* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Ovuc, əlin içi, aya. Bir az kənarda bir övrət çömbəlib və çənəsini hər iki əlinin kəfəsinə qoyub qaşqabaqla Əhmədin ağlamasına tamaşa edirdi. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / kəfəI (Culfa, Ordubad, Şərur, Təbriz, Zəngilan) əlin içi. – Əlimin kəfəsi yanıf (Zəngilan); – Biz əlin içinə kəfə deyərıx (Ordubad) II (Şəki) örkən. – At yükünün kəfəsini çək
Azərbaycan dilinin dialektoloji lüğəti.