* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [Fransanın cənubundakı Konyak (Cognac) şəhərinin adından] Müxtəlif üzüm şərablarının distilləsi və uzun müddət palıd çəlləklərdə saxlanılması yolu ilə hasil edilən tünd spirtli içki. “Göy göl” konyakı. Beşulduzlu konyak. Konyak zavodu. Konyak şüşəsi. – Meyxanada dostlar bir-birinin sağlığına hərəsi altı böyük rumka konyak vurdular və yaxşı Göyçə balığının kababını məzə etdilər. E.Sultanov. Konyak içilə su yerinə bəzmisəfadə; Sərməst ola, şənlik eləyə atlı, piyadə. Ə.Qəmküsar.
Azərbaycan dilinin izahlı lüğəti / konyak1 Fransada ilk dəfə istehsal olunan yerin adından götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / konyak2 I сущ. коньяк (крепкий спиртной напиток, получаемый перегонкой и длительной выдержкой виноградных вин). Bir şüşə konyak бутылка коньяка II прил. коньячный. Konyak zavodu коньячный завод
Azərbaycanca-rusca lüğət / konyak