* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Münasib, yaraşan. Bu paltar sənə layiq deyil. – İgidlik iddiasın edənə layiq deyil yalan. M.P.Vaqif. Sənə layiq deyil, Seyyid, dəxi məşuqəbaz olmaq. S.Ə.Şirvani. [Məşədi İbad:] Zarafat deyildir, bir ətək pul verirəm, … mənim istədiyim odur ki, özümə layiq arvad olsun. Ü.Hacıbəyov. □ Layiq bilmək (görmək) – münasib bilmək (görmək), yaraşdırmaq. Yadlar ilə danışmaya, gülməyə; Hər sözü şəninə layiq bilməyə… Q.Zakir. [Fəxrəddin] bir təhlükə hiss etsə belə, qorxaqlığı öz qəhrəmanlığına layiq bilmirdi. M.S.Ordubadi. Layiq görülmək – bir şeyə layiq olduğu qəbul edilmək, layiq hesab edilmək. Mükafata layiq görülmək. Tərifə layiq görülmək. – Çəmbərəkənd böyük bir şəhərin içərisində yoxsullara layiq görülmüş bir kənd idi. S.Rəhman. // köhn. İzafət birləşmələrinin birinci tərəfi kimi işlənir; məs.: layiqi-təhsin (alqışlanmağa layiq), layiqi-tərif (tərifə layiq) və s. [Humay:] Bu hal, əsla şayani-mərhəmət deyil, olsa-olsa ancaq layiqi-nifrət ola bilər. H.Cavid. Sənəti-şeir ilə, Vahid, sən də göstər bir hünər; Layiqi-təhsin deyil kim ki, sənətkar olmasa. Ə.Vahid. 2. Layiqlə şəklində – bax layiqincə.
Azərbaycan dilinin izahlı lüğəti / layiq1 ləyaqətli — dəyərli — qiymətli — hörmətli — ehtiramlı
Azərbaycan dilinin sinonimlər lüğəti / layiq2 LAYİQ [Urmuz:] Onun sevimli oğlu Cavanşir, indi Girdanın igid sərkərdəsi olmağa doğrudan da layiqdir (M.Hüseyn); LAYİQLİ Petya Həmidə: O əyləncələrin axırı yoxdu, özünə layiqli bir ömür yoldaşı seç, ailə qur (H.Abbaszadə); MÜNASİB Ancaq dövran tərsinə işləyir, Qarabəyin yerinə münasib adam qoyulmurdu (Ə.Vəliyev); MÜSTƏHƏQ O səbəbə ki, elm və bilik sahibinin yolunda çəkilən zəhmətlər həmişə vacib və müstəhəqdir.. (C.Məmmədquluzadə); ŞAYƏSTƏ İndi bir para səbəblərə görə ki, kəşfini mən sizə layiq görmüşəm, mən məcburam ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsəyə vagüzar edim ki, bu rütbəyə məndən Əlyar və şayistədir (M.F.Axundzadə); RƏVA.
Azərbaycan dilinin sinonimlər lüğəti / layiq1 1. достойный, заслуживающий (внимания и проч.); 2. приличный, благопристойный;
Azərbaycanca-rusca lüğət / layiq2 прил. достойный: 1. заслуживающий, стоящий чего-л. Hörmətə layiq adam человек, достойный уважения, diqqətə layiq достойный внимания, tərifə layiq достойный похвалы, təqdirə layiq достойный подражания, mükafata layiq достойный награды, cəzaya layiq достойный наказания, başçılıq etməyə layiq nəyə достойный возглавлять что 2. вполне соответствующий кому-л., чему-л., обладающий требуемыми достоинствами. Müəlliminə layiq şagird ученик, достойный своего учителя, atasına layiq oğul сын, достойный своего отца, dövrümüzə layiq достойный нашей эпохи (нашего времени), tutduğu vəzifəyə layiq adam человек, достойный занимаемой должности (занимаемого поста), adına layiq kimin достойный имени (звания) кого, чьего, xatirəsinə layiq kimin, nəyin достойный памяти чьей, layiq bilmək kimi, nəyi kimə, nəyə считать достойным кого, что кого, чего, layiq olmaq kimə, nəyə быть достойным кого, чего, sevilməyə layiq olmaq быть достойным любви, bir-birinə layiq olmaq быть достойными друг друга, layiq görmək см. layiq bilmək, layiq görülmək удостаиваться, быть удостоенным. Fəxri ada layiq görülmək быть удостоенным почётного звания, dövlət mükafatına layiq görülmək быть удостоенным государственной премии, adına-sanına layiq kimin достойный имени кого, чьего, adınasanına layiq deyil не достойно имени кого, чьего; layiq deyil kimə не к лицу кому, не подобает кому, şəninə (özünə) layiq bilməmək nəyi считать ниже своего достоинства что, özünə layiq подходящий, соответствующий кому-л.
Azərbaycanca-rusca lüğət / layiq1 s. 1. suitable; worthy, estimable; deserving respect; ~ olmaq to deserve, to merit, to be* worthy of; ~li yer tutmaq to occupy / to take* fitting place; tərifə ~ worthy of praise; diqqətə ~ deserving attention / consideration, worthy of note, notice worthy; ~ görmək 1) to favour (with), to honour (with); to vouchsafe; to deign (+to inf.); 2) (mükafata və s.) to award (to); ~ görülmək 1) to be* honoured (with); 2) (mükafata) to be* awarded; O, dövlət mükafatına layiq görülüb He was awarded a state prize; 2. decent, respectable; seemly; acceptable; good enough; (tərbiyəli) becoming, decorous; d.d. kind, obliging; ethical; moral; proper; suitable; virtuous
Azərbaycanca-ingiliscə lüğət / layiq1 sif. digne ; mérité, -e ; estimable, honnête, honorable, respectable
Azərbaycanca-fransızca lüğət / layiq1 [ər.] прил. 1. лайих; кутугай; layiq bilmək (görmək) лайих акун; 2. layiqlə кил. layiqincə.
Azərbaycanca-ləzgicə lüğəti / layiq