* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Dinin, Allahın varlığı və birliyi kimi əsaslarını təşkil edən müddəaları danma və bu barədə deyilən söz. □ Küfr danışmaq (söyləmək) – Allahı, dini danmaq, təhqir etmək, söymək. Nə dedin? Küfr danışdın, cıraram ağzını, ha! M.Ə.Sabir. Küfr, nasəza danışmaq, hərgiz heç bir kəs üçün rəva deyil. C.Məmmədquluzadə. [Baftan:] Küfr danışma, qoca, istərəm əlahəzrətin sağlığına zəhər içərəm, istərəm lap iblis ilə öpüşərəm! Ə.Məmmədxanlı. // Dinsizlik, allahsızlıq. [Birisi:] Biz də … Hər bir yol ilə camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrünə hökm edirdik. Ə.Haqverdiyev. Nəhayət, islahat təşəbbüslərinə bir küfr təşkilatı kimi baxılırdı. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / küfr2 ə. 1) kafirlik, dinsizlik; 2) söyüş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / küfr2 устар. сущ. 1. безбожие, атеизм 2. богохульство; küfr danışmaq богохульствовать
Azərbaycanca-rusca lüğət / küfr1 i. 1. (ateist fikir) blasphemy; ~ danışmaq to blaspheme; 2. (allahsızlıq) godlessness, apostasy, atheism
Azərbaycanca-ingiliscə lüğət / küfr1 is. blasfème m ; ~ danışmaq blasphémer vt ; apostasie f, athéisme m
Azərbaycanca-fransızca lüğət / küfr1 [ər.] сущ. куьфр (Аллагь, дин инкар авун; динсузвал, аллагьсузвал, кафирвал); küfr danışmaq (söyləmək) куьфр рахун, Аллагь (дин) инкар авун, Аллагьдиз (диндиз) акси рахун, экъуьгъун.
Azərbaycanca-ləzgicə lüğəti / küfr