* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf 1. Öz işində, hərəkətində ehtiyatlı, gözüaçıq, ayıq, oyanıq olan, sərvaxt. Sayıq adam. – Hər cəbhədə ayıq, sayıq; Əsgər kimi durmalıyıq. S.Vurğun. Bizdən tələb edir quruluş; Belə sayıq yaşamağı. M.Rahim. □ Sayıq olmaq – işində, hərəkətində ayıq olmaq, ehtiyatlı olmaq, sərvaxt olmaq. Nəbi deyir: sayıq olun, yatmayın; Düşmənə havayı güllə atmayın. “Qaçaq Nəbi”. [Gözətçi:] Ancaq ehtiyatlı və sayıq olmaq lazımdır. H.Nəzərli. 2. məc. Dərin olmayan, yarıyuxulu, yarıayıq. [Göyçək] sayıq yatmalı idi… Ə.Əbülhəsən. Reyhan tez-tez oyanaraq; Gecəni çox sayıq yatdı. M.Dilbazi.
Azərbaycan dilinin izahlı lüğəti / sayıq1 Mənbələrdə saq sifəti var, “diqqətli” mənasında işlədilib. San feili də olub, “hörmət etmək” mənasında işlədilib. Saymaq Anadolu türklərindəki sayın, adlı-sanlı sözündəki sanlı sözləri yuxarıda verdiyimiz saq və san kəlmələri zəminində əmələ gəlib. Görünür, “diqqətli” mənasında olan saq kəlməsindən bərk-i-mək qəlibi üzrə saqımaq feili əmələ gəlib. Ondan da sayıq sözü yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sayıq2 SAYIQ Çox sayıq yatan qarı bu səsə diksinərək qalxdı və qazını tanıdı (M.Hüseyn); AYIQ (məc.) [Məlik:] Bəşir və Molla Hüsü barədə ayıq olmaq gərək, deyəsən biz onları çox özbaşına buraxmışıq (M.İbrahimov); GÖZÜAÇIQ (dan.) Gimnaziyada gizli fəaliyyət göstərən cavanlar ittifaqı hazırlıqlı, gözüaçıq, sinfi mənsubiyyət etibarilə yoxsul, yaxud fəhlə balalarını öz sıralarına da çəkib iş görürdü (Ə.Vəliyev); HUŞYAR (kl.əd.) Ağa Kərim: Mən onu Ağa Mərdanın bir para hiyləsindən başa sallam. İşdə huşyar olar, qəflət eləməz (M.F.Axundzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / sayıq2 I прил. 1. бдительный (крайне внимательный и настороженный). Sayıq sərhədçi бдительный пограничник, sayıq olun! будьте бдительны! 2. чуткий (быстро и легко воспринимающий что-л. органами чувств – обонянием, слухом). Sayıq adam чуткий человек, sayıq at чуткий конь 3. осторожный (крайне осмотрительный в своих действиях) II нареч. 1. бдительно. Sayıq durmaq стоять бдительно, sayıq olmaq быть бдительным, быть начеку 2. чутко. Sayıq yatmaq чутко спать
Azərbaycanca-rusca lüğət / sayıq1 прил., нареч. 1. уях, игьтиятлу, вилер ахъа, ахвара авачир, ксанвачир; sayıq olmaq уях хьун, игьтиятлу хьун, мукъаят хьун (вичин кардал, гьерекатрал); 2. пер. дерин ахварал алачиз, зур уях гьалда (мес. ксун).
Azərbaycanca-ləzgicə lüğəti / sayıq