* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••••••••••••• | 3.94 |
2004 | •••••••••••••• | 4.38 |
2005 | ••••••••• | 2.70 |
2006 | •••••••• | 2.48 |
2007 | •••••••••••• | 3.81 |
2008 | ••••••••• | 2.68 |
2009 | ••••••••••••• | 4.16 |
2010 | •••••••••• | 2.90 |
2011 | •••••••••••••• | 4.20 |
2012 | •••••••••••••••••••• | 6.45 |
2013 | •••••••••••••••• | 4.96 |
2014 | ••••••••••••••••••• | 5.83 |
2015 | •••••••• | 2.38 |
2016 | •••••••••• | 3.12 |
2017 | ••••••••• | 2.76 |
2018 | ••••• | 1.50 |
2019 | ••••••• | 2.09 |
2020 | ••••• | 1.33 |
1 [rus.] 1. Qədim Rusiyada: tayfa, qəbilə başçısı; qoşun rəhbəri; feodalizm inkişaf etdikcə – feodallar sinfinin yüksək nümayəndəsi, knyazlığın hakimi. Kiyev knyazları. 2. Çar Rusiyasında: bəzi zadəgan nəsillərinə nəslən keçən fəxri titul (XVIII əsrdən bu titul çarın fərmanı ilə də verilirdi) və bu titulu daşıyan şəxs. Qız zənn edır, səfərdən gəlir knyaz; Birdən görür bir qonaqdır tanınmaz. A.Səhhət. [Əhməd:] Sən get knyazlardan xəbər al, yaranallardan xəbər al, … onda bilərsən ki, Aslan bəy kimdir. N.Vəzirov. [Əmiraslan ağa:] …Mənim oğlum rusların knyaz, qraf, baron və qeyri nücəba övladlarından artıq və əzizmiş? S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / knyaz1 KNYAZ (köhn.) (vilayət hakimi) Rəhima, cövr edir hər dəm mana bir naqolay knyaz; Gahi Tərxan, gah Cəfərqulu, gahi Xasay knyaz (Q.Zakir); RACƏ (köhn.) Misal üçün İngiltərəni götürəlim: Şərqin bir çox ölkələri İngiltərə müstəmləkəsidir, lakin ingilis əlində olan bütün ölkələrin öz sultanı, padşahı, əmiri, racəsi, mehrazəsi öz yerindədir (M.S.Ordubadi).
Azərbaycan dilinin sinonimlər lüğəti / knyaz2 I сущ. истор. князь: 1. в древней Руси: глава племени, рода, вождь военной дружины, а с развитием феодализма – правитель княжества. Kiyev knyazları киевские князья 2. в царской России: почетный титул, передававшийся по наследству в некоторых дворянских родах, происшедших от владетельных князей 3. носитель этого титула II прил. княжий, княжеский. Knyaz nəsli княжеский род, knyaz rütbəsi княжеский титул
Azərbaycanca-rusca lüğət / knyaztayfa başçısı, qəbilə başçısı; fəxri titul. (Zənnimizcə, xan və az sözlərindən yaranmışdır).
Azərbaycan kişi adlarının izahlı lüğəti