* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf Bənzərlik bildirir: cür, kimi, tərzdə, vəziyyətdə, qaydada. Paltarlarının hamısını usta Ağabala topladı, dolma bükülü sayaq bir fitəyə büküb qoydu səkiyə. Çəmənzəminli. [Nəcminin] on dörd yaşlı ikinci oğlu Şirin hələ bu yaşdan karikatura sayaq şəkillər çəkirdi. Ə.Əbülhəsən. □ Ayrı (özgə) sayaq – başqa cür, ayrı cür. Çünki qarı bildi bu keyfiyyəti; Özgə sayaq oldu onun niyyəti. A.Səhhət. Məşədibəyin və atalarının hər dəqiqə halını-əhvalını soruşduğu bu qonaq, deyəsən, ayrı sayaq adamdı. M.Hüseyn. Bir sayaq – birtəhər, bir cür, bir növlə. Bunların hamısına [müxtəlif ağır işlərə] yenə bir sayaq tab gətirmək olar, bunlar demək olar ki, dərdin yarısıdır. F.Köçərli. Bu sayaq – bu cür, bu təhər, bu qayda ilə. [Əsgər:] Yox, mən bu sayaq evlənmək istəmirəm. Ü.Hacıbəyov. İyirmi beş il bu sayaq bənnəlikdə çalışıb da, [Kərbəlayı Əzim] ad qazana bilmişdi. T.Ş.Simurq. Qabaqkı (əvvəlki, köhnə) sayaq – əvvəllərdə (qabaqlarda, keçmişdə) olduğu kimi, keçmiş kimi. …Həkim [Molla Abbasın da] üz-gözünə qabaqkı sayaq baxdıqda Molla Abbas birdən “pıqq” eləyib göyə tullanır… C.Məmmədquluzadə. Hər tərəfdə durur işlər elə əvvəlki sayaq. Ə.Nəzmi. Nə sayaq – necə, nə cür, nə təhər. Kassio dəsmalı tapıb çox heyrətə düşür ki, bu dəsmal nə sayaq və haradan onun otağına düşübdür. F.Köçərli. İndi mən bildim ki, qızların həyat məsələsi nə sayaq həll olunurmuş. T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / sayaq2 bax sayıq 2-ci mənada. [Halaypozan] özü də elə sayaq yatardı ki, lap sərçə kimi. “Koroğlu”. Çadırlar uyqudadır, atanlar orda sayaq; Gəray bəyin yanında yalnız Cəlaldır oyaq. S.Vurğun. □ Sayaq durmaq – diqqətli olmaq, sayıq olmaq, ayıq olmaq. Mənim göz olduğum sayaq durduğum dünyada; Mümkünmüdür səni salmamaq yada? M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / sayaq2 союз. как, вроде, вроде как. Müəllim sayaq как учитель; ayrı (başqa, özgə) sayaq иначе, иным способом. Ayrı sayaq necə etmək olar? Как можно сделать иначе? bir sayaq как-нибудь, каким-л. образом. Bir sayaq başa çatdır как-нибудь доведи до конца; bu sayaq так, таким образом. Bu sayaq oturmuşdu сидел он вот так, bu sayaq danışırdı говорил он так, əvvəlki sayaq как прежде, по-прежнему, qoy əvvəlki sayaq qalsın пусть останется так, как было раньше; nə sayaq? каким образом? каким способом? Bu işi nə sayaq görmək olar? Как можно выполнить эту работу?
Azərbaycanca-rusca lüğət / sayaq1 z. way, method; manner; özgə ~ etmək to do* in other way, Nə sayaq edək? How shall we do it?
Azərbaycanca-ingiliscə lüğət / sayaq1 кил. sayıq 2); // sayaq durmaq уях акъвазун, уях хьун, дикъетлу хьун, мукъаят хьун.
Azərbaycanca-ləzgicə lüğəti / sayaq2 нареч. саягъ; жуьре, хьтин, тегьер; хьиз, тегьерда, къайдада; ayrı (özgə) sayaq маса саягъ, маса жуьре; bir sayaq са саягъ(да), са жуьре, са тегьер; bu sayaq и саягъ(да), и жуьре, и тегьер, и къайдада; qabaqkı (əvvəlki, köhnə) sayaq виликан (эвелан, куьгьне) саягъ; nə sayaq гьи саягъ(да), гьи жуьре, гьи тегьер(да).
Azərbaycanca-ləzgicə lüğəti / sayaq