Sinik sözü azərbaycan dilində

Sinik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Sinik • 54.5455%
  • sinik • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sinik sözünün etimologiyası

  • 1 Təxminən e.ə. 400-cü ildə Antisfen adlı yunan filosofu həyatı ləyaqətlə yaşamağın var-dövlət içində yaşamaqdan üstün olduğunu, sərvət və cah-calalın insanın mənəviyyatını pozduğunu və bu səbəbdən də kasıb olmağın zəngin olmaqdan yaxşı olduğunu elan etdi. Onun şagirdlərindən biri Diogen olmuşdu. O, Antisfenin nəzəriyyəsini mütləqliyə qədər yüksəltmiş və ifrat dərəcəyə çatdırmışdı. Diogen insanların vicdanlı və ləyaqətli olmaları üçün onlara heç bir şəxsi əşya, əmlak lazım olmadığını nümayiş etdirmək məqsədilə tam yoxsulluq içində yaşayırdı. O, cəmiyyətdə mövcud olan ədəb, mərifət davranışlarını riyakarlıq adlandırırdı. Diogen və onun davamçıları insan həyatını xoş edən hər bir şeyi qınayırdılar. Onları daim deyindikləri, mırıldadıqları üçün köpəklərə bənzədirdilər. Yunan sözü “kunikos” itə bənzəyən demək idi. Latın dilində bu söz çevrilib “cynicus” oldu. Bu səbəbdən də bu insanları sinik (cynics) adlandırırlar. Bu gün biz yaşadığı dövrün qəbul olunmuş davranış qaydalarına nifrət bəsləyən və bu zaman zahiri tərbiyəlilik, ictimai şərtiliklərin arxasında əyrilik və tamahkarlığın gizləndiyini hesab edən adamı sinik adlandırırıq. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / sinik

Oxşar sözlər

#sinik nədir? #sinik sözünün mənası #sinik nə deməkdir? #sinik sözünün izahı #sinik sözünün yazılışı #sinik necə yazılır? #sinik sözünün düzgün yazılışı #sinik leksik mənası #sinik sözünün sinonimi #sinik sözünün yaxın mənalı sözlər #sinik sözünün əks mənası #sinik sözünün etimologiyası #sinik sözünün orfoqrafiyası #sinik rusca #sinik inglisça #sinik fransızca #sinik sözünün istifadəsi #sözlük