knyazı sözü azərbaycan dilində

knyazı

Yazılış

  • knyazı • 78.4211%
  • Knyazı • 21.5789%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bejan (Meqreliya knyazı)
Bejan (gürc. ბეჟან დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1715-1728-ci illərdə hakimiyyətdə olmuşdur. 1728-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. == Həyatı == Bejan Meqreliya knyazı IV Georginin və Sevdia Mikeladze adlı qadının oğludur. IV Georgi 1704-cü ildə böyük oğlu Katsianı Meqreliya knyazı elan etdi. Bejanı isə kiçik qardaşı Yesenin yerinə Leçumi valisi təyin etdi. 1709-cu ildə Bejan qardaşı Katsia ilə birləşərək atası IV Georgini Abxaziyaya sürgün etdi. 1710-cu ildə IV Georgi öz səyləri ilə Meqreliyaya geri döndü və həmin ildə vəfat edən Katsianın yerinə yenidən Meqreliya taxtına oturdu.Bejan 1715-ci ildə ailədaxili münaqişələri həll etmək bəhanəsi ilə atasını öz yanına dəvət etdi. Atasının təklifi qəbul etməsindən istifadə edən Bejan onu tərksilah etdi və hakimiyyətdən uzaqlaşdırdı.
Tsotne (Meqreliya knyazı)
Tsotne (gürc. ცოტნე დადიანი) — Dadianilər sülaləsinin nümayəndəsi. Gürcüstanın tanınmış siyasi xadimlərindən biri. == Həyatı == Tsotne Xarəzmşahların və Monqol imperiyasının Gürcüstana hərbi yürüşlər təşkil etdikləri dövrlərdə fəaliyyət göstərən siyasi xadimlərdən biri idi. O, 1228-ci ildə Gürcüstan çariçası Rusudanın Xarəzmşahlara qarşı təşkil etdiyi ordunun komandanlarından biri olmuşdur. Tərəflər arasında baş tutmuş Gərni döyüşündə Gürcüstan ordusu məğlub oldu və Tiflis yenidən Xarəzmşahların əlinə keçdi. Sonraki dövrdə bölgəyə yürüşlər təşkil edən monqollar Xarəzmşahların hakimiyyətinə son qoydular və bölgə monqol hakimiyyəti altına keçdi. Çariça Rusudanın ölümündən sonra monqol hökmdarı Rusudanın oğlu VI Davidi və Rusudanın qardaşı oğlu VII Davidi Gürcüstan çarı təyin etdi. Həmçinin Gürcüstan monqol hökmdarı tərəfindən 8 tümənə (inzibati-ərazi bölgüsü) bölündü. Yeni inzibati bölgü sistemində Tsotne və Raça eristavisi Qərbi Gürcüstanın hakimi olaraq təsdiq edildilər.1246-cı ildə gürcü zadəganları Cavaxeti bölgəsindəki Korxstavi qalasında cəmləşərək gizli görüş keçirdilər və monqolları bölgədən necə çıxarmaq barədə müzakirələr apardılar.
III Vamek (Meqreliya knyazı)
III Vamek (gürc. ვამეყ III დადიანი) — Dadianilər sülaləsinin nümayəndəsi. 1658-1661-ci illərdə Meqreliya knyazı, 1661-ci ildə isə qısa müddətlik İmereti çarı kimi hakimiyyətdə olmuşdur. == Həyatı == III Vamek Dadianilər sülaləsinin Lipartiani qoluna mənsub idi. Lipartianilər irsi olaraq Meqreliya knyazlığının Salipartiano bölgəsində hakimiyyətdə olublar. III Vamek çox güman ki, Meqreliya knyazı III Georginin qızı Annanın və Lipartianilər sülaləsindən Georgi Lipartianinin oğlu olmuşdur. Onun Salipartiano bölgəsindəki hakimiyəti 1618-ci ildən başlamışdır. O, Meqreliya knyazı II Levan Dadianinin 1657-ci ildə ölümündən sonra III Liparit Dadianinin Meqreliya hakimiyyətinə gəlməsinə qarşı çıxmışdır. III Vamek İmereti çarı III Aleksandrın dəstəyini alaraq 1658-ci ildə Meqreliya taxtını ələ keçirmişdir. Bu dəstəyin qarşılığı olaraq II Levan Dadianinin xəzinəsinin çox hissəsini və İmereti çarlığı ilə sərhəddəki bölgəni III Aleksandra vermişdir.1660-cı ildə çar III Aleksandrın ölümündən sonra İmeretidə taxta III Aleksandrın həyat yoldaşı çariça Darecan çıxdı.
II Həsən (Xaçın knyazı)
II Həsən (doğum tarixi bilinmir – 1287) – Xaçın knyazı. Hakimiyyəti Yuxarı Xaçın (Zar) ərazisini əhatə etmişdir. I Qriqor Dopun oğludur. Ağin hakimləri Vaçutyanlar nəslindən Mamkan xatunla evli olmuşdur. II Həsən haqqında olan əsas tarixi mənbələr kilsə kitabələridir. Mənbələrdə qeyd edilir ki, onun hakimiyyətinə tabe olan ərazilər Göyçə gölünün şərq sahillərinə qədər uzanırdı. Xronologiyalardan birinə görə II Həsən Həsən Cəlalın oğlu I İvane Atabəylə bir yerdə 1287-ci ildə vəfat etmişdir.Xaçatur Keçareçinin “Nalə” əsərində də II Həsən xatırlanır. Ölümündən sonra taxta oğlu II Qriqor keçmişdir. Digər oğlu Atanas isə 1260—1270 Xudavəng monastırına rəhbərlik etmişdir.
IV Mamiya (Meqreliya knyazı)
IV Mamiya (gürc. მამია IV დადიანი) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1573-1578-ci illərdə və 1582-1590-cı illərdə hakimiyyətdə olmuşdur. == Həyatı == IV Mamiya Meqreliya knyazı I Levanın oğludur. Quriya knyazı Rüstəm Quriyelinin qızı ilə evlənmişdir. Atasının ölümündən sonra taxta böyük qardaşı III Georgi çıxsa da, IV Mamiya qardaşının hakimiyətini qəbul etməmişdir. Qardaşının düşməni olan Quriya knyazı II Georginin yardımı ilə 1573-1574-cü illərdə qardaşını hakimiyyətdən salmış və Meqreliya taxtına çıxmışdır. Qardaşı III Georgi isə Abxaziyaya qaçmışdır. III Georgi abxaz-çərkəz qüvvələrinin dəstəyi ilə taxtını geri almağa çalışsa da, buna müvəffəq ola bilmədi. Əlaçsız qalan III Georgi İmereti çarı II Georgidən vasitəçilik etməsini xahiş etmişdir.
I Alfonso (Kapua knyazı)
I Alfonso (1122 – 10 oktyabr 1144) — II Rocerin oğlu, Kapua knyazı və Neapol hersoqu. Norman ailələrindən biri olan Drenqot sülaləsinin son üzvü II Robertin devrilməsindən sonra atası tərəfindən Kapua hakimi elan olunmuşdu. 1137-ci ildə VII Serjiusun ölümündən sonra Neapollular onu hersoq seçmişdi. Roma yaxınlarında III Rocerlə birlikdə yürüşdə olarkən vəfat etmişdi.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.
I Manuçar (Meqreliya knyazı)
I Manuçar (gürc. მანუჩარ I დადიანი ; XVI əsr – 1611) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1590-1611-ci illərdə hakimiyyətdə olmuşdur. Atası Meqreliya knyazı I Levandır. 1590-cı ildə böyük qardaşı IV Mamianın ölümündən sonra Meqreliya taxtına çıxmışdır. Meqreliya knyazlığı İmereti çarlığının tərkibindəki inzibati-ərazi vahidlərindən biri olmuşdur. I Manuçarın dövründə Gürcüstanda siyasi olaraq qarışıqlıq hökm sürürdü. Bu dövrdə I Manuçar xələfləri kimi İmereti çarlığı üzərində Dadianilərin təsirini artırmağa çalışırdı. Həmçinin Gürcüstanı bütünlüklə hakimiyyəti altına almaq istəyən Kartli çarı I Simona qarşı mübarizə aparmış və ona qarşı İmereti çarı Rüstəmə dəstək vermişdir. == Həyatı == I Manuçarın taxta çıxdığı 1590-cı ildə Şərqi Gürcüstanda hökm sürən Kartli çarı I Simon İmeretidəki hakimiyyət dəyişikliyindən istifadə edərək bölgəni öz hakimiyyəti altına salmağa çalışdı.
Qeza (Böyük Macar knyazı)
Qeza – (mac. Géza, təq. 940, bilinmir – 997) təqribən 970-ci illərin əvvəllərindən hakimiyyətdə olan böyük macar knyazı. O, Taksoniya knyazının oğlu idi. Qeza Şərqi Ortadoks macarların rəhbərinin qızı ilə evlənmişdi. Taxta çıxdıqdan sonra o, Müqəddəs Roma imperiyası ilə sülh bağlamağa nail olmuşdur. Qeza, Qərbi Avropadan gələn xristian missionlerləri dəstəkləyən ilk macar monarxı idi. Vaftiz edilsə də bütpərəst inancına sadiq qalmaqda davam edirdi. İlk macar kralı I Stefan Qezanın oğludur. == Həyatı == Qeza Taksoniya və Macar knyazının böyük oğlu idi.
Vəqram (Yuxarı Xaçın knyazı)
Vəqram – XIV əsrin sonu – XV əsrin əvvəllərində Yuxarı Xaçın hakimi. Atası III Həsən və qardaşlarının Əmir Teymura qarşı döyüşdə öldürülməsindən sonra hakimiyyətə gəlmişdi. Vəqram haqqında 1411-ci ilə aid əlyazmada məlumat saxlanmışdır. Vəqarmla birgə böyük qardaşı Qriqor, qardaşının oğlanları Seyti (qardaşı Şanşahın oğlu) və Dursun (qardaşı Ağbuğanın oğlu) da ölkənin idarə olunmasında iştirak etmişdir. Lakin əsas idarəedici fiqurun Vəqram olduğu düşünülür.
III Bohemond (Antioxiya knyazı)
III Bohemond (it. Boemondo III) və ya Pəltək Bohemond (it. Boemondo il Balbuziente) (ən tezi 1142 və ən geci 1149 və ya 1144 – 1201) — 4-cü Antioxiya knyazı.O, Antioxiya knyaginası Konstansanın Puatyeli Raymondla baş tutan ilk evliliyindən dünyaya gəlmişdir. 1163-cü ildə anası ölüm yatağında ikən yerli əsilzadələr tərəfindən hakimiyyətə gətirildi. Çox keçmədən anası vəfat etdi. 1164-cü ildə zəngilərlə mübarizədə məğlub oldu və əsir alındı. Ancaq Bizans imperatorunun vasitəçiliyi ilə Hələb atabəyi Nurəddin Zəngi tərəfindən azadlığa buraxıldı. Buna təşəkkür məqsədilə Konstantinopola gedən III Bohemond Antioxiyada Yunan Provaslov nümayəndəliyi yaratmağı öhdəliyinə götürdü. Yerli Katolik kilsəsi rəhbərliyi buna qarşı çıxsa da, yunan patriarxının 1170-ci ildə baş verən zəlzələdə ölümünə qədər bu qərar qüvvədə qaldı. III Bohemond daim Bizans imperiyası ilə mehriban münasibət saxladı.
II Bohemond (Antioxiya knyazı)
II Bohemond (it. Boemondo II) (1108, Bari – fevral 1130, Kilikiya) — 2-ci Antioxiya knyazı.Atası ilk Antioxiya knyazı I Bohemond, anası isə Fransa kralı I Filippin qızı Konstansa idi. Hələ 4 yaşında ikən atası vəfat etdi və anası onu da alaraq İtaliyaya - Torontoya döndü. Burada atasının mülklərinə sahibləndi. Antioxiya knyazlığı isə onun adından bir neçə naib tərəfindən idarə edildi. 1126-cı ilin payızında Antioxiyaya qayıdan II Bohemond hakimiyyəti ələ aldı. Yaxınlıqdakı müsəlman əmirliklərinə qarşı uğurlu hərbi səfərlər təşkil etdi. Ancaq Edessa qrafı Kurtenaylı Joslenlə olan ədavəti səbəbilə, mərkəzi hakimiyyət zəiflədi, zəngi hakimi İmadəddin Zəngi Mosul və Hələbi işğal etdi. Digər tərəfdən 1128-ci ildə onun yoxluğundan istifadə edən Siciliya kralı II Rocer Toronto bölgəsini işğal etdi. 1130-cu ildə Kilikiya çarlığı üzərində planladığı səfər əsnasında Danişməndi hakimi Məlik qazi tərəfindən məğlub edildi və döyüş meydanında həlak oldu.
IV Bohemond (Antioxiya knyazı)
IV Bohemond (it. Boemondo IV) və ya Təkgöz Bohemond (it. Boemondo il Monocolo) (1172 – mart 1233 və ya 1233) — 5-ci Antioxiya knyazı və 7-ci Tripoli qrafı.O, Antioxiya knyazı III Bohemondun ilk evliliyindən doğulan oğlu idi. Tripoli qrafı III Raymondun varisi yox idi və ölümündən qısa müddət öncə qohumu olan Antioxiya knyazının böyük oğlu Raymondu öz varisi elan etmişdi. Buna baxayaraq ataları böyük oğlu Raymondu öz taxtı üçün varis seçmişdi və onun yerinə kiçik oğlu Bohemondu 1189-cu ilin payızında Tripoliyə göndərdi. Beləliklə, o, IV Bohemond adıyla Tripoli qrafı oldu. Ancaq ertəsi il Səlahəddin Əyyubinin Antioxiyanın böyük bir hissəsini işğal etməsi bölgədəki siyasi tarazlığı pozdu. 1197-ci ildə böyük qardaşı Raymondun vəfatıyla Antioxiyada yenidən vərasət mübarizəsi başladı. Belə ki, qardaşı Erməni Kilikiya çarı I Levonun qohumuyla evli idi və geridə Raymond-Rupen adlı bir oğlu qalmışdı. Yerli əsilzadələr isə uzun müddətdir Kilikiya çarlığı ilə gedən müharibələr səbəbilə bu azyaşlı uşağın taxt varisi seçilməsinə etiraz edirdilər.
I Bohemond (Antioxiya knyazı)
I Bohemond (it. Boemondo I) və ya Tarantolu Bohemond (it. Boemondo di Taranto) (1054, San-Marko-Argentano[d], Kalabriya – 3 mart 1111, Kanosa-di-Puqliya[d], Apuliya) — ilk Antioxiya knyazı. Birinci Səlib yürüşünün rəhbərlərindən biri olaraq çoxsaylı norman hərbi birliklərinə başçılıq edirdi. Bohemond cənubi İtaliyadakı Apuliya-Kalabriya qrafı olan və norman hərbi birliklərinə başçılıq edən Robert Quiskardın ilk evliliyindən dünyaya gələn oğlu idi. Valideynləri yaxın qohum idi və 1058-ci ildə Roma papası tərəfindən qəbul edilən ümumi fərmanla boşanmışdılar. Bu səbəblə Bohemond, qrafın qeyri-qanuni oğlu oldu. Anasının yenidən evlənməsinin ardından ögey atası tərəfindən cəngavər olaraq böyüdüldü. Bununla yanaşı, norman, italyan və yunan dillərini öyrəndi. Atasının ağır xəstələndiyi 1073-cü ildə ona qarşı çıxan üsyanda ona dəstək verdi və atasının hərbi birliyində vuruşdu.
Raymond-Rupen (Antioxiya knyazı)
Raymond-Rupen (it. Raimondo Rupeno) (1199, Antioxiya – 1222) — 6-cı Antioxiya knyazı və Erməni Kilikiya çarı.Atası Antioxiya knyazı III Bohemondun böyük oğlu və varisi Raymond, anası isə Erməni Kilikiya çarı I Levonun yaxın qohumu Alisa idi. Atasının 1197-ci ildə vəfatından bir neçə ay sonra dünyaya gəlmişdir. Doğulduqdan sonra babası III Bohemond onu yeni varisi təyin etmək istəsə də, yerli əsilzadələr uzun müddətdir Kilikiya çarlığı ilə gedən müharibələr səbəbilə bu azyaşlı uşağın taxt varisi seçilməsinə etiraz etdilər. Nəticədə anası Alisa oğlunu da alaraq Kilikiyaya qaçdı. Burada I Levondan aldığı dəstəklə Antioxiya knyazlığı üzərində haqq iddia etməyə başladı. 1211-ci ildə I Levon onu ortaq çar elan edərək Kilikiyanın bir hissəsinin idarəsini ona verdi. Əldə etdiyi siyasi güc və Antioxiyada yaranan daxili çəkişmələr nəticəsində 1216-cı ildə knyazlığı ələ keçirdi. Ancaq burada çox qala bilmədi və 1219-cu ildə yerli əhali tərəfindən qovuldu. Elə həmin il mühüm dəstəkçisi I Levonun vəfatıyla Antioxiya knyazlığı üzərindəki bütün taxt iddialarından əl çəkdi.
VI Bohemond (Antioxiya knyazı)
VI Bohemond (it. Boemondo VI) və ya Yaraşıqlı Bohemond (it. Boemondo il Bello) (1237 və ya 1235 – 1275) — 8-ci və sonuncu Antioxiya knyazı və 9-cu Tripoli qrafı.O, Antioxiya knyazı V Bohemondun yeganə oğlu idi. Atasının vəfatının ardından 1252-ci ildə hakimiyyətə gətirildi. Ancaq azyaşlı olması səbəbilə anası Senili Lusiya taxt naibəsi təyin olundu. Naibəlik dönəmində Lusiyanın Tripolidən ayrılmaması və Antioxiya knyazlığını uzaqdan idarə etməsi yerli əyanlarının narazılığına səbəb oldu. Yaranan çaxnaşmaları aradan qaldırmaq məqsədilə VI Bohemond Roma papasına məktub yazdı və artıq yetişkin olduğunu, taxtı təkbaşına idarə biləcəyini bildirərək icazə istədi. Papadan gələn təsdiq məktubunun ardından hakimiyyəti ələ alan VI Bohemond daxili çaxnaşmalara son qoydu. Onun səltənəti dönəmində Antioxiya Məmlük sultanlığı ilə Hülakilər dövləti arasında mübarizə meydanına çevrildi. Məmlüklərə qarşı monqolları dəstəkləyən VI Bohemond və ona bağlı səlib qüvvələri tərəflər arasında gedən döyüşlərdə iştirak etməyə başladılar.
V Bohemond (Antioxiya knyazı)
V Bohemond (it. Boemondo V) (1199 – yanvar 1252) — 7-ci Antioxiya knyazı və 8-ci Tripoli qrafı.O, Antioxiya knyazı IV Bohemondun ilk evliliyindən doğulan oğlu idi. Atasının vəfatının ardından 1233-cü ildə həm Tripoli qraflığı, həm də Antioxiya knyazlığını ələ keçirdi. Atasının apardığı siyasəti davam etdirən V Bohemond Tampliyerlərin dəstəyilə qonşu Erməni Kilikiya çarlığı ilə mübarizə apardı. Ancaq Fransa kralı IX Lüdovikin vasitəçiliyi ilə tərəflər arasında sülh təmin edildi. V Bohemond hələ taxta çıxmadan əvvəl 1225-ci ildə atasının apardığı evlilik siyasətinin bir nəticəsi olaraq, dul Kipr kraliçası Şampaniyalı Alisa ilə evlənmişdi. Məqsəd doğulacaq yeni bir övladla Kipr krallığında taxt iddiası irəli sürmək idi. Ancaq cütlüyün övladı olmadı və 5 iyul 1227-ci ildə boşandılar. Onun ikinci evliliyi isə 1235-ci ildə Roma papası III İnnokentin qohumu olan Senili Lusiya ilə baş tutdu və cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi. V Bohemond 1252-ci ilin yanvarında vəfat etdi.
Drakula: Qaranlıqlar knyazı (film, 1966)
Drakula: Qaranlıqlar knyazı (ing. Dracula: Prince of Darkness) — 1966-cı ildə istehsal olunmuş Böyük Britaniya filmidir. == Xarici keçidlər == Drakula: Qaranlıqlar knyazı — Internet Movie Database saytında.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.66 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••• 0.34
2006 ••••••• 0.90
2007 ••••• 0.63
2008 •••••• 0.73
2009 •• 0.16
2010 •• 0.27
2011 ••••••• 0.94
2012 ••••••• 0.95
2013 •••••••• 1.02
2014 •••••••••••••••••••• 2.75
2015 ••••••••••••••••• 2.21
2019 •• 0.14

"knyazı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#knyazı nədir? #knyazı sözünün mənası #knyazı nə deməkdir? #knyazı sözünün izahı #knyazı sözünün yazılışı #knyazı necə yazılır? #knyazı sözünün düzgün yazılışı #knyazı leksik mənası #knyazı sözünün sinonimi #knyazı sözünün yaxın mənalı sözlər #knyazı sözünün əks mənası #knyazı sözünün etimologiyası #knyazı sözünün orfoqrafiyası #knyazı rusca #knyazı inglisça #knyazı fransızca #knyazı sözünün istifadəsi #sözlük