göyərmək sözü azərbaycan dilində

göyərmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • göyərmək • 81.6667%
  • Göyərmək • 13.3333%
  • GÖYƏRMƏK • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

göyərmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Göy rəng almaq, göy olmaq, göyləşmək, maviləşmək. 2. Zərbə və ya bərk şeyə toxunma nəticəsində bədənin bir yeri göy olmaq. Qolu göyərdi. – Qızın üzü-gözü, … zərif dodaqları şişmiş, bir yerdən hətta göyərmişdi. H.Seyidbəyli. 3. məc. Soyuqdan, hirsdən, qeyzdən göy olmaq, göy rəng almaq. Lalənin dodağı gömgöy göyərib; Üzü gah ağ olur, gah qıpqırmızı. R.Rza. Ədhəmin qara sifəti dərhal dönüb göyərdi. B.Bayramov. // məc. Bərk hirslənmək, özündən çıxmaq. Görüb o quşları göyərdi Osman; Turutun düzündə olduğu zaman. H.K.Sanılı. 4. Uzaqdan görünmək (göy şey haqqında). Uzaqdan dəniz göyərirdi.

    Azərbaycan dilinin izahlı lüğəti / göyərmək
  • 2 f. 1. Bitmək, göyərməyə başlamaq, cücərmək. Arpa göyərdi. – Sünbül göyərir səbzə kimi güllərə qarşı. Q.Təbrizi. Dağlar, çöllər düşərdi; Novruzgülü göyərdi. A.Səhhət. 2. məc. Baş vermək, nəşət etmək, əmələ gəlmək, səbəb olmaq. Fitnə göyərir torpağımızdan, daşımızdan; Tarac edərək bac alarız qardaşımızdan. M.Ə.Sabir. 3. məc. Bir nəticə vermək, nəticə hasil olmaq. [Bəy:] Ürəyimdən keçənlər bir-bir göyərir. Mir Cəlal. Sədr vaxtilə dediyi sözlərin göyərdiyini görüb boğazını arıtladı. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / göyərmək
  • 3 f. Yaşıllaşmağa başlamaq, yaşıllaşmaq. Bağlar göyərib. Çəmən göyərdi. – Bahar yaşıllaşdı, dağlar, səhralar yuxudan ayılıb göyərməyə başladı… Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / göyərmək

göyərmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

göyərmək sözünün antonimləri (əks mənalı sözlər)

göyərmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 GÖYƏRMƏK I f. Bitkinin yerdən təzəcə göz verməsi. Qayaların qoltuğunda barmaq-barmaq gicitkən göyərir. GÖYƏRMƏK II f. Müəyyən təsir nəticəsində, bədəndə, qollarda və s.-də əmələ gələn göylük. Bütün bədəni göyərmiş, üzü şişmişdi (S.Rəhman).

    Azərbaycan dilinin omonimlər lüğəti / göyərmək

göyərmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. синеть, посинеть; 2. зеленеть; 3. расти, взрасти, дать ростки; 4. голубеть, показаться голубым;

    Azərbaycanca-rusca lüğət / göyərmək
  • 2 1 глаг. синеть: 1. становиться, стать синим; посинеть. Soyuqdan göyərmək посинеть от холода, zədədən göyərmək посинеть от ушиба 2. выделяться своим синим цветом. Uzaqda dəniz göyərirdi вдалеке синело море 2 глаг. зеленеть, позеленеть: 1. становиться, стать зелёным, покрываясь травой, листвой. Ağaclar göyərir деревья зеленеют, çəmənlər göyərir зеленеют луга 2. приобретать зелёную окраску. Bürünc göyərir бронза зеленеет 3. только несов. выделяться своим зелёным цветом. Uzaqda küknar ağacları göyərir вдали зеленеют ели, ot göyərir зеленеет трава 3 глаг. 1. прорастать, прорасти (выпустить росток, дать ростки). Arpa göyərdi ячмень пророс 2. перен. давать, дать первые результаты, всходы

    Azərbaycanca-rusca lüğət / göyərmək

göyərmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (zərbədən) to become* / to turn blue; 2. (görünmək) to show* blue; Uzaqda dəniz göyürir The sea shows blue in the distance; 3. (yaşıllaşmaq) to become* / to grow* green; 4. (toxum) to sprout; Toxum göyərməyə başlayıb The seeds have begun to sprout

    Azərbaycanca-ingiliscə lüğət / göyərmək

göyərmək sözünün fransız dilinə tərcüməsi

göyərmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. вили хьун, вили ранг къачун; 2. вили хьун (ягъуникай, мекьивиляй, хъиляй ва мс.); 3. яргъай виливал алаз акун, вили хьана акун, вилиз акун (вили затӀ); 4. пер. гзаф хъел акатун, хъел атун, къапарай акъатун.

    Azərbaycanca-ləzgicə lüğəti / göyərmək
  • 2 гл. къацу жез авалун, къацу хьун (мес. багъ).

    Azərbaycanca-ləzgicə lüğəti / göyərmək
  • 3 гл. 1. экъечӀун, акьалтун, цӀирун; 2. пер. хьун, себеб хьун, арадал атун; 3. пер. са нетижа гун, нетижа гьасил хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / göyərmək

göyərmək sözünün türk dilinə tərcüməsi

"göyərmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#göyərmək nədir? #göyərmək sözünün mənası #göyərmək nə deməkdir? #göyərmək sözünün izahı #göyərmək sözünün yazılışı #göyərmək necə yazılır? #göyərmək sözünün düzgün yazılışı #göyərmək leksik mənası #göyərmək sözünün sinonimi #göyərmək sözünün yaxın mənalı sözlər #göyərmək sözünün əks mənası #göyərmək sözünün etimologiyası #göyərmək sözünün orfoqrafiyası #göyərmək rusca #göyərmək inglisça #göyərmək fransızca #göyərmək sözünün istifadəsi #sözlük