Ko sözü azərbaycan dilində

Ko

Yazılış

  • Ko • 52.2803%
  • ko • 26.8076%
  • KO • 20.6897%
  • kO • 0.2225%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ko Arima
Ko Arima (22 avqust 1917, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Ko Takamoro
Ko Takamoro (9 noyabr 1907 - 26 mart 1995) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ko Un
Ko Un— (kor. 고은; 1 avqust 1933, Günsan[d], Yaponiya imperiyası) — Koreya şairi və nasiri, ictimai xadim, insan hüquqları müdafiçəsi == Həyatı == Cənubi Koreya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ko Un 1933-cü ilin avqust ayının 1-də Koreya Respublikasının Jeonlabukdo əyalətinin Gunsan şəhərində anadan olmuşdur. Koreya müharibəsində böyük çətinliklərlə üzləşmişdir. 1952-ci ildə — on səkkiz yaşında buddist rahibi olmuşdur. 1957-ci ildə başqa bir rahiblə Buddist təmayüllü qəzet qurmuş və onun baş redaktoru olmuşdur. Həmin qəzetin səhifələrində ilk şeir və esselərini dərc etmişdir. 1958-ci ildə görkəmli şair Ço Çi Xunun tövsiyəsi ilə "Müasir ədəbiyyat" ədəbi toplusunda dərc olunan həcmcə kiçik "Vərəm" adlı şeiri ilə ədəbiyyat aləminə qədəm qoymuş, ilin şairi seçilmişdir. 1962-ci ildə Ko Unun ilk şeirlər toplusu olan "Özgə dünya həssaslığı" kitabı nəşr edilir. Bu dönəmdə o, nəinki Buddist dairələrdə, həmçinin ədəbi mühitdə kifayət qədər tanınırdı. O, Çondung məbədinin baş rahibi, sonra təhsil direktoru və Haein məbədinin rəhbəri vəzifəsini icra etmiş və nəhayət Milli Rahiblər Birliyi Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
Maykl Ko
Maykl Duqlas Ko(ing. Michael D. Coe; doğ. 1929) — ABŞ arxeoloqu, antropoloqu. == Həyatı == Maykl Ko 1929-cu ildə anadan olub. Yel Universitetinin professorudur. Mayya sivilizasiyası ilə məşğul olur. Harvard Universitetində fəlsəfə doktoru adını alıb. == Xarici keçidlər == Майкл Ко, "Майя. Исчезнувшая цивилизация: легенды и факты" М., Центрполиграф, 2004.
Şen Ko
Şen Ko və ya Şen Kuo (Çin dilində:沈括 Shěn Kuò, 1031, Hançjou[d] – 1095, Çjentszyan) — İntibah dövründə yaşamış, ensiklopedik biliyə malik Çin alimi. Onun elmi fəaliyyəti riyaziyyat, astronomiya, meteorologiya, geologiya, zoologiya, botanika, farmakologiya, aqronomluq, etnoqrafiya və kartoqrafiya kimi elm sahələrini əhatə etmişdi. Şen Ko eyni zamanda özünü diplomat, general, maliyyə naziri, dövlət müfəttişi, hidromeliorasiya sahəsində mühəndis, ixtiraçı, şair və musiqiçi kimi də göstərmişdi. == Gənclik illəri == Şen Konun anasının böyük qardaşı hərbi işlər üzrə mütəxəssis, Xu Tsyan Tszin ("Hərbi rəislər üçün traktat", 《虎钤经》) əsərinin müəllifi Syuy Dun (許洞/许洞, ок. 976 — ок. 1016) idi. Şen Ko heç vaxt məşhur dayısını görməmişdi, lakin dayısının evinə gəlməsi bu gənc üçün xüsusilə faydalı oldu, o, bütün günlərini dayısının zəngin kitabxanasında keçirirdi. Bu kitabxanada həm də Syuy Dunun əlyazmaları saxlanılırdı. Şen Konun anası gözəl təhsil almışdı və o, oğlunun təlim və tərbiyəsi iə müntəzəm olaraq məşğul olurdu. Şen Konun atası Şen Çjou (沈周, 978–1051), əyalət məmuru idi.
Ko (buxur)
Yapon buxuru (香, ko) – Yaponiyada istifadə olunan ənənəvi buxur. Meditasiya, dini mərasim, aromaterapiya və ya xoş qoxu kimi məqsədlər üçün istifadə olunur. Yapon buxuru ilə məşğul olmaq sənəti kodo adlanır. == Tarixi == Buxur Yaponiyaya Çin vasitəsilə gəlmişdir. Yaponiyada buxur yandırılmasından bəhs edən ən qədim mənbə "Nihon Şoki" xronikasıdır. Buxur ilk dəfə 595-ci ildə İmperatriça Suiko və Şahzadə Şotokunun dövründə istifadə olunmuşdur. Şotoku buddizmin Yaponiyadakı təbliğatçısı idi və buxur buddizmdə geniş istifadə olunurdu. Onun da təsiri altında buxur qısa müddətdən sonra populyarlaşmış və evlərdə də istifadə olunmağa başlanmışdır. Xüsusilə, saray əyanları buxur yandırmağı sevirdilər. Müxtəlif istehsalçılar öz buxurlarını hazırlamağa başlamış və yapon buxurunu yaratmışdırlar.
Ko-marketinq
Ko-marketinq (ing. co-marketing) və ya müştərək marketinq — ümumi məqsəd və vəzifələri olan vahid kompleks prosesi təmsil edən xidmət və malların yaradılmasının, habelə onların bazarda satışı mexanizmlərinin birgə idarə edilməsidir. Daha dar mənada ko-marketinq bazarda məhsulu birgə satan iki və ya daha çox sahibkarlıq subyekti arasında formal əlaqə kimi qəbul edilir. Şirkətlərin fəaliyyətinin açıq şəkildə özünütəşkilati xarakteri əməkdaşlığın yeni formalarını yaradır və onları təyin etmək üçün istifadə olunan bir sıra yeni terminlərin yaranmasına kömək edir: dual branding (ikili brendinq), cross-marketing (kross-marketinq), coalition loyalty program (koalisiya loyallıq proqramı), co-branding (ko-brendinq). == Əsas məqsədləri == malların satışından və ya xidmətlərin göstərilməsindən əldə edilən mənfəətin artırılması; satış artımının təmin edilməsi; bazar seqmentində şirkətin payının artırılması; müştərilərin və ya istehlakçıların ehtiyaclarını ödəmək; marketinq büdcəsinin optimallaşdırılması; məhsulun istehlakçılara təqdimatının optimallaşdırılması == Əsas obyektləri == Birgə marketinqin əsas obyektləri adətən: pul və ya maddi sərvətlər reklam müştəri bazaları istehsal olunan məhsullar müəyyən bir sahədə təcrübə saytlar (pərakəndə satış sahələri, qablaşdırma materialları, internet saytları və s.) xeyriyyə ideyalar. == Xüsusiyyətləri == Ko-marketinq marketinq sahəsində yeni bir istiqamət kimi 90-cı illərin sonlarında meydana çıxdı. XX əsrdir və məhsul və ya məhsullar qrupunun birgə istehsalı, təşviqi və satışı üçün öz imkanlarını və resurslarını birləşdirən bir neçə şirkətin qarşılıqlı əlaqəsinə əsaslanır. C. Narus və C. Anderson hesab edirlər ki, birgə marketinqin yaranması "… müəyyən bir şirkətin uğurunun indi qismən digər şirkətdən asılı olduğunun qarşılıqlı anlaşması və etirafı…" deməkdir. Ko-marketinq ideyaları ənənəvi marketinq ("şaquli marketinq") dövrünün sonunun başlanğıcını qoydu və bu sahədə lateral marketinq adlanan yeni eranın və müvafiq olaraq lateral düşüncənin inkişafına töhfə verdi. Ko-marketinq növü şaquli müxtəlifliyindən mövcud bazarlardakı vəziyyətdən asılı olmayaraq, əsas diqqəti əmtəə istehsalına yönəltməsi ilə fərqlənir.
Ko La Ça
Ko La Ça (10 may 1976) — Honq Konqu təmsil edən stolüstü tennisçi. == Karyerası == Ko La Ça Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Ko La Ça Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
U Ko Ni
Ko Ni (birm. ကိုနီ, tələffüzü [kò nì]; U Ko Ni kimi də tanınır; 11 fevral 1953 – 29 yanvar 2017) — Myanma dövlət xadimi və Dəfnə Hüquq Firmasının təsisçisi və hüquqşunası. Ni həmçinin Müstəqil Hüquqşünaslar Assosiasiyası, Beynəlxalq Vəkillər Kollegiyasının, Myanma Yazıçılar birliyinin üzvü olmuşdur. Hökumət üzərində konstitusiya hüququ almadan Aunq Su Kyinin de-fakto rəhbərliyi altında Milli Demokratiya Liqasına (NLD) müşavir təyin olunmuşdir. U Ko Ni insan hüquqlarının qorunması və demokratik seçkilərdən bəhs edən altı kitabın müəllifidir. Ko Ni həmçinin dinlərarası hərəkatlarda da fəallığı ilə yadda qalmışdır. O, Myanmada konstitusiyaya dəyişikliklərin təbliğində fəal iştirak etmişdir. U Ko Ni 29 yanvar 2017-ci ildə İnformasiya Nazirliyi İttifaqının və Pe Myintin rəhbərlik etdiyi qrupla birlikdə sinor lider gəmi proqramını ziyarət etdikdən sonra İndoneziyaya yollanarkən Yanqon Hava Limanında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdir.
Esanbe Hanakita Ko adası
Esanbe Hanakita Ko adası (エサンベ鼻北小島) – Oxot dənizində, Yaponiyanın şimalındakı Hokkaydo adasından təxminən 1650 fut məsafədə yerləşən yaşayış olmayan bir adadır. Oxot dənizindəki Hokkaydo adasının şimalında, Sarufutsudan 500 metr aralıda yerləşirdi. Ada adını 2014-cü ildə alıb. 1987-ci ildə aparılan tədqiqatda onun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1,40 metr yüksəklikdə olub. 2018-ci ilin oktyabr ayında Sarufutsu sakinləri onun itdiyini aşkar etdilər, adanın su altında olduğu müəyyən edildi. Bu, külək və qışda dənizdə əmələ gələn buzların sürüşməsi nəticəsində yaranan eroziya ilə əlaqələndirilir. Adanın yoxa çıxması təsdiqlənərsə, Yaponiyanın dənizin bu hissəsindəki müstəsna iqtisadi zonasının yarım kilometr azalmasına səbəb olacaq.
Gəncə Dövlət Regional Kolleci
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Humanitar Kolleci
Gəncə Humanitar Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Peşə təlimi; Musiqi müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Dizayn; Maliyyə işi; Bədən tərbiyəsi və idman. == Ləğvi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Humanitar Kolleci Gəncə Texniki Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.
Gəncə Musiqi Kolleci
Gəncə Musiqi Kolleci (əvvəlki adı: Gəncə Musiqi Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Gəncə Musiqi Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanırdı: Musiqi müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Gəncə Müsəlman Milli Komitəsi
Müsəlman Milli Komitələri və ya Müsəlman Milli Şuraları — Fevral inqilabından sonra Azərbaycan şəhərlərində yaradılmış təşkilatlar. == Haqqında == Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi 1917-ci il aprelin 15–20-də Bakıda keçirilən Qafqaz müsəlmanları qurultayı ərəfəsində Qafqaz müsəlmanlarına müraciət dərc etmişdi. Müvəqqəti İcraiyyə Komitəsinin qarşıya qoyduğu başlıca məqsədlərdən biri özünüidarə orqanlarında və gələcək Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasına nail olmaq idi. Qafqaz müsəlmanları qurultayında Cənubi Qafqaz üçün, mərkəzi Bakı olmaqla, Şimali Qafqaz və Dağıstan üçün isə mərkəzi Vladiqafqaz olmaqla Mərkəzi Komitələr yaratmaq qərara alındı. Cənubi Qafqaz üçün Mərkəzi Komitənin təşkili Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinə tapşırıldı. 1917-ci il noyabrın 9–12-də Bakıda Cənubi Qafqaz Müsəlman Milli Komitələrinin Konfransı keçirildi. Konfrans millətlərin öz müqəddəratını təyinetmə hüququnun dərhal reallaşması məqsədilə Milli Müəssislər Məclisinin çağırılmasını qərara aldı. Sürətlə cərəyan edən siyasi proseslərin gedişində Azərbaycan Müəssislər Məclisini çağırmaq qeyri-mümkün olduğundan Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin həllini Zaqafqaziya seyminin müsəlman üzvlərinə həvalə etdi. 1918-ci il mayın 27-də Seymin müsəlman fraksiyası özünü Azərbaycan Müvəqqəti Milli Şurası adlandırılaraq, mayın 28-də Azərbaycanın İstiqlal Bəyannaməsini elan etdi. Beləliklə, Müsəlman Milli Komitələri başlıca məqsədinə nail oldu.
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. == Haqqında == Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Gəncə Texniki Kolleci
Gəncə Texniki Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Mühasibat uçotu; Elektrik təchizatı; Nəqliyyatda daşımaların təşkili; Yol hərəkətinin təşkili; Rabitə qovşaqları və kommunikasiya sistemləri; Baytarlıq; Nəqliyyat vasitələrinin təmiri və servisi. == Ləğvi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci Gəncə Humanitar Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.
Gəncə Tibb Kolleci
Gəncə Tibb Kolleci (əvvəlki adı: Gəncə Tibb Məktəbi) — Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Gəncə Tibb Məktəbi olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən hazırkı ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Müalicə işi; Mamalıq işi; Əczaçılıq; Tibb bacısı işi; Ortopedik stomatologiya.
Gəncəli xan kompleksi
Gəncəli xan kompleksi — Səfəvilər dövrünə aid kompleks. İranın Kirman şəhərinin qədimi mərkəzində yerləşir. Kompleks məktəb, kvadrat, karvansara, hamam, su anbarı, zərbxana, məscid və bazardan ibarətdir.
Gətirmə konusu
Gəz (konfet)
Gəz — İsfahan bölgəsində şəkər ya bal, yumurtanın ağı, Badam və püstə içi, hil və gülab ilə hazırlanan nuqanın ənənəvi adı. Orijinal növündə şəkər və bal əvəzinə zaqros dağlarında becərən yulğun ağacından ələ gələn çıxarışdan (əngəbin) istifadə olunur.
HDMI konnektoru
HTC korporasiyası
High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır. Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.
Haaqa Konfransı (1922, iyun-iyul)
Haaqa konfransı — I dünya müharibəsindən sonra dünyada iqtisadi, siyasi sistemi normallaşdırmaq, rusiyadan borcların geri alınması üçün təşkil olunan beynəlxalq konfransdır. == Əvvəlki hadisələr == Haaqa konfransından əvvəl İngiltərənin baş naziri Lloyd Corc Kannda keçirilən Müttəfiqlərin Ali Şurasının iclasında dünyada maliyyə-iqtisadi problemləri həll etmək üçün beynəlxalq konfransın çağırılmasını təklif edir. Onun bu təklifi qəbul olunur. Qəbul olunan qətnaməyə görə Genuyada çağırılacaq konfransda baş nazirlər iştirak etməli idi. Konfransda İngiltərəni baş nazir Lloyd Corc, Almaniyanı kansler Virt, Fransanı xarici işlər naziri Lui Bartu, İtaliyanı baş nazir Fakta təmsil edirdi. Sədr Fakta seçilir. Konfrans qarşısına qoyduğu problemlərin-Almaniyadan təzminat almaq, borclar, Rusiya məsələsi və Yaxın Şərq məsələlərinni demək olar ki, heç birini həll edə bilmir. Qəbul edilən qərara əsasən, bu problemlərin həllinin davamı (xüsusilə Rusiyadan borcların alınması) Haaqada keçiriləcək konfransa qədər ertələnir. == Konfrans == Haaqa konfransı 1922-ci il iyun ayının 15-dən iyulun 20-dək davam etmişdir. Konfransda rus və qeyri-rus komissiyaları, xüsusi mülkiyyət, borclar və kredit yarımkomissiyaları yaradıldı.
Haaqa konvensiyaları və bəyannamələri (1899 və 1907)
1899 və 1907-ci il Haaqa Konvensiyaları — Niderlandın Haaqa şəhərində keçirilən iki beynəlxalq sülh konfransında qəbul edilmiş bir sıra beynəlxalq müqavilələr və bəyannamə. Cenevrə Konvensiyaları ilə yanaşı, Haaqa Konvensiyaları, dünyəvi beynəlxalq hüquqa görə müharibə və hərbi cinayətlər qanunlarının ilk rəsmi bəyannamələrindən biri idi. Üçüncü konfransın 1914-cü ildə keçirilməsi planlaşdırılırdı və daha sonra 1915-ə təxirə salındı, lakin Birinci Dünya Müharibəsinin başlaması səbəbindən baş tutmadı. 1899 və 1907-ci illərdə Rusiyanın təşəbbüsü ilə çağrılan Haaqadakı birinci və ikinci sülh konfranslarında , müharibə qanunları və adətlərinə dair beynəlxalq konvensiyalar qəbul edildi və bu, beynəlxalq humanitar hüquq normaları məcmuəsinin əsasını qoydu. İkinci Haaqa Konfransı, II Nikolayın Millətlər Birliyini yaratmaq fikrini dəstəklədi. == Tarixi == 1899 və 1907-ci illərdəki Haaqa Konvensiyaları müharibənin aparılması ilə məşğul olan ilk çoxtərəfli müqavilələr idi və əsasən ABŞ Prezidenti Abraham Linkoln tərəfindən 24 aprel 1863-cü ildə imzalanaraq ABŞ Müttəfiq Qüvvələrinə ötürülən Liber Qanununa əsaslandı. Amerika Vətəndaş müharibəsi zamanı. Liber Qanunu, hərbi vəziyyət zamanı davranış qaydalarını təsbit edən ilk rəsmi hərtərəfli kodlaşdırılmış qanun idi; mülki şəxslərin və mülki mülkiyyətin qorunması və qanun pozuntularına görə cəza; qaçanlar, hərbi əsirlər, girovlar və soyğunçuluq; partizanlar; casuslar; barışıq və məhbus mübadiləsi; keçmiş üsyançı qoşunların şərti azadlığa buraxılması; hər hansı bir barışığın şərtləri və insan həyatına hörmət; düşmən ərazidə əsgərlərin və ya vətəndaşların öldürülməsi və öldürülməsi; və hökumətə qarşı vətəndaş müharibəsində iştirak edən şəxslərin statusu. Bununla birlikdə, dövlət başçıları tərəfindən Rus diplomatiyasına təklifləri konkretləşdirmək imkanı verən və Rusiya Xarici İşlər Nazirinin 1898-ci il 30 dekabr tarixli rəsmi müraciətində xülasə edən Rusiya təşəbbüsünə qarşı açıq bir danışma olmadı. forumun gündəliyinə aşağıdakı məsələləri əlavə edin: "Hərbi ehtiyaclar üçün quru və dəniz silahlı qüvvələri və büdcələrinin indiki tərkibinin müəyyən bir müddətdə qorunması və gələcəkdə silahlı qüvvələrin və hərbi büdcələrin azalmasının həyata keçirilə biləcəyi vasitələrin ilkin öyrənilməsi.
Haaqa konvensiyası
Haaqa konvensiyası — (hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında) 1954-cü il Haaqa konfransında (21.04.-14.05) qəbul edilmiş və 07.08.1954-cü ildən qüvvədədir. 133 ölkə bu konvensiyanın incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Konvensiyanın iştirakçıları özlərinin qanun vericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərin pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin. Haaqa konvensiyasında konvensiyanın tətbiq edilməsi qaydaları müəyyən edən icraedici reqlament və işğal edilmiş ərazilərdən mədəni dəyərlərin çıxarılmasını qadağan edən protokol qəbul edilmişdir.
Haas (Formula-1 komandası)
Haas (ing. Haas F1 Team) — Formula 1 dünya çempionatında yarışmaq üçün yaradılan amerikalı avto yarış komandası, NASCAR seriyasında iştirak edən Stüart-Haas Reysinq komandasının həmtəsisçisi Cin Haasdır. Komanda 2014-cü ilin aprelində yaradılmış və 2015-ci ildə mövsümün başlanğıcında iştirak etməsi planlaşdırılsa da, 2016-cı il mövsümünə qədər təxirə salınmasına qərar verilmişdir. «Haas» sıx əməkdaşlıqda olduğu Ferrarinin motorları və ötürücü qutularını istifadə edir.. == Tarixi == Haas Formula 1-də iştirak etmək qərarına gələn ilk amerika komandasıdır, çünki 2010-cu ildə başlamağı planlaşdırılan uğursuz ABŞ F1 Team layihəsidir. Həm də çempionata çatmış ilk Amerika komandasıdır. 2014-cü ildə komanda Banberi şəhərində qərargahı satın almışdı və «Marusinin» əmlakının satılması zamanı hərraca çıxarılmışdı. Günther Ştayner komandanın lideri təyin edildi. 2015-ci ildə Rob Teylor komandanın baş dizayneri oldu. Komanda 2016-ci ilə Romen Qrojan ilə, 30 oktyabrda isə Esteban Qutyerres ilə müqavilə imzalamışdır.
Haas Lola (Formula-1 komandası)
Haas Lola (ing. Team Haas (USA) Ltd) 1985-ci ildən 1986-cı ilə qədər Formula 1 Dünya Çempionatında yarışan Amerikanın keçmiş avtomobil yarış komandası. Komanda, 1984-cü ildə Carl Haas və Teddy Mayer tərəfindən yaradılmışdır. Haas Lola qrupunun sponsoru Amerikanın qida şirkəti Beatrice Foods olmuşdur. == Tarixi == 1984-cü ildə Carl Haas, komandasının Championship Auto Racing Teams (CART) Indicar-da iştirakı üçün Amerikanın Beatrice Foods qida şirkəti ilə uğurlu müqavilə imzaladı. Uğurlu müqaviləyə Formula1 –də iştirak və yeni Ford mühərriklərin alınması daxil idi. Ford V6 turboşarjlı mühərriki inkişaf mərhələsində idi və ekskluziv olaraq komanda üç il ərzində bu mühərriklərin alıcısı oldu. Elanın bir hissəsi olaraq, köhnə dünya çempionu Alan Jones 1985-ci ildə komandanın yeni yarış avtomobilini idarə etmək üçün üç illik aradan sonra qayıtdı. Yaxşı maliyyələşdirmə və yeni mühərriklərlə təmin olunan Carl Haas, yeni bir avtomobil inkişaf etdirmək üçün komanda və layihə qrupu təşkil etməyə başladı. Keçmiş rəhbər Teddy Mayer, layihənin ortaq sahibi oldu və İngiltərənin Colnbrook şəhərindəki keçmiş fabrikinə köçürmək üçün komandanı avtomatlaşdırdı və Formula One Race Car Engineering (FORCE) yaratdı.
Hacı Bektaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Hacı Bəktaş Vəli kompleksi
Hacı Bektaş Vəli kompleksi — Nevşəhər ilinin Hacıbektaş ilçəsində yerləşən ələvi mədəniyyət abidəsi. 13-cü əsrdə sufilərin müqəddəsi Hacı Bektaş Vəlinin xanəgahı kimi qurulmuşdur. Onun vəfatından sonra burada onun məqbərəsi inşa edildi. Mustafa Kamal Atatürkün Avropa islahatları və 1925-ci ildə Bektaşi ordeninin Albaniyaya sürgün edilməsindən sonra kompleks bağlandı və 1964-cü ildə muzey olaraq açıldı. Kompleksin xanəgahı Türkiyənin ilk "Kral tipli" xanəgahı hesab olunur. İndiki dövrdə də yüz minlərlə ələvilər, Bektaşilər, hətta Türkiyə və Albaniya sünniləri kompleksi ziyarət edirlər. Hər il avqust ayında burada böyük festivallar keçirilir. 2012-ci ildə Hacı Bektaş Vəli kompleksi UNESCO-nun Ümumdünya irsinin ilkin siyahısına əlavə olundu. 2019-cu ildə təxminən 600 min adam tərəfindən ziyarət edilən muzey, Türkiyənin ən çox ziyarət edilən səkkizinci muzeyidir.
Hacıabad (Korani)
Hacıabad (fars. حاجي آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Hadum Məscidi (Kosovo)
Hadum Məscidi (alb. Xhamia e Hadumit, serb. Хадум џамија у Ђаковици) — Kosovonun Qyakova bələdiyyəsindəki XVI əsrin (1594 ya da 1595) son on ilində Memar Sinan tərəfindən inşa edilmişdir. Binası məscidin adını açıqlayan Hadum Süleyman Əfəndi — Hadum Ağa tərəfindən maliyyəyə edildi. Məscid Ceyk Vulanın mülkiyyətində inşa edilmişdir və Köhnə Bazarda yerləşir. Düzbucaq planlı, günbəz ilə örtülmüş struktur, İslami-Kosovolu tərzdəki məscidin klassik formalarına aiddir. Məscidin ətrafında yonulmuş bəzəkləri olan türbələr köhnə Osmanlı dilində əsərlərlə bəzədilmişdir. Türbələr Qyakovadakı ən hörmətli ailələrə aid idi. Eyni zamanda bir hamamı da var idi, ancaq İkinci dünya müharibəsi əsnasında məhv edilmişdir. Girişlər, çiçəkli cədvəllər, həndəsə formalar, Qurandan sitatlar və naxışlarla örtülüdür.
Haffman kodlaşdırması
Haffman kodlaşdırması – verilənlər yıgınının ayrı-ayrı elementlərinin nisbi aşkarlanma tezliyinə əsaslanan sıxlaşdırılması üsulu: verilmiş element nə qədər tez-tez rast gəlinərsə, ona uyğun olan kod da bir o qədər qısa (bitlə) olacaq. Adətən, bu üsul mətnlərə tətbiq olunur və kodlaşdırma hərflərin işlənmə tezliyinə əsaslanır. Haffman kodlaşdırması verilənlərin sıxlaşdırılmasının ilk alqoritmlərindən biridir, o indi də bəzi dəyişikliklərə uğrayaraq ən geniş yayılmış kodlaşdırmalar sırasındadır. Haffman kodlaşdırmasının tətbiqi nəticəsində təmin edilən qənaət (verilənlər bitlərinin sayının azaldılması) bir çox hallarda (məsələn, modemin köməyilə telefon xətti ilə faylın ötürülməsində) çox əhəmiyyətli ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında qərar
Hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqinda parlamentin qərarı == Tarix == 27 aprel 1920-ci il, Axşam saat 11.00 == Məktubun məzmunu == Sizin 27 aprel tarixli məktubunuzu müzakirə və onun məzmununu həyəcanlı anla müqayisə edib. Sizin təklifinizi nəzərə alaraq bizim tərəfimizdən seçilmiş komissiya: Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir; Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir; Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir; Yeni yaradılan müvəqqəti kommunist hökuməti Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək; Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. == Qərar: == Azərbaycan Parlamentinin özünün fövqəladə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. Parlamentin sədri: Məmməd Yusif Cəfərov Dəftərxana direktoru: Vəkilov. == Mənbə == "Kommunist", 1920.

"ko" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ko nədir? #ko sözünün mənası #ko nə deməkdir? #ko sözünün izahı #ko sözünün yazılışı #ko necə yazılır? #ko sözünün düzgün yazılışı #ko leksik mənası #ko sözünün sinonimi #ko sözünün yaxın mənalı sözlər #ko sözünün əks mənası #ko sözünün etimologiyası #ko sözünün orfoqrafiyası #ko rusca #ko inglisça #ko fransızca #ko sözünün istifadəsi #sözlük