Mirzə Hüseyn Qayıbzadə
Mirzə Hüseyn Qayıbzadə (24 may (5 iyun) 1830, Aşağı Salahlı, Gürcüstan quberniyası, Rusiya imperiyası – 20 fevral (5 mart) 1917, Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası) — Qafqaz müftisi, ədəbiyyatşünas, müəllim.
Mirzə Hüseyn Molla Yusif oğlu Qayıbzadə 1830-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olub. Uşaq yaşlarından ata-anadan yetim qalıb və kənd mollası – əmisi İbrahim əfəndinin himayəsində böyüyüb. İlk təhsilini müdərris Məhəmməd Musazadədən alan Hüseyn dini elmlərlə yanaşı, ərəb, fars və türk dilərini, həmçinin Şərq ədəbiyyatı və tarixini də mükəmməl öyrənə bilir. O, 17 yaşında ikən oxuduğu Salahlı kənd məktəbində müəllim saxlanılır. 1857-ci il iyulun 25-də Qafqaz müftisi Məhəmməd əfəndi H. Qayıbzadənin Tiflisdəki üçillik müsəlman ruhani məktəbində işə düzəlməsinə nail olur. O, 1858-ci ilin fevralında burada şəriətdən və Şərq dillərindən dərs deməyə başlayır.
Müfti Hüseyn Qayıbzadə 1879-cu ildən 1883-cü ilə kimi Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında işləyib. Seminariyanın ilk ərəb və fars dili müəllimi O, Tiflisdə azərbaycanlı kasıblar üçün öz hesabına məktəb açır, sonralar – XX əsrin əvvəllərində isə buranı genişləndirərək altı sinifli "Müfti-İslam məktəbi"nə çevirir.
Müfti Hüseyn Qayıbzadə azərbaycanlı qızların təhsil alması qayğısına da qalıb.