göyə sözü azərbaycan dilində

göyə

Yazılış

  • göyə • 94.4908%
  • Göyə • 5.1753%
  • GÖYƏ • 0.3339%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Sülh göyərçini" abidəsi
"Sülh göyərçini" abidəsi — Sumqayıt şəhərində memarlıq abidəsi, şəhərin əsas rəmzlərindən biri. Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir. == Tarixi == Abidə 1978-ci ildə Sumqayıtın dənizkənarı parkında ucaldılmışdır. Abidə betondan tökülmüşdür. Alçaq səthi postament üzərində yerləşdirilmiş göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub. == Müəllifləri == Müəllifləri Sumqayıt şəhərinin baş rəssamı, Əməkdar incəsənət xadimi Vaqif Nəzirov və rəssam-heykəltaraş Asim Quliyevdir. Əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. == Bərpası == Abidə 2008-ci ilin yanvar ayının 5-də rekonstruksiya edilib.
Adi göyək
Adi göyəm
Göyəm (lat. Prunus spinosa) — gülçiçəklilər fəsiləsinin gavalı cinsinə aid çiçəkli bitki növü. == Paylanma == Növün vətəni Avropa, Qərbi Asiya və şimal-qərb Afrikadır. == Meyvəsi == Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, vitamin C və rəngləyici maddələr vardır. Dadı gər olduğundan təzə halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, "ternovka" adlı spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur.[mənbə göstərin]Meyvələri şaxta vurduqda dadı şirinləşir və təzə halda yeyilmək üçün yararlıdır. Çəyirdəyində 37%-ə qədər yağ vardır. Tərkibində acı amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir.
Ağ-qara göyərçin
Ağ-qara göyərçin (lat. Columba leucomela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Batareya göyərtəsi
Top göyərtəsi və ya Batareya göyərtəsi - çoxgöyərtəli xətt gəmisi və freqatlarda orta kalibrli döyüş toplarının yerləşdiyi göyərtə. Top göyərtəsi və ya Batareya göyərtəsi ilk olaraq 1500-cü ildə fransız gəmisi - de Şarj qapalı top portları ilə təkmilləşdirilməsindən meydana çıxmışdır. 1637 ci ildə ingilis gəmi mühəndisi, Fineas Pett ilk olaraq üçqatlı; kçik kalibrli toplar üçün III qat, orta kalibrli toplar üçün II qat, iri kalibrli toplar üçün I qat nəzərdə tutulan gəmi inşa etmişdir. == Top göyərtələrinin sayına görə gəmilərin təsnifatı == Yelkənli döyüş gəmilər batareya göyərtələrinə görə gəmi ranqlarına bölünürlər. Xətt gəmisi: 2-3 top göyərtəli - batareyalı. Freqat: bir bağlı top göyərtəsinə - batareyaya malikdir. Bəzən açıq göyərtəyə də döyüş topları qoyulur. Briq, briqantina, korvet, kliper, Şlyup: üst göyərtədə bir açıq batareyaya malikdir.
Daşlıq göyərçini
Qayalıq göyərçini (lat. Columba rupestris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Göyərçin (kənd)
Göyərçin kəndi — Qаrаqоyunlu elinin kəndlərindən biri. == Tarixi == Göyərçin kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. == Əhalisi == Göyərçin kəndi Qаrаqоyunlu elinin kəndlərindən biri olaraq Ermənistan SSR İcevan (Karvansara) rayonunda, rayon mərkəzindən 16 km cənub-şərqdə azərbaycanlılar yaşamış kənddir. Azərbaycanlı əhalisi 1897-ci ildə 257, 1926-cı ildə 271, 1931-ci ildə 205, 1939-cu ildə 237 nəfər olub. 1950-ci ildə yaxınlıqdakı Salah kəndi ilə birləşdirilmişdir, əhalisi də oraya köçürülmüşdür. Kəndin məşhur tayfaları aşağıdakılardır: Göyalılar, Məmmədalılar, Dəmirli, Abdullalı.
Göyərçin Veysəlli
Göyərçin Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Göyərçin Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Əsli Göyərcik Veysəllidir. Oykonim Göyərcik (kənd adı) və Veysəlli (etnotoponim) komponentlərindən düzəlib, "Göyərcik kəndi yaxınlığındakı Veysəlli kəndi" deməkdir. Birinci komponent eyni zamanda kəndin adını Daş Veysəlli kəndinin adından fərqləndirməyə xidmət edir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Göyərçin fotoqrafiyası
Göyərçin fotoqrafiyası 1907-ci ildə alman əczaçısı Culiyus Nübronner tərəfindən ixtira olunmuş aerofotoçəkiliş texnikasıdır. Miniatür kameranın yerləşdirilməsi üçün poçt göyərçini alüminium qoşqu ilə təchiz olunurdu. Nübronnerin patenti ilk başda qəbul edilmədi, fəqət onun 1908-ci ildə göyərçinləri vasitəsilə çəkdiyi uğurlu şəkillər patentin qəbul olunması ilə nəticələndi. Nübronner texnikasını ilk dəfə 1909-cu ildə Drezden Beynəlxalq Fotoqrafik Sərgisində ictimailəşdirdi. Çəkdiyi şəkillərin bəzilərini Frankfurt Beynəlxalq Aviasiya Sərgisinə, 1910 və 1911-ci illərdə isə Paris Hava Nümayişlərinə poçt kartoçkaları olaraq satdı. İlkin dövrlərdə göyərçin fotoqrafiyasının hərbi kəşfiyyat cəhətdən potensiyalı yüksək idi. Birinci Dünya Müharibəsindəki testlər də müsbət nəticələr göstərmişdi. Müharibədə poçt göyərçinləri üçün düzəldilmiş daşına bilən göyərçin evi texnologiyasının da təsiri az olmamışdı. Aviasiya sahəsində mükəmməlliyin üstün tutulması göyərçin fotoqrafiyasına olan hərbi marağın azalması ilə nəticələndi və beləcə Nübronner eksperimentlərini dayandırdı. Bu fikir 1930-cu ildə İsveç saatsazı tərəfindən dirçəldildi, habelə Alman və Fransız orduları tərəfindən istifadəsi davam etdirildi.
Göyərçin jurnalı
Göyərçin jurnalı - 1958-ci ildə nəşr olunmağa başlanıb. İlk redaktoru yazıçı Yusif Əzimzadə, rəssamı isə Yusif Hüseynov olmuşdur. Sonralar həmin vəzifələrdə Hüseyn Abbaszadə, Xalidə Hasilova, Tofiq Mahmud, təsviri sənət ustalarından Rafiq Mehdiyev, Arif Hüseynov və başqaları işləmişlər. Azərbaycan xalqının ən dəyərli söz-qələm ustadları məmnuniyyətlə jurnalda çıxış edib, ürək sözlərini yazıb, azyaşlı uşaqlara, yeniyetmələrə məsləhətlər, tövsiyələr veriblər."Göyərçin" ədəbi-bədii jurnaldır. Burada Azərbaycan və dünya xalqlarının nağılları, uşaq yazıçılarının əsərləri, folklor nümunələri olan tapmacalar, nağıllar, hikmətli sözlər nəşr edilir. Eyni zamanda uşaqların fərdi yaradıcıllıqlarına da yer verilir. Bundan başqa, Azərbaycan təbiəti, yurdumuzun çayları, ulu yurd yerlərimiz, Azərbaycan xalqının igid oğulları haqqında uşaqlara lazımi məlumatlar verilir. "Göyərçin"dən əlifbadan sonra ikinci dərs vəsaiti kimi də istifadə etmək olar. Çünki jurnalda çap olunan materillardan dərsliklərin tərtibində də istifadə olunur. Jurnal əsasən I-IV sinif şagirdləri üçün nəzərdə tutulub.
Göyərçin noxudu
Göyərçin noxudu (lat. Cajanus cajan) — paxlakimilər fəsiləsinin kayanus cinsinə aid bitki növü.
Göyərçin qəsri
Gövərçinqala qəsri və ya Kazım daşı — İranın Qərbi Azərbaycan ostanında Urmiya gölündə yerləşən qəsr. Urmiya gölünün içində iki dağ kimi ada var ki, adaların birində qəsr tikilib. 10 il əvvəl bu təbii qəsr hər tərəfdən su ilə əhatələnmişdi və oraya ancaq qayıqla çatmaq olardı. İndi isə Urmiya gölünün kəskin dayazlaşmasına görə adalara quru ilə getmək olar. İranın ən böyük duzlu gölü Urmiyanın 1/3 quruyub. Burada müharibə və ara çəkişmələri vaxtı ətrafda yaşayan əhalinin sığınacağı idi. Qəsrin adada olması düşmənlərin ona yaxınlaşmasını əngəlləyirdi. İndi Qala-qəsr pis, dağınıq vəziyətdədir.
Göyərçin xanım
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Göyərçinada
Göyərçinada (türk. Güvercinada) — Türkiyənin qərbində, Aydın ili, Kuşadası ilçəsinə daxil olan kiçik ada. Ada ensiz süni bərzəxlə materikə birləşir. Bu yolun uzunluğu 350 metr (1 150 fut) təşkil edir. == Adının etimologiyası == Quşadası ilçəsi, Hacı Feyzullah məhəlləsində yerləşən adada keçmişdə başda göyərçinlər olmaq üzrə çox sayda quş var idi. Bu da Göyərçinada və ya Quşadası adlarının kökləri haqqında bizə məlumat verməkdədir. == Tarixi == Adada quş adası adı ilə tanınan qala vardır. Bu ada Quşadası körfəzinə açılır. Bizans dönəmində Scala Nouva adıyla anılan Quşadası 1390-cı idə Osmanlı imperiyası tərəfindən ələ keçirilir. 1402-ildə Teymur tərəfindən alınan qala Osmanlıda çoxhakimiyyətlilik dövrü sonrası 1413-cü ildə I Mehmed tərəfindən Osmanlı torpaqlarına qatılmışdır.
Göyərçinkimilər
Göyərçinkimilər (lat. Columbiformes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinə aid heyvan dəstəsi. Göyərçinkimilər dənyeyən quşlar olduğu üçün çinədanı yaxşı inkişaf etmişdir.Qanadı uzun, döş əzələrəri güclü, uçuşu sürətlidir, yem tapmaq üçün yuvasından çox uzağa uça bilir, yerdə rahat gəzib yemlənir.Göyərçinlərin ən irisi alabaxta, kiçiyi qumrudur.Bu quşların çox növü meşədə, bağda və parkda ağaclarda, qumlu sahələrdə, damda, çöl göyərçini isə qayalarda və müxtəlif tikililərdə sadə yuva tikir.Onların hər yuvasında 2 ədəd ağ yumurta olur.Yuvası o qədər sadədir ki, ağacın altında dayanıb yuvaya baxanda onun içərisində yumurtalar görünür.
Göyərçinli (Miyanə)
Göyərçinli (fars. ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 92 nəfər yaşayır (17 ailə).
Göyərçinlər
Göyərçinlər (lat. Columbidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Göyərçinqala (Urmiya)
Göyərçinqala (fars. ‎گورچين قلعه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Göyərçinqala yaşayış yeri Urmudan 70 kilometr şimalda, Salmasdan isə 50 kilometr cənubda Urmu gölünün qırağında yerləşir. Kənd Bəydağı, Quzey və Başlar dağları ilə əhatə olunub. Kənd Qarabağ, Qalqaçı, Müğartel və Boydaş kəndləri ilə qonşu olaraq, Ənzəl mahalının mərkəzi olan Quşçudan 20 kilometr aralıdır. === Kəndin su qaynağları === Bostanava Gengərz (Genkəhriz) Arcabulağ (Kəndin ən böyük su qaynağı) Təzəgöl Hiçov Dərəgölü Şahbulağı Söyüdbulağı Acıgöl Ortagöl MinqatanAncaq bu bulağların çoxu son bir neçə ildə qurumuşdur. Hazırda kəndin içməli suyu Salmasın yaxınlığından təmin edilir. Bunlardan yalnız Arcabulağın suyu qurumamışdır. === Yer adları === Acıl Müzəfər Obatı Qaraquşu Şıx Barat == Mədəniyyət == Kənddə bir ibtidai məktəb, bir böyük məscid və hüseyniyyə, bir neçə mağaza vardır. Bu kəndin tarixi abidələrindən Göyərçinqala qəsri (Kazımxan Quşcunun sığınacağı) və onun əski hamamının adını çəkmək olar.
Göyərçinqala qəsri
Gövərçinqala qəsri və ya Kazım daşı — İranın Qərbi Azərbaycan ostanında Urmiya gölündə yerləşən qəsr. Urmiya gölünün içində iki dağ kimi ada var ki, adaların birində qəsr tikilib. 10 il əvvəl bu təbii qəsr hər tərəfdən su ilə əhatələnmişdi və oraya ancaq qayıqla çatmaq olardı. İndi isə Urmiya gölünün kəskin dayazlaşmasına görə adalara quru ilə getmək olar. İranın ən böyük duzlu gölü Urmiyanın 1/3 quruyub. Burada müharibə və ara çəkişmələri vaxtı ətrafda yaşayan əhalinin sığınacağı idi. Qəsrin adada olması düşmənlərin ona yaxınlaşmasını əngəlləyirdi. İndi Qala-qəsr pis, dağınıq vəziyətdədir.
Göyərçinək (Xudabəndə)
Göyərçinək (fars. گوگر چينک‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 738 nəfər yaşayır (168 ailə).
Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv
== Haqqında == Göyəuzan və yaxud Göyəzən Kiçik Qafqazın ekstruziv günbəzləri arasında özünün morfoloji ifadəliliyinin kəskinliyi ilə fərqlənir və ətraf ərazi üzərində baxımlı görünüşü ilə heyrətamiz bir mənzərə yaradır. Coğazçayın sol sahilində (Ağstafaçayın sağ qolu), Abasbəyli kəndinin yaxınlığında yerləşən bu günbəz azmeyilli dərətəpəli yerdə basdırılmış nəhəng daş sütununu xatırladır. Günbəz gec təbaşir (santon əsri) dövründə baş vermiş güclü vulkanik püskürmə mərkəzi yerində törəmişdir və albitləşmiş riolitlərdən ibarətdir. Günbəzin nisbi hündürlüyü 250 m, mütləq hündürlüyü 850 m, bünövrəsinin diametri isə 250 m təşkil edir. Göyəuzan günbəzi özünün vulkanik aparatının morfoloji əlamətlərinə görə Vest-İndiyadakı Martinika adasında yer səthinə çıxan (Karib dənizinin Kiçik Antil adaları) məşhur Mon-Pele vulkanik obeliskini xatırladır. Guman edilir ki, vulkanik aktivlik fazasında ekstruziv günbəz daha hündür olmuş və yüksəkliyi 500 m çatırdı. Hazırda bu ekstruziv günbəz Azərbaycan Respublikasının qərb regionundakı Avey təbiət-tarixi qoruğunun ərazisində yerləşir.
Göyəzən
Göyəzən (qəzet) —
Göyəzən (dağ)
Göyəzən dağı — Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağ. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Azərbaycanın Qazax rayonunun ərazisindədir. == Ümumi məlumat == Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpoud və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər.
Göyəzən (qəzet)
Göyəzən qəzeti - Qazax rayonunun rəsmi orqanı. Baş redaktoru Elçin İsmayıldır. Qəzet A2 formatında 4 səhifədən ibarətdir. Azərbaycanda bu formatda nəşr olunan yeganə rayon qəzetidir. == Tarixi == Qəzet 12 mart 1932-ci ildə Qazax rayonunda "Kommuna yolu" adı ilə nəşr olunmağa başlamış, 1968-ci ildə isə adını dəyişərək Qalibiyyət bayrağı adı ilə fəaliyyətinə davam etmişdir. 1980-ci illərdə 14 min tiraja malik qəzet SSRİ-nin süqutundan sonra fəaliyyətini azaltdı. 1988-ci ildə yenidən adını dəyişən qəzetin son adı "Göyəzən" oldu. Azərbaycan respublikası qurulandan sonra qəzet ildə 1-2 dəfə olmaqla az tirajla çıxırdı. 2007-ci ildən başlayaraq ayda iki dəfə nəşr olunmağa başladı. Həmin il qəzetin tirajı 3000 ədəd idi.
Göyəzən FK
"Göyəzən" — Azərbaycanın Qazax rayonunu təmsil edən futrbol klubu. 1986-cı ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. UEFA Regional Kubokunun iştirakçısı olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.83 dəfə / 1 mln.
2003 ••••••••• 1.97
2004 •••••••••• 2.02
2005 ••••••• 1.35
2006 •••••••• 1.58
2007 ••••• 1.06
2008 •••• 0.73
2009 ••••••••••• 2.40
2010 ••••••••••••••• 3.09
2011 •••••••••• 2.14
2012 ••••••••••••• 2.67
2013 •••••••••••••••••••• 4.38
2014 ••••••••••••• 2.75
2015 ••••••• 1.36
2016 •• 0.35
2017 ••• 0.65
2018 •••• 0.75
2019 ••••• 0.97
2020 •• 0.27

"göyə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#göyə nədir? #göyə sözünün mənası #göyə nə deməkdir? #göyə sözünün izahı #göyə sözünün yazılışı #göyə necə yazılır? #göyə sözünün düzgün yazılışı #göyə leksik mənası #göyə sözünün sinonimi #göyə sözünün yaxın mənalı sözlər #göyə sözünün əks mənası #göyə sözünün etimologiyası #göyə sözünün orfoqrafiyası #göyə rusca #göyə inglisça #göyə fransızca #göyə sözünün istifadəsi #sözlük