Konk sözü azərbaycan dilində

Konk

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Konk • 55.5556%
  • konk • 44.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Konk
Konk (fr. Conques, oks. Concas) — Averonun Fransız departamentində kommuna. Əhalisi - 300 nəf. Orta əsrlərdə - Ruerg əyalətindəki bir şəhər, təsvirli şəkildə Həcc ziyarəti yolunda yüksək bir təpənin yamacında yerləşirdi. Fransanın ən gözəl kəndləri Birliyinə daxil edilmişdir. Konka gedən orta əsr zəvvarları əfsanəyə görə, nağıllarına görə, rahiblər Agendən oğurladığı nağıl bu reliklərin istirahət etdiyi abbey kilsəsi XI - XII əsrlərdə inşa edilmişdir. Roman üslubunda və dövrün monastır memarlığının bir nümunəsidir. 1424-cü ildə bağlandı, şəhər öldü və içərisində tikinti demək olar ki, dayandı. IX əsrdə Orta əsrlərin bu guşəsi tarix tamponları üçün Prosper Merimeyi yenidən kəşf etdi.
Konk (kanton)
Konk (fr. Campagnac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Miyo dairəsinə daxildir. Kantonun INSEE kodu — 1208. Konk kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Konk kommunasıdır. == Kantonun kommunları == == Əhali == 2006-cı ildə əhalinin sayı 2 560 nəfər təşkil edirdi.
Konk Respublikası
Konk Respublikası — ABŞ-yə məxsus olan Florida Keysin bir hissəsi sayılan Key Westdə yerləşən və heç bir ölkə tərəfindən tanınmayan bir mikrodövlətdir. 23 aprel 1982-ci ildə ABŞ-dən ayrılmasının elanından sonra regionun turizm fəaliyyəti artmışdır.
Ernando de Soto (konkistador)
Ernando de Soto (isp. Hernando de Soto; təq. 1500 – 21 may 1542[…]) — ispan dəniz səyyahı, konkistador. == Həyatı == Ernando de Soto 1498-ci ildə anadan olmuşdu. De Sotonun dəstəsi də Missisipi çayının mənsəbinə çatdıqdan sonra körfəzdəki ispan postuna gəlib çıxdı. De Leon və Narvayes kimi onlar da heç bir qızıl tapmadılar, qızıl əvəzinə xəstəlik və ölüm kimi həyatda axtarılmayan şeyi tapdılar. De Soto Amerikada Xuan Ortiz adlı adamla tanış olmuşdu. O, on il idi ki, hinduların arasında yaşayırdı. On il əvvəl üç nəfər ispaniyalı hindulara əsir düşmüş, onların hamısına ölümcül əzab verilmiş, Xuanın həyatını isə tayfa başçısının emosional xarakterli qızı Pokahontas atasına yalvarmaqla xilas etmişdi. O, hindu dili və adətlərini bildiyindən De Sotonun bələdçisinə və tərcüməçisinə çevrildi.
Fiqurlu konkisürmə
Fiqurlu konkisürmə — musiqinin müşayiəti ilə ediləcək rəqsin, ya da nümayişin mövzusuna uyğun kostyumlarla reallaşdırılan idman növü. Yarışma məcburi hərəkətlər və sərbəst fiqurların bir kombinasiyasından meydana gəlir. Qış Olimpiya idman növlərinə daxildir. Avropa çempionatı, Dünya çempionatı, Dörd Qitə çempionatı və İSU Grand Prix yarışmaları kimi yarışlar təşkil edilir. Olimpiadalar səviyyəsində yarışmalar təşkil edilən Buz Rəqsi, Cütlər, Təklər növlərdən başqa xeyli çox dəyişik şəkildə icra edilə bilər (dördlü ya da 10-12 şəxsiyyət qruplar halında). == Fiqurlu konki sürmə == Bu idman növündən adətən qışda istifadə edirlər. Bu idman növü həm də hobbi ola bilər .Fiqurlu konki sürərkən cüt və tək durmaq olar. Ən əsası isə doğru konki seçimidir. Ən məşhur və yaxşı konki firması JACKSON firmasıdır. Bir çox insanlar konki alarkən ölçü seçimi onlara çətin gəlir.Bu idman növü sizi şəxsi dünyanızdakı kimi hiss etdirir.Hər bir hərəkət çətin gəlsədə ozünüzə inansanız nəticəni gördükdə çox sevinəcəksiniz.Mən özüm də fiqurlu konki sürürəm.Artıq bir ildir ki,ilk addımlarımı atıram.Və sizə deyə biəcəyim odur ki,əgər siz də fiquristka olmağı arzulayırsınızsa heç vaxt "alınmayacaq","bacarmaram" deməyin.Çoxlu məşqlər nəticəsində sizdə hər hərəkət alınacaq.
KONKAKAF
KONKAKAF (ing. CONCACAF – Confederation of North, Central American and Caribbean Association Football) — Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsində futbolu idarə edən qürumdur. FİFA-nın 6 konfederasiyasından biridir. FİFA'ya üzv olmayan Boneyr, Qvadelupa, Fransa Qvianası, Martinika, Sen-Marten və Sint Maarten ilə birlikdə toplam 41 üzvü var. == Üzvləri == * – işarəsi olanlar FİFAnın üzvü deyil.
KONKAKAF Qızıl Kuboku
KONKAKAF Qızıl Kuboku (ing. CONCACAF Gold Cup; isp. Copa de Oro de la CONCACAF; fr. Coupe D'or du CONCACAF) — KONKAKAF üzvü olan milli komandalar arasında keçirilən ən nüfuzlu futbol turniri. == Turnirin nəticələri == (1) Üçüncü yer Kosta-Rika və Yamayka arasında paylaşıldı. (2) Təşkil olunmadı. İtalik şriftlə yazılanlar KONKAKAF üzvü olmayan, amma turnirə dəvət olunmuş qonaq millilərdir.
KONKAKAF Çempionatı
KONKAKAF Çempionatı (ing. CONCACAF Championship) — KONKAKAF üzvü olan milli komandalar arasında keçirilmiş futbol turniri.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Konkani dili
Konkani — Hindistanın qərb sahilində Konkan adlanan torpağın ensiz zolağı boyunca danışılan bir neçə qohum dialektə verilən addır. (Devanāgarī:कोंकणी , KōṅkaṇīIAST),Hind-Avropa dillərinin Hind-ari dilləri qrupuna aid olan bir dildir. Hindistanın rəsmi dillərindən biridir və habelə Qoa əyalətin rəsmi dilidir.Karnataka və şimali Keralada (Kasaraqod rayonu) bir azlıq dilidir.
Konkisador
Konkisador — (isp. conquistadores) — XV və XIX əsrlərdə Şimali və Cənubi Amerikaya hərbi və kəşfiyyat məqsədli səfər edən şəxslərə verilən ad. Konkisadorlar İspaniya kralının icazəsi ilə səyahətə çıxır və kəşf edilən əraziləri kral adından istila edirdilər. Tarixən yalnız ispan səyyahlara konkisador deyilmişdir. XVII əsrdən başlayaraq Cənubi Amerikada konkisadorlara qarşı mənfi münasibət formalaşmışdır. Fransisko Pizarronun Peruda və Ernan Kortesin Meksikada yerli əhaliyə qarşı qəddar münasibəti konkisadorlara olan mənfi münasibəti daha da genişləndirmişdir.
Konkistador
Konkisador — (isp. conquistadores) — XV və XIX əsrlərdə Şimali və Cənubi Amerikaya hərbi və kəşfiyyat məqsədli səfər edən şəxslərə verilən ad. Konkisadorlar İspaniya kralının icazəsi ilə səyahətə çıxır və kəşf edilən əraziləri kral adından istila edirdilər. Tarixən yalnız ispan səyyahlara konkisador deyilmişdir. XVII əsrdən başlayaraq Cənubi Amerikada konkisadorlara qarşı mənfi münasibət formalaşmışdır. Fransisko Pizarronun Peruda və Ernan Kortesin Meksikada yerli əhaliyə qarşı qəddar münasibəti konkisadorlara olan mənfi münasibəti daha da genişləndirmişdir.
Konklav
Konklav (lat. conclave — bağlı, kilidli otaq) — Roma papasının ölümündən sonra yeni papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı. Yığıncaq xarici aləmdən tamamilə təcrid olunmuş qapalı otaqda keçirilir. Seçkilər gizli səsvermə yolu ilə baş tutur. Seçilmək üçün yeni papaya səslərin 2/3 çoxunu toplamaq lazım gəlir. Otaq yalnız papa seçildikdən sonra açılır. Konklavın hazırda qüvvədə olan keçirilmə qaydaları 1274-cü ildə II Lion kilsə məclisində qəbul edilib.
Konkona Sen Şarma
Konkona Sen Şarma (3 dekabr 1979, Yeni Dehli) hind aktrisasıdır. Bollivudun yeni simalarından biridir. O, rejissor Aparna Senin qızıdır. Dörd yaşında debüt etdikdən sonra 2001-ci ildə peşəkar karyerasına başlamışdır. O, müxtəlif Filmfare Mükafatlarını qazanmışdır. Onun ən məşhur filmləri “Metroda həyat” və “Gözlərdəki həqiqət” filmləridir.
Konkord
Konkord — orta məsafəli, 4 motorlu, dar gövdəli, supersonik (səsdən sürətli) və yüksək sürətli sərnişin təyyarəsidir. Sovet istehsalı Tu-144 təyyarəsindən sonra dünyanın ikinci supersonik təyyarəsidir. Konkord: Fransız Aérospatiale ve İngilis British Aircraft Corporation (BAC) firmalarının ortaq istehsalıdır. Layihə, Fransa və İngiltərə arasında imzalanan ikitərəfli razılaşma çərçivəsində hazırlanmışdır və təyyarənin adı da bu razılaşmaya ithafən Concorde (az. razılaşma, harmoniya, birlik) olaraq seçilmişdir. Təyyarənin prototip istehsalına 1965-ci ilin fevral ayında başlandı. Konkord’ların 50%-i aliminumdan hazırlanmışdı. İlk sınaq uçuşu 1969-cu il 2 mart tarixində həyata keçirildi. Və yalnız 7 il sonra 1976-cı il 21 yanvar tarixində rəsmi olaraq Konkord istifadəyə verildi. British Airways: London – Bəhreyn Air France: Paris – Rio de Janeyro Maksimum 120 sərnişin ilə satta 2.170 km/s sürətlə 18.300 metr hündürlükdə uça bilən Konkord, Paris – Nyu York arasını 3.5 saata qət edə bilirdi.
Konkord (Nyu-Hempşir)
Konkord (ing. Concord) — ABŞ-nin şimal-şərqində yerləşən şəhər, Nyu-Hempşir ştatının və Merrimak dairəsinin paytaxtı. Əhalisi — 42,7 min nəfər (2010). == Tarixi == Ağ insanların gəlməsindən əvvəl indiki Konkordun ərazisi əsas məşğuliyyəti balıq tutan Abenaki hindu tayfası yaşayırdı. Merrimak çayının qərbindəki bütün ərazini iddia edən Massaçusets Bey əyaləti, Penakuk koloniyasını qurdu. Bu, 1725 ilə 1727 arasında Haverhill sakinləri tərəfindən kapitan E. İstmen rəburadan götürmüşdür. Rumford və Bow şəhərinin sərhədləri ilə bağlı acı mübahisədən sonra 1765-ci ildə qubernator Benninq Ventvort tərəfindən Rumford şəhərinin adı Konkorda dəyişdirildi. Yeni ad, mübahisə edən şəhərlər arasındakı yeni sülh və harmoniyanı əks etdirmək üçün nəzərdə tutulmuşdu . Məhkəməni uduzan şəhər sakinlərinə təzminat olaraq başqa yerlər verildi. Şəhər XVIII əsr boyu böyüdü və bəzi qədim binalar hələ də Mein stritin şimal ucunda yaşayır.
Konkord meydanı (Paris)
Konkord meydanı ya Razılıq meydanı (fr. Place de la Concorde) — Klassizim üslubunda salınmış Parisin mərkəzi meydanı, "5 kral meydanından" biri. Böyüklüyünə görə Fransanın Bordo şəhərindəki lat. “Quinconces” meydanından sonra ikincidir. Sahəsi 68.470 m²- dir. Meydan Sena çayından şimalda, VIII arrondissement ərazisində, Tyuilri bağı ilə Şanzelize prospekti arasında yerləşir. Konkord meydanına Rivoli və Royal küçələri açılırlar. == Tarixi == Meydan 1755 ci ildə Kral meydanı kimi fransız memarı fr. Ange-Jacques Gabriel tərəfindən layihələşdirilərək salınmışdır. O zaman meydanda XV Lüdovikin heykəltaraş fr.
Konkord zirvəsi
Konkord zirvəsi və ya Pik Soglasiya Pamir dağlarında yerləşən zirvədir.Əfqanıstan ilə Tacikistan sərhədində yerləşmişdir. Zorkul gölündən təxminən 15 km cənubdadır.
Konkordant sahillər
Konkordant sahillər- (yun.concordans-uyğun) Sahilə paralel uzanan sıra dağların istiqaməti ilə uyğun olan sahillərə deyilir.Məsələn:Amerikanın Sakit okean sahili.
Konkordat
Konkordat (orta əsrlər latınca — concordatium yəni, razılaşma) — Roma-Katolik kilsəsinin rəhbəri kimi Roma Papası ilə hər hansı dövlətdə Roma-Katolik kilsəsini idarə edən hökumət arasında müqavilə.
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Konkret şeir
Konkret şeir və ya Şəkil şeir, hər cür tipoqrafik göstərən səhifə boşluğu üzərində heç bir biçimsəl qayda olmadan düzənlənməsiylə ibarət olan şeir növüdür.Konkret şeirdə köçürülməsinə niyyətlənilən duyğu və düşüncələr sözlərin səslərindən tamamilə qopmuş olmasalar da anlayışımları çox böyük nisbətdə şeirin vizual xüsusiyyəti üzərindən reallaşır.
Konkubina
Konkubina (lat. concubina con — birgə, və cubare — uzanmaq) — Qədim Romada kəniz ya odaliska, maddi və şəxsi cəhətdən asılı, və ya kölə olan daimi məşuqə, aşna, "nikahdan kənar arvad", "yataq yığışdıran qadın", aşağı təbəqədən olan birgə yaşayışa cəlb olunmuş subay qadınlara deyilirdi. Bu münasibətdən dünyaya gələn uşaqlara qanundan və ya nikahdan kənar uşaqlar deyilirdi.. Çoxarvadlılıqda olduğundan fərqli olaraq konkubinaların uşaqları ata mülkünə vərəsəlik hüququna malik deyildilər. Konkubina ilə münasibət toy mərasimi olmadan qurulurdu. Konkubinalar digər bir kişi ilə münasibət qura bilərdi ki, bu zaman onun əvvəlki partnyoru bu halla razılaşmalı olurdu. Konkubinalar fahişə sayılmadıqlarına görə onlar kurtizanka ola bilməzdilər. Roma hüququna görə kişi və qadın münasibətləri evlilik olmadan da mümkün idi. Bu münasibət konkubinat (lat. concubitus cinsi əlaqə, intim münasibət mənasını verir) adlanırdı.
Ligularia konkalingensis
Ligularia konkalingensis (lat. Ligularia konkalingensis) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid bitki növü.
Sebazak-Konkures
Sebazak-Konkures (fr. Sébazac-Concourès, oks. Sebasac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).

"konk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#konk nədir? #konk sözünün mənası #konk nə deməkdir? #konk sözünün izahı #konk sözünün yazılışı #konk necə yazılır? #konk sözünün düzgün yazılışı #konk leksik mənası #konk sözünün sinonimi #konk sözünün yaxın mənalı sözlər #konk sözünün əks mənası #konk sözünün etimologiyası #konk sözünün orfoqrafiyası #konk rusca #konk inglisça #konk fransızca #konk sözünün istifadəsi #sözlük