kolaz sözü azərbaycan dilində

kolaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kolaz • 75.0000%
  • Kolaz • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kolaz
Kolaz — Azərbaycanda əsasən bir sahildən digərinə insan, yük, heyvan və s. keçirmək məqsədilə işlədilən qədim su nəqliyyatı vasitəsi. Azərbaycanda eni 70-80 sm, hündürlüyü 26-30 sm-ə çatan, yonma üsulu ilə hazırlanmış, ən böyüyünün uzunluğu 7–8 m, ən kiçiyininki isə 3-4 metr olan qayıqlardan daha çox istifadə olunurdu. Təknəvari quruluşa malik olan belə qayıqlar Azərbaycanda kolaz adlanırdı. Kolaz bir çox xalqların dillərində də qayıq mənasında işlədilmişdir. XIX əsrin altmışıncı illərindən başlayaraq kolazın daha da təkmilləşdirilmiş formasından istifadə edilmişdir. Əvvəlkindən fərqli olaraq yeni kolaz qurama üsulu ilə hazırlanırdı. Belə kolazın oturacağı düz olduğundan ona bəzən "düz dibli kolaz" da deyilirdi. Kolazı hazırlamaq üçün əvvəlcə ağacdan qabırğa adlanan hissələr düzəldilir, həmin qabırğalara oturacaq və yan taxtaları vurulurdu. Kolazın iriliyindən asılı olaraq qabırğaların sayı 6-dan 14-ə qədər olurdu.

kolaz sözünün leksik mənası və izahı

  • 1 is. Dibi yastı ensiz qayıq. Soyuq havada dəniz və ya göldə ördək dəstələrini ovlayan ovçu kiçik qayıq və ya kolazı yaxşı sürə bilməlidir. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / kolaz

kolaz sözünün rus dilinə tərcüməsi

kolaz sözünün inglis dilinə tərcüməsi

kolaz sözünün fransız dilinə tərcüməsi

kolaz sözünün ləzgi dilinə tərcüməsi

kolaz sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Füzuli, Kürdəmir, Lənkəran, Sabirabad, Salyan) qayıq. – İstildə öbilə <o qədər> qəmiş vardi, kolaz sürməy olmırdı (Lənkəran); – Bitöv ağac olur, için çıxarıllar olur kolaz (Füzuli) II (Cəlilabad) heyvan suvarmaq üçün daşdan düzəldilmiş yer, nov

Azərbaycan dilinin dialektoloji lüğəti.

"kolaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kolaz nədir? #kolaz sözünün mənası #kolaz nə deməkdir? #kolaz sözünün izahı #kolaz sözünün yazılışı #kolaz necə yazılır? #kolaz sözünün düzgün yazılışı #kolaz leksik mənası #kolaz sözünün sinonimi #kolaz sözünün yaxın mənalı sözlər #kolaz sözünün əks mənası #kolaz sözünün etimologiyası #kolaz sözünün orfoqrafiyası #kolaz rusca #kolaz inglisça #kolaz fransızca #kolaz sözünün istifadəsi #sözlük