mayıl-mayıl sözü azərbaycan dilində

mayıl-mayıl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mayıl-mayıl • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseyn Mayıl
Hüseyn Paşa oğlu Hüseynov (1900, Göyərçin, Qazax qəzası – 1970, Salah, İcevan rayonu) — Azərbaycan el şairi, pedaqoq. == Həyatı == Hüseyn Hüseynov 1900-cü ildə Qazax qəzasının Göyərçin kəndində (sonradan Dilican rayonu) Paşalar nəslində anadan olmuşdur. Ulu babası Təbrizin Dəvəçilər məhəlləsindən olub. İlk təhsilini mollaxanada alan Hüseyn Dilicanda Pedaqoji Seminariyanı qurtardıqdan sonra Tovuz və Gədəbəyin müxtəlif kəndlərində müəllimlik etmiş və qəzet redaksiyalarında çalışmışdır. O 1930-cu illərdə lüğət də hazırlamışdır. Səməd Vurğun və tanınmış folklorşünas alim Hümmət Əlizadə ilə birlikdə Çəmbərəkəndi və Göyçəni kəndbəkənd gəzərək, ağsaqqallardan, el bayatı və nağıl bilicilərindən bildikləri bu mənəvi sərvəti toplayaraq onları xalqın ümumi istifadəsinə vermişlər.Onun ilk şeiri 1925-ci ildən qəzetlərdə nəşr olunmağa başlamışdır. 1937-ci ildə çap olunan "Aşıqlar" kitabında, 1949–1951-ci illərdə isə orta məktəblər üçün "Ədəbiyyat müntəxəbatı" dərsliyində şeirləri çap olunmuşdur.Hüseyn Hüseynov şeirlərini əsasən Hüseyn Mayıl təxəllüsü ilə yazmışdır. Bəzi kitablarda isə səhvən Aşıq Hüseyn Mayıl kimi təqdim olunmuşdur. O heç vaxt əlinə saz alıb el məclisləri keçirməmişdir. Sazın hazırlanmasında usta kimi fəaliyyət göstərmişdir.
Mayıl Kürəbəyov
Mayıl Kamran oğlu Kürəbəyov (2 aprel 2001; Urva, Qusar rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Mayıl Kürəbəyov 2 aprel 2001-cı ildə Qusar rayonunun Urva kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2019-cu ilədək almışdır. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra 2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olan Kürəbəyovun xidmətinin bitməsinə az qalmış İkinci Qarabağ müharibəsi başlamışdır. Azərbaycan Ordusunun əsgəri olan Mayıl Kürəbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirəkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mayıl Kürəbəyov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Mayıl Qurbanov
Mayıl Mayis oğlu Qurbanov (8 iyun 1996; Xoşçobanlı, İmişli rayonu, Azərbaycan – 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vətən Müharibəsinin şəhidi. == Həyatı == Mayıl Qurbanov 1996-cı il iyunun 8-i İmişli rayonunun Xoşçobanlı kəndində anadan olub. 2004-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə daşınmışdır. Xanlıq kənd 1 nömrəli tam orta məktəbdə təhsilini bitirmişdi. Ailədə iki qardaş olublar. 2016-cı ildə ailə həyatı qurub. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Mayıl Qurbanov orta təhsilini bitirdikdən sonra 2014-cü il iyulun 2-si İmişli rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası N saylı hərbi hissəsinə göndərilmişdir. 2016-cı il yanvarın 2-si Hərbi xidmətini vicdanla və layiqincə bitirib evinə geri dönmüşdür. Azərbaycan Ordusunun əsgəri olan Mayıl Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Mayıl Qədimov
Mayıl Yusif oğlu Qedimov == Həyatı == Mayıl Qədimov 1962-ci ildə Azerbaycan SSR Mirbəşir(Tərtər) rayonunun Səhləbad kəndində fəhlə ailəsində anadan olmuşdur.1969-cu ildə Səhləbad kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1978-ci ildə Mirbəşir Rayon 96-nömrəli Orta Texniki Peşə məktəbinə daxil olmuşdur.1980-ci ildə məktəbi "Meyvə-tərəvəzçilik" üzrə tam kursunu bitirərək, aqronom ixtisasına yiyələnmişdir.1981-ci ildə Ağdam Rayon Xaçın tikinti-texniki peşə məktəbinin 6 aylıq sürücülük kursunu bitirmişdir. == Təltif və mükafatları == Mayıl Qədimov göstərdiyi qəhrəmanlığa görə, ölümdən sonra 1983-cü il avqustun 31-də SSRİ Ali Soveti Rəyasət heyətinin 9912-X nömrəli əmri ilə "Qırmızı ulduz"ordeni ilə təltif olunmuş, oxuduğu məktəb adına verilmişdir. == Ailəsi == Ailədə 6 övlad olmuşlar:4 qardaş və 2 bacı. Mayıl kiçik yaşlarından cəsurluğu, igidliyi və vətənpərvərliyi ilə yaşıdlarından seçilmişdir, cəmi 20il yaşamışdır və ailə həyatı Qurmamışdır. Bu 20 ildə onu tanıyan hər kəsin sevgisini və hörmətini qazanmış, ölümündən sonra isə onların fəxri, qürur mənbəyi olmuşdur. Ailəsi hələ onun yoxluğuna alışmadan daha bir oğul övladını itirmişdir. Mayılın ölümündən 6il sonra, 1988-ci ilin 12 dekabrında Mayıl ın qardaşı, Əhliman Qədimov dünyasını dəyişmişdir. Bu hadisədən sonra, ailəsi daha ağır və kədərli günlər keçirir. Bir müddət sonra, Mayıl ın valideynləri də vəfat edir. == Haqqında == 1981-ci ilin may ayında hərbi xidmətə çağırılmışdı.
Mayıl Əsgərov
Mayıl Binnət oğlu Əsgərov (17 yanvar 1962, Tovuz rayonu)— filologiya elmləri doktoru, AMEA Dilçilik İnstitutunun Sosiolinqvistika və psixolinqvistika şöbəsinin müdiri, Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin müəllifidir. == Həyatı == Mayıl Binnət oğlu Əsgərov 17 yanvar 1962-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. 1979-cu ildə Y. Sadıqov adına Bozalqanlı kənd orta məktəbinində təhsil alıb, 1981–1983-cü illərdə hərbi xidmətdə olub, 1990-cı ildə Leninqrad Dövlət Universitetinin şərqşünaslıq fakültəsini şərqşünas-türkoloq ixtisası ilə bitirib. 1990–1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda çalışıb. 1994–2000-ci illərdə Azərbaycan Milli Ordusunda xidmət edib. Xidmət etdiyi müddət ərzində Azərbaycan Respublikası Silahlı qüvvələrinin (1997-ci ildə), Türkiyə Respublikası Silahlı Qüvvələrinin Sülh Naminə Əməkdaşlıq Şurasının (1999-cu ildə), NATO Birləşmiş Komandanlığının (2000-ci ildə) fəxri fərmanları ilə təltif olunub. 22.02.2005-ci ildən filologiya elmləri namizədidir (Diplom seriya EN, № 03418). Namizədlik dissertasiyasının mövzusu: "Adverbial feil formaları ilə zaman formaları arasındakı funksional-semantik əlaqələr". 28.03.2012-ci ildən Türk dilləri ixtisası üzrə dosentdir (Attestat seriya DS, № 04027). 22.01.2016-cı ildən filologiya üzrə elmlər doktorudur (Diplom seriya ED, № 01696).
Qaçaq Mayıl
Qaçaq Mayıl — XIX əsrdə qaçaq hərəkatının Azərbaycanın şimal bölgəsindəki lideri ermənilərin və XI Qızıl Ordunun Azərbaycanın müxtəlif rayonlarına o cümlədən Qubaya hücumlarının qarşısını alan ən mühüm şəxslərdən biri. == Həyatı == XIX əsrin 60-cı illərində Quba qəzasında, Qonaqkənddə Zahir kişinin ailəsində dünyaya gəlib. Ona Quba qəzasına nəzarət edən çar nümayəndəsinin təqdimatı əsasında yüzbaşı rütbəsi verilir və o, xidmətə alınır. Burda yurd salan Mayıl düşmənlərinin çox olmasını nəzərə alıb qonşu dağlara tərəf, Xaşı kəndində iqamətgah tikdirir və orada yaşayır (Sonralar evi bolşeviklər yandırır. Bir müddət sonra yanmış evi bərpa edib orta məktəbə çevirirlər).1915-ci ildə Mayıl Zahir oğlu (1865–1924) Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi. Səsvermə mahalın din xadimlərinin, ağsaqqallarının və hörmətli şəxslərinin iştirakı ilə rənglənmiş qozları sərnicə atmaq yolu ilə aparılıb. Andiçmə Həmdulla əfəndi Əfəndiyev xeyir-duası ilə "Qurani-Şərif"ə and içməklə başlanılıb, mərkəzi qərargahda, qəzanın Qonaqkənd kəndində keçirilib. Yüzbaşı vəzifəsi Tiflis şəhərində yerləşən Qafqaz canişinliyində rəsmən təsdiq edilirdi. Haqqı nahaqqa vermədiyi, mərd insanları ətrafına yığdığı və onlara arxalandığı, namus-qeyrət keşiyini çəkdiyi üçün Mayılın çoxlu düşmənləri vardı.
İs­mayıl bəy Daruğə
İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu Axundov — şair, Əhməd Ağdamskinin qaynatası. == Həyatı == İsmayıl bəy Mirzə Allahqulu bəy oğlu 1840-cı ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi. Qəza idarəsində işləmiş, bir müddət şəhər bazarının darğası olmuşdu. Şuşa şəhərinin darğası idi, ona görə də "Daruğə" təxəllüsü götürmüşdü. Məclisi-üns üzvlərindən olmuşdur. İsmayıl bəy Daruğə 1891-ci ildə vəfat edib.İsmayıl bəy erməni silahlılarına qarşı vuruşmuş, şəhər camaatını müdafiə etmişdi. Tarixçi Mir Möhsün Nəvvab yazır: "Bu qovğa qalxarkən müsəlman bazarında olan erməni sövdəgər və sənətkarları qorxuya düşüb, dükanları bağladılar.

Oxşar sözlər

#mayıl-mayıl nədir? #mayıl-mayıl sözünün mənası #mayıl-mayıl nə deməkdir? #mayıl-mayıl sözünün izahı #mayıl-mayıl sözünün yazılışı #mayıl-mayıl necə yazılır? #mayıl-mayıl sözünün düzgün yazılışı #mayıl-mayıl leksik mənası #mayıl-mayıl sözünün sinonimi #mayıl-mayıl sözünün yaxın mənalı sözlər #mayıl-mayıl sözünün əks mənası #mayıl-mayıl sözünün etimologiyası #mayıl-mayıl sözünün orfoqrafiyası #mayıl-mayıl rusca #mayıl-mayıl inglisça #mayıl-mayıl fransızca #mayıl-mayıl sözünün istifadəsi #sözlük