qayıqçı-balıqçı sözü azərbaycan dilində

qayıqçı-balıqçı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qayıqçı-balıqçı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Balıqçı
Balıqçı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda qəsəbə. Balıqçı (Nəqədə) — İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd.
Balıqçı (Hacıqabul)
Balıqçı — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Balıqçı Hacıqabul rayonunda qəsəbə. Hacıqabul golunun sahilində, Şirvan düzündədir. Oykonim sakinlərin əsas məşğuliyyətini özündə əks etdirir. Xakas vilayətində Balıksa, özbəkistanda Balıqçı, Qazaxıstanda BalıkŞi qəsəbələri qeydə alınmışdır. 2014-cü il məlumatına görə bu qəsəbədə heç kim yaşamır.
Balıqçı (Nəqədə)
Balıqçı (fars. باليقچي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Nəqədə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 758 nəfər. yaşayır (166 ailə).
Balıqçı üzüyü
Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut. Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir. Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın şəxsi məktublarının təsdiqi üçün möhür kimi də istifadə olunurdu. Yeni seçilən papa üçün yeni bir üzük hazırlanır və ora onun adı həkk edilir.
Qayıqçı Qul Mustafa
Qayıqçı Qul Mustafa (türk. Kayıkçı Kul Mustafa; 1580, Aydın – 1658, Konstantinopol) — Türkiyə xalq ədəbiyyatının bəktaşi qolunun xalq ozanı. Ozanın doğum və vəfat tarixləri haqqında dəqiq məlumat olmamasına baxmayaraq, onun XVII əsrdə yaşadığı müəyyən edilmişdir. Bəzi mənbələrə görə, o, 1658-ci ildə vəfat etmişdir, lakin bu iddianın əksinə olaraq onun 1659-cu ildən sonra vəfat etdiyini irəli sürən araşdırmalar da mövcuddur. Ədəbiyyatçı Əhməd Kabaklı Qayıqçı Qul Mustafanın 1646-cı ildən sonra vəfat etdiyini iddia etmişdir. == Həyatı == Qayıqçı Qul Mustafanın harada anadan olduğu haqqında kifayət qədər məlumat yoxdur. Buna baxmayaraq, Osman Şövqi Uludağın Aydın vilayəti ətrafında tərtib etdiyi "Gənc Osman" türküsündə mövcud olan "bencileyin, sencileyin" kimi arxaik sözlərin Nazillidə hələ də işlədilməsi, ozanın ilk növbədə bir dənizçi olması və Aydın bəyliyi dənizçilik ənənəsi ilə tanınmış olması Qayıqçı Qul Mustafanın Aydın–Nazilli ətrafında doğulması ehtimalını gücləndirmişdir. Bundan əlavə, incəsənətdə böyük təsir bağışladığı Aşıq Ömərin əslən Aydından olması ilə bağlı iddialar da bu arqumenti əhəmiyyətli bir məlumat halına gətirir. Ədəbiyyat tarixçilərinin əksəriyyəti "Gənc Osman" dastanının Qayıqçı Qul Mustafanın ən mühüm əsəri olması ilə həmfikirdir. "Gənc Osman" dastanı əvvəlcə şeir olsa da, ictimaiyyət tərəfindən anonimləşdirilərək onun türkü və dastan variantları ortaya çıxmışdır.
Qayıqçı evi (Petropavlovsk qalası)
Qayıqçı evi (rus. Ботный дом) - Rusiyanın Sankt-Peterburq şəhərində, Petropavlovsk qalası daxilində, Pyotr və Pavel kafedralı yaxınlığında yerləşən Müqəddəs Nikolay adlı I Pyotr botikinin saxlandığı yer. == Tarixi == Baltik dənizi uğrunda Rusiya və İsveç arasında 1700-1721-ci illərdə baş vermiş Şimal müharibəsi (1700-1721)Şimal müharibəsi bitdikdən sonra imperator I Pyotr öz botikini (yəni qayığını) Moskvadan Sankt-Peterburqa gətirməyi qərara alır. 1723-cü ildə botik təntənəli şəkildə paytaxta daxil olur. Əvvəlcə onun üçün qalada kiçik sipər tikilir. 1761-ci ildə "Rus donanmasının babası" adlanan Pyotrun qayığı Pyotr və Pavel zəng qülləsinin yaxınlığında memar A.F. Vist tərəfindən inşa edilən və Qayıqçı evi adı ilə tanınan kiçik pavilyona köçürülmüşdür. Memar açılan qapıların ölçüsünü düzgün hesablamadığından, inşaatçılar qayığı otağa yerləşdirmək üçün qapı və divarları sökməyə məcbur olmuşdular. Evin memarlığında dekorativ barokko üslubundan ciddi klassisizmə keçid öz əksini tapmışdır. Binanın sadə fasadı və bəzəksiz portikləri mürəkkəb formalı tağlı dam və hündür pəncərələrlə birlikdə harmoniya təşkil edir. Damın üzərinə Naviqasiya tanrısının alleqorik heykəli quraşdırılmışdır (1891-ci il, heykəltaraş David Yensen).
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1950)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.
Balıq və balıqçı haqqında nağıl (cizgi filmi, 1959)
Balıqçı və balıq haqqında nağıl (rus. Сказка о рыбаке и рыбке) - Aleksandr Puşkinin eyniadlı əsəri əsasında çəkilən sovet cizgi filmi.

Oxşar sözlər

#qayıqçı-balıqçı nədir? #qayıqçı-balıqçı sözünün mənası #qayıqçı-balıqçı nə deməkdir? #qayıqçı-balıqçı sözünün izahı #qayıqçı-balıqçı sözünün yazılışı #qayıqçı-balıqçı necə yazılır? #qayıqçı-balıqçı sözünün düzgün yazılışı #qayıqçı-balıqçı leksik mənası #qayıqçı-balıqçı sözünün sinonimi #qayıqçı-balıqçı sözünün yaxın mənalı sözlər #qayıqçı-balıqçı sözünün əks mənası #qayıqçı-balıqçı sözünün etimologiyası #qayıqçı-balıqçı sözünün orfoqrafiyası #qayıqçı-balıqçı rusca #qayıqçı-balıqçı inglisça #qayıqçı-balıqçı fransızca #qayıqçı-balıqçı sözünün istifadəsi #sözlük