Mayis sözü azərbaycan dilində

Mayis

Yazılış

  • Mayis • 91.1548%
  • mayis • 7.8624%
  • MAYİS • 0.9828%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.Mayis Laçın rayonunun kiçik kəndlərindən biridir. Qarabağ xanlığı dövründə və ondan da əvvəl Mayis kəndinin ərazisi indiki Qarıqışlaq kəndində yaşayan sakinlərin yaylaq yeri olmuşdur.
Mayis Abışov
Mayis Gülmurad oğlu Abışov (29 aprel 1984, Şamaxı – 10 sentyabr 2007, Qazax rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Mayis Abışov, 2007-ci ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. == Həyatı == Mayis Abışov 1984-cü il 29 apreldə Şamaxı şəhərində anadan olub. 2002-ci ildə hərbi xidmətə yollanan Mayis Abışov, 2007-ci il 10 sentyabrda Azərbaycan-Ermənistan təmas xəttinin Qazax rayonunu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub. Mayis Abışov Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Mayis Ağabəyov
Mayis Əlişir oğlu Ağabəyov (1 may 1941, Bakı – 17 iyun 2020, Bakı) — Azərbaycan kino rəssamı, inzibatçı, rəssam assistenti, geyim rəssamı və dekor rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (2000). == Həyatı == Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət rəssamlıq məktəbini bitirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. 1965-ci ildən bir sıra Beynəlxalq və Respublika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur. Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.
Mayis Qasımov
Mayis Ələkbər oğlu Qasımov (6 iyun 1939, Naxçıvan) — Azərbaycan bioloqu, biologiya elmləri doktoru (1998), professor. == Bioqrafiya == Mayis Qasımov 6 iyun 1939-cu ildə Naxçıvan şəhərində anadan olub. ADU-nin biologiya fakültəsini bitirib. Botanika üzrə doktorluq dissertasiyasını müdafiə edib. Hazırda AMEA-nın Botanika İnstitutunda aparıcı elmi işçidir. == Elmi fəaliyyəti == 1973-cü ildə o, "Azərbaycanın boyaq bitkiləri və onların xalçaçılıq sənayesində istifadə olunması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Əldə etdiyi elmi nəticələrin nəzəri və praktiki əhəmiyyətinə görə 1974-cü ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür. 1974-cü ildə təbii boyaqların xalçaçılıq sənayesində tətbiqinə görə Azərbaycan "İxtiralar va səmərələşdiricilər Komitəsi"nin fəxri fərmanı ilə təltif olunmuşdur. 1987-ci ildə Moskva Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əldə etdiyi elmi-praktiki nəticələrin nümayişinə I dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. Elə həmin ildə "SSRI-nin ixtiraçı alimi" adı verilmiş va döş nişanı ilə təltif edilmişdir.
Mayis Səmədov
Mayis Şadıbəy oğlu Səmədov (28 iyul 1977; Xaçmaz rayonu, Azərbaycan SSR — 5 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mayis Səmədov 1977-ci il iyulun 28-də Xaçmaz rayonunun Qardaşoba kəndində anadan olub. Əslən Quba rayonunun Küsnət kəndindən idi. 1992-ci ilə qədər Xaçmaz rayon Qardaşoba kənd tam orta məktəbində, 1992-1995-ci illərdə Xaçmaz şəhər 92 saylı texniki-peşə məktəbində təhsil alıb. 1995-ci ildə məktəbi "elektrik qaynaqçısı" ixtisası ilə bitirib. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Mayis Səmədov Azərbaycan Daxili Qoşunlarının sıralarında 1996-1999-cu illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Füzuli rayonunda və Bakı şəhərində yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2004-cü ildən eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə davam edib.
Mayis Yaqubov
Mayis Rəhim oğlu Yaqubov (20 aprel 1998, Daş Salahlı, Qazax rayonu – 17 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mayis Yaqubov 1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 2004–2015-ci illərdə Ş. Cəbiyev adına Daş Salahlı kənd tam orta məktəbində təhsil alıb. 2015–2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Mayis Yaqubov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Mayis Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mayis Yaqubov oktyabrın 17-də Hadrutun azad edilməsi şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mayis Yaqubov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mayis Əliyev
Aşıq Mayis Gəncəli
Aşıq Mayis Gəncəli (1947 – 2020) — Azərbaycanlı ustad aşıq, Əməkdar mədəniyyət işçisi == Həyat və yaradıcılığı == Aşıq Mayis Gəncəli (Mayis İsrail oğlu Sadıqov) 1947-ci ildə Gəncə şəhərində anadan olmuş, uşaqlıq çağlarından saza-sözə böyük maraq göstərmişdir. O, 1962-ci ildən etibarən ustadların yanında aşıqlığın sirlərini öyrənməyə başlamışdır. Aşıq Qədirdən, Aşıq Hümbətdən, Aşıq İslam Yusibovdan, Aşıq Zeynal Məmmədovdan (Qaraçıoğlu İbrahimin şagirdi), Aşıq Cuma Aslanovdan, Aşıq Hüseyn Cavandan dastanları mükəmməlliklə mənimsəmişdir. Mayıs Gəncəli aşıq yaradıcılığı ilə yanaşı divan ədəbiyyatının da bilicisi sayılırdı. O, ərəb və fars dillərini sərbəst bilirdi. Quran hafizi kimi də məşhur idi. Sovet dönəmində ittifaq miqyasında kecirilən festivallarda dəfələrlə birinci yerə layiq görülmüş, diplom və mükafatlar almışdır (1974,1979,1983). Dastancı aşıq kimi böyük hörmətə malik idi. Zəngin söz və musiqi repertuarı ilə seçilirdi. Repertuarında "Xəstə Qasım", "Qurbani", "Abbas və Gülgəz","Tahir və Zöhrə","Valeh və Zərnigar", "Koroğlu" dastanları mühüm yer tuturdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.21 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 •• 0.39
2004 ••• 1.01
2005 •• 0.67
2006 •••• 1.13
2007 0.21
2008 ••• 0.73
2009 •••• 1.28
2010 •••• 1.27
2011 •••••••• 2.57
2012 ••• 0.86
2013 ••• 1.02
2014 ••• 0.69
2015 0.34
2016 •••••• 1.74
2017 •••• 1.14
2018 •••• 1.35
2019 •• 0.56
2020 ••••••• 2.12

mayis sözünün leksik mənası və izahı

mayis sözünün rus dilinə tərcüməsi

mayis sözünün ləzgi dilinə tərcüməsi

mayis sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

ilin beşinci ayı; may(ayı).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"mayis" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mayis nədir? #mayis sözünün mənası #mayis nə deməkdir? #mayis sözünün izahı #mayis sözünün yazılışı #mayis necə yazılır? #mayis sözünün düzgün yazılışı #mayis leksik mənası #mayis sözünün sinonimi #mayis sözünün yaxın mənalı sözlər #mayis sözünün əks mənası #mayis sözünün etimologiyası #mayis sözünün orfoqrafiyası #mayis rusca #mayis inglisça #mayis fransızca #mayis sözünün istifadəsi #sözlük