sıyıq sözü azərbaycan dilində

sıyıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sıyıq • 87.5000%
  • Sıyıq • 10.7143%
  • SIYIQ • 1.7857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sıyıq
Sıyıq (rus. Каша; ing. Porridge)— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək. Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir". Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər.
Turşu-sıyıq
Turşu-sıyıq - Azərbaycanın milli yeməyi. Bulyon - 40q, düyü - 30q, baş soğan - 24q, göy soğan - 26q, yerkökü - 40q, ispanaq - 50q, quzuqulağı - 50q, ərinmiş yağ - 15q, keşniş və ya nanə - 10q, lavaşana - 50q, duz, istiot. Düyü ət bulyonunda bişirilir, üzərinə yağda qızardılmış soğan və yerkökü əlavə edilir. Sonra yuyulub doğranmış göy srğan, ispanaq və quzuqulağı qatılıb bişirilir. Hazır olmasına az qalmış lavaşana, istiot və duş vurulur. Süfrəyə verilərkən üstünə göyərti səpilir.

sıyıq sözünün leksik mənası və izahı

  • 1 1. sif. Yarıduru halda olan; horra. Sıyıq məhlul. Sıyıq gil. – Tüfəng açılan kimi, onun səsindən ürkən eşşək bir qoşa şıllaq atdı və “ovçu” aşıb başı üstə sıyıq palçığın içinə düşdü. M.Rzaquluzadə. 2. is. Südlə və ya su ilə bişirilən duru xörək; qaşıqaşı, sıyıqaşı. Düyü sıyığı. Darı sıyığı. Ətli sıyıq.

    Azərbaycan dilinin izahlı lüğəti / sıyıq

sıyıq sözünün etimologiyası

  • 1 Duru (horra kimi) olan şeylərə indi sıyıq deyirik. Sözün mənşəyi su kəlməsi ilə bağlıdır, el arasında cuyuq kimi də işlədilir. Mənbələrdə bu söz suvluq(suvuq) kimi qeydə alınıb, mənası “sulu” deməkdir (indiki -lı4 şəkilçisi -lıq2 şəkilçisindəki son samitin düşməsi nəticəsində əmələ gəlib və forması kimi, mənası da dəyişib). Deməli, söz suvluq-suvuq-sıyıq ardıcıllığı ilə inkişaf edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sıyıq

sıyıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sıyıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. жидкий; 2. кашица;

    Azərbaycanca-rusca lüğət / sıyıq
  • 2 I прил. жидкий (имеющий недостаточную густоту). Sıyıq yemək жидкая пища, sıyıq məhlul жидкий раствор II сущ. каша. Südlü sıyıq молочная каша, düyü sıyığı рисовая каша, yarma sıyığı пшеничная каша; горн. sıyıq (axar) süxur плывун (грунт, насыщенный водой, а потому обладающий большой подвижностью), плывучая порода

    Azərbaycanca-rusca lüğət / sıyıq

sıyıq sözünün inglis dilinə tərcüməsi

sıyıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. жими, гъуруш хьтин (мес. хурх); 2. сущ. жими хапӀа, хапӀа (некӀедин, дуьгуьдин ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / sıyıq

sıyıq sözünün türk dilinə tərcüməsi

"sıyıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sıyıq nədir? #sıyıq sözünün mənası #sıyıq nə deməkdir? #sıyıq sözünün izahı #sıyıq sözünün yazılışı #sıyıq necə yazılır? #sıyıq sözünün düzgün yazılışı #sıyıq leksik mənası #sıyıq sözünün sinonimi #sıyıq sözünün yaxın mənalı sözlər #sıyıq sözünün əks mənası #sıyıq sözünün etimologiyası #sıyıq sözünün orfoqrafiyası #sıyıq rusca #sıyıq inglisça #sıyıq fransızca #sıyıq sözünün istifadəsi #sözlük