dayaz sözü azərbaycan dilində

dayaz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dayaz • 93.9099%
  • Dayaz • 5.3593%
  • DayAz • 0.2436%
  • DAyaz • 0.2436%
  • DAYAZ • 0.2436%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dayazlıq
Dayazlıq — Çayda, göldə, dənizdə dayaz yer, dərinliyi az olan yer. == Çay == Azərbaycanın Kür və Araz çaylarından başqa digər çaylarda dərinlik az olduğu üçün onlara dayaz çaylar demək olar. Azərbaycanın ərazisində 8359 çay qeydə alınıb. Onların yalnız 21-nin uzunluğu 100 kilometrdən çoxdur. Çayların orta illik axın həcmi 30,9 kubkilometrdir. Onun 23 kubkilometri ölkə hüdudlarından kənarda, yalnız 8 kubkilometrə qədəri respublika daxilində formalaşır. Azərbaycan ərazisində çaylar yağıntının daha çox düşdüyü orta və yüksək dağlıq ərazilərdə yaranır və mənbəyini əsasən Böyük və Kiçik Qafqaz dağ silsilələrindən götürür. Azərbaycan ərazisindəki çaylar coğrafi mövqeyinə görə dörd qrupa bölünür: Böyük Qafqaz sıra dağlarının şimal-şərq yamacındakı çaylar; Qobustan-Abşeron çayları; Kür-Araz hövzəsi çayları; Cənub zonası çayları. Kür, Araz və Samurçay Azərbaycanın ən böyük çayları sayılır. Kür çayı başlanğıcını Türkiyə ərazisindəki Qızılgədik dağının şimal-şərq yamacından, 2740 metr yüksəklikdən götürür, Gürcüstan ərazisindən keçərək Azərbaycana daxil olur.
Dayazlıq (dəqiqləşdirmə)
Dayazlıq
Dayazlıq (film, 2016)
Dayazlıq — 2016-cı il ABŞ qorxu, triller filmi. == Məzmun == Film Nensinin sörfinq edərkən köpək balığının hücumuna məruz qalmasından bəhs edir.

dayaz sözünün leksik mənası və izahı

  • 1 1. sif. Dərinliyi az olan, çox da dərin olmayan (dərin ziddi). Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü. S.S.Axundov. // Üzdə olan, çox dərində olmayan. Belə dayazdan (z.) çıxan suya kənd arasında “qara su” deyirlər. Ə.Haqverdiyev. 2. is. Çay, dəniz, göl və s.-də suyun dərin olmayan yeri. 3. sif. məc. Dərin olmayan, səthi, qeyriciddi, işin mahiyyətinə, dərinliyinə varmayan. Dayaz adam. Dayaz fikir. Dayaz düşüncə. – Əqli dayaz, dağ çapan oğlana bax; Durdu yerindən ki, nə heyha imiş. Ə.Nəbati. Onların hər ikisi anlaşa bilməyən, dayaz bir həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / dayaz

dayaz sözünün sinonimləri (yaxın mənalı sözlər)

dayaz sözünün antonimləri (əks mənalı sözlər)

dayaz sözünün rus dilinə tərcüməsi

  • 1 1. неглубокий, мелкий, мелководный; 2. перен. поверхностный;

    Azərbaycanca-rusca lüğət / dayaz
  • 2 I прил. мелкий, неглубокий: 1. имеющий небольшую глубину. Dayaz çay мелкая река, dayaz göl мелкое озеро, dayaz boşqab мелкая тарелка 2. производимый на незначительную глубину. Dayaz qazıma мелкое бурение, dayaz şumlama мелкая пахота 3. перен. поверхностный, лишённый содержательности, внутренней значительности. Dayaz adam неглубокий человек, dayaz fikirlər неглубокие мысли, dayaz bilik неглубокие знания II нареч. мелко, неглубоко. Dayaz səpmək мелко сеять; dayaz düşünmək неглубоко думать (мыслить); dayaz yer мель, dayaz dərə ложбина

    Azərbaycanca-rusca lüğət / dayaz

dayaz sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. shallow, not deep; ~ çay shallow river; ~ boşqab shallow dish; 2. (adam) small-minded, narrow-minded; 3. (ötəri) superficial; ~ bilik superficial knowledge

    Azərbaycanca-ingiliscə lüğət / dayaz

dayaz sözünün fransız dilinə tərcüməsi

dayaz sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. даяз; дерин тушир; кьери (мес. вацӀ); 2. сущ. кьери чка, даяз чка, дерин тушир чка (вацӀун, гьуьлуьн); 3. прил. пер. даяз, дерин тушир, кьери (мес. фикир); // дерин акьул авачир (мес. кас).

    Azərbaycanca-ləzgicə lüğəti / dayaz

"dayaz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dayaz nədir? #dayaz sözünün mənası #dayaz nə deməkdir? #dayaz sözünün izahı #dayaz sözünün yazılışı #dayaz necə yazılır? #dayaz sözünün düzgün yazılışı #dayaz leksik mənası #dayaz sözünün sinonimi #dayaz sözünün yaxın mənalı sözlər #dayaz sözünün əks mənası #dayaz sözünün etimologiyası #dayaz sözünün orfoqrafiyası #dayaz rusca #dayaz inglisça #dayaz fransızca #dayaz sözünün istifadəsi #sözlük