qayıq sözü azərbaycan dilində

qayıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qayıq • 92.9147%
  • Qayıq • 6.9243%
  • QAYIQ • 0.1610%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. == Tarixi == Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Kələk (qayıq)
XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanda su nəqliyyatı vasitələrinin məhəlli-lokal xüsusiyyəti ilə fərqlənən növləri də mövcud olmuşdur. Naxçıvan bölgəsi üçün səciyyəvi olan, ibtidai salın nisbətən təkmilləşdirilmiş forması hesab edilən kələk belə su nəqliyyatı vasitələrindəndir. Quruluşuna və təyinatına görə su nəqliyyatı vasitəsi kimi pələ ilə oxşarlıq təşkil etsə də, ölçülərinə və yükgötürmə qabiliyytəinə görə pələ kiçik, kələk isə nisbətən iri ölçüdə hazırlanırdı. Kələk isə öz həcminə görə pələdən üç-dörd dəfə iri düzəldilirdi. Adətən bir kələyin düzəldilməsi üçün 5–6 m uzunluğunda beş ədəd ağac, təxminən bir o qədər də atmalar gərək olurudu. Kələyə bağlamış tuluqların sayı isə 12-16 ədədə çatırdı. Kələk də çəp vasitəsilə idarə olunurdu və təxminən 150-170 puda qədər yük götürə bilirdi. Culfanın Yaycı kəndi ərazisində "Kələkişləyən yer" adlanan sahə indi də qalamqdadır. Buradan suya salınan kələk Üçtəpədə digər sahilə çıxa bilirdi.
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. == Tarixi == İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. == Altı yelkənli yal == YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsi ilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Bars tipli sualtı qayıq
"Bars" tipli sualtı qayıq — XX əvvəllərində Rusiya sualtı qayıqlarının seriyası. "Bars"lar Baltik dənizində Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi zamanı fəal iştirak etmişdir. Onların fəal xidməti 1930-cu illərə qədər davam etmişdir. Bu seriya o illərdəki bütün Rusiya sualtı layihələrinin əksəriyyətini təşkil edirdi. 24 qayıqdan 20-si tamamlanmış, 4-ü Birinci Dünya müharibəsində batmış, 3-ü sülh dövründə batmış, 4-ü Almaniya tərəfindən qənimət kimi götürülmüşdür. "Bars" sualtı qayıqların tikintisi üzrə professor və mütəxəssis İvan Bubnovun beşinci layihəsi olmuşdur. İlkin mərhələdə layihənin ilk variantı "Morj" tipi ilə eyni vaxtda hazırlanmışdır, ondan daha böyük yerdəyişmə, yanacaq tutumu və mühərrik gücü ilə fərqlənirdi. Bəzi mənbələrdə "Bars" tipi "II Morj seriyası", Nikolayevdə inşa edilmiş altı gəmi isə "Qu quşu" və ya "III Morj seriyası" kimi təsnif edilir. Vəsait çatışmazlığı səbəbindən belə gəmilərin tikintisinə başlanılmamışdı, 1912-ci ilin martında sifarişlərin olmaması səbəbindən İvan Bubnov Baltik gəmiqayırma zavodundan istefa vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. А. Ковалёв.
Sualtı qayıq (film, 1981)
Das Boot, 1979-cu ildə çəkilmiş və 1981-ci ildə efirə çıxmış İkinci Dünya Müharibəsindəki bir U-96 adlı tip 7 sinifindəki Alman U-bot heyəti haqqında olan epik döyüş filmidir. 55-ci Akademiya Mükafatlarında Das Boot ən yaxşı rejissor da daxil olmaqla altı mükafata namizəd göstərildi. Bu günə qədər film, bir Alman filmi üçün ən çox Akademiya Mükafatı nominasiyaları rekordunu əlində saxlayır. Filmdə heç bir təbliğat elementi yoxdur. Alman dilində çəkilən təxminən 3,5 saatlıq filmin rejissoru Wolfgang Petersendir. Alman dənizçilərinin müharibə dövründəki həyatının psixoloji vəziyyətini əyani vizualla təsvir edir.1980-ci ildəki premyerasında dövrün məşhur insanları filmin sonunda Wolfgang Petersonu ayaqda alqışlamışdırlar. Digər müharibə filmlərində olmayan bir element bu filmə daxil edilmişdir; Müharibənin humanitar ölçüsü ortaya qoyulmuşdur. == Filmin məzmunu == İkinci Dünya Müharibəsində xidmət edən U-96 tipli bir Alman sualtı qayığı Atlantik okeanında normal patrul dövrüyyəsinə çıxır. Gəmidəki ekipaja əlavə olaraq bir zabit də sualtı qayıqda baş verənləri qeyd etmək üçün ekspedisiyada iştirak edir. Gəmi normal gedişində olduğu zaman, destroyerlərin mühafizəsi olmadan okeanda üzən 5 gəmidən ibarət bir donanma ilə qarşılaşır.
Sualtı qayıq "T-9" (film, 1943)
== Məzmun == Kinopovestdir. Filmdə İkinci Dünya müharibəsi illərində dənizçilərin göstərdikləri hünərdən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Bədii rəhbər: Qriqori Aleksandrov Ssenari müəllifi: Aleksandr Şteyn, İohann Zeltser Quruluşçu rejissor: Aleksandr İvanov Rejissor: Nikolay Leşşenko Quruluşçu operator: Nikolay Renkov Operator: Muxtar Dadaşov Quruluşçu rəssam: Yuri Şvets, Əlisəttar Atakişiyev Rəssam: V.Kaşenko Bəstəkar: Boris Zeydman Səs operatoru: Əziz Şeyxov Qrupun direktoru: İ.Yermolayev Rejissor assistenti: G.Əliyev, V.Medvedkina, Əlisəttar Məlikov Operator assistenti: Kazım Həsənov Mahnıların Mətni: L.Zaltsman Quraşdırılmış səhnələrin rəssamı: Yuri Şvets, Mirzə Rəfiyev === Rollarda === Oleq Jakov — Kostrov İsmayıl Dağıstanlı — Dəmirov Boris Çinkin — Çibisov Viktor Şarlaxov — Minayev Boris Baykov — Sergeyev Kazım Ziya — Almazov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. M. Əmrahov.
Batmış atom sualtı qayıqlarının siyahısı
Batmış atom sualtı qayıqlarının siyahısı — Müxtəlif səbəblərdən batmış atom sualtı qayıqlarının siyahısı. Siyahıda bu və ya digər səbəblərdən batmış atom sualtı gəmiləri göstərilmişdir. 1955–2017-ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisi batmışdır ki, onlardan da 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq səbəbindən, 2 gəmi yanğın səbəbindən, 2 gəmi silahların partlaması səbəbindən, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir, baxmayaraq ki, gəmi zədə almamışdı, təhlükəsizlik baxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-129 gəmisi daxil deyil. Rənglərin izahı == Siyahı == Siyahı gəmilərin batma tarixlərinə uyğun şəkildə yazılıb. Cədvəldə gəmilərin model formada şəkilləri, ölçüləri, layihə növü və adı, gəmidə işləyənlərin sayı göstərilmişdir. Cədvəldə gəmilərin batma səbəbləri və yaxud gəmilərin batmasına səbəb olan texniki nasazlıqlar da göstərilib.
Qayıqda üç kişi
Qayıqda üç adam (İti nəzərə almasaq) (ing. Three Men in a Boat (To Say Nothing of the Dog)) — ingilis yazıçısı Cerom K. Ceromun 1889-cu ildə nəşr olunmuş, Temza çayında Kinqston və Oksford arasında qayıq gəzintisindən bəhs edən yumoristik hekayəsi. == Yazılma tarixçəsi == Cerom Klapka Cerom 21 iyun 1888 ci ildə subaylığın daşını ataraq, ərindən 9 gün olar boşanmış, Ceorcina Ellizabet Henrietta Maris ilə evlənir. Balayını Temza çayı boyu səyahətdə keçırən Cerom növbəti əsəri, “Qayıqda üç kişi (İti nəzərə almasaq)” ing. Three Men in a Boat (To Say Nothing of the Dog) yumoristik romanın üçün materiallar toplamış olur. Balayı səyahətindən qayıdan Cerom sərgüzəştlərinin təsiri altında “Qayıqda üç kişi (İti nəzərə almasaq)” romanını yazmağa başlayır. Personajların prototipləri Cerom K. Ceromun dostları Corc Uinqrey (ing. George Wingrave) və Karl Henşel (ing. Carl Hentschel) olurlar. Novellada Temza çayı və ətrafında baş verən hadisələr, dostların düşdükləri komik vəziyyətlər təsvir edilir.
Qayıqda üç kişi, (köpəkdən savayı)
Qayıqda üç adam (İti nəzərə almasaq) (ing. Three Men in a Boat (To Say Nothing of the Dog)) — ingilis yazıçısı Cerom K. Ceromun 1889-cu ildə nəşr olunmuş, Temza çayında Kinqston və Oksford arasında qayıq gəzintisindən bəhs edən yumoristik hekayəsi. == Yazılma tarixçəsi == Cerom Klapka Cerom 21 iyun 1888 ci ildə subaylığın daşını ataraq, ərindən 9 gün olar boşanmış, Ceorcina Ellizabet Henrietta Maris ilə evlənir. Balayını Temza çayı boyu səyahətdə keçırən Cerom növbəti əsəri, “Qayıqda üç kişi (İti nəzərə almasaq)” ing. Three Men in a Boat (To Say Nothing of the Dog) yumoristik romanın üçün materiallar toplamış olur. Balayı səyahətindən qayıdan Cerom sərgüzəştlərinin təsiri altında “Qayıqda üç kişi (İti nəzərə almasaq)” romanını yazmağa başlayır. Personajların prototipləri Cerom K. Ceromun dostları Corc Uinqrey (ing. George Wingrave) və Karl Henşel (ing. Carl Hentschel) olurlar. Novellada Temza çayı və ətrafında baş verən hadisələr, dostların düşdükləri komik vəziyyətlər təsvir edilir.
Qayıqçı evi (Petropavlovsk qalası)
Qayıqçı evi (rus. Ботный дом) - Rusiyanın Sankt-Peterburq şəhərində, Petropavlovsk qalası daxilində, Pyotr və Pavel kafedralı yaxınlığında yerləşən Müqəddəs Nikolay adlı I Pyotr botikinin saxlandığı yer. == Tarixi == Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700-1721-ci illərdə baş vermiş Şimal müharibəsi (1700-1721)Şimal müharibəsi bitdikdən sonra imperator I Pyotr öz botikini (yəni qayığını) Moskvadan Sankt-Peterburqa gətirməyi qərara alır. 1723-cü ildə botik təntənəli şəkildə paytaxta daxil olur. Əvvəlcə onun üçün qalada kiçik sipər tikilir. 1761-ci ildə "Rus donanmasının babası" adlanan Pyotrun qayığı Pyotr və Pavel zəng qülləsinin yaxınlığında memar A.F. Vist tərəfindən inşa edilən və Qayıqçı evi adı ilə tanınan kiçik pavilyona köçürülmüşdür. Memar açılan qapıların ölçüsünü düzgün hesablamadığından, inşaatçılar qayığı otağa yerləşdirmək üçün qapı və divarları sökməyə məcbur olmuşdular. Evin memarlığında dekorativ barokko üslubundan ciddi klassisizmə keçid öz əksini tapmışdır. Binanın sadə fasadı və bəzəksiz portikləri mürəkkəb formalı tağlı dam və hündür pəncərələrlə birlikdə harmoniya təşkil edir. Damın üzərinə Naviqasiya tanrısının alleqorik heykəli quraşdırılmışdır (1891-ci il, heykəltaraş David Yensen).
Sualtı qayıqlarda istifadə edilən idarəolunan raketlər üçün NATO kod adları
SSRİ-nin sualtı qayıqlardan buraxılan idarəolunan raketlərinin NATO kod adları
Qayıqçı Qul Mustafa
Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın – 1658, Konstantinopol) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı. Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir. Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir, lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur. Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir. == Həyatı == Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir. "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır.
Sualtı qayıqlara qarşı mübarizə
Sualtı döyüş müharibəsi, döyüş gəmilərinin, hərbi təyyarələrin, helikopterlərin və ya digər sualtı qayıqların köməyi ilə düşmən sualtı qayıqlarını tapmaq, izləmək, dayandırmaq, zədələmək və ya məhv etmək üçün istifadə edilən sualtı bir döyüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.76 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 ••••••••• 4.33
2004 ••••••• 3.71
2005 ••• 1.35
2006 •••••• 3.15
2007 ••••••••••• 5.50
2008 •••••••••• 5.12
2009 •••••••••••••• 7.36
2010 •••••••••••• 6.26
2011 ••••••••••••••• 7.64
2012 •••••••••••••••••• 9.21
2013 ••••••••••••••••••• 9.92
2014 •••••••••••• 6.18
2015 •••••••••••• 6.46
2016 •••••••• 3.99
2017 ••••••••••••••••• 8.78
2018 •••••••••••••••••••• 10.79
2019 •••••••••••••••• 8.21
2020 ••••• 2.25

qayıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Su nəqliyyat vasitəsi. Motorlu qayıq. Yelkənli qayıq. Balıqçı qayığı. Qayıqda gəzmək. – Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suya. S.Vurğun. Tapdıq paltarlarını kiçik qayıqda qoyub suya girdi. Ə.Əbülhəsən. 2. Hərb gəmilərinin bəzi növlərinin adı. Sualtı qayıq. Keşik qayığı.

    Azərbaycan dilinin izahlı lüğəti / qayıq

qayıq sözünün etimologiyası

  • 1 “Sürüşmək” mənasında kay feili olub. Buz üstündə xizək sürməyə kayımaq deyiblər. Poplavok sözü bəzi türk dillərində indi də kayğalaq kimi tərcümə olunur. Güman ki, xizək sözü də kay kəlməsi ilə bağlıdır, kızak, kayzak formalarında türk dillərinin bəzilərində işlədilir. Deməli, qayıq “üzmək”, “sürüşmək” sözlərinin mə­na­sını əks etdirir. Kayış sözü “sürüşkən yer” demək olub. Qayğalı sözü “üzmək” mənasında işlədilib. Hazırda türkmən dilində qayıb getdi cümləsi “üzüb getdi” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qayıq

qayıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 QAYIQ Günəş doğur... Ayna suya buludların əksi düşür; Sahildəki qamışların, qayıqların rəqsi düşür (S.Rüstəm); LODKA Dəniz üzərində burada-orada bir çox yelkənli və yelkənsiz lodkalar görünürdü (T.Ş.Simürğ); ZÖVRƏQ (arx.) Svistok qışqırıb, kəşti rəvan oldu, baxırdım mən; Hələ getməkdə idi zövraqi-dəryayi-hürriyyət (M.Ə.Sabir).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qayıq

qayıq sözünün rus dilinə tərcüməsi

  • 1 1. лодка; 2. лодочный;

    Azərbaycanca-rusca lüğət / qayıq
  • 2 I сущ. 1. лодка. Qayıqda gəzmək кататься на лодке, yelkənli qayıq парусная лодка, motorlu qayıq моторная лодка, xilasetmə qayığı спасательная лодка, hamardibli (yastıdibli) qayıq плоскодонная лодка, ikiavarlı qayıq двухвесельная лодка, sualtı qayıq воен. подводная лодка 2. спорт. байдарка (узкая и легкая спортивная лодка, обычно одноместная). Təkyerli qayıq байдарка-одиночка II прил. лодочный Qayıq stansiyası лодочная станция

    Azərbaycanca-rusca lüğət / qayıq

qayıq sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. boat; motorlu ~ motor boat; xilasedici ~ life -boat; sualtı ~ submarine; ikiavarlı ~ pair-oar boat II. s. boat; ~ yarışı boat-race; ~ stansiyası boating station, boat-house; ~ idmanı boating

    Azərbaycanca-ingiliscə lüğət / qayıq

qayıq sözünün fransız dilinə tərcüməsi

  • 1 is. bateau m, canot m, barque f, caïque f ; motorlu ~ canot automobile ; xilasetmə ~ğı canot de sauvetage ; sualtı ~ sous marin m (pl sous-marins), submersible m ; ~ idmanı canotage m

    Azərbaycanca-fransızca lüğət / qayıq

qayıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. луьткве; avarlı qayıq кьусуяр алай луьткве; 2. дяведин гимийрин бязи жуьрейрин тӀвар; sualtı qayıq цин кӀаникай фидай луьткве.

    Azərbaycanca-ləzgicə lüğəti / qayıq

qayıq sözünün türk dilinə tərcüməsi

"qayıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qayıq nədir? #qayıq sözünün mənası #qayıq nə deməkdir? #qayıq sözünün izahı #qayıq sözünün yazılışı #qayıq necə yazılır? #qayıq sözünün düzgün yazılışı #qayıq leksik mənası #qayıq sözünün sinonimi #qayıq sözünün yaxın mənalı sözlər #qayıq sözünün əks mənası #qayıq sözünün etimologiyası #qayıq sözünün orfoqrafiyası #qayıq rusca #qayıq inglisça #qayıq fransızca #qayıq sözünün istifadəsi #sözlük