* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bir şeyin (adətən pərdənin, paltarın və s.-nin) kənarları boyunca tikilən çox sıx, sallanan sap telləri. Xalçanın saçaqlarını düzəltmək. Şalın saçaqları. Pərdəyə saçaq tikmək. – Libasın əlvandır, çarqat narıncı; Saçaqlar yaraşır qıraqlarından. M.P.Vaqif. [Sona] …başından sıyrılıb çiyninə düşən ağ torunun ipək saçaqları ilə oynayırdı. Ə.Əbülhəsən. 2. bot. Bəzi bitkilərdə uzun nazik tellər. Qarğıdalı saçağı. – [Hurizadın] …tükləri məzəli bir rəng alar – gah qarğıdalı saçağına, gah da kal qarpıza bənzər. Çəmənzəminli. [Səməndərin] gözünə ancaq söyüdün soyuq saçaqları göründü. B.Bayramov. 3. məc. Şüa. Günün saçaqları yayılır düzə; Çünki təslim olur gecə gündüzə. S.Vurğun. Günəşin enerji ilə dolu qızıl saçaqlarının təsiri altında yarpaqlarda bütün canlıların həyatının əsasını təşkil edən qidalar, üzvi maddələr hazırlanmağa başlayır. M.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / saçaq2 сущ. 1. бахрома (тесьма для обшивки чего-л. с рядом свободно свисающих шнурков, кистей, а также ряд таких свисающих кистей, нитей). Süfrənin saçağı бахрома скатерти, şalın saçağı бахрома шали, qızılı saçaq золотистая бахрома, saçaq tikmək пришивать бахрому 2. мочка (тонкое разветвление корня растения). Kök saçaqları корневые мочки; qarğıdalı saçaqları кукурузные волосы (ворсинки), кукурузные рыльца
Azərbaycanca-rusca lüğət / saçaq1 сущ. 1. цӀилер (гамунин, пердедин, суфрадин ва мс.); 2. бот. сирсилар (бязи набататрин, мес. кӀаншунин шуькӀуь чӀарар хьтин чӀунар); 3. пер. чӀунар, рекӀвер, нурар (мес. ракъинин).
Azərbaycanca-ləzgicə lüğəti / saçaq