* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••• | 435.12 |
2003 | •••• | 409.04 |
2004 | •••• | 435.58 |
2005 | ••• | 352.91 |
2006 | ••• | 318.49 |
2007 | ••• | 279.93 |
2008 | •• | 249.22 |
2009 | •• | 245.74 |
2010 | •• | 217.77 |
2011 | •• | 231.38 |
2012 | •• | 229.32 |
2013 | •• | 194.74 |
2014 | •• | 215.89 |
2015 | •• | 181.52 |
2016 | •• | 191.94 |
2017 | •• | 171.69 |
2018 | •• | 168.55 |
2019 | •• | 152.58 |
2020 | •• | 191.75 |
1 is. 1. Birinin qarşılaşdığı çətinlikləri, sıxıntıları yüngülləşdirmək üçün görülən iş, hərəkət; yardım. Lay-lay əməyim bala; Duzum, çörəyim bala; Gözləyirəm böyü sən; Görüm köməyin bala. (Bayatı). Bir səs dedi: – Ey qafil; Hər meyvə olur hasil; Zəhmətlə, köməklərlə. A.Şaiq. [Yaralı] canını dişinə tutub durmaq, şəfqət bacısının köməyi ilə arxaya getmək istədi. Ə.Vəliyev. □ Kömək diləmək (istəmək) – başqasından yardım istəmək, başqasının yardımına ehtiyacı olmaq. Atasından kömək diləmək. – [Rüstəm:] Atam ölmüş, daha bir kəsdən kömək diləməyə gümanım gəlmir. C.Cabbarlı. [Gülyazın] gözü qabağında kömək diləyən məsum bir körpənin siması gəlib durdu. Q.İlkin. [Aynanın] sanki kömək istəyən əlləri bir an havada asılı qalıb tappıltı ilə yanına düşdü. İ.Hüseynov. Kömək etmək (eləmək) – yardım etmək, yardım göstərmək. Yoldaşına kömək etmək. Geridə qalanlara kömək etmək. – [Şah:] Mən bir keçə qayırım, bunlar da mənə kömək etsinlər. Ü.Hacıbəyov. Kömək görmək – başqasının köməyi dəymək, yardımı olmaq. [Bəhram:] Səndən ki, görmədim kömək; Özüm həll eləyəm gərək! A.Şaiq. Köməyi dəymək (çatmaq) – bax kömək etmək (eləmək). Birinə köməyi dəymək. Qonşuya köməyi çatmaq. – [Məmmədağa:] Oğlunuz burada oxuyub yazı-pozu biləcəkdir və onun [Qurbanəliyə] köməyi dəyər. N.Nərimanov. Uşaqlar kiçik olduqlarından bir o qədər köməkləri çatmırdı. S.S.Axundov. Köməyi olmaq – 1) bax köməyinə çatmaq (qoşmaq, yetişmək). [Qərib:] Əgər mövlam mənə kömək olarsa; Ağlama, sevgilim, yenə gələrəm. “Aşıq Qərib”; 2) bir şey edə bilmək, təsiri olmaq. [Əcəb xala:] Gəlsə də nə kimi bir köməyi ola biləcəkdi. S.Hüseyn. Köməyinə çatmaq (qoşmaq, yetişmək) – darda qalan, çətinliyə düşən adama kömək etmək, yardım göstərmək, əlindən tutmaq. Yoldaşının köməyinə çatmaq. – Daldakı kazaklar yüyürüşüb, zabitin köməyinə çatdılar. M.Hüseyn. Ümidim bircə ona idi ki, Qoçaq mənim gəlmədiyimi görüb özü mənim köməyimə yetişər… M.Rzaquluzadə. 2. O biri hissələri gücləndirmək üçün ayrılan hissələr, əlavə qoşun hissələri. [Qəhrəman:] Bundan əlavə, komandan bir-iki saata qədər bizə kömək göndərəcəyinə də söz verdi. H.Nəzərli. 3. məc. Arxa, himayəçi, havadar, yardım edən adam. Oğul atanın köməyidir. – Lap becadı bu sözləri deməyim; Dağılıbdı arxam, ölüb köməyim. Aşıq Ələsgər. □ Kömək olmaq (çıxmaq) – birinə arxa, havadar olmaq, birini himayə etmək. Yoldaşına kömək çıxmaq. – [Eyvaz Baxşıya:] Başıma bir iş gəlsə, sən [Sonaya] kömək ol. C.Cabbarlı. O, yoldaşına kömək çıxaraq, bir atalar sözünü kinayə ilə ortalığa atdı və masqara ilə hırıldadı… Ə.Sadıq.
Azərbaycan dilinin izahlı lüğəti / kömək2 KÖMƏK (müxtəlif mənalarda) [Həcər xanım:] Doğrudur, orada gizli olmağımın sirrini gəlmişəm sənə açıb söyləyəm və səndən kömək istəyəm (S.S.Axundov); AMAN ...Hər zaman igidləri xofa salan gözləri indi Paşa xana xumar-xumar baxıb ondan aman gözləyir (S.S.Axundov); ARXA (məc., dan.) Dəmirçioğlu da sözünün üstündə durdu, dəlilərlə dostlaşıb Koroğlunun arxası, köməyi oldu (“Koroğlu”); HARAY (dan.) Əhməd: Əlacı bunları qırmaqdır, yoxsa divandan bizə haray çatmaz (N.Vəzirov); HƏYAN Camalla “nişanlısı” Mahirəyə həyan olmağı ondan xahiş etdi (Y.Şirvan); İMDAD O baxışlarda çırpınan ürəyim; Diləyir gözlərindən hey imdad (A.Şaiq); MƏDƏD Dəli Qöçər: Vay, – dedi! Mədəd! – Dədə, kərəm elə, Allah eşqinə qapını aç çıxım (Anar); DİRƏK (məc.), ƏNCAM.
Azərbaycan dilinin sinonimlər lüğəti / kömək2 сущ. 1. помощь, содействие, поддержка. Qardaşlıq köməyi братская помощь, dostluq köməyi дружеская помощь, yoldaşlıq köməyi товарищеская помощь, təcili kömək немедленная (срочная) помощь, lazımi kömək необходимая помощь, hərtərəfli kömək всесторонняя помощь, əməli kömək практическая помощь, təmannasız kömək бескорыстная помощь, əvəzsiz kömək безвозмездная помощь, kömək üçün müraciət etmək kimə обратиться за помощью к кому, köməyə ehtiyacı olmaq нуждаться в помощи, köməyinə çatmaq kimin подоспеть на помощь кому, köməyini əsirgəməmək не отказать в помощи, köməyini əsirgəmək kimdən отказать в помощи кому, köməyə çağırmaq kimi звать на помощь кого, köməyinə ümid olmaq kimin рассчитывать на помощь кого, чью, köməyinə gəlmək kimin, nəyin прийти на помощь кому, чему, kömək istəmək kimdən просить о помощи кого 2. подкрепление (воинская часть, отряд для поддержки других войск). Kömək tələb etmək требовать подкрепления, kömək göndərmək послать подкрепление 3. разг. пособие (деньги, даваемые в помощь кому-л.). Çoxuşaqlı analara kömək (müavinət) пособие многодетным матерям; kömək etmək kimə, nəyə содействовать, оказать помощь кому, поддерживать, поддержать кого, оказать поддержку в чем-л. кому, чему; əlindən gələn köməyi etmək оказать посильную помощь ◊ Allah köməyiniz olsun да поможет вам Бог (Аллах); kömək əlini uzatmaq kimə подавать, подать, протянуть руку помощи кому
Azərbaycanca-rusca lüğət / kömək1 i. 1. help; assistance; aid; support(ing); qarşılıqlı ~ mutual assistance; maddi ~ support, pecuniary aid; ~ etmək to help (d.), to assist (d.); (maddi) to support (d.), to aid (d.); (dərman və s.) to relieve, to do good; Dərman mənə çox kömək elədi The medicine has done me a lot of good; ~ vermək / göstərmək to help (d.), to give* help (i.), to render assistance (i.); ~ durmaq to support (d.), to stand* (for); ~ əli uzatmaq to give* / to lend* a helping hand (i.), to lend* a hand (i.); ~ istəmək / diləmək to ask for help / aid; bir şeyə ~ olmaq to be* in aid of smth.; ~ görmək (bir kəsdən) to enjoy smb’s help / aid; to be* aided (by), to be* supported (by); bir kəsin ~ yinə gəlmək to come* to smb’s help, to help smb.; Köməyə gəlin! Kömək edin! Help! ~yi ilə (bir kəsin) with the help (of); (bir şeyin) by means (of); ~yi dəymək to help (d.); (maddi) to support (d.), to aid (d.with); Onun ailəyə maddi köməyi dəyirmi / olurmu? Does he aid the family with money? 2. məc. (himayəçi, havadar, arxa) support; O, ailənin yeganə köməyidir He is the only support of the family
Azərbaycanca-ingiliscə lüğət / kömək1 is. aide f, assistance f ; secours m ; support m ; qarşılıqlı ~ assistance mutuelle ; ~ etmək aider vi à ; assister vt ; seconder vt ; ~ durmaq secourir qn ; ~ əli uzatmaq prêter la main à qn, secourir vt qn ; ~yə gəlin! ~ edin! A l’aide! Au secours!
Azərbaycanca-fransızca lüğət / kömək1 сущ. 1. куьмек; kömək diləmək (istəmək) куьмек кӀан хьун (тӀалабун), масадан куьмекдиз игьтияж хьун; kömək etmək (eləmək) куьмек авун, куьмек гун, куьмекун; kömək görmək куьмек акун, масадакай куьмек хьун; köməyi olmaq а) кил. köməyinə çatmaq (qoşmaq, yetişmək); б) куьмек хьун, са затӀ ийиз хьун, эсер хьун; köməyinə çatmaq (qoşmaq, yetişmək) куьмекдиз агакьун (фин, чукун), дарда авай са касдиз куьмек авун (гун), гъил кьун; 2. пер. далу, арха, куьмек, гьавар; kömək olmaq (çıxmaq) куьмек хьун, садан далудихъ акъвазун, сад нафакьадиз къачун, садаз гьавар экъечӀун.
Azərbaycanca-ləzgicə lüğəti / kömək