirmişdir.
Gürcüstanda nümayişlər (1978)
Gürcüstanda nümayişlər (1978) (gürc. თბილისის დემონსტრაციები) — 14 aprel 1978-ci ildə gürcü ziyalılarının və digər fəalların Gürcüstan SSR-də, ilk növbədə respublikanın paytaxtı Tbilisidə keçirdikləri kütləvi mitinqlər. Mitinqlərin səbəbi 1977-ci ildə qəbul edilmiş yeni SSRİ konstitusiyasında gürcü dilinin dövlət dili olması maddəsinin daxil edilməməsi idi. == Tarixi == 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən SSRİ-nin yeni əsas qanunu Konstitusiya qəbul edildi. Bununla da 1936-cı il SSRİ Konstitusiyası qüvvədən düşmüş oldu. SSRİ-nin yeni konstitusiyasını qəbul edilməsi ilə respublikalar yeni konstitusiya layihələrini hazırlamağa başladılar. 1978-ci ildə rus dilində nəşr olunan Gürcüstanın "Zarya Vostoka" qəzeti Gürcüstan SSR konstitusiya layihəsinin 75-ci maddəsini aşağıdakı məzmunla dərc etdi: Lakdin həmin dövrdə qüvvədə olan 1937-ci il konstitusiyasında dil haqqında maddə belə yazılmışdı: Beləliklə, əgər yuxarıdakı ifadə qəbul edilsəydi, gürcü dili Gürcüstan SSR-in dövlət dili statusunu itirərdi. Tələbə və tədris mühiti arasında, yeni Gürcüstan konstitusiyasına görə, gürcü dilinin artıq dövlət dili olmayacağı barədə şayiələr dolaşmağa başladı. Mitinqlər özbaşına başlamadı. "Gürcü-Film" in direktoru Rezo Çxeidzenin qızı, Tbilisi Dövlət Universitetinin tələbəsi Tamriko Çxeidze nümayişə çağırış vərəqələri paylayırdı.Hadisələr, iki dilliliyin və hətta çoxdilliliyin artıq standart, milli respublikaların qalan hissəsi və SSRİ muxtariyyətləri üçün qanuni olaraq təsdiqlənmiş bir təcrübəyə çevrildiyinə görə, gürcü ziyalılarının rus dili ilə yanaşı, gürcü dilinin də rəsmi dil olaraq Gürcüstan dilini qorumaq istəyi ilə meydana çıxmışdı.
Nümayişi seçki
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. == Mənbə == What Are Sham Elections?
Nümayişi seçkilər
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. == Mənbə == What Are Sham Elections?
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması
Hyue şəhərində buddist nümayişlərinin dağıdılması — 8 may 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) minlərlə buddistin Hyue şəhərində din azadlığı tələbi ilə nümayiş keçirdiyi hadisələr. == Hadisələr == Nümayiş Vesak bayramına təsadüf etmişdir. Burada dindarlar Roma Katolik kilsəsi tərəfindən buddistlərə qarşı diskriminasiyaya, buddist bayraqlarının asılmasına, dini ayin və mərasimlərin yerinə yetirilməsinə qadağalara etiraz etmişdilər. Nümayişlər zamanı camaata atəş açılmış və bir neçə qumbara atılmışdır. Nəticədə 9 dinc sakin həlak olmuşdur. Nqo Din Zyem hökuməti hadisəyə görə məsuliyyəti üzərinə götürməkdən imtina etmişdir. Onlar hadisəni Vyetkonqun üzərinə atmış və bu, əksər buddistlər arasında artan narazılığa səbəb olmuşdur. == Nəticələr == Sonradan yaranan gərginlik Vyetnam Respublikasında buddist böhranı adlanan hadisələr və genişmiqyaslı itaətsizlik aksiyaları ilə nəticələnmişdir. 1 noyabr 1963-cü ildə hərbi çevriliş baş vermiş, nəticədə prezident Nqo Din Zyem öldürülmüşdür. == Əlavə ədəbiyyat == Buttinger, Joseph.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 414.46 dəfə / 1 mln.
2002 ••••••••••• 277.52
2003 •••••••••••• 295.66
2004 •••••••••••• 313.97
2005 ••••••••••• 293.53
2006 •••••••••••••• 366.91
2007 ••••••••••••••• 386.28
2008 •••••••••••••••••• 466.29
2009 ••••••••••••••••• 435.48
2010 ••••••••••••••••• 444.52
2011 ••••••••••••••••••• 493.39
2012 •••••••••••••••••••• 534.01
2013 ••••••••••••• 345.14
2014 •••••••••••••••• 409.64
2015 ••••••••••••••••• 431.08
2016 •••••••••••••• 368.77
2017 ••••••••••••••• 388.91
2018 ••••••••••••••• 395.84
2019 ••••••••••••••• 376.79
2020 ••••••••••••• 334.97

nümayiş sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Siyasi-ictimai əhval-ruhiyyəni ifadə etmək üçün düzəldilən kütləvi yürüş. – 1903-cü ildən etibarən bir-birinin ardınca fəhlə tətili və nümayişləri keçirməyə başlamışdı. A.Şaiq. Fəhlələr … gurultulu nümayişlər düzəldib hər tərəfi titrədirdilər. M.Hüseyn. 2. Bir şeyin geniş kütlələrə göstərilməsi. Kinofilmlərin nümayişi. 3. Bir şeyin təzahürü, bir şeyin varlığını göstərən. Xalqın birliyinin nümayişi. Vətənpərvərliyin nümayişi. □ Nümayiş etdirmək – göstərmək, bildirmək, ifadə etmək, təzahür etdirmək. Çevik məktəbli gənclər öz bacarıq və hünərlərini nümayiş etdirirdilər. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / nümayiş

nümayiş sözünün etimologiyası

  • 1 Nüma (məsdəri: nəmudən) farsca “göstərən” deməkdir. Böyük güzgüyə bədənnüma deyirlər. Nümayəndə, nümunə sözləri də buradandır. Nümayiş “göstərmə” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / nümayiş

nümayiş sözünün rus dilinə tərcüməsi

  • 1 демонстрация

    Azərbaycanca-rusca lüğət / nümayiş
  • 2 сущ. 1. демонстрация: 1) массовое шествие для выражения каких-л. общественно-политических настроений. Zəhmətkeşlərin nümayişi демонстрация трудящихся, tələbə nümayişi студенческая демонстрация 2) публичный показ чего-л. Yeni filmlərin nümayişi демонстрация новых фильмов, yeni geyim modellərinin nümayişi демонстрация новых моделей одежды 3) проявление, свидетельство чего-л. Yüksək mədəniyyatin nümayişi демонстрация высокой культуры 4) воен. действия, производимые с целью ввести в заблуждение противника и отвлечь его внимание 2. манифестация (массовое уличное шествие для выражения солидарности или протеста); nümayiş etdirilmə демонстрирование, демонстрация, nümayiş etdirilmək демонстрироваться, быть продемонстрированным, nümayiş etdirmək демонстрировать, продемонстрировать

    Azərbaycanca-rusca lüğət / nümayiş

nümayiş sözünün inglis dilinə tərcüməsi

  • 1 i. demonstration; bir may ~i Mayday demonstration; film ~i film-show, showing of a film; ~ təşkil etmək to make* a demonstration; ~ etdirmək: 1) to demonstrate (d.); 2) to display (d.), to show* (d.); film ~ etdirmək to show* a film; 3) to exhibit (d.); rəsm ~ etdirmək to exhibit paintings

    Azərbaycanca-ingiliscə lüğət / nümayiş

nümayiş sözünün fransız dilinə tərcüməsi

  • 1 is. manifestation f ; manif f fam ; ~də iştirak etmək participer à une manifestation ; ~ təşkil etmək organiser une manifestation ; projection f ; présentation f ; filmin ~i projection d’un film ; démonstration f ; güc ~i démonstration de force ; ~ etdirmək manifester vt ; projeter vt ; présenter vt

    Azərbaycanca-fransızca lüğət / nümayiş

nümayiş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. демонстрация (массаяр, са гзаф инсанар чпин са тайин тир политический мурад, метлеб патал куьчейра къекъуьн); 2. къалурун; yeni filmin nümayişi цӀийи фильм къалурун; nümayiş etdirmək къалурун.

    Azərbaycanca-ləzgicə lüğəti / nümayiş

nümayiş sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – önə sürülən bir müdafiənin həqiliyini məntiqi metodla göstərmək, nəticənin doğruluğunu göstərmək üçün, doğru olaraq məlum olan yaxud da doğru sayılan ilkinlərə əsaslanaraq edilən mənalı göstəriş.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) göstərmə, göstəriş; 2) bayram və s. münasibətilə kütləvi küçə hərəkatı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

nəyin isə göstərilməsi, göstərmə.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Terminlər lüğəti

Bir qrup şəxsin ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərinin ifadəsi

Terminlər lüğəti

"nümayiş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nümayiş nədir? #nümayiş sözünün mənası #nümayiş nə deməkdir? #nümayiş sözünün izahı #nümayiş sözünün yazılışı #nümayiş necə yazılır? #nümayiş sözünün düzgün yazılışı #nümayiş leksik mənası #nümayiş sözünün sinonimi #nümayiş sözünün yaxın mənalı sözlər #nümayiş sözünün əks mənası #nümayiş sözünün etimologiyası #nümayiş sözünün orfoqrafiyası #nümayiş rusca #nümayiş inglisça #nümayiş fransızca #nümayiş sözünün istifadəsi #sözlük