Mən sənin üçün kiməm? (film, 1994)
Mən sənin üçün kiməm? (Hind dilində: हम आपके हैं कौन, Rom: Hum Aapke Hain Koun...!) — 5 avqust 1994-cü ildə Hindistanda yayımlanmış, Sooraj Barjatya tərəfindən çəkilmiş olan Bollivud melodramıdır. 1982-ci il istehsalı olan Nadiya Ke Paar filminin yeni versiyasıdır.
Hindistanda 1990-cı illərin ən müvəffəqiyyətli filmi olan bu film, Bütün Zamanların Blokbasteri kimi təsnif edilmiş və Hindistan kinosunda bütün zamanların ən çox gəlir gətirən 1975-ci ildə çəkilmiş olan Qisas və qanun filmindən sonra ikinci filmi olmuşdur.