qayıd sözü azərbaycan dilində

qayıd

Yazılış

  • qayıd • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gələcəyə qayıdış
Gələcəyə qayıdış (ing: Back to the Future) Robert Zemekisin rejissorluq, Bob Qeylin ssenaristlik etdiyi 1985-ci il elmi fantastika, macəra və komediya filmidir. Baş rolda Mayk Cey Foksun oynadığı Marti Makflay və Kristofer Lloydun oynadığı Emmet Braundur. Filmin əsas mövzusu bir gəncin qəza ilə 1985-ci ildən 1955-ci ilə getməsi ilə başlayır. Məktəbdə oxuyan anası və atası ilə tanış olduqdan sonra səhvən anası ona aşiq olur. Anası və atasının bir-birini sevməsini əngəllədiyinə görə səhvini düzəltmədən 1985-ci ilə geri qayıda bilməz.
Gələcəyə qayıdış (film, 1985)
Gələcəyə qayıdış (ing: Back to the Future) Robert Zemekisin rejissorluq, Bob Qeylin ssenaristlik etdiyi 1985-ci il elmi fantastika, macəra və komediya filmidir. Baş rolda Mayk Cey Foksun oynadığı Marti Makflay və Kristofer Lloydun oynadığı Emmet Braundur. Filmin əsas mövzusu bir gəncin qəza ilə 1985-ci ildən 1955-ci ilə getməsi ilə başlayır. Məktəbdə oxuyan anası və atası ilə tanış olduqdan sonra səhvən anası ona aşiq olur. Anası və atasının bir-birini sevməsini əngəllədiyinə görə səhvini düzəltmədən 1985-ci ilə geri qayıda bilməz.
Gələcəyə qayıdış 2 (film, 1989)
"Gələcəyə qayıdış" (ing. Back to the Future) — Robert Zemekisin rejissoru olduğu 1989-cu il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 2-ci filmidir. Əsas mövzusu zaman səyahətidir. == Məzmun == İlk filmdə 1955-ci ildə səhvini düzəldib ata və anasını tanış edə bilən Martin Makflay öz zamanına (1985) qayıtdığı günün səhərisi zaman maşının ixtiraçısı Doktor Braun Martin və sevgilisi Ceniferi gələcəyə — 2015-ci ilə aparır. Dr. Braun bildirir ki, onlar gələcəkdə evlidirlər və uşaqları təhlükədədir. 2015-ci ilə çatar-çatmaz həyacanlanan Ceniferi Dr. Braun iynə ilə sakitləşdirir. Martinə oğlunun bir azdan kafeyə daxil olacağı, pis uşaqların təklifini qəbul edib oğurluq etməyə gedəcəyini deyir, sonda polis tərəfindən yaxalanacağını deyir.
Gələcəyə qayıdış 3 (film, 1990)
"Gələcəyə qayıdış III hissə" (ing. Back to the Future Part III) — Robert Zemekisin rejissoru olduğu 1990-cı il istehsalı fantastika filmi. Film "Gələcəyə qayıdış" seriyasının 3-cü filmidir. Əsas mövzusu zaman səyahətidir. == Məzmun == 12 noyabr 1955-ci ildə, Doktor Emmet Braunun DeLorean kitabında yoxa çıxdığını gördükdən bir neçə dəqiqə sonra, Marty, 1885-ci ildə nəql edildiyini öyrəndi. [N 1] Marti və 1955 Dok, Dokun 1885 məktubunu aldılar və məlumatlarını tapmaq və təmir etmək üçün istifadə etdilər. DeLorean Marti 1985 -ə qayıda bilər. Dokun məktubu Köhnə Qərbdə qalmaq istəyini ifadə etsə də, Marti məktubdan altı gün sonra Dokun adı olan bir məzar daşı tapır və fotoşəkillər çəkir. Yazıda, Dokun Biff Tannenin böyük babası Byuford "Mad Dog" Tannen tərəfindən səksən dolların üzərində kürəyindən vurulduğu bildirilir. Marti, Yerli Amerikalıların süvari təqibinin arasına gələrək, Doku xilas etmək üçün 2 sentyabr 1885-ci il tarixinə gedir.
Hellouin 4: Maykl Mayersin qayıdışı (film, 1988)
Hellovin 4: Maykl Mayersin qayıdışı (ing. Halloween 4: The Return Of Michael Myers) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 30 oktyabr 1988-ci il. Baş verən hadisələrdən 10 il ötmüşdür. Keçmiş seriyalı qatil Maykl Mayers koma vəziyyətindədir və paralic olduğu üçün hərəkət etmək qabiliyyətini itirmişdir. Həkimlər onu milli xəstəxanaya köçürməyə qərara gəlirlər. Bu müddətdə sifətində çapıq olan həkim Lumis əvvəlki hadisələri xatırlayır və hospitalın işçilərinə Mayersi ciddi nəzarət altında saxlamağı qeyd etmişdir. Onun sözlərinə görə, Mayers koma vəziyyətində olsa da, qaçmaq üçün əlindən gələni edəcəkdir. Bir müddət sonra onun sözləri reallığa çevrilir. Mayersi aparan hospital maşını qəzaya uğrayır və Mayers qəzadan sağ qalaraq qaçmağı bacarır...
Hellovin 4: Maykl Mayersin qayıdışı (film, 1988)
Hellovin 4: Maykl Mayersin qayıdışı (ing. Halloween 4: The Return Of Michael Myers) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 30 oktyabr 1988-ci il. Baş verən hadisələrdən 10 il ötmüşdür. Keçmiş seriyalı qatil Maykl Mayers koma vəziyyətindədir və paralic olduğu üçün hərəkət etmək qabiliyyətini itirmişdir. Həkimlər onu milli xəstəxanaya köçürməyə qərara gəlirlər. Bu müddətdə sifətində çapıq olan həkim Lumis əvvəlki hadisələri xatırlayır və hospitalın işçilərinə Mayersi ciddi nəzarət altında saxlamağı qeyd etmişdir. Onun sözlərinə görə, Mayers koma vəziyyətində olsa da, qaçmaq üçün əlindən gələni edəcəkdir. Bir müddət sonra onun sözləri reallığa çevrilir. Mayersi aparan hospital maşını qəzaya uğrayır və Mayers qəzadan sağ qalaraq qaçmağı bacarır...
Hörümçək-adam: Evə qayıdış (film, 2017)
Hörümçək-adam: Evə qayıdış (film, 2017) - Rejissoru Con Uotts olan, Hörümçək-adam rolunu Tom Hollandın canlandırdığı, ABŞ istehsalı on altıncı Marvel Kinematoqrafiya Kainatı super qəhrəmən filmidir. == Məzmun == Qisasçılar ilə yaşadığı macəranın həyacanına qapılan gənc Piter Parker özünü isbat etmək istəyi ilə yaşayan bir cavandır. Ancaq yaşına görə böyük olan bir çox fərqli məsuliyəti var. May xalası ilə yaşayan gənc Piter bir yandan da ona göz qulaq olan Toni Stark (Iron Man) ilə dostluğunu möhkəmləndirmişdi. Məktəb həyatına öyrəşməyə və adi bir gənc kimi yaşamağa çalışan Piterin ağlında isə cinayətkarlarla mübarizə aparmaq və dünyanı daha təhlükəsiz bir hala gətirmək var idi. Vulture yeni bir düşməni olaraq meydana çıxanda isə Piterin özünü göstərmək fürsəti yaranacaq, ancaq ən dəyərli gördüyü həkəs təhdid altında olacaqdı.
Keçmişə qayıdış (film, 2002)
Keçmişə qayıdış (hind: तुमको ना भूल पायेंगे; Rom: Tumko Na Bhool Paayenge; Azərbaycan dilində tərcüməsi: Mən səni unuda bilmirəm) 2002-ci ildə nümayiş olunan hind filmidir. Film Hollivudun həmin il nümayiş olunan The Bourne Identity filmindən ilhamlanıb. == Süjet xətti == Veer (Salman Xan) valideynləri ilə bir mülkdə yaşayır. Atası Thakur Punia Pratar Singh oğlunun da özü kimi yaxşı döyüşçü olmasını istəyir. Bunun üçün o, Viri çox məşq etməyə məcbur edir, lakin atasının arzusunu həyata keçirmək üçün onun nə istəyi, nə də lazımi keyfiyyətləri mövcuddur. O, döyüşmək əvəzinə sevgilisi Muskanla (Diya Mirzə) vaxt keçirməyə üstünlük verir. Bir gün Thakur duel zamanı məğlub olanda Vir özündə qeyri-adi güc hiss edir və atasının rəqibini məğlub edir. Həmin gündən onun gözünə qəribə şeylər gəlməyə başlayır və o, sanki keçmiş həyatından səhnələri xatırlamağa başlayır. O, əvvəllər də hiss edirdi ki, həyatında bir sirr vardır, çünki uşaqlığını və gəncliyini heç vaxt xatırlaya bilməmişdir və onların evində onun uşaqlıq fotoşəkilləri də yoxdur. Bundan əlavə, bədənində güllə yaralarının izləri vardır.
Kiçik Su pərisi 2: Dənizə qayıdış (cizgi filmi, 2000)
Kiçik Su pərisi 2: Dənizə qayıdış (ing. The Little Mermaid II: Return to the Sea) — 2000-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == İllər keçdikdən sonra Ariel və Erikin Melodi adlı qız övladı dünyaya gəlir. Melodi daha çox su dünyasını xoşlayır. Bu səbəbdən hər gün Melodi anasından xəbərsiz dənizdə üzür. Melodi babası Trayton ilə görüşən zaman Ursulanın bacısı Morqana onu ələ keçirmək istəyir ki, Traytonu şantaj etsin, lakin Morqana bunu bacarmır.
Kubadan qayıdan əsgərlər
Kubadan qayıdan əsgərlər (Katalanca: Desembarcament de soldats procedents de Cuba) — Kağız üzərində işlənən, ölçüləri 38.4 sm × 55.4 sm olan, kataloniyalı rəssam Lluis Qranerin hazırladığı rəsm əsəridir. Hal-hazırda rəsm əsəri Barselonada yerləşən Kataloniya Milli İncəsənət Muzeyində sərgilənir. İnvster nömrəsi 026775-D-dir və 1911-ci ildən Kasellas kolleksiyasına daxil edilmişdir. == Tarixi == Rəsm əsəri 1898-ci ildə baş verən İspan-Amerikan müharibəsində iştirak edən ispan əsgərlərini və onların hücumlarını, onların cavab həmlələrini özündə əks etdirir. Kuba müharibəsi kimi tarixə düşən müharibə 10 dekabr 1898-ci ildə baş vermişdir və Paris sazişləri vasitəsilə nəticələnmişdir. Sazişlərə əsasən, Amerika Birləşmiş Ştatları Kubanı, Filippini, Puerto-Rikonu və Quamı özündən asılı vəziyyətə salmışdır. == İstinadlar == == Biblioqrafiya == Palomero Caro, Rafael; Pérez Rodríguez, Josep Maria. Histocard 2. Contemporary history of Catalonia and of Spain. Collection Minimanual, núm.
Kukinin qayıdışı (cizgi filmi, 2010)
Kukinin qayıdışı (çex. Kuky se vraci) — çex kukla cizgi filmi. 2010-cu ildə Yan Şverak tərəfindən yaradılıb. Cizgi filmi özündə kukla animasiyasını, marionet animasiyasını və aktyor oyunlarını birləşdirir. Personaj təsvirlərin hazırlanmasını Jakub Dvorsky tərtib edib (Amanita Design). Cizgi filmi Çexiyanın müxtəlif yerlərində çəkilmişdir. Qış səhnələri Eşteddə, meşədəki səhnələr isə Bexen ətrafında çəkilmişdir. Filmdə həmçinin diri heyvanlar (tülkülər, kəpənəklər və quşlar) da çəkilmişdir. == Süjet == Ondro adlı 6 yaşlı oğlanın toz və pişiklərə allergiyası var. Tozdan o boğulmağa başlayır.
Kukinin qayıdışı (film, 2010)
Kukinin qayıdışı (çex. Kuky se vraci) — çex kukla cizgi filmi. 2010-cu ildə Yan Şverak tərəfindən yaradılıb. Cizgi filmi özündə kukla animasiyasını, marionet animasiyasını və aktyor oyunlarını birləşdirir. Personaj təsvirlərin hazırlanmasını Jakub Dvorsky tərtib edib (Amanita Design). Cizgi filmi Çexiyanın müxtəlif yerlərində çəkilmişdir. Qış səhnələri Eşteddə, meşədəki səhnələr isə Bexen ətrafında çəkilmişdir. Filmdə həmçinin diri heyvanlar (tülkülər, kəpənəklər və quşlar) da çəkilmişdir. == Süjet == Ondro adlı 6 yaşlı oğlanın toz və pişiklərə allergiyası var. Tozdan o boğulmağa başlayır.
Kəndim+nizə qayıdın!? (film, 2007)
== Məzmun == Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.
Miqyasa qayıdışlar
Miqyasa qayıdışlar (ing. returns to scale) — istehsal miqyasındakı dəyişikliklərdən məhsulun həcmini təyin edən göstərici. Bütün amillərin sayı eyni sayda a {\displaystyle a} - dəfə artarsa ​​və məhsulun həcmi də a {\displaystyle a} - dəfə artarsa, bu "tərəziyə daimi qayıdışı" olan bir funksiyadır. Çıxış a {\displaystyle a} - dəfə çox böyüyürsə, o zaman “miqyaslı gəlir artır”. Çıxış a {\displaystyle a} - dəfə az böyüyürsə, "miqyaslı azalma azalır" baş verir. == Tərifi == Miqyasa qayıdış və miqyas iqtisadiyyatları bir-biri ilə əlaqəlidir, lakin fiziki kapitalın istifadəsi də daxil olmaqla bütün xərclər səviyyələrinin dəyişkən olduğu (istehsalçı tərəfindən seçilən) uzun müddətdə istehsal miqyası artdıqca nələrin baş verəcəyi ilə bağlı fərqli konsepsiyalar var. Miqyasa qayıdışlar, müəssisənin istehsal funksiyası kontekstində yaranır, məhsulun (istehsalın) böyümə sürətinin uzunmüddətli perspektivdə xərclərin (istehsal amillərinin) əlaqəli artımına nisbətən davranışını izah edir. Uzunmüddətli perspektivdə bütün istehsal amilləri dəyişkəndir və ölçüdə (miqyasda) müəyyən bir artım olduğu üçün dəyişə bilər. Miqyas iqtisadiyyatları maya vahidinə düşən istehsal səviyyəsindəki artımın təsirini göstərir və miqyaslı gəlirlər yalnız istifadə olunan qaynaqlar miqdarı ilə məhsul arasındakı nisbətlə təyin olunur. == İstehsal funksiyasının vahidliyi == Bütün istehsal ehtiyatlarının miqdarının a {\displaystyle a} dəfə artması ilə məhsulun a {\displaystyle a} dəfə artması ilə, yəni F ( a K , a L ) = a F ( K , L ) {\displaystyle \ F(aK,aL)=aF(K,L)} >.
Mumiya qayıdır (film, 2001)
Mumiya qayıdır (ing. Mummy Returns) — 2001-ci ildə istehsal olunmuş Mumiya seriyasının ikinci seriyasıdır. == Məzmun == 1933-cü il.Filmin ilk hissəsində baş vermiş hadisələrdə artıq 10 il keçmişdir. Macərapərəst Rik O'Konnell indi varlıdır. Rik gözəl Evelinlə evlənib və oğlu 7 yaşlı oğlu Aleksin tərbiyəsiylə məşğuldur. Amma tale bu xoşbəxt ailəyə rahatlıq vermir. Qəddar kahin İmhotep Ank-Su-Namunun köməyi ilə Reinkarnasiya edilərək dirilmişdir. Balaca Aleks Londonda əlinə Am-Şerə gedən yolu göstərən taxmacığı taxan zaman mumiyalar tərəfindən keçirilir. İndi Rik, Evelin Aleksi xilas etmək üçün cəmi yeddi günləri var...
Muxtarın qayıdışı (teleserial, 2003)
Muxtarın qayıdışı — rus detektiv serialı. Serialda Şukino rayonunun polis əməkdaşlarının və onların sadiq xidməti-axtarış iti Muxtar barədə bəhs olunur. Serial 3 adda yayımlanmışdır: Muxtarın qayıdışı (1-ci mövsüm), Muxtarın qayıdışı-2 (2-10-cu mövsümlər) və Muxtar. Yeni iz (11-ci mövsümdən hazırkı dövrədək).
Mən evə qayıdıram (film, 2014)
Mən evə qayıdıram — "Salnamə" sənədli filmlər studiyası tərəfindən çəkilişlərinə 2011-ci ildə başlanan və 2014-cü ildə təqdimatı olan rejissor Samir Kərimoğlunun filmi. Yaşar Nurinin çəkildiyi son filmdir. == Filmin çəkilişləri == "Mən evə qayıdıram" adlı filmin çəkilişlərinə 2011-ci ilin fevral ayının 26-da Samir Kərimoğlunun rejissorluğu ilə başlanılıb. Rejissor "Bu filmi Tərlanın simasında Azərbaycanın şəhid olmuş bütün igidlərinin şərəfinə" çəkdiyini bildirmişdir. Bu film Xalq artisti Yaşar Nurinin rol aldığı son filmdir. Aktyor filmdə hərbi hissədə çalışan aşpaz obrazını canlandırmışdır. Ekran əsərinin operatoru xüsusi olaraq Almaniyadan dəvət olunub. Filmdə canlı səsyazma sistemindən istifadə olunub. Filmin çəkilişləri Quba rayonu, Kürdəmir rayonu, Xızı rayonu və Sitalçayda aparılıb. == Filmin məzmunu == "Mən evə qayıdıram" filmi 1990-cı illərədən bəhs edir.
Növbədən qayıdanlar
"Növbədən qayıdanlar" — Azərbaycan rəssamı Tahir Salahovun 1957-ci ildə çəkdiyi rəsm əsəri. Əsər Sankt-Peterburqda yerləşən Rusiya İncəsənət Akademiyasında saxlanılır.
Qayıdacağına inanırdı (film, 1968)
Qayıdacağına İnanırdı (1968)
Qayıdan qırtlaq siniri
Qayıdan Qırtlaq Siniri — ing. Recurrent Laryngeal Nerveen boyunun sol tərəfindəki Vagus sinirindən çıxan qarışıq sinirdir. Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər. Sinir nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır. Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır.
Qayıdış
Qayıdış (film, 1988)
Qayıdış (1988)
== Məzmun == Filmdə Lahıc və Şamaxının təbiəti, bu yerlərdə yaşayan insanlar, dağlar qoynunda yerləşən kəndlər haqqında danışılır. Burada deyilir ki, kəndlərdən cavanlar çıxıb şəhərlərə yaşamağa gedirlər, kəndlər tədricən boşalır. Bununla belə kəndlərdə qalıb yaşayanlar da var. Filmdə onlardan da söhbət gedir. == Film haqqında == Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Qayıdış (film, 1988)
== Məzmun == Filmdə Lahıc və Şamaxının təbiəti, bu yerlərdə yaşayan insanlar, dağlar qoynunda yerləşən kəndlər haqqında danışılır. Burada deyilir ki, kəndlərdən cavanlar çıxıb şəhərlərə yaşamağa gedirlər, kəndlər tədricən boşalır. Bununla belə kəndlərdə qalıb yaşayanlar da var. Filmdə onlardan da söhbət gedir. == Film haqqında == Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Qayıdış (film, 1992)
== Məzmun == 1982-ci il noyabrın 3-də Naxçıvan torpağında qeyri-adi hadisə baş verdi. Böyük Azərbaycan şairi Hüseyn Cavid (1882-1941) 100 yaşının tamamında dəfn edildi. Dahi ustad ölümündən 41 il sonra öz doğma torpağına tapşırıldı. Bu filmdə böyük şairin çətin, keşməkeşli və bir qədər də haqsız həyatından söhbət gedir. Ölməz sənətkar keçən əsrin otuzuncu illərində repressiya qurbanı olmuş minlərlə istedadlı şəxslərdən biri idi. Çox saylı təqib və həbslər nəticəsində Hüseyn Cavid öz yaradıcılığına son qoymalı olur. 1939-cu ildə onu İrkutsk vilayətinə Sibirə sürgünə gördərirlər. Böyük şair 1941-ci ildə sürgündə, qərib diyarda dünyasını dəyişir. Buna baxamayaraq Hüseyn Cavid bir çox nəsillərə öz zəngin əsərlərini bəxş edib. Bu günlərdə onun "Azərbaycan" poeması, "Ana", "Peyğəmbər", "Topal Teymur" dramları "Şeyx Sənan" faciəsi və s.

"qayıd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qayıd nədir? #qayıd sözünün mənası #qayıd nə deməkdir? #qayıd sözünün izahı #qayıd sözünün yazılışı #qayıd necə yazılır? #qayıd sözünün düzgün yazılışı #qayıd leksik mənası #qayıd sözünün sinonimi #qayıd sözünün yaxın mənalı sözlər #qayıd sözünün əks mənası #qayıd sözünün etimologiyası #qayıd sözünün orfoqrafiyası #qayıd rusca #qayıd inglisça #qayıd fransızca #qayıd sözünün istifadəsi #sözlük