köçmək sözü azərbaycan dilində

köçmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • köçmək • 97.5556%
  • Köçmək • 2.0000%
  • KÖÇMƏK • 0.4444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.62 dəfə / 1 mln.
2003 ••••• 1.18
2004 •••••••••• 2.36
2005 •••••• 1.35
2006 ••• 0.68
2007 ••••• 1.06
2008 •••• 0.97
2009 •••• 0.80
2010 ••••••• 1.72
2011 ••••• 1.20
2012 ••••••••••••• 3.10
2013 ••••••••••••••••• 4.08
2014 •••••••••••••••••••• 4.98
2015 ••••• 1.02
2016 •• 0.35
2017 •••• 0.98
2018 •••• 0.90
2019 •••• 0.83
2020 •• 0.27

köçmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Yaşayış yerini dəyişmək, bir yerdən çıxıb başqa yerə gəlmək, daşınmaq. Təzə mənzilə köçmək. Şəhərdən kəndə köçmək. – Kazım dayı, Telligili köçdülər; Deyə, bir səs onu həmən ayıltdı… M.Müşfiq. 2. İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişmək, bir yerdən başqa yerə (uçub) getmək. Balıqlar çaydan gölə köçdü. Quşlar isti ölkələrə köçdü. – Cəfayi-xari görüb köçdü bağdan bülbül. Füzuli. Yenə qatar-qatar hara köçürsüz? M.Rahim. 3. məc. Ərə getmək, gəlin getmək. Şah qızı əmirə köçəndə özü ilə qarabaş paltarında beş cəllad aparmışdı. (Nağıl). [Vəzir:] [Xan] bu saatda Nisə xanımdan ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək tədarükünü gör! M.F.Axundzadə. 4. məc. Ölmək, dünyadan getmək. Köçdü, heyf oldu, gözəl. Vaqif dəxi düşməz ələ: Bir siyah kirpik ucundan bağrımı dələ-dələ… M.P.Vaqif. Vədə yaxınlaşıb, köçmək çağıdır; Bir özgə diyara bu gündən belə. Q.Zakir. Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir. M.Rahim. ◊ Dünyadan köçmək, o dünyaya köçmək – bax dünya.

    Azərbaycan dilinin izahlı lüğəti / köçmək

köçmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. KÖÇMƏK (köçüb başqa yerə getmək) Sabahısı günü Ağca xanım anası ilə şəhərə köçdü (S.S.Axundov); DAŞINMAQ Student xanımla vidalaşaraq iki gündən sonra daşınacağını bildirdi (Çəmənzəminli); YIĞIŞMAQ Bir həftədən sonra eşitdim ki, Xeyransanın talağını verib, yığışıb gedib İran vətəninə (C.Məmmədquluzadə). 2. KÖÇMƏK [Vəzir:] Xan ..mənə buyurdu ki, bir həftəyədək onun Nisə xanımın köçmək tədarükünü gör! (M.F.Axundzadə); ƏRƏ GETMƏK Pəri: Fəqət ərə getmək asanmı? (C.Cabbarlı). 3. köçmək bax ölmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / köçmək

köçmək sözünün rus dilinə tərcüməsi

  • 1 кочевать, перекочевать, переселяться, переезжать

    Azərbaycanca-rusca lüğət / köçmək
  • 2 глаг. 1. кочевать: 1) переходить, переезжать с места на место со своим жильем и имуществом 2) часто менять местожительство. Evdən evə köçmək кочевать из дома в дом 2. перекоч ёвывать, перекочевать (кочуя, перейти, перебраться на другое место). Yeni otlaqlara köçmək перекочевать на новые пастбища 3. переселяться, переселиться, переезжать, переехать, переходить, перейти на другое местожительство. Təzə mənzilə köçmək переселиться в новую квартиру, qardaşının yanına köçmək переселиться к брату, rayona köçmək переехать в район 4. выйти замуж (переселиться в дом жениха со свадьбой) ◊ dünyadan köçmək уйти из жизни, покинуть мир (умереть); o dünyaya köçmək отправиться на тот свет.

    Azərbaycanca-rusca lüğət / köçmək

köçmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (başqa mənzilə, şəhərə, yerə) to move (to), to remove (to); evə ~ to move in; evdən ~ to move out; yeni mənzilə ~ to move / remove to a new flat / place of residence; Onlar Bakıdan Moskvaya köçürlər They are removing from Baku to Moscow; 2. (bəşqa diyara, ölkəyə) to migrate; Bu quşlar yazda cənubdan şimala köçürlər In spring these birds migrate from the South to the North; 3. məc. (ərə getmək) to marry; 4. məc. (ölmək) to pass away, to die; ◊ bu dünyadan ~ to pass away

    Azərbaycanca-ingiliscə lüğət / köçmək

köçmək sözünün fransız dilinə tərcüməsi

köçmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. куьч хьун (са чкадай маса чкадиз); kənddən şəhərə köçmək хуьряй шегьердиз куьч хьун; 2. гьавадихъ, шараитдихъ, емдихъ галаз алакъалу яз са чкадай маса чкадиз фин (лув гун, сирнавун), куьч хьун (мес. къушар, гъетер ва мс.); 3. пер. гъуьлуьз фин, свас яз фин; 4. пер. кьин, а дуьньядиз фин; ** dünyadan köçmək, o dünyaya köçmək кил. dünya.

    Azərbaycanca-ləzgicə lüğəti / köçmək

köçmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#köçmək nədir? #köçmək sözünün mənası #köçmək nə deməkdir? #köçmək sözünün izahı #köçmək sözünün yazılışı #köçmək necə yazılır? #köçmək sözünün düzgün yazılışı #köçmək leksik mənası #köçmək sözünün sinonimi #köçmək sözünün yaxın mənalı sözlər #köçmək sözünün əks mənası #köçmək sözünün etimologiyası #köçmək sözünün orfoqrafiyası #köçmək rusca #köçmək inglisça #köçmək fransızca #köçmək sözünün istifadəsi #sözlük