kü sözü azərbaycan dilində

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kü • 86.8852%
  • Kü • 8.1967%
  • KÜ • 4.9180%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meqqi Kü
Marqaret Deniz Kuiqli (ing. Margaret Denise Quigley; 22 may 1979, Honolulu) — əsasən Meqqi Kü (ing. Maggie Q) ləqəbi ilə tanınan ABŞ aktrisası və fotomodeli.
Gəvlən (Salmas-Kürəsinli)
Gavlan (fars. گولان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (62 ailə).
Hacı Abbas xan Külali
Hacı Abbas xan Əmir Əsədulla xan oğlu Külali (?-?) — Xorasan qiyamının iştirakçısı. == Həyatı == Hacı Abbas xan Xorasanda anadan olmuşdu. Əmir Əsədulla xan Şövkətüddövlənin oğludur. Seyid Əmir Külali həzrətlərinin nəslindəndir. Salari-Şüca ləqəbini daşıyırdı. == Ailəsi == Hacı Abbas xanın Teymur xan adlı oğlu vardı.
Hacı Mövlamverdi Kürdmahmudlu
Hakim küləklər
Hind küncüt yağı
Küncüt yağı küncüt toxumundan alınan yeməli bitki yağıdır. Yağ kimi istifadə olunmaqla yanaşı, bir çox mətbəxdə fərqli qoz ətri və dadı olan ləzzət artırıcı kimi istifadə olunur. Yağ, erkən tanınan bitki mənşəli yağlardan biridir. Dünya miqyasında kütləvi müasir istehsal, səmərəsiz əl yığımı prosesi səbəbindən məhduddur. == Tərkibi == Küncüt yağı sadalanan yağ turşularından ibarətdir: linoleik turşu (ümumi miqdarın 41%), olein turşusu (39%), palmit turşusu (8%), stearin turşusu (5%) və digərləri az miqdarda. == Tarixi == Tarixən, küncüt 5000 il əvvəl quraqlığa davamlı bir məhsul kimi becərilib və digər məhsulların uğursuz olduğu yerlərdə yetişə bilib. Küncüt toxumu, yağ üçün emal edilən ilk bitkilərdən biri, həm də ən erkən dad əlavələrindən biri idi. Küncüt, Hind vadisi mədəniyyəti dövründə yetişdirilirdi və əsas yağ məhsulu idi. Ehtimal ki, eramızdan əvvəl 2500-cü ildə Mesopotamiyaya ixrac edilmişdi. == İstehsal prosesi == Küncüt toxumu ilk növbədə inkişaf etməkdə olan ölkələrdə istehsal olunur, genişmiqyaslı, tam avtomatlaşdırılmış yağ hasilatı və emalı texnikasının yaradılmasının məhdudlaşdırılmasında rol oynayan bir amildir.
Hind küncütü
Hind küncütü (lat. Sesamum indicum) - küncüt cinsinə aid bitki növü.
Hüseyin Kürkçü
Hüseyin Kürkçü — krım tatar türkoloq, dilçi, pedaqoq. Filologiya elmləri namizədi olan o Krım Pedaqoji İnstitutunda dərs deyib. Ömrünün 16 ilini əmək düşərgələrində keçirdikdən sonra 1957-ci ildə bəraət alaraq azad olub. == Haqqında == Hüseyin Kürkçü 23 yanvar 1905-ci ildə Bağçasarayda anadan olub. Məktəb illərində şair, pedaqoq Yaqub Şakirəlinin şagirdi olub. Orta təhsilini bitirdikdən sonra İsmayıl Qaspıralı adına Bağçasaray Müəllimlər Seminariyasına daxil olur. 1924-1926-cı illərdə Bakı Dövlət Universitetinin tarix-filologiya fakultəsində təhsil alıb. Burada Vasili Bartold, Bəkir Çobanzadə, Əziz Qubaydullin kimi alimlərdən dərslər alır. Bakıdakı təhsilini bitirdikdən sonra Krıma qayıdaraq burada Kökköz kənd məktəbində dərs deməyə başlayır. "Okuv işleri" (Tədris işləri) jurnalında fəaliyyət göstərir.
Hüseyn Kürdoğlu
Hüseyn Kürdoğlu (tam adı: Hüseyn Həsən oğlu Alışanov; 15 iyun 1934, Əhmədli, Laçın rayonu – 12 iyul 2003, Bakı) — şair, ədəbiyyatşünas, 1973-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur. == Həyatı == Hüseyn Kürdoğlu 1934-cü il iyunun 15-də Azərbaycanın Laçın rayonunun Əhmədli (Mollaməhmədi) kəndində anadan olmuşdur. . Orta təhsilini Əhmədli kənd yeddiillik, Ağdam şəhər 1 saylı orta, Laçın şəhər orta və Qubadlı rayonu Xanlıq kənd məktəblərində alıb ADU-nun filologiya fakültəsinə daxil olmuşdur (1953–1958). Əmək fəaliyyətinə Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi dram şöbəsinin redaktoru kimi başlamışdır. Sonra Azərbaycan EA Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir (1960). "Müasir kürd şairi A. Qoranın poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1966). Şərqşünaslıq İnstitutunun "İran ədəbiyyatı" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır (1968–1993). Ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda işləmişdir (1993-cü ildən). Ədəbi yaradıcılığa erkən başlamış, ilk şeirlərini hələ orta məktəbin beşinci sinfində ikən Laçın rayonunda çıxan "Sovet Kürdüstanı" qəzetində çap etdirmişdir. Onun "Gözəldir" rədifli ilk qoşması 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunandan sonra dövri mətbuatda müntəzəm çıxış etməyə başlamışdır.
IV Fridrix (Pfals kürfürstü)
Səmimi Fridrix (alm. Friedrich Der Aufrichtige‎; 5 mart 1574[…] və ya 1574, Amberq, Yuxarı Pfalts – 19 sentyabr 1610, 9 sentyabr 1610 və ya 1610, Heydelberq) — Vittelsbax sülaləsindən Pfals kürfürstü. 1574-cü ildə, Amberqdə doğulmuşdu. Onun valideynləri Pfals kürfürstü VI Lüdviq və Hessenli landqraf I Filippin qızı Elizabet idi. == Hakimiyyəti == 1583-cü ildə taxta çıxanda Fridrixin cəmi doqquz yaşı var idi. Bu səbəbdən onun əmisi, Lautern hakimi İohann Kazimir 1592-ci ilə qədər Pfals kürfürstlüyündə qəyyumluq vəzifəsini ələ keçirdi. Deyilənə görə, IV Fridrix lüteran kimi tərbiyə olunduğu üçün əvvəlcə İohann Kasimiri qəyyum kimi tanımaqdan imtina etmişdi. Sonradan Pfals üzərində qohumlarından biri olan Reyxardla (1521–1598) uğurlu mübarizə apardı. Bu mübahisənin həlli və həmçinin IV Fridrixin hakimiyyətinin əsas hissəsi Vetterau Qraflar Assosiasiyasında təmsil edilən zadəgan ailələri ilə sıx bağlı olan protestant məmurların qərarlarının təsirindən asılı idi. 1606/7-ci illərdə IV Fridrix Mannhaymda Fridrixsburq qalasını tikdirdi.
IV Lüdviq (Pfals kürfürstü)
IV Lüdviq (1 yanvar 1424, Heydelberq – 13 avqust 1449, Vorms) — Vittelsbax sülaləsindən 1436–1449-cu illərdə hökm sürmüş Pfals kürfürstü. == Həyatı == 1424-cü ildə III Lüdviq (1378–1436) və Savoyyalı Matildanın (1390–1438) birinci oğlu olaraq doğulub. 1436-cı ildə atası vəfat etdikdən sonra yetkinlik yaşına çatana qədər əmisi I Otto qəyyumluğu öz üzərinə götürdü. Onun hakimiyyəti dövründə 1441-ci ildə Lövenştayn qraflığı ələ keçirildi. == Hakimiyyəti == 1442-ci ildə yetkinlik yaşına çatan Lüdviq Yüzillik müharibədə iştirak etdi. 1443-cü ildə qardaşı Fridrixə kürfürstlükdə bir-sıra vəzifələr verərək sülalə hakimiyyətini gücləndirdi. 1444-cü ildə İmperiya valisi kimi Armanyakların hücumlarını dəf etdi. Lakin o əsasən, Şvabiya liqası ilə bağladığı ittifaqlar vasitəsilə Pfalsın neytrallığını qorumağa çalışdı. Həmin il Danimarka, İsveç və Norveç kralı, həmçinin Pfals-Noymarkt nəslindən olan Bavariyalı Xristofor, Bavariya-Münhen hersoqu III Albert və Regensburq yepiskopu Fridrix ilə birlikdə imzaladığı müqavilədə Yuxarı Pfalsdakı haqlarının tanınmasına nail oldu. O, həmçinin Mayns şəhəri ilə onun arxiyepiskopu arasındakı mübahisəni həll etməyə çalışdı və 1449-cu ildə cəngavərlərlə İsveçrə vətəndaşları arasında vasitəçilik etdi.
I Fridrix (Pfals kürfürstü)
Qalib Fridrix (alm. Friedrich der Siegreiche‎; 1 avqust 1425, Heydelberq – 12 dekabr 1476, Heydelberq) — Vittelsbax sülaləsindən 1451–1476-cı illərdə hökm sürmüş Pfals kürfürstü. == Gəncliyi == 1425-ci ildə doğulub. Fridrixin valideynləri kürfürst III Lüdviq və Savoyyalı Matilda idi. Frederik şahzadə üçün ənənəvi olan qılıncoynatma, ovçuluq, atçılıq kimi cəngavər bacarıqları, eləcə də yeddi humanitar elm üzrə təhsil almışdı, lakin o dövrdə yeni formalaşan dialektika və ritorika haqqında çox da məlumata sahib deyildi. O, müəllimi Ernst Landşad von Ştaynaxdan ilahiyyat öyrənmişdi. == Hakimiyyəti == Qardaşı IV Lüdviqin ölümündən sonra Fridrix 1449-cu ildən 1451-ci ilə qədər bir yaşlı qardaşı oğlu Filippin qəyyumu kimi hakimiyyətdə oldu, 1451-ci ildə onu övladlığa götürdü, özü də öncəki həyat yoldaşını boşadı və özünü kürfürst elan etdi. İmperator III Fridrix isə reaksiya olaraq onun kürfürstlüyünü tanımadı. Tezliklə onun hakimiyyətinə müqavimət göstərən Yuxarı Pfalsdakı Amberq üsyanı baş verdi. Bu üsyan 1454-cü ildə Fridrix tərəfindən yatırıldı.
I Fridrix Vilhelm (Brandenburq kürfürstü)
I Fridrix Vilhelm (alm. Friedrich Wilhelm von Brandenburg‎; 16 fevral 1620[…], Berlin Şəhər Sarayı – 29 aprel 1688, Potsdam Şəhər Sarayı[d], Potsdam) — Brandenburq kürfürstü, Prussiya hersoqu. == Fəaliyyəti == Böyük kürfürüst (alm. Großer Kurfürst‎) adlanan Fridrix Vilhelm (1640–1688) Hollandiyada mükəmməl siyasət dərsi, tarix dərsi, hərb dərslər almışdı. O, 30 illik müharibədən sonra ölkənin düşdüyü ağır vəziyyəti nəzərə alaraq, yalnız Brandenburqun qorunub saxlanması istiqamətində siyasət yeridirdi. "Membra unis kapitis" adlanan siyasət yeritdi. Mahiyyət etibarilə ittifaqın üzvü hissəsi mənasını verir. Dövlətin ayrı-ayrı hissələri özlərinin vahid bir siyasi sistemin üzvləri kimi qəbul etməyə başladı. Ayrı-ayrı şəhərlərin və zadəgan mülklərinin imtiyazları azaldılırdı. Sərt idarəetmə sistemi yaradılırdı.
I Karl Lüdviq (Pfals kürfürstü)
Karl Lüdviq (alm. Karl Ludwig‎, lat. Carolus Ludovicus, 22 dekabr 1617, Heydelberq – 28 avqust 1680) — Vittelsbax sülaləsindən Pfals kürfürstü (1648–1680). Ömrünün birinci yarısını Otuzillik Müharibə və İngiltərə vətəndaş müharibəsi zamanı sürgündə yaşadıqdan sonra, 1649-cu ildə atasının keçmiş ərazilərinin əksəriyyəti ilə birlikdə Pfals kürfürstlüyünü geri almışdı. == İlk illəri == 1617-ci ildə Heydelberqdə V Frederik və Elizabet Stüartın ailəsində anadan olmuşdur. O, 1618-ci ilin martında Sedan knyazı Henri Buyon və Uels şahzadəsinin nümayəndəsi olan dövlət katibi Albertus Mortonun iştirakı ilə vəftiz olundu. 1632-ci ildə sürgündə olan atasının ölümündən sonra Karl atasının Pfalz Elektoratındakı mülklərini miras aldı, çünki onun böyük qardaşı Henri Frederik 1629-cu ildə Niderlandda vəfat etmişdi. Əmisi Lüdviq Filipp tərəfindən böyüdülən hələ 1633-cü ildə Bant ordenini almışdı. 1635-ci ildəki Praqa sülhü onun Pfalsdakı hüquqlarını tanımadığına görə qardaşı Rupert ilə birlikdə dayısı I Karlın sarayına, İngiltərəyə köçmüşdü. 1638-ci ildə o, ingilis vəsaiti ilə kiçik bir ordu yaratmağa və Almaniyanın şimal-qərbindəki Meppeni baza kimi satın almağa nail oldu.
I Kültəpə
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni. == Ümumi məlumat == Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir. == Kültəpədəki arxeoloji tapıntılar == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır.
I Kültəpə yaşayış yeri (Babək)
Kültəpə — Naxçıvan şəhərindən 8 km aralıda yerləşən qədim yaşayış məskəni. == Ümumi məlumat == Naxçıvan şəhərindən 8 km aralıda yerləşən I Kültəpə yaşayış yeri 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədən ibarətdir. Təpə bütövlükdə aşağıdan yuxarıyadək kül, xırda daş, təsərrüfat və məişət qalıqları ilə örtülmüşdür. Buradan üzə çıxarılan dörd mədəni təbəqənin aşağıdan birinci "1a" təbəqəsi Neolit dövrünə, "1b" təbəqəsi isə Eneolit dövrünə aiddir. Qalınlığı 3,2 m olan "1a" təbəqəsi abidənin üzərindən 19–22,2 m, "1b" təbəqəsi isə 19–12,8 m dərinlikdə yerləşir. Bu təbəqələrdən tikinti qalıqları, təsərrüfat quyuları, ocaq və kürələr, müxtəlif heyvan sümükləri, daş, sümük və gildən hazırlanmış əşyalar, buğda qalıqları və qəbirlər tapılmışdır. Həmin arxeoloji materiallar Kültəpə sakinlərinin oturaq həyat sürdüklərini sübut edir. E.ə. VII–I minilliklərə aiddir. == Kültəpədəki arxeoloji tapıntılar == 1951-ci ildə Azərbaycan ЕА Tarix İnstitutunun arxеoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə I Kültəpədə sistemli tədqiqat işlərinə başlanmışdır.
I Kültəpə yaşayış yeri (Maxta, Şərur)
I Kültəpə (və ya I Maxta Kültəpəsi) — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndi ərazisində Erkən Tunc dövrünə aid yaşayış yeri. Abidə 1985-ci ildə qeydə alınmışdır. Yer səthindən 2 m hündürlükdəki təpədən ibarət olub əkin sahələri, qərb tərəfdən isə kanalla məhdudlaşmışdır. 1988-1989-cu illərdə V.H.Əliyev və S.H.Aşurovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar (100 m² sahədə) nəticəsində daş və çiy kərpicdən hörülmüş tikinti qalıqları, boz rəngli qab nümunələri, dən daşları həvəng və dəstələr, obsidian və çaxmaqdaşıdan hazırlanmış oraq dişləri, obsidian ox ucluqları, sürtgəclər, ocaq qurğusunun qalıqları və sair maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Kəşfiyyat səciyyəli tədqiqatlar zamanı yaşayış yerindən daşdan inşa edilmiş qədim məbəd, onun içərisindən isə öz bədii gözəllikləri ilə seçilən daşdan yonulmuş bütlər aşkar edilmişdir. 2006-cı ildə qədim yaşayış yerində Azərbaycan-ABŞ birgə arxeoloji ekspedisiyası kəşfiyyat xarakterli qazıntılar aparmışdır. 2008-ci ildən isə abidədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Maxta arxeoloji ekspedisiyası" S.H.Aşurovun rəhbərliyi ilə 300 kv.m. sahədə qazıntıları davam etdirir. İlk dəfə I Kültəpədən əldə olunmuş konusvari və dairəvi gil əşyalar (tokins) hələ e.ə.IV minilliyin sonlarından Azərbaycan ərazisində inzibati idarəetmənin və dövlətçilik ənənələrinin mövcudluğunu təsdiq edir. Tapıntılara əsasən abidə e.ə.
I Maksimilyan (Bavariya kürfürstü)
I Maksimilyan (alm. Maximilian von Bayern‎) və ya Böyük Maksimilyan (17 aprel 1573, Münxen – 27 sentyabr 1651[…], İnqolştadt) — ilk Bavariya kürfürstü. Maksimilian yerli feodalların müstəqilliyini azaldaraq Bavariyada mütləqiyyətçi hakimiyyətin əsasını qoyan bacarıqlı bir monarx idi. Dindar bir katolik, əksislahatın aparıcı tərəfdarlarından biri və knyazların Katolik liqasının qurucusu idi. Otuzillik müharibədə o, Yuxarı Pfals bölgəsini, eləcə də Vittelsbax qohumu V Frederikin seçki ləyaqəti ilə əlaqəli olan Pfals kürfürstlüyünü fəth edə bildi. 1648-ci ildəki Vestfaliya sülhü onun kürfürstlüyünü təsdiq etdi. Yuxarı Pfals və Pfals kürfürstlüyü isə sonradan Frederikin varisi I Karl Lüdviqə qaytarıldı və beləliklə Maksimilian Müqəddəs Roma İmperiyasının səkkizinci kürfürstünə çevrildi. == İlk illəri == Atası Bavariya hersoqu V Vilhelm, anası isə Danimarka kralı II Xristianın nəvəsi Renatadır. O, yezuitlərin üstünlük təşkil etdiyi İnqolştadt universitetində II Ferdinandla birlikdə oxuyub. Valensiyalı yezuit Qriqori onun etirafçısı və dini məsələlər üzrə məsləhətçisi idi.
I Ruprext (Pfals kürfürstü)
Qırmızı Ruprext (alm. Ruprecht I der Rote‎, 9 iyun 1309, Volfratshauzen; 16 fevral 1390, Noyştadt an der Vaynştasse) — Vittelsbax sülaləsindən Reyn qraf-palatini (1353-1356), rəsmi olaraq ilk Pfals kürfürstü (1329-1390) və Heydelberq Universitetinin qurucusu idi. == İlk illəri == 1309-cu ildə Yuxarı Bavariya hersoqu I Rudolf və onun arvadı Nassaulu Matilda (Almanların kralı Adolfun qızı). Atası 1319-cu ildə vəfat edəndə Ruprext cəmi 10 yaşı vardı. Ölümündən sonra o, anası və qardaşları Adolf (ö.1327) və Rudolfla birlikdə qraf İohann fon Nassaunun qəyyumluğu altında idi. 1317-ci il fevralın 26-da silah gücü ilə bağladığı müqavilə əsasında əmisi IV Lüdviq öz qardaşının əlindən Reyn Pfalsını alıb ələ keçirmişdi. Müharibə 1322-ci ilin avqustunda başa çatdı, lakin yalnız 1323-cü ilin iyununda IV Lüdviq və onun üç qardaşıoğlu arasında barışıq oldu. 1329-cu ildə Pavia müqaviləsində Ruprext və qardaşı Rudolf 1329-cu ildə Pfalsın müstəqil bir knyazlığa çevrilməsinə nail oldular. Əvvəlcə hər ikisi ərazini qardaşı oğlu II Ruprext ilə birlikdə idarə etdilər və 1338-ci ildə knyazlıqlarını bölüşdülər. Ruprext 1353-cü ildə Rudolfun ölümündən sonra Rudolfun mülkünü miras aldıqda və yeganə Reyn qraf-palatini olduqda, yeni imperator IV Karl Yuxarı Pfalsın bir hissəsini bu tituldan ayırdı və "Yeni Bohemiya" adı ilə Lüksemburq sülaləsinin mülklərinə daxil etdi.
Kambon küçəsi (Paris)
Kambon küçəsi (fr. Rue Cambon) — Parisin I arrondissementinəaid məşhur küçələrindən biri. Küçə fransız içtimayi və siyasi xadimi Milli Konventin sədri olmuş Pyer Jozef Kambonun şərəfinə adlandırılmışdır. 1910 cu ildə Kambon küçəsi (fr. Rue Cambon) 21 ünvanında, "Chanel Modes" atelyesini açır.
Kanada küknarı
Picea canadensis (Mill.) Britton, Sterns & Poggenb. — Picea laxa bitki növünün sinonimi. Picea canadensis (L.) Link — Tsuga canadensis bitki növünün sinonimi.
Kaysan Külük xan
Kaysan Külük xan (d. 4 avqust 1281 - ö. 1311, Monqol dilində: Хөлөг хаан, Hülüg Khaan, Külüg qaγan),) - monqol imperatoru ve III Yuan sülaləsinin və Çin imperatoru. Atasının asdı Darmabala, anasının adı isə Kunqqırat Dağı idi. Darmabalanın ilk oğlu olmuşdur.Teymur Olcaydu xanın 1307-ci ildəki ölümündən sonra Çin imperatoru oldu. Monqol imperiyası onun dövründə parçalandı.. Adının mənası "Döyüşçü xan və ya Yaxşı At xandır" == Hakimiyyəti == 1307-ci ildə Teymur Olcaydu xanın ölümündən sonra taxt açıxdı. Onun hakimiyyəti dövründü Yuan sülaləsinin çöküşü sürətləndi və Monqol imperiyası parçalandı. Onun dövründə üsyanlar çoxalmış və dövlət tənəzzül dövrünə qədəm qoymuşdur. Konfutsinin əsərləri monqol dilinə tərcümə edilmişdir.
Köhnə Küzək (Auırqazı)
Köhnə Küzək (başq. Иҫке Күзәк, rus. Старокузяково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == İnfrastruktur == Küçələr: Karl Marks, Matrosova, Oktyabrskaya, Pervomayskaya, Podqornaya, Radujnaya, Reçnaya, Sovetskaya, Frunze. == Görməli yerlər == Kənd ətrafında karst mağaralar vardır. Onlar arasında ən məşhuru Vertolyotnaya mağarasıdır.
Köhnə Küzək (Avurğazı)
Köhnə Küzək (başq. Иҫке Күзәк, rus. Старокузяково) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd İşli kənd şurasının tərkibindədir. == İnfrastruktur == Küçələr: Karl Marks, Matrosova, Oktyabrskaya, Pervomayskaya, Podqornaya, Radujnaya, Reçnaya, Sovetskaya, Frunze. == Görməli yerlər == Kənd ətrafında karst mağaralar vardır. Onlar arasında ən məşhuru Vertolyotnaya mağarasıdır.
Köln kürfürstlüyü
Köln kürfürstlüyü (alm. Kurfürstentum Köln‎) — X əsrdən XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-arxiyepiskopluğu idi. İmperiyada Köln kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Trir kürfürstlüyü. Köln arxiyepiskop-kürfürstü eyni zamanda İtaliya üçün baş kansleri idi (Müqəddəs Roma İmperiyasının üç komponentli titulyar krallığından biri, digər ikisi Almaniya və Burqundiya idi) və buna görə də bütün ruhani və dünyəvi knyazlar arasında ikinci yeri tuturdu. Kürfüstlüyün paytaxtı Köln idi. Köln burjuaziyası ilə münaqişələr kürfürstün Bonna köçməsinə səbəb olmuşdu. Köln 1475-ci ildən sonra Azad İmperiya Şəhəri kimi tanındı və beləliklə, onu hətta kürfürstün nominal dünyəvi səlahiyyətindən də çıxardı. Köln və Bonn 1794-cü ildə Fransa tərəfindən işğal edilmişdi. Kürfürstlüyün sağ sahil əraziləri 1803-cü ildə Alman mediatizasiyası zamanı dünyəviləşdirildi. Kürfürstlükdən ərazicə daha böyük olan və arxiyepiskopun yalnız kilsə səlahiyyətlərindən istifadə etdiyi Lyej və Münster kimi suffraqan yepiskopluqlarını əhatə edən Köln arxiyepiskopluğu ilə qarışdırmalıdır.
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa
Körpülülərin kürəkəni Abxaz Siyavuş Paşa (ö. 2 mart 1688) — II Süleyman dövründə ümumilikdə 5 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sədrəzəm Körpülü Mehmed Paşanın kölələrindən olub, əslən abxazdır. Bir müddət onun xidmətində olmuş, ardından qızı Ayşə Xatunla evlənmişdir. Bu səbəblə bir çox mənbələrdə Körpülü kürəkəni olaraq anılır. Sədrəzəmin vəfatından sonra sədarətə gətirilən oğlu Fazil Əhməd Paşaya kəndxuda oldu. Onun sədarəti dövründə 1663-cü ildən etibarən çıxılan Uyvar, Krit və Kamaniçe səfərlərində iştirak etmişdir. Sədrəzəm Əhməd Paşanın 1676-cı ildə vəfatının ardından həccə gedən riqabdar ağanın yerinə vəkillik etdi və ertəsi il özü də hacı oldu. Mərzifonlu Mustafa Paşanın 1678-ci ildə çıxdığı Çehrin səfəri əsnasında ikinci miraxur olduğu bilinir. Ancaq sədrəzəmin istəyilə bütün saray vəzifələrindən azad oldu və iqta sahibi hərbçi olaraq səfərə qatıldı.

sözünün leksik mənası və izahı

sözünün ləzgi dilinə tərcüməsi

"kü" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kü nədir? #kü sözünün mənası #kü nə deməkdir? #kü sözünün izahı #kü sözünün yazılışı #kü necə yazılır? #kü sözünün düzgün yazılışı #kü leksik mənası #kü sözünün sinonimi #kü sözünün yaxın mənalı sözlər #kü sözünün əks mənası #kü sözünün etimologiyası #kü sözünün orfoqrafiyası #kü rusca #kü inglisça #kü fransızca #kü sözünün istifadəsi #sözlük