* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Künc, bucaq. Otağın guşəsi. – Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. [Səlim] başqa bir guşəyə yeridi. B.Bayramov. // Tin, künc. Binanın guşəsi. □ Guşə bağlamaq – iki divarın kəsişdiyi yeri hörmək, tini tikmək. Baş tərəfdəki guşə bağlayan ustanın oxumağı ayrı bir zövq verirdi. S.Rəhimov. 2. Hissə, tərəf, cəhət. Axşam vaxtları Xansaraq şəhərinin məğrib tərəfi behiştin bir guşəsini yada salır. C.Məmmədquluzadə. 3. Qələbəlik, izdihamlı yerdən uzaq olan sakit yer. [Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric, xəlvət guşəyə özümü çəkmişəm?. M.F.Axundzadə. [Rza:] Mən yavaşca evdən çıxıb Ulduzla həyətin xəlvət bir guşəsinə çəkilmişdim. M.İbrahimov. 4. Böyük bir şeyin içində müəyyən məqsəd üçün ayrılmış xüsusi yer, hissə. Qəzetin tənqid guşəsi. – Bax, bu ikinci otaqdakı pərdəli guşələri görürsünüz, burada səs verəcəksiniz. Mir Cəlal. 5. mus. Melodiyanın, nəğmənin ən təsirli hissəsi, dəsgahlarda bitkin və aydın melodik quruluşa malik vokal-instrumental epizod. Xanəndələr onun guşələrini əzbər edib məclislərdə oxuyurdular. Ə.Haqverdiyev. Muğam – hər guşəsi sirli, soraqlı; Yola bənzəyir. B.Vahabzadə. ◊ Qırmızı guşə – siyasi və mədəni maarif işləri üçün ayrılmış, kitab, plakat və s. ilə təchiz olunmuş otaq, yer. Zavodun qırmızı guşəsi.
Azərbaycan dilinin izahlı lüğəti / guşə2 f. 1) bucaq; 2) künc; 3) uc, kənar; 4) bir şeyin iti tərəfi; tini; 5) dalda yer; sığınacaq; 6) az, bir az, azacıq; 7) kasıb ev. Guşei-çeşm 1) göz bucağı; 2) gözaltı baxma, nəzər salma; 3) m. mərhəmət, iltilaf; guşei-izlət tənhalıq yeri; guşei-nisyan xatirədən çıxma, unudulma.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / guşə2 сущ. 1. угол: 1) место, где сходятся две внутренние стороны предмета. Otağın guşəsi (küncü) угол комнаты, həyətin guşəsi (küncü) угол двора 2) глухая и отдалённая местность. Xəlvət guşə укромный угол 3) часть дома, квартиры, комнаты, предназначенная для кого-л. Pərdəli guşə занавешенный угол 2. уголок: 1) уединённое место. Bağın sərin guşəsində в прохладном уголке сада 2) часть какой-л. территории, примечательная в каком-л. отношении. Qarabağ Azərbaycanın gözəl guşələrindən biridir Карабах – один из красивейших уголков Азербайджана 3) перен. сокровенное тайное место сердца, души. Ürəyimin ən dərin guşəsi сокровенный уголок моего сердца 4) помещение, место, специально отведённое для каких-л. целей. Qəzetdə təbiətçinin guşəsi уголок натуралиста в газете, qırmızı guşə красный уголок, canlı guşə живой уголок 3. муз. колено (отдельная часть, законченный мотив в музыкальном произведении)
Azərbaycanca-rusca lüğət / guşə1 is. coin m, encoignure f ; xəlvət ~ endroit m retiré ; rahat ~ un doux chez-soi
Azərbaycanca-fransızca lüğət / guşə1 [fars.] сущ. 1. пӀипӀ, яб, муртӀ; otağın guşəsi кӀвалин пӀипӀ (яб); // тин, син; binanın guşəsi дараматдин пӀипӀ; 2. пад, тереф, жигьет; 3. инсанрилай яргъал секин чка; 4. пай, пӀипӀ (мес. газетдин); 5. пер. мелодиядин, манидин лап таъсирлу пай, эпизод; ** qırmızı guşə яру пӀипӀ (идарада, школада, заводда ва мс. туькӀуьрнавай кӀвал, пӀипӀ).
Azərbaycanca-ləzgicə lüğəti / guşə