Kufə sözü azərbaycan dilində

Kufə

Yazılış

  • Kufə • 95.5056%
  • kufə • 2.2472%
  • KUFƏ • 2.2472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kufə
Kufə, (Ərəbcə: الكوفة əl Kufə) — İraqda şəhər, Bağdadın 170 km cənubunda, Nəcəfin 10 km şimal-şərqində yerləşir. Fərat çayı kənarındadır. 2003-cü il məlumatına görə əhalisi 110.000 nəfərdir. Əli bin Əbu Talib dönəmində xilafətin mərkəzi idi. Paytaxt olduğu müddətdə mədəni təbəqəsi və müasir dövrdə Şiə Müsəlmanlardan ibarət idi. Nəcəf və Kufə şəhərləri bir-birlərinə çox yaxındırlar və bu səbəbdən onları iki ayrı şəhər hesblamaq olmur.Muxtar Seqefinin İmam Hüseyn İbn Əli uğrunda qaldırdığı üsyan bu şəhərdə olub.
Böyük Kufə məscidi
Böyük Kufə məscidi — İraqın Kufə şəhərində yerləşir.
Kufə yaxınlığında döyüş
Qərmətilərin İraqa yürüşü — Bəhreyn qərmətilərinin Abbasilər xilafətinin paytaxt bölgəsi İraqa 927-ci ilin payızında başlayan və 928-ci ilin yayına qədər davam edən genişmiqyaslı basqını. Bu yürüş əvvəlki illərdə həcc karvanlarına edilən bir sıra dağıdıcı basqınlar, eləcə də Bəsrə və Kufənin yağmalanmasından sonra yaranan gərginliyin kulminasiya nöqtəsi idi. Bu basqınlar qərmətilərə müqavimət göstərməkdə aciz qalan Abbasi hökumətindəki ümumi siyasi nasazlıq fonunda baş vermiş, Bağdadda siyasi gərginliyi artırmış və vəzir ibn Fəratın edamına səbəb olmuşdur. 927-ci ilin oktyabr və ya noyabr ayında qərmətilərin rəhbəri Əbu Tahir Cənnəbi İraqa yürüş etmək üçün tərkibi 2,300 nəfərdən çox olmayan bir qüvvəyə rəhbərlik etmişdir. Qərmətilər dekabrda Kufəni tutmuş və Azərbaycanın əsir götürülən yarımmuxtar əmiri Yusif ibn Əbu Sac xeyli böyük ordusunu məğlub etmişdilər. Qərmətilər daha sonra şimaldan Fərat çayı boyunca Bağdada doğru hərəkət etməyə başlamış, nəticədə paytaxtda burada geniş çaxnaşma baş tutmuşdur. Təhlükəyə qarşı çıxmaq üçün 40 mindən çox qoşun toplanmış, lakin Abbasi sərkərdələri Munis Müzəffər və Əbülheycə Həmdani döyüşdən yayınmış, əvəzində Bağdad yaxınlığındakı körpüləri və kanalları dağıdaraq qərmatilərin irəliləməsinə mane olmuşdular. Baş verən daşqın nəticəsində qərmatilər 7 yanvar 928-ci il tarixində Bağdad yaxınlıqlarında irəliləməyə son qoymuş, daha sonra Fəratın digər tayına çəkilərək Şimali Mesopotamiyaya doğru hərəkət etmiş, burada bölgəni yağmalamış və sakinləri əsir götürmüşdülər. Müqavimətlə qarşılaşmayan qərmətilər 928-ci ilin yayında Bəhreynə qayıtmışlar. Yürüş Kufədə qərməti simpatizanları olan Bəqliyyə üsyanına səbəb olmuşdur, lakin bu üsyan Abbasi qüvvələri tərəfindən yatırılmışdır.
Zeynəbin Kufədə xütbəsi
Zeynəbin Kufədəki xütbəsi — Zeynəb binti Əli tərəfindən Kufə camaatına edilən çıxış. Hüseyn ibn Əlinin şəhadətindən sonra qadınlar və uşaqlar əsir götürüldü. Əsirlər karvanı Kufəyə daxil olanda insanlar karvanı görmək üçün toplaşırdılar. Zeynəb bu xütbədə Kufə camaatını Hüseynə verdikləri vədləri pozduqları və imamı dəstəkləmədikləri üçün xəbərdar etdi. == Zeynəbdən söz düşmüşkən == O, Allaha həmd etdi, Onun elçisinə salam göndərdi və Kufə camaatını ikili davranışlarına və Hüseyn ibn Əliyə kömək etmək vəzifəsini əsirgədiklərinə görə xəbərdarlıq etdi və "Cənnət cavanlarının ağası"nı öldürdükləri üçün onlara böyük bir əzabın gələcəyini vəd etdi. Zeynəbin xütbəsindən sonra insanlar heyrətləndilər və həyəcanlandılar. == Məzmun == Zeynəb binti Əli xütbəsinə Allaha həmd ilə başladı. Allaha həmd olsun, babam Məhəmmədə və onun pak və seçilmiş nəslinə salavat və salam olsun. === kufəliləri məzəmmət === Sonra davam etdi: Ey Kufə camaatı, aldadan, tərk edən və hiylə işlədən, ağlayan sizsiniz. Allah göz yaşlarınızı saxlamasın, sinəniz qəm və qəm atəşi ilə dayanmadan yansın.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2004 •• 0.67
2006 •• 0.45
2009 •••••••• 2.72
2010 0.27
2012 0.09
2013 •• 0.44

"kufə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kufə nədir? #kufə sözünün mənası #kufə nə deməkdir? #kufə sözünün izahı #kufə sözünün yazılışı #kufə necə yazılır? #kufə sözünün düzgün yazılışı #kufə leksik mənası #kufə sözünün sinonimi #kufə sözünün yaxın mənalı sözlər #kufə sözünün əks mənası #kufə sözünün etimologiyası #kufə sözünün orfoqrafiyası #kufə rusca #kufə inglisça #kufə fransızca #kufə sözünün istifadəsi #sözlük