Nguyen Dinh Txi
Nyugen dinh thi (vyet. Nguyễn Đinh Thi; 20 dekabr 1924, Luanqpxabanq[d] – 18 aprel 2003, Hanoy) — tanınmış vietnamlı yazıçı, ədəbiyyatşünas, musiqiçisidir.
Laosun şimalındakı keçmiş kral şəhəri Luang Prabang yaxınlığında Phong Saly-da anadan olub. Bu ərazi o zaman Fransnın Hind-Çin kaloniyası hesab edilirdi.Nüfuzlu bir zadəgan nəslinin nümayəndəsi kimi fransız mətəbində akademik təhsil aldı. Milli azadlıq hərəkatında kommunistlərin tərəfində xidmət etdi.Fransızlara qarşı müqavimət hərəkatının qabaqcıl sənətkarlar nəslinə aid idi. Fəlsəfi traktatlar, yazı, şeirlər, musiqi, dram, tənqidi nəzəriyyə yazmışdır. Uzun illər ölkəsinin yazıçılar ittifaqının sədri oldu.Bir müddət əsərlərinə , pyeslərinə qadağalar qoyuldu.Bəstələdiyi mahnılar milli azadlıq hərəkatı zamanı tərəfdarları tərəfindən ağızdan -ağıza ötürülürdü.1940-cı illərdə Milli Qurtuluş Mədəniyyət Qrupuna üzv oldu. 1945-ci ildə Tan Trao Milli Konfransına qatıldı və daha sonra Vyetnam Birinci Milli Məclisinin üzvü seçildi Avqust inqilabından sonra Nguyen Dinh Thi Milli Qurtuluş Mədəniyyət Dərnəyinin baş katibi oldu.
1996-cı ildə o, ədəbiyyat Ho Chi Minh mükafatı aldı. 1995-ci ildən Vyetnam Ədəbiyyat və İncəsənət Birliyinin sədri idi.