* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Sınmış halda olan; qırıq. Sınıq dolça. Sınıq boşqab. Sınıq güzgü. Sınıq maşın. – Mirbalayev oturduğu sınıq taburetdən qalxaraq gəzinməyə başladı. M.Hüseyn. Dağınıq və uçuq evləri, küçələrə tökülmüş sınıq qab-qacaqları görərkən dağılmış insan yurdunun bu xarabazarlığı qarşısında yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. 2. is. Sınmış, qırılmış bütöv bir şeyin kiçik hissəsi. Stəkan sınığı. Maşının sınıqlarını düzəltmək. Qabların sınığını atmaq. 3. məc. Pərişan, qüssəli, dərdli. [Şükür] sınıq bir ürəklə kəndə qayıtmağa məcbur olmuşdu. S.Hüseyn. Acı qəmlərlə onun qəlbi sınıq, ruhu sınıq; Ona rəhm eyləyən əllər hanı? Olmuşmu qırıq? M.Müşfiq. [Sona:] Ay oğul! Gözümə bir az sınıq dəyirsən? Z.Xəlil. 4. İflas etmiş, müflis. 5. məc. Məğlubiyyətə uğramış, basılıb pozulmuş. Sınıq qoşun. ◊ Sınıq çıxmaq – iflas etmək, müflis olmaq. Nəhayət, Hacı Sultan sınıq çıxdı. S.Hüseyn. Həmzə sınıq çıxıb iflas etmiş “intiligent” tacir və əmisi oğlu Ağasəfəri öz yanında işə götürmək niyyətində idi. Ə.Əbülhəsən. Sınıq düşmək – 1) bax sınıq çıxmaq; 2) məğlub olub dağılmaq, darmadağın olmaq. Sınıq düşən Səlim bəy suyu süzülənə-süzülənə Gorusa qayıdıb, istər-istəməz Peterburqa bir də xəbər yazdı. S.Rəhimov. Sınıq salmaq – dağıtmaq, basmaq, məğlub etmək, darmadağın etmək. Nəbi dağın bir tərəfində olan qoşunu sınıq salıb, dərə enişə qovdu. “Qaçaq Nəbi”.
Azərbaycan dilinin izahlı lüğəti / sınıq1 SINIQ – TƏZƏ Sınıq qabda su durmaz (Ata. sözü); Təzə süpürgə təmiz süpürər (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti / sınıq1 1. перелом кости; 2. лом, обломок, черепки (посуды и пр.); 3. банкрот; 4. разбитый, ломаный; 5. потерпевший поражение, разгромленный, сокрушенный;
Azərbaycanca-rusca lüğət / sınıq2 I прил. 1. разбитый, расколотый на куски или с трещиной, с отбитым краем и т.п. Sınıq qab-qacaq разбитая посуда, sınıq fincan разбитая чашка, sınıq güzgü разбитое зеркало 2. битый (расколотый на куски). Sınıq yumurta битое яйцо, sınıq şüşələr битые стёкла 3. ломаный: 1) подвергшийся ломке; сломанный. Sınıq alətlər сломанные инструменты, sınıq dəzgah сломанный станок, sınıq maşınlar сломанные машины, sınıq stullar ломаные стулья, sınıq taxtalar ломаные доски, sınıq şeylər ломаные вещи 2) изогнутый под углом, образующий углы. мат. Sınıq xətt ломаная линия (линия, состоящая из отрезков прямой линии, соединяющихся под углом) II сущ. 1. перелом: 1) нарушение целости, повреждение какой-л. кости у человека, животного. мед. Anadangəlmə sınıq врождённый перелом, açıq sınıq открытый перелом, qapalı sınıq закрытый перелом, köndələn sınıq поперечный перелом 2) место повреждения. Sınığı bağlamaq перевязать перелом 2. полом, поломка (поломанное, повреждённое место). Sınığı yoxlamaq проверить поломку, sınığı təmir eləmək ремонтировать поломку, sınığı müəyyən etmək определить поломку 3. разлом (место, по которому разломлено что-л.). Sınıq xətti линия разлома 4. излом: 1) место перелома, разлома 2) тех. характер, вид поверхности минерала, металла на месте разлома, раскола и т.п. Sınığın görünüşü вид излома, sınığın xarakteri характер излома 5. осколок (отколовшийся кусок какого-л. твёрдого предмета). Butulka sınıqları осколки бутылки, güzgü sınığı осколок зеркала, kafel sınıqları осколки кафеля 6. обломок (отбитый, отломавшийся кусок чего-л.). Kirəmitin sınıqları обломки черепицы 7. мед. отломок (конец сломанной кости при переломе). Sınığın bərkidilməsi закрепление отломка, sınığın dartılması вытяжение отломка, sınığın yerdəyişməsi смещение отломка, sınığın yerinə salınması вправление отломка 8. разг. банкрот (тот, кто разорился, потерпел банкротство); sınıq çıxmaq обанкротиться, разориться; sınıq salmaq обанкротить, разорить; sınıq düşmək: 1. см. sınıq çıxmaq; 2. быть побеждённым, разгромленным ◊ qəlbi sınıq (ürəyi sınıq) обиженный богом, обиженный судьбой
Azərbaycanca-rusca lüğət / sınıq1 I. i. 1. break, fracture, breaking; 2. fragments pl. II. s. broken, cracked; ~ fincan cracked / broken cup
Azərbaycanca-ingiliscə lüğət / sınıq1 1. прил. 1. ханвай, хайи; sınıq bardaq ханвай гичин; 2. сущ. ханвай затӀунин гъвечӀи пай, хайи кӀус (мес. шуьшедин); хайи чка (мес. кӀарабдин); 3. пер. ханвай, гъамлу, дертлу, перишан (мес. рикӀ); 4. кӀватнавай, банкрот хьанвай; 5. пер. кӀватнавай, магълуб хьанвай (мес. кьушун); ** sınıq çıxmaq банкрот хьун, кӀватун; sınıq düşmək а) кил. sınıq çıxmaq; б) магълуб хьана чукӀун, кӀватун, дарбадагъ хьун; sınıq salmaq магълуб авун, чукӀурун, кӀаник кутун, кӀудун, дарбадагъ авун (мес. кьушун).
Azərbaycanca-ləzgicə lüğəti / sınıq